Yusif surəsi 23-35-ci ayələrin təfsiri

Adnan Oktar: 32-ci ayə, şeytandan Allaha sığınıram. “Qadın dedi ki: “Haqqında məni qınadığınız kişi budur. And olsun mən onu yoldan çıxarmaq istədim.” Hz. Yusif qəribə cazibədardır. Qadınlara çox təsir edən bir gözəlliyi var, yəni, çox kişiyə xas olmayan bu cazibəyə qadınlar dözə bilmirlər. Allah onu elə yaradıb. O isə özünü qorudu. Çox iffətli və əxlaqlıdır. Özünü qoruyan kişi cazibədar və gözəl olar. Əxlaqsız kişi qadınlara çox pis gəlir. Yəni, belə önünə gələnlə birlikdə olan, halala və harama diqqət yetirməyən kişi qadınların da xoşuna gəlməz və elələrini xoşlamazlar. “Və and olsun, əgər o ona əmr etdiyimi yerinə yetirməsə” yəni, özü ilə cinsi əlaqəyə girməsə, “mütləq zindana atılacaq və əlbəttə hörmətdən salınanlardan olacaqdır.” Qadın “həm hörmətdən salacağam, həm də həbsə atdıracağam” deyir. Bu qadının şərtidir. Hz. Yusif (ə.s.) ilə cinsi əlaqəyə girmək istəyir.

 

Dedi ki: “Rəbbim, zindan bunların məni çağırdıqları şeydən daha sevimlidir. Qurduqları tələni məndən uzaqlaşdırmasan, mən də onların sevdasına düşər, beləcə cahillərdən olaram.” Allaha deyir: “ya Rəbbim, mən zindanı istəyirəm, qeyri-qanuni əlaqəyə girmək istəmirəm, məni qoru” deyə dua edir, yalvarır. Yəni, həbsə də razıyam, yetər ki, bu işlərdən uzaq olum. Çünki, hz.Yusuf (ə.s.) qaldığı evdə kölə olaraq vəzifəlidir. Ayədə var, kölə olduğuna görə qadın qapıları kilidləyir, qadın üzərinə gəlir, hətta köynəyini cıraraq zorla əlaqəyə girmək istəyir. O da qurtuluş olaraq zindanı və həbsi gözə alır. Yetər ki, bunların etdiyi qeyri-qanuni əlaqə təklifi məndən uzaqlaşsın, harama girməyim.

“Beləcə Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini uzaq etdi” 2031-ci il. Bu eyni zamanda mehdiyyətə də baxan bir ayədir. 2031-ci ildə İslamın dünyada hakimiyyət tarixidir, inşaAllah. “Çünki Allah eşidəndir, biləndir. Sonra onlarda Yusifin iffətinə bağlı dəlilləri görmələrinə baxmayaraq, mütləq onu müəyyən bir vaxta qədər zindana atmaq fikrinə gəldilər.” O zamanda hüquq və qanun, o dövrün iddia edilən “dərin dövlət” quruluşu var idi, bugünkü Ərgənəkon təşkilatına bənzər. O dövrdə qanun, hüquq yox idi. Hz. Yusifin sonra günahsız olduğunu bilirlər, amma hüquq “dərin dövlət”in əlinə keçib. Yəni, hüquq tamamilə bitib. Hz. Yusuf (ə.s.)-ın dövründə qanun, hüquq saxta idi. “Mütləq onu müəyyən bir vaxta qədər zindana atmaq fikrinə gəldilər.”

Evində qaldığı qadın, onu yolundan çıxarmaq istədi və qapıları sıx bağlayıb, “İstəklərim sənin üçündür, gəlsənə” deyir. Hz. Yusuf (ə.s.) kölə olduğu üçün orada onlarla bir evdə qalır. O evli qadındır, həm də evin ağasının xanımıdır. Qapını sıx bağlayır və onu yanına çağırır. Yusif (ə.s.)-ın isə müqavimət göstərdiyi aydın olur. “O “Allaha sığınıram” dedi. Çünki, o mənim ağamdır, yerimi gözəl tutmuşdur. Həqiqət budur ki, zalımlar qurtuluşa çatmaz.” Bax, heç bir şəkildə şəhvətin təsirində qalmır. Hər vaxt ürəyi Allah ilə bərabərdir. Hz. Yusuf qadınla əlaqəyə girsə, həyatı bəlkə daha da asan olacaq və nəfsinin də xoşuna gələcək. Amma heç bir şəkildə qəbul etmir. “And olsun qadın onu arzulamışdı. Əgər Rəbbin qəti dəlil görməsəydi, o da onu arzulamışdı.

İffətli bir kişi və təmiz bir qadına çox gözəl gəlir, təsir edici gəlir. “Beləliklə biz ondan pisliyi geri çevirmək üçün ona dəlil göndərdik. Çünki o, müxlis qullarımızdan idi.” Yəni səmimi qullarımızdan idi. “Qapıya doğru ikisi də qaçdılar.” Hz. Yusuf (ə.s.) qabaqda, qadın da arxasında, hz. Yusif (ə.s.) özünü qurtarmağa çalışır. “Qadın köynəyi arxadan çəkib cırdı.” Hz. Yusifi qadın çatıb tutur. Çalışdı, o köynəyi tutdu, hz. Yusuf (ə.s.) özünə çəkmək istəyincə o var gücü ilə irəliyə doğru çox güclü bir cəhd etdi. Çünki, köynəyin cırılması çox çətindir. Normal bir köynəyi cırmaq, bilmirəm çox çətindir, yəni, iki tərəfin çəkməsi nəticəsində təbii ki, hz. Yusuf (ə.s.) də özünü qurtarmağa çalışır.

“Düz qapının yanında qadının əri ilə qarşılaşdılar.” Demək ki, adam anladığım qədər səs-küyə oraya gəlir. Qadının yoldaşı ilə qarşılaşdılar. “Qadın dedi ki: “Ailənə pislik etmək istəyənin, zindana atılmaqdan və ya ağrılı bir əzabdan başqa cəzası nə ola bilər?” Yəni tam olaraq qadının etdiyi çox namərd və pis hərəkətdir. Madam ki, eşqlə sevirsən, hörmətlə dəyər verirsən, yaxşı ona necə qıyırsan?

Sırf sənin şəhvətini qəbul etmədi deyə deyilmi? Bax, nə deyir? “Ailənə pislik etmək istəyənin” dərhal böhtan atır, “zindana atılmaqdan və ya ağrılı bir əzabdan başqa cəzası nə ola bilər?” Baxın, gözü dönüb, oradakı dinsizliyin, imansızlığın verdiyi mərhəmətsizliyə bax. Bu, eyni şəkildə qadınlara da edilir, bilirsiniz. Rədd edilir, gedib bıçaqlayır, öldürməyə cəhd edir. Burada da hz. Yusif (ə.s.)-a edilənin ziddidir. Burada qadının etdiyi zülm var. Dedi ki: “Onun özü məni yoldan çıxarmaq istədi.” Qadının yaxınlarından bir şahid şahidlik etdi:

“Əgər onun köynəyi ön tərəfdən cırılıbsa, bu vəziyyətdə qadın doğrunu söyləmişdir, özü isə yalan söyləyənlərdəndir. Yox, əgər onun köynəyi arxadan çəkilib-cırılıbsa, bu vəziyyətdə qadın yalan danışmışdır və özü doğrunu söyləyənlərdəndir.” Əri onun köynəyinin arxadan çəkilib-cırıldığını gördüyü zaman: “Doğrusu, bu sizin hiylənizdən biridir.” Yəni qadınların etdiyi hiylədən biridir deyir. “Həqiqətən sizin hiyləniz böyükdür” deyir. Həqiqətən bəzi qadınlar öz aralarında köməkləşərək çox böyük hiylələr, oyunlar qura bilirlər. Yəni, bu bəzən çox ciddi, təhlükəli ola bilər. Həm də ürəklə girişsə, daha riskli olar. Qurana diqqət çəkir. “Yusif, sən bundan üz çevir” deyir. Yəni, əsəbiləşərək sərt bir rəftar göstərmir, “Sən bundan üz çevir.” Yəni, bununla danışma, həmsöhbət olma.

“Sən də, qadın, günahın səbəbindən bağışlanma dilə.” Yəni, İslami tərəfdən yaxınlaşır. “Doğrusu sən günahkarlardan oldun.” Şəhərdə bəzi qadınlar: “Əziz vəzirin arvadı öz xidmətçisini yoldan çıxarmaq istəyirmiş. Belə ki, sevgi onun qəlbinə hakim olub. Biz doğrusu onu açıqca bir pozğunluq içində görürük.” dedilər.” Qadınların dedi-qodusuna da Quranda diqqət çəkir. Dərhal xəbər yayılır. “arvadı öz xidmətçisini yoldan çıxarmaq, onunla əlaqəyə girmək istəyirmiş.” Belə ki, sevgi onun qəlbinə girib.” Halbuki, bu sevgi deyil, bu şəhvətdir, həm də kobud şəhvət. Yəni heyvani şəhvət. Həqiqi sevgidə belə bir şey olmaz, insan sevdiyinə qıya bilməz. “Biz doğrusu onu açıqca bir pozğunluq içində görürük.” Qadın onların nizamlarını eşidincə, onlara bir dəvətçi göndərdi.

Onlar uçun yerlər hazırladı, qadınlar da dedi-qodu ilə çox maraqlı olurlar. Bu dedi-qodudan xilas olmaqdan ötrü yaxından əlaqəsi olan hər kəsi çağırıb vəziyyəti qiymətləndirmək istədilər. Quranda bu belə izah edilir. “Və hər birinin əlinə önlərindəki meyvələri soymaları üçün bıçaq verdi.” Baxın bu hiyləyə, bu qurduğu nizama. “Yusifə də, “Çıx, onlara görün” dedi. Beləcə onlar onu fövqəladə gözəllikdə görüncə” hz. Yusif (ə.s.)-ı fövqəlbəşər bir varlıq kimi gözlərində böyütdülər və şəhvət və həyəcandan əlləri titrəyir, “əllərini kəsdilər.” Onlar hz. Yusif (ə.s.)-ın gözəlliyindən belə bir vəziyyətə gəlirlər və əzələ idarəsini itirib əllərini kəsirlər. Çünki, qadın belə bir hadisə olsun deyə xüsusilə iti bıçaq verir. Baxın,qadının hiylə qurmaqdakı dəqiqliyinə. Halbuki, başqa cür də bunu isbat edə bilər, amma əl kəsmək daha şiddətlidir.

“Və: “Allahı tənzih edərik; bu bir bəşər deyil. Bu ancaq üstün bir mələkdir” dedilər.” Qadınlar çox təsirlənirlər. Amma yenə də rəhmani bir dil istifadə edirlər. “Qadın dedi ki: “Məni haqqında qınadığınız kişi bax budur.” Bax, gördünüzmü kimsə qadınlara qarşı təmizə çıxır, guya özünü qurtarır. Beləcə, o, dedi-qodunu yatırır. “And olsun” deyir, and içir “onu yolundan çıxarmaq istəyir” çəkinmir orada da açıqca söyləyir, “o isə özünü qorudu. Çox ehtiraslı və qərarlı bir qadın olduğu aydın olur, yəni rəftarı təhlükəlidir “Və and olsun əgər o özünə əmr etdiyimi etməsə” zorla sevgi olarmı? İnsan daha da sıxılar, daha da pis olar. Məsələn, bir gənc qız zorla sevilərmi? Təhdid edib “özümü silahla vuraram” və ya “səni vuraram” deyəsən.

Bu iş çox alçaqlıq və çox əxlaqsızlıq olar. Ona vicdanı təzyiq etsən, səndən iyrənər. Sevgi könüldə olan, xoş bir duyğudur. Yəni, bir qadın eşqlə, sevgiylə hərəkət etsə, çox gözəldir. Amma güc tətbiq edilsə, çox çirkin bir vəziyyət olar, inşaAllah. “Əmr etdiyimi etməsə mütləq zindana atılacaq”, əmrlə olarmı bu sevgi? “Mütləq zindana atılacaq və əlbəttə, hörmətdən salınanlardan olacaq.” Quran bu əxlaqsızlığa diqqət çəkir. Belə bir zülm olmayacağını, sevginin ancaq istəklə, Allah eşqi ilə hörmətlə ola biləcəyini söyləyir. Bəli, hz. Yusif (ə.s.) nəhayət zindana atılır. Allah o gözəl əxlaqına qarşılıq ona sonda elm, məlumat, həm də hakimiyyət verir, inşaAllah.

images