Tövbə surəsi 88-91-ci ayələrin təfsiri
ADNAN OKTAR: Tövbə surəsi, şeytandan Allaha sığınıram. 88-ci ayə. Allah deyir ki: “Lakin Peyğəmbər və onunla birlikdə olan möminlər malları və canları ilə cihad etdilər (vuruşdular). Bütün nemətlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır!” Rəsul, yəni imam, müsəlmanların öndəridir. Axırzamanda müsəlmanların öndəri, lideri kimdir? Mehdi (ə.s). Və onunla birlikdə olan möminlər kimlərdir? Mehdi (ə.s)-ın tələbələri. Peyğəmbərimiz (s.ə.v)-in tələbələri səhabələr, Əhli-Bədr idi. Əhli-Bədr neçə nəfər idi?
ALTUG BERKER: 313 nəfər.
ADNAN OKTAR: Mehdi (ə.s)-ın tələbələri neçə nəfərdir?
ALTUĞ BERKER: 313 nəfər.
ADNAN OKTAR: Bəli. “Malları və canları ilə,” baxın, Allah malı əvvəl, sonra “canları ilə” deyir. Müsəlman malını tamamilə Allaha infaq etməlidir. Və deyəcək ki: “həyatım, ölümüm, dirimim aləmlərin Rəbbi olan Allah üçündür.” inşaAllah. “Canları ilə cihad etdilər” səy göstərdilər. Bütün malını-mülkünü Allah yolunda xərcləyir, kitab alır, paylayır. Təbliğ edir, yaradılış üzərində araşdırmalar edir. “Bütün nemətlər məhz onlarındır,” Allah “onlara həmişə xeyir verərəm, şər toxunmaz” deyir, inşaAllah. “qurtuluşa çatanlar da məhz onlardır”. Dünyada qurtuluş nədir?
ALTUĞ BERKER: Türk-İslam Birliyi.
ADNAN OKTAR: İslam Birliyidir. İslamın dünyaya hakim olmasıdır. Onun xaricində yarım qurtuluşdur, əskik qurtuluşdur. Tam qurtuluş İslamın dünyaya hakimiyyəti ilə olar. “Qurtuluşa çatanlar onlardır.” Məhz Mehdi (ə.s)-ın tələbələridir inşaAllah. Peyğəmbər (s.ə.v)-in zamanında da bölgəyə hakim olublar, inşaAllah. “Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!” Cənnətdə müddət yoxdur. On katrilyon il keçir, vaxt bitmir, bir on katrilyon il daha keçir, yenə bitmir, sonu yoxdur, sonsuz və əbədidir. İnsanda ən güclü instinktdir, Allah xüsusi olaraq yaratmışdır. Sonsuz olma instinkti vardır, insan sonu olan şeyi istəməz, instinktdir. Təmin edilməmiş tək instinktdir. Onu Allah axirətdə tam doydurar. Onsuz da, Allah təmin edilməmiş instinkti vermir, mütləq o instinkti təmin edər.
Bir tək təmin olmayan sonsuzluq instinktidir. O da axirətdə mümkün olar, inşaAllah. “Bu böyük qurtuluşdur (uğurdur).” Allah axirətdə də, Cənnəti böyük qurtuluş və uğur olaraq bildirir. Dünyada da İslamın dünya hakimiyyəti Allahın razılığını qazanmaq qurtuluş və uğurdur. Axirətdə də Cənnəti qazanmaq və Allahın razılığını qazanmaq, bunlar “böyük qurtuluş və uğurdur.” “Altından çaylar axan Cənnətlər.” Məsələn, bir yer nə qədər gözəl olursa, olsun, suyu yoxdursa, çox böyük əskiklik olar. Məsələn, evlər, villalar, hovuzu varsa, insana xüsusi zövq verir. İnsanlar da xüsusilə o tərzdə ev istəyirlər. Heç olmazsa, bir suyu olsun, bir dəniz kənarında olsun. Məsələn, dəniz kənarında olan evlər çox bahalıdır.
Göl kənarında, dəniz kənarında, çay kənarında evlər daha bahalı olur. Niyə? Çünki, insanlar daha çox bu tərzdə olan evlərə üstünlük verib istəyirlər. İnstinkt olaraq bizə suyu sevmə gücü verilmişdir, həmişə canımız su istəyir. Məsələn, kiçik bir göl belə olsa, insan o suyun başında gedib oturmaq istəyər. Mütləqdir ki, su olmalıdır. “Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu böyük qurtuluşdur (uğurdur)!” “Bədəvilərdən (Təbuk döyüşünə getməmək üçün) izin almağa üzrxahlar gəldi.” Bədəvilər cahil, təhsilsiz, məlumatı və ədəbi əskik olanlardır. “Bədəvilərdən (Təbuk döyüşünə getməmək üçün) izin almağa üzrxahlar gəldi.” Bunlar həmişə kənardan izləyər. Məsələn, ticarət edər, işinə – gücünə baxar, həmişə icazə istəyər. “Müəllimim və yaxud işdə müdirim, mənə icazə verin evlənmək üzrəyəm.” “Yaxşı” deyirsən. “Başqa nəyə görə icazə istəyirsən?”
“Ticarətim var, məktəbim var”, “yorğunam” deyər, “xəstəyəm” deyər, həmişə bəhanə gətirər. “Bədəvilərdən (Təbuk döyüşünə getməmək üçün) izin almağa üzrxahlar gəldi. Allaha və Onun Peyğəmbərinə yalan söyləyənlər isə (üzr belə istəməyib evlərində) oturdular.” Yalan danışır getmir, getmək istəmir, heç nə etmək istəmir. Müsəlmanlar isə çox canlı, aktiv, həyəcanlıdır. “Onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir.” Allah “inkar etmə,” “imansız olma” şərtini qoyur, kim inkar edib kafir olarsa, Allah onlara “əzab verəcəyəm” deyir. İmansız təbii ki, özünü imanlı zənn edir, amma axirətdə imansız çıxır. Məsələn, özünü müvahhid (Allahın təkliyinə inanan) zənn edir, tək Allaha inandığını və Allaha tam təslim olduğunu zənn edir, axirətdə isə müşrik olduğunu anlayır.
“Və onların biz müşrik deyilik deməkdən başqa fitnələri olmadı” deyir. Həmişə “biz müşrik deyilik” deyirlər. Halbuki, şirkə düşmüsən sən, “mənə vəhy gəldi” demisən, elə deyilmi? Bu bir şirkdir. Xurafatı “Peyğəmbər (s.ə.v) söylədi” deyə izah etmisən, bu da bir şirkdir. “Yuxumda mənə məlum oldu ki, filan adam Mehdi (ə.s)-dır” deyirsən, bu da şirkdir, çünki, peyğəmbərlik iddia edirsən sən. Çünki, sən yuxu görüb vəhy aldığını iddia etdiyinə görə Peyğəmbərsən sən (haşa), elə deyilmi? Və bu vəhyə də ətrafındakıların inanmağını istəyirsən. “Mənə ayə gəldi” deyirsən, kitablı peyğəmbər olmuş olursan (haşa). Gördüyün yuxuya görə, “bu kitaba da inanın” deyirsən. Demək ki, yuxusunda başqa bir şey də görsə, adamlar ona da inanmalıdır.
Peyğəmbərimiz (s.ə.v) buyurur ki: “Axırzamanda yalançı peyğəmbər çıxacaq” hal-hazırda belələri törəyib. Özünə vəhy gəldiyini iddia edən yalançı peyğəmbərlər, yaxud xurafat törədən peyğəmbərlər peyda olub. Saxta peyğəmbərlər dəccal dövrünün xüsusiyyətidir. “Allaha və elçisinə qəlbən bağlı qalmaq, xeyirə çağıranlardan olmaq şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələrə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur.” “Allaha və elçisinə” Allaha və imama “qəlbən bağlı”. Bağlı qalma demir bax “qəlbən bağlı” ehtirasla, eşqlə, ölümünə bağlanmaq, sevmək lazımdır, səthi bağlılıq olmaz. Allaha, İslama, Qurana eşqlə bağlı olmalıdır. “Xeyirə çağıranlar” müsəlman nə etməlidir?
Həmişə xeyirə çağırmalıdır, şərə çağırmamalıdır, pislik, alçaqlıq arxasında olmamalıdır, həmişə xeyirə çağırmalıdır. “Xeyirə çağıranlardan olmaq şərtilə” Allah bunu istisnasız, həmişə etməyin lazım olduğuna diqqət çəkir. Bəzən deyir, biz səhv edirik. Elə şey olmaz. Maraqlarına uyğun gələn yerdə necə dəqiq, diqqətli olursan, elə deyilmi? Müsəlman həmişə gecəli-gündüzlü xeyirə çağırmalıdır, fasiləli olmamalıdır. “Acizlərə (qocalara və anadan gəlmə zəiflərə)” bədəni, ruhən gücü olmayanlar, məsələn, danışmağa taqəti yoxdur. “Acizlərə (qocalara və anadan gəlmə zəiflərə)” o zaman müsəlman güclü olacaq və zəif olmayacaq. Gücsüz olmaq müsəlmanlığa zidd bir haldır.
Demək ki, müsəlman çox güclü bir bədənə sahib olmalıdır, ruhən güclü olmalıdır. O zaman müsəlman özünə yaxşı baxmalıdır, elə deyilmi? Lazım olsa, idman edəcək, yeməklərinə diqqət yetirəcək, yuxusuna diqqət yetirəcək, ruhən də ruhu polad kimi olacaq. Tənqidə, çətinliklərə, qorxuya qarşı güclü olacaq, hamısına qarşı güclü olacaq. “Xəstələrə” müsəlman xəstələnməməyə diqqət yetirməlidir, tədbir görməlidir. Qrip olmamaq üçün, soyuqlamaması üçün tədbir görməlidir,elə deyilmi? Digər xəstəliklərə qarşı tədbir almalıdır. Ayədə xəstəliklərə qarşı mübarizənin fərz olduğu aydın olur. Xəstəxanalar qurmaq, tibb və təbabətin fərz olduğu aydın olur. Çünki, xəstə mübarizə edə bilmədiyinə görə, İslamı yaymaq əsas olduğuna görə, Allaha ibadət əsas olduğuna görə; bu vəziyyətlər də, bu səbəblər də mane olduğuna görə, müsəlman xəstə olmamağa diqqət göstərməlidir.
O zaman tibb elmi fərzdir, xəstəxanalar qurmaq müsəlmanlar üçün lazımlıdır və xəstələnməmək üçün də hər cür səbəbə sarılmaq lazımlıdır. “(Cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə” müsəlman zəngin olmaq üçün cəhd göstərəcək, səbəbə sarılacaq. Allah kasıb olmağımızı istəmir, zəngin olmağımızı istəyir, amma buna baxmayaraq kasıb olsa, səbir edərik. Amma “nə edək, mən kasıbam” deyərək kənara çəkilməyəcək, cəhd göstərəcək, inşaAllah. “(Cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah yoxdur.” Belə bir vəziyyətdədirsə, Allah bu kəslər üçün heç bir günah, məsuliyyət yoxdur deyir. Amma belə olmamağımızın lazım olduğunu və buna qarşı tədbirli olmağımızın lazım olduğunu da Quran bizə açıqlayır, inşaAllah.
“Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur.” Allah yaxşı və səmimi olanlara, bunun əleyhinə bir yol olmadığını, deyir.“Allah bağışlayandır, əsirgəyəndir”. “Günah işləsəniz bağışlayaram” deyir. Həmçinin, Allah “qoruyaram” deyir, “əsirgəyəndir” deyir. İndi məsələn, hal-hazırda Allah istəsə, hər cür fəlakəti verə bilər, bəlanı verə bilər, hər cür ağrını verə bilər, amma böyük imkanlar yaradır. Baxın, məsələn, bütün dünyaya İslamı təbliğ etməyimizi təmin edir. Kimin ağlına gələrdi? Mən 1979-1980-cı illərdə İslamın dünyaya hakim olacağını bilirdim, amma mən televiziyalardan, radiolardan, internetdən belə bir yayım edə biləcəyimizi doğrusu bilmirdim. Bu sürpriz oldu. 1979-cu illərdə internetdən heç xəbərim yox idi, təxəyyül belə edə bilmirdim.
Televiziyanın bu qədər yayılacağını, güclü olacağını da bilmirdim. Radioların bu qədər yayılacağını, xüsusilə internetin, tam dabbət-ül ərz və Mehdi (ə.s)-ın qılıncıdır, maşaAllah. Allah “Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur.” deyir. Yaxşılar daim rahat, sağlam olurlar. Yaxşı olana, səmimi olana həmişə pislik gələr, bu dünyada şeytan ona pis olacaqsan deyə aldatsa, Allah onu (şeytanı) məhv edər. Həm üzünü qaraldar, həm həyatını qaraldar, pərişan edər, inşaAllah. Yaxşılar daim gözəlliklərlə qarşılaşar, amma səbirli olmalıdırlar. Təbii ki, imtahanla qarşılaşarlar. İmtahana səbir etmirsə, o necə yaxşı insan ola bilər ki ? Təbii ki, çətinliklərə müqavimət göstərəcək gücdə olmalıdır, ona qarşı müqavimət göstərəcək keyfiyyətdə olmalıdır.