Təğabun surəsi 11-16-cı ayələrin təfsiri
ADNAN OKTAR: “Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz.” Yəni, Allah əvvəldən hazırlamadıqca, əvvəldən yazılıb hazır olmadıqca heç bir müsibət baş verməz, deyir. Yəni, hər şey Allah tərəfindən mütləq əvvəldən təqdir edilmiş olar və Allahın məlumatı daxilində xeyir və hikmətlə yaradılar. “Allahın izni olmadan heç kəsə müsibət üz verməz. Kim Allaha iman etsə, onun qəlbini hidayətə yönəldər.” Yəni, Qurana, İslama yönəldər. “Allah, hər şeyi biləndir.” Yəni, dünyadakı bütün elmləri, insanların bilmədiyi bütün elmləri, hər şeyi, hər cür elmi biləndir.
“Allaha itaət edin və Rəsuluna itaət edin.” Allaha itaət edin, Qurana əməl edin, Rəsula itaət edərək Peyğəmbər (s.ə.v)-ə iman edin. Müsəlmanlar Peyğəmbərimiz (s.ə.v)-ə imam olaraq, əmir olaraq tabe olmaqla, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə əməl etməklə mükəlləfdirlər. “Əgər üz çevirsəniz, bilin ki, Elçimizin öhdəsinə düşən yalnız açıq bir təbliğdir.” Vəzifəsi insanlara həqiqəti çatdırmaq, izah etməkdir. Yəni, peyğəmbər təzyiqlə mükəlləf deyildir. Bax “Peyğəmbərimizin öhdəsinə düşən yalnız açıq-aşkar təbliğdir!” Buna görə İslamda təzyiq var, şiddət var deyirlər, məsələn, bax, ona dəlil budur. Təzyiq etmədən sadəcə həqiqəti çatdırır. İman edən edər, etməyən etməz. “Allah; Ondan başqa İlah yoxdur. Elə isə möminlər (yalnız) Allaha təvəkkül etsinlər.” Allaha təvəkkül dünyadakı ən böyük rahatlıqdır. Yəni, həqiqətən, Allaha təvəkkül edən insanın qəlbi çox rahat olur. Təvəkkül etməyəndə dünya onun üzərinə çökər. Təvəkkül edəndə isə bütün dünya Allahın istəyi ilə onun xidmətində durar. Dünyadakı ən böyük rahatlıq Allaha iman etmək və təvəkkül etməkdir, inşaAllah.
“Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır.” Məsələn, bəzən zövcəsi olar, bəzən uşağı olar, yəni ailə fərdləri bəzən bir-birinə düşmən ola bilərlər. Məsələn, atası oğluna, oğlu anasına, anası öz oğluna. Çünki, ailə içində tam bir birlik olmaz. Yəni, hər ailə eyni inancda, eyni düşüncədə olmaz. Məsələn, oğlu Cəhənnəmə gedər, atası Cənnətə gedər. Atası Cəhənnəmə gedər, oğlu Cənnətə gedər, tam tərsi də ola bilər. Onun üçün insanlar Cənnətə ailəvi şəkildə girməzlər. Ailə bölünər, yəni, bir qismi Cəhənnəmə gedər, bir qismi Cənnətə. Bəzən hamısı Cənnətə gedər. Bəzən hamısı Cəhənnəmə gedər. Quran ona diqqət çəkmişdir. “Bu halda onlardan çəkinin.” Yəni anormallıq etmələri, təcavüzkarlaşmaları, dəlilik etmələrindən çəkinin. “Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar).”
Allah bağışlamağın üstün olduğunu söyləyir. Yəni, müsəlman onlardan çəkinər, özünü gözləyər. Amma əfv edir, qüsurlarını üzlərinə vurmaz və bağışlasa, “Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir!” “Mallarınız və övladlarınız sizin üçün bir imtahandır.” Allah beynimizin içində bir mal yaradır və yaxud bir uşaq yaradır, adam da uşağı özü yaratdığını zənn edir, malını özü qazandığını zənn edir. Halbuki, malı da, uşağı da onun beynində Allah yaradır. Çöldə əslləri var, insan əsliylə əsla əlaqədə ola bilməz. Yəni, uşağın çöldəki əsli qaranlıq içində şəffaf bir varlıqdır və səsi çıxmaz, səsi ağzından yalnız dalğalar şəklində çıxara bilər. Yəni, elektromaqnit dalğalar meydana gələr. Malı da elə, məsələn, gəmisi çöldə şəffafdır və qaranlıq içindədır. Heç bir xüsusiyyəti yoxdur.
Allah onun beynində gəmisini tərtəmiz, işıqlı və rəngli göstərər. Səsi meydana gətirər, görünüşü, qoxunu meydana gətirər. Məsələn, masanın üzərinə hind toyuqlu plov gəlir. Hind toyuğu çöldə normal halı ilə şəffafdır və qaranlıq içindədir, qoxusu da, dadı da yoxdur. Heç bir xüsusiyyəti yoxdur. Qoxunu və dadı Allah beyinimizdə meydana gətirir. Beynin bir şərhidir. Allahın yaratmasıyla olar. Yoxsa plovun heç bir mənası olmaz. Doyma hissi, aclıq hissi tamamilə Allah tərəfindən beyinə verilər, yəni, ruhda hiss edilər. Allah “Mallarınız və övladlarınız sizin üçün ancaq bir imtahandır” deyir. Yəni, “bu görüntüylə sizi imtahan edirəm” deyir. Yəni, film ekranı kimi. Amma məsələn, kinoda mal göstərilir,uşaq şəkli göstərilir, “bu mallar, uşaqlar mənimdir” deyir. “Bu uşaqlar necə oldu?” soruşursan, “bunları mən yaratdım” deyir. “Görüntünü oraya kim gətirdi?” soruşursan, “o məni maraqlandırmır” deyir.
“O malı kim görüntü halına gətirdi, o görüntünü sənə kim göstərir?” soruşursan, o da “məni maraqlandırmaz” deyir, haşa. “Yaxşı, bəs nədir?”soruşursan, “o malları da mən yaratdım” deyir. “Mənim ağlımla, mənim zəkamla oldu” deyir. “Sənin ağlını, zəkanı kim yaratdı?” deyə soruşursan, “o da məni maraqlandırmaz, onu da mən yaratdım” deyir. Buna görə də axirətdə də Allah ağıllarını başlarından alar, nemətlərini, imkanlarını alar. Allah tam onların inandığı kimi çox pərişan olacaqları bir həyat yaşadır. “Mutasiyalar təkamüllə oldu” deyirdilər. Allah axirətdə təsadüflərin necə meydana gələcəyini onlara göstərir. Hər yer alov, hər yer tüstü, qarmaqarışıq, insanların ağzı-burnu əyilmiş haldadır, qışqırıb-bağırırlar. Bədənində şiddətli ağrı hiss edir. “Ən böyük mükafat isə Allah dərgahındadır!”.
Allah “insanlara gözəl davransanız, ən gözəl qarşılığı verərəm” deyir. “ Nə qədər bacarırsınızsa, Allahdan qorxun. Peyğəmbərə qulaq asıb itaət edin.” Yəni, “gücünüz çatan qədər, ən son mərhələyə qədər Allahın varlığına inanın, iman həqiqətlərini oxuyun, Allahın dəlillərinə baxın. Var gücünüzlə bunu edin, Allahı çox sevin və haqqıyla Allahdan qorxun” deyir Allah. “Dinləyin və itaət edin.” Yəni, doğru bir şey deyiləndə də dinləyin və “itaət edin”. Yəni, Allah insanlara “səmimi olun” deyir. “Malınızdan öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır.” İnsanların çoxu maldan, puldan bərk yapışar. Allah pulu da, malı da onun beynində yaradır. Allah istəsə, onu hər kəsə paylayar. Dollar əslində şəffafdır, insan dolların əslini görsə, şəffaf olduğuna görə heç bir işinə yaramaz. Yəni, çöldə dollarların rəngi yaşıl deyil, ətraf-hər yer qaranlıq içindədir. Günəş də əslində işıqlı deyil, qaranlıqdır. Günəş ətrafa dalğa yayır. Dalğanı biz istilik olaraq hiss edirik.