Həcc surəsindəki 60-61, 63-64, 56-58, 65-72 və 78-ci ayələrin təfsiri
Adnan Oktar: Bismillah. Bəli, Həcc surəsini açanda “şeytandan Allaha sığınıram” deyilir. Bunu bizə Allah buyurur. Hər kəs özünə edilən haqsızlığın bənzəri ilə cavab verər, yəni, bir haqsızlığa qarşılıq onun bənzəri. Daha sonra əleyhinə yenidən azğınlıq və hücum olsa, qisas olaraq həmin hərəkətin eynisini edər, lakin bu səfər həmin adam qarşılıq versə, Allah, mütləq ona kömək edər. Şübhəsiz ki, Allah rəhm edəndir, bağışlayandır.
Bu möcüzədir. Bax, deyir ki, Allah mütləq ona kömək edər, inşaAllah. Çünki, Allah gecəni-gündüzə, gündüzü-gecəyə bağlayıb qatar. Şübhəsiz, Allah eşidəndir, görəndir. Məsələn, indi qaranlıq çöküb, gecədir, bir müddət sonra bütün dünya işıqlanacaq, sabah olacaq. Bu hər zaman təkrarlanır. Təbiidir, insanlar buna alışdıqları üçün çox normal qarşılayırlar. Əslində, böyük aləmin qaranlığa bürünməsi çox böyük bir möcüzədir. İşıqlandırılması da çox böyük bir möcüzədir və bu hadisə insanın beyninin içində meydana gəlir.
Çünki, çöldə qaranlıq və aydınlıq deyə bir şey yoxdur. Çöldə yalnız qaranlıq vardır. İşıq bizim beynimizin içərisində yaradılır. Allah işığı beynimizin içində meydana gətirir və bütün kainatı insanlar öz beyinlərinin içərisində bir gündüz və bir gecə olaraq görürlər. Əslində davamlı qaranlıqdır. Çünki, işıq qəbul formasıdır. Yəni, beynin şərhidir. “Beləcə; çünki, Allah haqqın Özüdür. Onun xaricində onların ilah hesab etdikləri isə şübhəsiz, batilin özüdür. Həqiqətən, Allah Ucadır, Böyükdür.”
Allah haqqın Özüdür. Onun xaricində onların ilah hesab etdikləri isə şübhəsiz, batilin özüdür, yəni, darvinizm, materializmə işarədir. “Görmədinmi, Allah, göydən su endirdi, beləcə yer üzü yaşıl örtüyə büründü. Şübhəsiz, Allah lütf edəndir, hər şeydən xəbərdardır.” O zaman “görmədinmi” nə deməkdir? Allah “göydən suyun endirilməsini və hər şeyi izləyin” deyir. İzləmək üçün elmə ehtiyac vardır. İzləmək elm deməkdir. Yenə elmi əmr edən bir Quran ayəsidir. “Göylərdə və yerdə hər nə varsa, onundur. Şübhəsiz, Allah heç bir şeyə ehtiyacı olmayandır, tərifə layiq olandır.”
Mülk, o gün yalnız Allahındır. O, aralarında hökm edəcəkdir. Artıq iman edib saleh əməllərdə olanlar nemətlərlə təmin edilmiş cənnət içindədirlər. İnkar edib ayələrimizi yalanlayanlar; artıq onlar üçün alçaldıcı bir əzab vardır” Allah insanlarda qürur yaradır, eqoizm yaradır. Küfr, qürur və eqoizm çox şiddətlidir. Bax, “alçaldıcı bir əzab” deyir. Alçaldılmaq küfrə daha pis təsir edər. Ən narahat olduqları bir şeydir. Məsələn, ölümdən çəkinməz, amma alçaldılmaqdan çox çəkinər. Ən xoşlamadıqları şeydir. Allah da onlara alçaldılma verir, canlarını alçaldılma ilə yandırır. “Allah yolunda hicrət edib öldürülən və ya ölənlərə gəlincə isə şübhəsiz, Allah onları gözəl bir ruzi ilə ruziləndirəcək. Şübhəsiz, Allah ruzi verənlərin ən xeyirlisidir.” Bax, Allah yolunda hicrət edib öldürülən. Allah yolunda hicrət edib, evini tərk edib, başqa bir yerə gedib, lakin orada öldürülüb və ya ölüb. Lakin bu Allah yolunda gedərkən ölüb, “şübhəsiz, Allah, onları gözəl bir ruzi ilə ruziləndirəcək ” Yəni, Allah “şəhid olacaqlar” deyir. “Şübhəsiz, Allah ruzi verənlərin ən xeyirlisidir.”
Yenə Həcc surəsi 65-ci ayədə Allah “görmədinmi” deyir. “Görmədinmi”, şeytandan Allaha sığınıram, “Allah, yerdəkiləri və dənizdə onun əmri ilə axıb gedən gəmiləri, sizin faydanıza verdi.” “Yerdəkiləri”, yerdə nə var? Avtomobillər, motosikletlər, qatarlar, avtobuslar var. “Dənizdə onun əmri ilə axıb gedən gəmiləri”, gəmi kimin əmri, kimin gücü ilə gedir? Əlbəttə ki, Allahın yaratdığı güclə gedir. Allah “gəmini də, avtomobili də Mən yaratdım” deyir. Allah gəmini bizim beynimizin içində yaradır. Gəmini biz çöldə görmürük, çöldə qapqara bir qaranlıq var. Avtomobili də görmürük, avtomobil atomun quruluşu səbəbiylə həm şəffaf, həm də qapqaradır. Allah beynimizdə onu işıqlandırır və rəngli görürük.
Yəni, rəngi şərh edən bizim beynimizdir. Rəng deyilən şey odur ki, o maddənin üzərindən gələn dalğa boylarının fərqliliyi hadisəsidir. Dalğa olaraq bizə gəlir. O dalğa boyların fərqliliyini bizim beynimiz işıq və rəng olaraq şərh edir. Bu səbəbdən, Allah “gəmiləri də Mən yaratdım” deyir, qurudakı bütün vasitələri, hər şeyi yaratdım deyir. “Gedən gəmiləri, sizin faydanıza verdi və izni olmadan göyü yerin üstünə düşməkdən saxlayar.” Allah “göyün də, atmosferin də yuxarıda dayanmasını təmin edirəm” deyir. Yoxsa enərdi. “Şübhəsiz, Allah insanlara qarşı şəfqətlidir, çox Mərhəmətlidir.”
Bu, Allahın mərhəmətli və şəfqətli olduğu bilinmir. Həmişə bir çox insan Allahı haşa zülmkar bilər. Halbuki, Allahın Rəhman və Rəhim olması, şəfqətli və mərhəmətli olması əsas xüsusiyyətidir. Bunu hər yerdə, maddənin quruluşunda, atomun quruluşunda, heyvanların bir-birinə göstərdiyi şəfqətdə görərik. Uşaqlarını, balalarını qorumadakı xüsusiyyətlərində görərik. Elə deyilmi? Məsələn, pələng və aslanın yırtıcılığına baxmayaraq balasına qarşı çox şəfqətli, çox qoruyucudur.
“Sizi yaşadan, sonra öldürəcək, sonra da dirildəcək Olan odur.” Sizi yaşatmağı kim təmin edir? Allah.
Çünki, Allah işığımızı, görünüşü kəssə bizim diriliyimiz qalmaz. Dərhal ölü hala gələrik. Allah həmişə beynimizə görünüşün verilməsini təmin edir. Əgər görünüş, səslər, şüurumuza aid məlumat bir an dayandırılsa, onda dərhal ölərik. Onun üçün Allah “sizi yaşadan Mənəm” deyir.
Həqiqətən insan çox nankordur. “Bu qədər nemətə baxmayaraq nankordurlar deyir, görməməzlikdən gələr, anlamazlar” deyir. Həqiqətən küçədə gedirsən, adamlara baxırsan, Allahdan tamamilə xəbərsizdilər. Məsələn, bardan görünüşləri göstərir, çox mənasız hərəkət edirlər. Əylənmək, istirahət etmək istəyir, amma əylənə bilmir. Çünki, dindən uzaqlaşırlar. Çətinlik onlarla birlikdə olur. Stressdən xilas olmağa çalışırlar. Anlamırlar ki, çətinlik onların içindədir. Həmişə səninlə olacaq. Allah ayədə açıq deyir. “Şeytandan Allaha sığınıram.” Ürəklər ancaq Allahın zikri ilə rahatlıq tapar. Onun xaricində bir rahatlıq yoxdur. Çırpınmaq, qışqırmaq, heç bir şəkildə çətinliyi aradan qaldırmaz. İnsan içki içməklə daha da çətinliyə düşər.
“Biz hər ümmətə bir ibadət tərzi verdik, onlar bu tərz üzrə ibadət edirlər. Elə isə din mövzusunda səninlə çəkişməsinlər. Sən Rəbbini çağır. Şübhəsiz, sən dosdoğru bir hidayət üzərindəsən.”
Məsələn, yəhudilərin və müsəlmanların ibadəti ayrıdır. Hərçənd, bir-birinə yaxındırlar, amma ayrıdırlar, yəni, bir-biri ilə eyni deyildirlər. “Əgər səninlə mübarizəyə girişsələr, de ki: “Allah, etməkdə olduqlarınızı daha yaxşı bilir. Allah, qiyamət günü ixtilafa düşdüyünüz hər şey haqqında aranızda hökm edəcək.”
Yəni, Allah “əhli-kitab ilə danışarkən, kəskin bir tərzdə deyil, daha yaxşı tərzdə danışın” deyir. “Allah qiyamət günü ixtilafa düşdüyünüz hər şey haqqında aranızda hökm edəcək.” Axirətdə Allah bu ixtilafınızın nəticəsini sizə bildirəcək, inşaAllah. “Allahın göydə və yerdə olanların hamısını bildiyini bilmirsənmi?” yəni qədəri soruşur. “Həqiqətən, bunlar bir kitabdadır. Heç şübhəsiz bunları bilmək Allah üçün çox asandır.” Bir kitabda nə deməkdir? Məsələn, indi biz burada danışırıq, bu qədərimizdə olduğu üçün bu saatlarda, bu dəqiqədə bunu danışacağıq. Adi vaxtda Qurandan deyil, hədislərdən də danışa bilərəm, amma Allah Qurandan danışdırır, inşaAllah. Siz ayrı-ayrı yerlərdən gəlirsiniz və ya anan dünyanın o biri ucundan gəlib, atanı da gətirib. Demək ki, Allah qədərdə elə yaradıb. Çox çətin bir şeydir.
71-ci ayə, şeytandan Allaha sığınıram, “Onlar, Allahı buraxıb da (Allahın) bir dəlil endirmədiyi və haqlarında (heç bir) məlumatları olmayan şeylərə tapınırlar. Zülm edənlər üçün bir köməkçi yoxdur.” Məsələn, bu an darvinistlərə söhbətinizdə, şərhlərinizdə dəlil varmı deyirik? “Dəlil yoxdur” deyirlər. “Dəlil endirmədiyi və haqlarında (heç bir) məlumatları olmayan şeylərə tapınırlar” darvinizmə, materializmə tapınırlar. Heç bir məlumatları yoxdur. Nə zülallar, nə qalıqlar haqqında məlumatları var. Bax, qalıqları biz açıq göstəririk. Allahın yaratdığını açıqca isbat edirik. Sən izah etdinmi bunları?
Altuğ Berker: Xeyr, onda dərhal göstərim, inşaAllah. Bu 125 milyon illik Arokarya qozasıdır, inşaAllah.
Adnan Oktar: Bir dəyişikliyə uğrayıbmı?
Altuğ Berker: 125 milyon ildir heç dəyişməyib, demək ki, Allahın izni ilə təkamül keçirməyib. Bu da günümüzdəki Arokarya qozasının rəsmi, inşaAllah.
Adnan Oktar: Yəni, heç bir dəyişiklik yoxdur.
Altuğ Berker: Heç bir dəyişiklik, 125 milyon ildir ən kiçik bir dəyişiklik olmamış demək ki, təkamül keçirməyib, yaradılib inşaAllah. Bu da xərçəng, 47 milyon illik inşaAllah.
Adnan Oktar: 47 milyon il. Daşlaşıb. Bax, daşın ortasından yonaraq çıxardıblar. 47 milyon ildən bəri indikinin eynisi, heç bir dəyişiklik yoxdur.
Altuğ Berker: İndiki vaxtda yaşayan rəsmi də oradadır.
Adnan Oktar: Yəni, eynidir. Demək, dəlil belə göstərilir. Darvinistlər əgər dürüstdürlərsə, belə dəlil göstərsinlər. Dəlil göstərə bilmirlər. Ayədə Allah ona diqqət çəkir. Dəlil göstərə bilmirlər, “göstərə bilməzlər” deyir. “Onlara qarşı açıq-aşkar olan ayələrimiz oxunduğu zaman sən o inkar edənlərin üzlərindəki rədd və inkarı tanıya bilərsən”. Üzlərində şeytani bir təcavüzkarlıq və tərslik meydana gələr. Az qala onlara qarşı ayələrimizi oxuyanın üzərinə cumacaqlar, təcavüz edərək “ağızlarını büzəcəklər” deyir. Ümumilikdə, həqiqətən çox sərt, soyuq üzlü, belə kəskin dilli və mərhəmətsiz bir tərzdə olurlar.
Həqiqətən də, Qurandan danışan biri olanda Quranı ön plana çəksə, təcavüzkar olaraq tərbiyəsizləşə bilirlər. Bax, “az qala, onlara qarşı ayələrimizi oxuyanın üstünə cumacaqlar” dəlalətdən və cahillikdən qaynaqlanan təcavüzkarlığının nə ölçülərə çatacağını Allah ayədə göstərir. “De ki: “Sizə bundan daha pisini xəbər verimmi? Atəş, Allah onu inkar edənlərə vəd etmişdir, nə pis bir dayanacaqdır”. Quranın çox sakit bir dili vardır. Allah “Atəşə gedəcəksiniz” deyir, inşaAllah.
Yenə, Həcc surəsi 78-ci ayə, “Allah üçün lazım olduğu kimi cəhd edin” cəhd göstərin, yəni, tam mənasıyla bütün gününüzü, imkanınızı Allahın dinini yaymağa ayırın. “O, sizləri seçdi və din mövzusunda sizə bir çətinlik yükləmədi, İbrahimin dinini təyin etdi.” Deməli, İslam dini asanmış. Hz. İbrahim (ə.s.)-ın dini necə idi? Son dərəcə asan. Allah “İslam dini də elə asandır” deyir. Allah “sizə bir çətinlik diləmədi” deyir. Cübbəli dəstəsinin başındakı adamlar nə edirlər? Dini çox çətinləşdirdi, yaşana bilməz hala gətirirlər. Allah da nə deyir? “O, sizləri seçdi və din mövzusunda sizə bir çətinlik yükləmədi, atanız İbrahimin dinində olduğu kimi. O (Allah) bundan əvvəl, bundan sonra da Quranda sizi “müsəlmanlar” adlandırdı, yəni, hz. İbrahim (ə.s.) və hz. Musa (ə.s.) müsəlman idi. “Elçilər sizin üzərinizə şahid olsun, siz də insanlar üzərinə şahidlər olasınız deyə. Allaha sarılın, sizin mövlanız odur. Nə gözəl mövla və nə gözəl köməkçi” bu ayələr əbcəd olaraq 2026-cı il tarixini verir, maşaAllah.