İçeriğe geç

Onlar Allahı lazımınca qiymətləndirmədilər. (Həcc surəsi, 74)

Onlar Allahı lazımınca qiymətləndirmədilər. (Həcc surəsi, 74)

Allah sonsuz qüdrətini və elmini mövcud olan hər varlıqda göstərir. İnsan bədəninin hər hissəsindəki mükəmməllikdə, çiçəklərin görünüşlərindəki rəng və qoxularındakı gözəllikdə, səmanın və kainatın möhtəşəmliyində, planetlərin orbit nizamında, dənizlərin dərinliklərindəki balıqlarda və ağlınıza gələcək hər şeydə açıq şəkildə görülən nizam və mükəmməllik, Allahın varlığının və sonsuz gücünün çox açıq dəlillərindəndir. İman etməyənlərin bir qismi isə, Allahın varlığını və qüdrətinin sonsuzluğunu fərq etmələrinə baxmayaraq, təkəbbürlərinə görə (Allahı tənzih edirik) inkar edərlər. Allahın böyüklüyünü lazım olduğu kimi dərk edib təqdir etməyə çalışmazlar. Ağıl sahibi olmadıqları üçün Allahın varlığının və böyüklüyünün, bütün varlıqlarda görülən açıq dəlillərini görə bilməzlər.

 

Bu dəlilləri ancaq, ətraflarındakı varlıqların məqsədi və işarə etdikləri üzərində düşünən, düşünmə qabiliyyəti açıq, ağlını və vicdanını istifadə insanlar görə bilirlər. Bunlar da iman edənlərdir. Möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri, dərin düşünə bilmələridir. Səmimi bir yanaşma ilə, müstəqil bir ağılla və səthi olmayan bir şəkildə düşünmə xüsusiyyətinə sahib olan möminlər, bunun sayəsində Allahın yaradılışındakı sənətini və gücünü görərək, Onun böyüklüyünü və qüdrətini təqdir edərlər. Bunu qavrayan insan, baxdığı hər şeydə Allahın varlığının dəlillərini görür, Onun qüdrətinin izlərini seyr edər. İnsanların çoxu bu həqiqətləri heç düşünmədən, tamamilə boş bir ağılla yaşayarkən, mömin davamlı olaraq Allahı təfəkkür edər. Bir ayədə nümunəvi mömin rəftarı belə bildirilir:

 

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi , 191) “”

images

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz