Ənam surəsi 74-83, 86, 88, 90-91, 99, 101-ci ayələrin təfsiri

ADNAN OKTAR: Ənam surəsi, 74-cü ayə, şeytandan Allaha sığınıram. “Bir zaman İbrahim atası Azərə (belə) demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən?”Azərin atası darvinist və materialist idi. O zamanın azğın dinini müdafiə edirdi. “Doğrusu, mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm. Beləcə, İbrahimə  inananlardan olması üçün “ Yəni, dəqiq, dəlillərə əsaslanan, ağlının qəbul etdiyi, ürəyinin təsdiq etdiyi elmi məlumata sahib olması üçün “göylərin və yerin səltənətini göstərdik”, yəni, iman həqiqətlərini göstərdik. Göydəki iman həqiqətlərinə nə ilə baxırıq? Biz indi teleskop vasitəsilə baxırıq, elə deyilmi? Kosmosdakı, səmadakı riyazi tarazlıq və mükəmməllik bizim Allaha olan imanımızı artırır.

“Və yerin səltənətini göstərdik” Bizlər də fosilləri araşdırırıq, elə deyilmi? Biogenetik, kimyadaki, fizikadakı irəliləyişlər, atomun quruluşu və bütün elmdə olan imani hər cür mövzu bizim imanımızı artırır. Allah; “göylərin və yerin səltənətini göstərdik” deyir. Yəni, iman həqiqətlərinin əhəmiyyətinə diqqət çəkir. Hz. İbrahim (ə.s) yaşadığı dövrdə nə edib? İman həqiqətlərinin üstündə dayanıb, Allahın sənətini araşdırmış, Allahın dəlillərinə baxıb. Allahın sənətini araşdırmaq, dəlillərini kitab halına gətirmək, CD-lərlə televiziyalarda yayımlamaq da Axırzamanda müsəlmanların vəzifəsidir. Yəni, mehdiyyətin də vəzifəsidir. “Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi.”

Yəni, hz. İbrahim (ə.s) o inancla inkarçılara lağ edir. Çünki, ulduzu ilah hesab edənlər var idi. Ulduz batıb gedir. İnkarçlar isə ona; “ilah” deyir. Biz də nə edirik? Dəlil istifadə edirik. O dövrdə də hz. İbrahim (ə.s) dəlil istifadə edirdi. “Baxın ulduz batıb itdiyinə görə o ilah ola bilməz “deyir.” (Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, – söylədi. ” Yəni, onun da ilah olmayacağını gördüm deyir. “(Daha sonra) doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cismlərindən) uzağam! “ yəni, hz. İbrahim (ə.s) bunların hamısının uydurma olduğunu deyir. “Üzümü göyləri və yeri yaradana çevirdim (hər yeri yaradan Allaha çevirdim) və mən müşriklərdən deyiləm”.

Müşriklərə cavab verir. Yəni, bütün uydurma və xurafatların etibarsızlığını söyləyir. Amma o dövrdəki insanlar təbii ki, cahildirlər, onların anlayacağı dildə cavab verir.“Tayfası onunla mübahisəyə girişdi. Dedi ki: ‘O məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz?”. Yəni, Allahın varlığına birliyinə inanıram. Sizin şirk inancınıza, bütpərəst inancınıza inanmıram.“Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə (Öz əzəli elmi ilə) ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?” yəni, bütün elm Allaha aiddir. Dünyadakı bütün elm sahələrini yaradan Allahdır və hər cür elm Allaha aiddir.

Məgər düşünüb ibrət almırsınız? ” Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda” yəni, hər cür xurafatı. Hal–hazırda xurafatçıların (haqq dəlili inkar edənlərin) etdiyi nədir? Xurafat. Və yaxud “mənə vəhy gəldi”deyir. Bax, Allah nə deyir “Onun haqqında heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda” “Allaha ortaq qoşursunuz, şirk qoşursunuz” deyir. Allah belə bir şey demədiyi halda xurafat uydurursunuz, “mənə vəhy gəldi” deyir,elə deyilmi? Ayə bunlara işarə edir.“Mən niyə sizin  qoşduğunuz şəriklərdən qorxmalıyam?” Niyə çəkinim, şirk olaraq inandıqlarınızdan niyə çəkinim, qorxum? deyir. “Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı  (təhlükəsizlik içində olmaq baxımından) əmin olmağa daha layiqdir? İman gətirib imanlarını zülmlə qarışdırmayanlar “

Qurana, Allaha iman edəndə. Yəni, Quranın kafiliyinə inanmağı lazımdır. Qurana xurafat əlavə edəndə “mənə vəhy gəlir” deyə, gedib azğınlara, manyak (dinsiz, Quranı kafi görməyən) adamlara qoşulsa, onlarla bir olsa, insan imanını zülmlə qarışdırmış olar.“Əmin-amanlıqdadırlar.” “Təhlükəsizlik, rahatlıq içində olarlar” deyir Allah. “Haqq yola yönəlmişlər də onlardır!” Hidayət nədir? Qurana tam tabe olmaq, Allahın kitabına tam uymaq, əlavə etməmək, xurafat uydurmamaq. “Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Həqiqətən, sənin Rəbbin hikmət sahibi, elm sahibidir.” Baxın, “Biz istədiyimizi dərəcə-dərəcə yüksəldərik.” Allah dərəcələrlə yüksəldər. Kimini peyğəmbər edər, kimini Mehdi (ə.s) edər, kimini vəli edər. Əbcədi 2003-cü il tarixini verir.

 

Altuğ Berker: Bu ili hz. İsa (ə.s) ilə əlaqədar zikr edirdiniz, inşaAllah.

ADNAN OKTAR: Bəli MaşaAllah. “İsmayılı, İlyası, Yunisi və Lutu da (hidayətə çatdırdıq). Onların hamısını aləmlərdən üstün tutduq. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini bunlara qatdıq); onları seçdik və düz yola yönəltdik.” Peyğəmbərimiz (s.ə.v) hansı soydandır? Hz. İbrahim (ə.s) övladlarıdır, ibrani soyundandır. Mehdi (ə.s) hansı soydandır? Peyğəmbərimiz (s.ə.v) soyu ibrani soyundandır. Bəni-İsrail görünüşlü olmasının səbəbi də odur. İbrani soyundan gəldiyi üçündür. Allah: “Bu, Allahın hidayətidir” deyir. “Bəndələrindən istədiyini ona yönəldir.” Əsrimizə görə, zamanımıza görə açıqlasaq, “bu Allahın Mehdisidir (ə.s)” mənasına gəlir. “Bəndələrindən istədiyini onunla (Mehdi (ə.s) ilə) doğru yola, hidayətə çatdırar“.

Əbcəd 2024-cü il tarixini verir. İslamın dünya hakimiyyətinin tarixini verir. “Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun (islam dininin təbliği) müqabilində sizdən bir mükafat istəmirəm. Bu (Quran) aləmlər (bütün bəşəriyyət) üçün yalnız bir moizədir (öyüd-nəsihətdir)” Allah yalnız Qurana diqqət çəkir, başqa heç bir şeyə deyil, İnşaAllah. “Onlar (yəhudilər): “Allah heç bir bəşərə bir şey (Quran) nazil etməmişdir” deməklə, Allahı layiqincə qiymətləndirmədilər.” Baxın, ” Allahı layiqincə qiymətləndirmədilər.” Yəni, “Allahın böyüklüyünü anlaya bilmədilər” deyir. İnsanlarda ən böyük problem budur. Allahın böyüklüyünü qavraya bilmirlər. “De: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz.”

Allah “Tövratı kim nazil etmişdir?” deyir. Baxın, Tövratı da tərifləyir.“Hz. Musa (ə.s)-ın insanlara bir nur və hidayət olaraq gətirdiyi” yəni, Tövrat nur və hidayət, insanların hidayətinə vəsilə olan bir kitabdır. “Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz.” Baxın,“Siz onu vərəqlərə yazıb göstərir” bir qisminin doğru olduğunu söyləyir, Allah. Tövratın bir qismi doğrudur.Təhrif olmamışdır.“Çoxunu da gizlədirsiniz? “ çoxunu da görməzlikdən gəlir və yaxud gizlədirsiniz. Demək ki; Tövratın hamısı səhv deyil. Doğru olan qisimləri də var, səhv olan qisimləri də var. Doğru olan qismini Qurandan anlayırıq, Qurana uyğun olub-olmamasından anlayırıq.

“Sən: “Allah!” deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar.” “Göydən su endirən Odur. Bununla hər şeyin bitkisini yetişdirdik, ondan bir yaşıllıq yaratdıq, ondan bir-birinə sarmaşmış toxumlar çıxarırıq”. Toxum həqiqətən çox təəccüblüdür. Bitki toxumları tamam ayrı bir aləmdir. Qeyri-adi gözəl görünüşdədirlər. Məsələn, paxlanı aç, hamısı çox düzgün tərtəmiz, nizamlı və qablaşdırılmış formadadırlar. Lobya da, noxud da hamısında nəzakətli, təmiz bir düzgünlük çox açıq görülür. Tərtəmiz və çox keyfiyyətli bir gözəlliyə malikdir.“Ondan bir yaşıllıq yaratdıq, ondan bir-birinə sarmaşmış toxumlar çıxarırıq” eyni şəkildə qarğıdalıda da var, buğdada da var. “Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik.”

Həqiqətəndə, qara, çəhrayı, yaşıl, sarı üzümlər var. Və bal kimidir hamısı, çox ləzzətlidir. Budağına baxırıq, qupquru taxta. Yerə palçığın içinə girmiş bir taxta kabel. Odundan bir kabel var. Odundan, quru taxtadan naqilin ucuna baxanda bal kimi şirin, gözəl qoxulu üzüm salxımları var. Məsələn, İzmir üzümü var, çox gözəldir.“Bir-birinə bənzəyən və bənzəməyən zeytun və nardan bağçalar yetişdirdik.  Bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın.” deyir Allah. Baxın, bütün meyvələrə baxın. Bu Allahın əmridir, bu əmr, möhkəm ayədir. “Meyvələrə baxın, təfəkkür” edin deyir Allah.

Nara, almaya, üzümə, albalıya bütün meyvələrə baxın, onların dadına, keyfiyyətinə, qoxusuna baxın, görünüşündəki rəng zənginliyinə baxın və torpağa girmiş quru taxta parçasından necə gözəl, bir-birinə görünüşcə, dadca, formaca bənzəməyən gözəl meyvələr yetişir. Hamısı taxtanın ucundan aşağı sallanır. Palçıqlı bir torpağa taxta batmış və bu taxta ucunda üzüm, bananlar, portağallar, naringilər yetişir. Allah qulları gecəli-gündüzlü yesin deyə torpaqdan meyvələr çıxarır. Bir-birindən gözəl. Bunu quru torpaq, torpağa girmiş quru taxta (ağac) özbaşına bu cür meyvələri yetişdirə bilməz. “Bunlara baxın” deyir Allah. “Və şübhəsiz, iman gətirən bir camaat üçün dəlillər vardır” yəni, “əgər iman etmək istəyirsinizsə, imanı qavramaq üçün bunlarda ayələr var” deyir, Allah. Cübbəli nə deyir? “Çox düşünməyə ehtiyac yoxdur.” Allah “düşünün” deyir. Düşünməyən adamlar Cübbəli kimidirlər.

Düşünməyən adamları da, Fatih Altaylı kimi düşünməyən adamlar bağrına basırlar. Və düşünməyən adamlardan ibarət olan bir qrup meydana gəlir. “Göyləri və yeri bir nümunə edəndir.” Məsələn, insan çox mükəmməl yaradılmışdır. Adamlar isə nə deyir; palçıqlar bir gün, palçıqlı su atomları öz aralarında demişlər ki, belə mükəmməl manekenlərdən belə gözəl insanlar var, bir düşünün. Belə bir modeldə bir insan meydana gətirək, bunun gözləri olsun görsün, burnu olsun nəfəs alsın, qulaqları olsun eşitsin, ağzı olsun dadsın, beyni olsun düşünsün, mahnı söyləsin, planlar qursun.” Atomlar necə edəcəyik deyir? Niyə də etməyək, təsadüflə edərik” deyirlər. “Palçıqlı sudan niyə olmasın ki?” deyirlər. Bax orda fosfor,maqnezium, oksigen var. “Ey azot, bura gəl” deyir, azot, oksigen gəlir.

“Ey filan atom, səndə bura gəl” deyir, onlar da bir yerə yığılırlar, əvvəl bir amin turşusu meydana gətirirlər. “Bu amin turşuları bir işə yaramaz. Nə edək?” deyirlər, “bunu bir zülal halına gətirək”. Çünki, insan zülaldan meydana gəlir. İnsanın meydana gəlməsi üçün bir zülala ehtiyac var. “Əvvəl təsadüflər nəticəsində bir zülal düzəldək” deyir və amin turşuları bir yerə yığılırlar və zülalları meydana gətirirlər. Zülallar deyirlər ki; “burada belə həlak oluruq, təəssüf bizə”. Bəzimiz Kastamonuda, bəzimiz Konyada. “O zülalları da çağırın” deyirlər. Hamısı gəlirlər. Bir qismi deyir ki; “biz sağ əlinik, biri də sol əlinik” deyirlər. “Olmadı o zaman. Bizim dediyimiz kimi olacaq” deyirlər. Sonra zülallar bir yerə yığılırlar. “Biz toz olduq, zülal tozu olduq bir şeyə də yaramadıqmı?” deyirlər.”Heç elə şey olar?

Bir şey fikirləşərik. Bir hüceyrə düzəldək dərhal” deyirlər. Hüceyrə meydana gətirilər. “Bir hüceyrədən bir şey olmaz, buna birini də əlavə edək, iki dənə olsun, dörd olsun, səkkiz olsun. Sonunda iki dənə bir göz, bir burun, iki qulaq düzəldir. Bunları düzəldir, “amma bunların hərəkətə gəlib canlanmadığını gördükdə nə edəcəyik buna?” deyir. Buna ruh lazımdır. Göz var, beyinə siqnallar ötürür, amma görən yoxdur. “Nə edəcəyik?” deyir. Beyinə görüntünü aparır, “maşını qurduq, sistemi qurduq, amma görən yoxdur” deyir. “Heyif, ən əhəmiyyətli qisim məhz bu imiş. İndi biz bunu edə bilməyəcəyik” deyir. “Nə edək? O zaman Ruh meydana gətirək” deyir. Yəni, gözü olmadan görən bir ruha ehtiyac var. Gözü görməyən atomlar, kor atomlar.

Gözsüz görən bir ruh meydana gətirilər və beyinin içindəki siqnalı qapqara beyinin içindəki gücü çox aşağı olan zəif siqnalı, tərtəmiz, bu an da gördüyünüz işıqlılıq şəklində görən, üçölçülü və dərinliyinə kimi görən, hər şeyi görəcək bir gözsüz ruh düzəldirlər. Gözü olmayan görən bir ruh və o ruhu da onun (cismin) qarşısına gətirirlər və o görməyə başlayır. “Görmə siqnalları beyinə çatmadı nə edəcəyik ? Bu səssiz bir görünüş olmaz. Buna bir səs əlavə edək. Üçölçülü bir səs olsun, dərinlikli stereo ən inkişaf etmiş stereo sistemindən daha keyfiyyətli olsun.

Yəni, bu son texnologiyadan əldə edilə bilməyən bir səs əldə edək. Bu səsi əldə edəcəyik, amma bu səsi dinləyəcək biri də yoxdur. Nə edəcəyik? qulaqsız bir ruhun bunu dinləməsi lazımdır. Onuda düzəldərik təsadüfən” deyirlər. Qulaqsız bir ruh meydana gətirirlər. “Bir də əlində, ayağında hisslər yaratmaq lazımdır. Bax beynə qədər apardıq. Beyin anlamır. Bunu eşidəcək bir ruh lazımdır, yəni, həmin toxunma hissi də lazımdır” deyirlər. Atomlar təsadüflər nəticəsində bir də ruhun o istiqamətini düzəldirlər, toxunma hissi də meydana gətirirlər. “Ətirlər olsun. Bir ruh meydana gətirək ki, burunsuz o qoxunu beyindən gedən o elektrik cərəyanını qoxu olaraq alsın” deyirlər və təsadüflər nəticəsində Darvin babalarının dediyi, dəcallın dediyi dinə uyğun olaraq insanın yaradılışını beləcə açıqlayırlar. Dünyanın 99 %-i  bu ən məntiqsiz, ən nalayiq dinə inanırdılar və hal-hazırda dünyanın 99 %-i bu dinə inanır. Dəccalın dininə inanır.

images