Məryəm surəsi 67-75-ci ayələrin təfsiri

ADNAN OKTAR: Allah 67-ci ayədə deyir:Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?. Yəni, daha əvvəl yox idiniz, hal-hazırda varsınız. Tərtəmiz, rəngli,üçölçülü bir görünüşdə, görüntü dəqiqliyinə görə də, qarşısındakı hər şeyi həqiqətən mövcud zənn edir. Halbuki, maddənin əsliylə deyil, görüntüsüylə əlaqədə olur, lakin görüntüsüylə əlaqədə olduğundan da heç xəbəri yoxdur. Dünyanın 99,99 %-i elmi bir həqiqət olduğu halda bu həqiqətdən xəbərsizdir. Allah “heç düşünmürmü?” deyir, insan nə etməlidir? Düşünməlidir. Baxın, Allah “düşünmürmü” demir, “heç düşünmürmü” deyir. Adam heç düşünmür, məsələn, lahmacun yeyir, yatır, işinə gücünə gedir. Allah düşünmələrini söyləyir.

Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə,” yəni, Allah hamısını axirətdə hesaba çəkəcəyəm deyir. “Sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik.” Yəni Allah onları Cəhənnəmin içərisində deyil, əvvəlcə Cəhənnəmin ətrafında diz üstə çökdürər. Çünki, müsəlmanlar da o bölgəyə gəlirlər, Cəhənnəmin ərazisinə gəlirlər, lakin küfr diz çökür. Allah müsəlmanları ayırır, onların önlərində və sağlarında nur olur və onların yanlarında  köməkçi var. Köməkçi bir mələk var. Küfr diz üstə çökdürülərək gözlədilir.  Müsəlmanlar Cənnətə aparılırlar, diz üstə çökmüşlər isə oradan Cəhənnəmə aparılırlar. “Sonra hər firqədən Mərhəmətli Allaha ən çox asi olanı çıxardacağıq.” Yəni, əsl liderlərini, məsələn, “Marks kimi, Lenin kimi, Apo kimi, Stalin kimi olan ən azğınlarını ayıracağıq” deyir Allah.

 

Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq.” Yəni, Allah kimlərin layiq olduğunu “Biz bilirik” deyir. Dünyada heç kim bunu bilmir, inşaAllah. Amma peyğəmbərdən vəhy gəlirsə, o bilinir, inşaAllah. Onun üçün Allah bunu bildirir; Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq.” Bu dünyada biz ancaq zahirinə görə hökm edə bilirik. Məsələn, küfr etsə, kafir deyərik. Amma hökmünü bilmərik, Allah bilər. İçinizdən hər kəs oraya varid olacaqdır.” baxın Allah, bütün insanların Cəhənnəmin ərazisinə girəcəyini deyir. Yəni Allah “içinizdən” deyərkən müsəlmanları da nəzərdə tutur, “hər kəs girəcək”  deyir. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır.” Çünki, bizim Cəhənnəmi bilməməyimiz əcaib olar.

Allah Cəhənnəmi yaradır, lakin biz Cəhənnəmi heç bilmirik. Onun üçün Allah müsəlmanları Cəhənnəmin yanına aparıb Cəhənnəmin yerini göstərir. “Mənim Quranda bəhs etdiyim Cəhənnəm buradır” deyir Allah, İnşaAllah.Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır” Allah “Mən bu qərarı tətbiq etdim” deyir. Bu, Allahın hökmüdür. Bunu müsəlmanlar  onsuz da ediblər, yəni, bu iş olub, bu mövzu olub, biz xatırlamırıq, bunu görəcəyik İnşaAllah. Sonra Biz müttəqiləri oddan xilas edəcək,” Allah onları ayırar. Yanındakı köməkçiləri “siz gəlin” deyər. Onsuz da onlar Cənnətə girəcəklərini bilərlər. Çünki, önlərində, sağlarında nur var, yanlarında da Mələk var və canları gözəl alınıb, sevgiylə alınıb.

Yəni Cənnətə girəcəkləri hər tərəfli aydın olur. Zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik!” Allah onları Cəhənnəm ərazisində saxlayır. Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?” ”Onlar da küfrdə, mal-mülk yarışına girərlər. Məsələn, Amerikanın texnologiyasını müdafiə edir, başqa yerlərin texnologiyasını müdafiə edir, halbuki, Amerikadakı adam əgər hidayət əhlidirsə, müsəlmandırsa, onun bir dəyəri var. Çünki, oradakı malı-mülkü yaradan da Allahdır. O zənn edir ki, özü yaratdığını, amerikalıların etdiyini zənn edir. Amerikanın mərmisini də, tankını-topunu da yaradan Allahdır.

Amerikalıların düzəltdiyi atom bombası da Allahın yaratdığı atom bombasıdır. Düzəltdikləri anbarları da Allah yaradır. Atom bombası partlayanda bir titrəyiş meydana gəlir. Atom bombasının yandırıcı hissini, işığını alan insanın beynidir. Məsələn, atom bombası partlayanda gündüz kimi işıqlılıq meydana gəlir. Harada baş verir? İnsanın beynində baş verir. Əslində isə qapqara qaranlıqdır. Atom bombası partladıqda işıq, istilik, titrəyiş meydana gətirməz. Yəni, istilik, işıq ikisi də titrəyişdir. Onu beyin istilik və işıq olaraq alır, Allah yaradır.

Bu səbəbdən atom bombasının təsirini də, hər cür bombanın təsirini Allah meydana gətirər. “Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik.” “Var-dövlət”, yəni, kreslolar, paltarlar, yeməklər, içkilər, moda, dizayn cəhətdən də, və simaca (bu kafirlərdən) daha üstün (daha gözəl, bəzəkli) idilər.” deyir. Çünki, məsələn, qədim Misirdə də, başqa dövrlərdə də elə ipək geyimlər geyinirdilər, fövqəladə ehtişam var idi, yəni, özlərinə çox baxan adamlar idi.

 

De: “Qoy Mərhəmətli Allah azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin!”  Məsələn,  bəzən 100 il, bəzən 150 il müddət verər. Allah, darvinizmə ən az 150 illik müddət verdi. Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər ” Biz şərhlərə bir əlavə edirik. “De ki: “Kim zəlalət içindədirsə,” dəccal, dəccaliyətqoy Rəhman ona (öz zəlalətində qalmaq üçün) uzun müddət möhlət versin” Nə qədər möhlət verər? Məsələn, 150 il. “özlərinə vəd ediləni” Mehdi (ə.s)-ı, Mehdi (ə.s)-ın zühurunu, İslam Birliyini və Türk-İslam Birliyinigördükdə onlar kimin məqamının daha pis, kimin tərəfdarlarının daha zəif olduğunu biləcəklər.” deyir.

Mehdi (ə.s)-ın ordusunu gördükdə öz ordularının heç olduğunu anlayacaqlar. Mehdi (ə.s)-ın hərbi gücünün silahı sevgidir, mərhəmətdir, məhəbbətdir. Dəccalınkı isə, qandır, barıtdır. Mehdi (ə.s) yalnız sevgiylə, ağılla, elmlə, sənətlə hakim olacaq. Bədiüzzaman; “sənət, bacarıq və ittifaq” deyir. Baxın, Mehdi (ə.s)-ın üç silahı əhəmiyyətlidir: sənət, bacarıq (elm) və ittifaq.  Müsəlmanların bölünməsini, məzhəbləri, təriqətləri aradan qaldırmaq, eynilə Peyğəmbərimiz (s.ə.v)-in zamanı kimi etmək, Əsri-səadət kimi edəcək, inşaAllah. İttifaqın məqsədi budur. Yəni, bölünmüş, parçalanmış ittifaq olmaz. 100-ə bölünüb,möhtəşəm bir ittifaq oldu deyir.

100-ə bölünmüsən sən, haradadır ittifaq? İttifaq təkliyə deyilir. Bədiüzzaman “müsəlmanların vəhdətini əsas götürəcək” deyir. Vəhdət nə deməkdir? Birlikdir, inşaAllah. Əleyhinə olan düşüncə isə “cəhalət (cahillik), zərurət və ixtilafdır” deyir. Müsəlmanların bir-birinə qarşı olmaları, bölünmələri, növbənöv təriqətlərə ayrılmaları ixtilaf etmələridir. O, onunla savaşır, bu onunla savaşır, hər kəs özünü haqlı hesab edir. Bir də cahillik. Məsələn,Mehtab Tv insanların cahilliyindən istifadə edərək “300 il” dedi. Heç kimin səsi çıxmadı. “Bu 300 ili haradan çıxartdınız?” deyən yoxdur. Bu cəhalətdən qaynaqlanır.

Məlumatı olan insan dərhal etiraz edib cavab verər. Bir qisim qardaş-bacımız da, əlbəttə ki, cəhalətindən deyil, məlumatı var, amma qarışmaq istəmədiyi üçün cavab vermək istəmir. Mehtab Tv bu səhvi düzəltsin, Samanyolu Tv bu yoldan əl çəksin. Fətullah Gülən müəllimimizin yolu çox gözəl, üslubu çox gözəldir. Onu burada tam fərqli bir şəkildə göstərməyə çalışırlar. Fətullah müəllim heç 300 il sonradan bəhs edirmi? Fətullah müəllim nə varsa, hər şey 1400-1500 arasında olacağını deyir. Mehdi (ə.s)-ın çıxışı da 1400-cü ildədir ” deyir. “Hz. İsa (ə.s)-ın enişi də bu əsrdə, hamısı bu əsrdədir” deyir. Sən isə “Risalə-i Nuru 300 il sonra anlamağa başlayacağıq” deyirsən. “Gənclər hələ bundan sonra öyrənəcək, hələ dayan görək” deyirsən. Kimlərsə durub öz fikrinə görə 300 il daha əlavə edəcək. Sənin dediyin tarixlərdə Qiyamətin üzərindən əsrlər keçmiş olacaq.

 images