1) MÖMİNLƏRİN YARIŞI NECƏ BİR YARIŞDIR?
Quranda “İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?” (Ənkəbut surəsi, 2) ayəsiylə insanlara əhəmiyyətli bir həqiqət xatırladılır. Bu ayədən aydın olur ki, bir insan, “mən iman etdim” dedikdən sonra həyatında, həqiqətən Allahı razı etmək üçün yaşadığını, Onun bəyəndiyi əxlaqı tətbiq etdiyini hərəkətlərində də göstərməlidir. Qarşısına çıxan hər cür vəziyyətdə Allahın razı olacağı ümid edilən gözəl əxlaqı yaşamalı və bunun əksinə bir rəftar sərgiləməməlidir. Bir kimsənin həqiqi və səmimi bir mömin olduğunun ən əhəmiyyətli əlamətlərindən biri budur. Başqa bir sözlə adamın səmimiyyəti, Allahın gözəl gördüyü əxlaqı yaşamaq üçün göstərdiyi səy ilə aydın ola bilər.
Hər insan, vicdanının səsini dinləyib, səmimiyyətdə güzəştə getmədiyində, Allahın icazəsiylə Quran əxlaqını, Quranda nümunə göstərilən saleh möminlər kimi ən gözəl şəkildə yaşaya bilər. Allah bir ayədə bu mövzunu belə açıqlayır:
Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur. (Fatir surəsi, 32)
Ayədə açıqlandığı kimi, bəzi insanlar Allah (c.c)-nin çağırdığı doğru yola gəlməyib zərərə uğrayarlar. Ancaq bəziləri də yarışıb önə keçər və qurtuluşa çatanlardan olmağı ümid edə bilər. Güclü imana sahib hər mömin, gücünün çatdığı ən üstün əxlaq səviyyəsinə çatmağa çalışar. Çünki Allahın sevgisini və məmnuniyyətini ancaq bu şəkildə qazana biləcəyini bilər. Onsuz da insanın əsl yaranma məqsədi də budur. Rəbbimizi haqqıyla təqdir edib, Onun razılığını, sevgisini və cənnətini qazana bilmək…
Allahın Quranda “Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. …” (Maidə surəsi, 48) əmri ilə bildirdiyi yarış, Quran əxlaqından uzaq cəmiyyətlərdə yaşanan “bir-birini əzmə” yarışı deyil. Tam əksinə gözəllikləri və xeyirləri artırma yarışıdır. Çünki möminlərin yarışmaqdakı məqsədləri dünyəvi bir mənfəət əldə etmək ya da insanlar arasında bir üstünlük meydana gətirmək deyil. Onlar yalnız Allahın əmrlərini yerinə yetirməkdə, Onun bəyəndiyi əxlaqı yaşamaqda və Rəbbimizi razı etməkdə yarışarlar. Necə ki, Quranda möminləri Allah Qatında önə keçirən ünsürün belə bir səy ilə xeyirlərdə yarışmaları olduğu bildirilmişdir:
Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)
Hər insan üstün bir əxlaqı hədəfləməklə və buna cəhd göstərməklə məsuldur. Bu mövzuda insanların qarşısında hər hansı bir sərhəd yoxdur. Allaha könüldən iman edən, Ona səmimiyyətlə yaxınlaşmağa çalışan hər mömin bu əxlaqı qazana bilər və “imani yetkinliyə” çata bilər.
Bu “imani yetkinlik”, hər işdə Allaha yönəlib dönmənin, daim Allahın razılığını və dostluğunu qazanmağa çalışmağın və qeyd-şərtsiz gözəl bir əxlaq sərgiləmənin nəticəsində yaranan “kamil iman”dır.
“Kamil” sifəti yetkin, əksiksiz, mükəmməl mənalarını daşıyır. “Kamil iman” da, bir insanın çatdığı imani yetkinliyin və dərinliyin ən irəli, ən mükəmməl dərəcəsini göstərir.
- Kamil iman, insanın Allahın hər şeyin tək Yaradıcısı, tək Sahibi və tək Hakimi olduğunu qavramasıdır. Hər insanın Ona möhtac olduğunu bilib, Allahın heç bir şeyə ehtiyacı olmadığını və hər işi bir qədər ilə yaratdığını anlayaraq həyatın hər anında Ona təslim olmasıdır. Bu təslimiyyət, Allahdan çox qorxmaqla və Ona hər şeydən və hər kəsdən çox bağlanıb, Onu çox sevməklə mümkün olar. Allaha həqiqi mənada təslim olan bir insan, özünə yalnız Allahı dost və vəli edər. Həyatı boyu qarşısına çıxan hər hadisənin Allahın izni ilə reallaşdığını və bütün bunların xüsusi hikmətlərlə yaradıldığını bilər. Bu səbəblə də hər nə olursa olsun, təslimiyyətli rəftarında güzəştə getməz və hər zaman Allaha qarşı boyun əyici, itaətli və şükür edici bir rəftar içində olar.
Kamil mənada bir imana sahib olan bir mömin, Allahın Özünü tanıtdığı və qullarından istədiklərini bildirdiyi Qurana əksiksizcə tabe olar. Həyatının sonuna qədər Allahın bütün əmr və qadağanları mövzusunda son dərəcə diqqətli davranar. Allahın bəyəndiyi əxlaqı ölənə qədər səbirlə tətbiq edər. Kamil iman sahibi bir möminin gözəl əxlaqı yaşama mövzusunda göstərdiyi bu səbir olduqca əhəmiyyətli və təyinedicidir.
Kamil iman sahibləri, Allaha olan inanclarında və sədaqətlərində gözəl bir dayanıqlılıq göstərərlər. Bu da ancaq, Allaha qəti olaraq iman etmiş olmalarıyla mümkün olar. “Qəti olaraq iman etmək” insanın, Allahın, axirətin varlığına, ağılı, ürəyi və vicdanıyla qəti olaraq qənaətə gəlmiş olmasıdır. Quranın “O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.” (Bəqərə surəsi, 4) ayəsi, möminlərin bu xüsusiyyətini bildirir. Kamil iman sahibləri hər vəziyyətdə vicdanlarının səsini dinləyərlər. Bu da Allahın izniylə daim Qurana uyğun və Allah (c.c)-nin razı olacağı əxlaqı göstərə bilmələrini təmin edər. Allah (c.c), bu səmimi əxlaqı yaşayan səmimi qullarını belə müjdələyir:
Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)
2) KİN VƏ HİRSİ ÜRƏKLƏRDƏN ATMAQ ÜÇÜN YARIŞMAQ
Bəzi insanlar bir-birlərinə qarşı asanlıqla hirslənib, dərhal kinlənə bilərlər. Bunun səbəbi, Quran əxlaqı yaşanmadığında, insanların bağışlama, səbir, sevgi kimi üstün əxlaq xüsusiyyətlərindən uzaq bir həyat sürmələridir.
Möminin ən əhəmiyyətli xüsusiyyəti isə kindən təmizlənmiş olması və hirsini məğlub etməsidir. Yaşadığı hər hadisənin Allahın izniylə olduğunu, hər şeyin bir qədər ilə yaradıldığını bilər və davranışlarını bu şüurla müəyyən edər. Allah bir Quran ayəsində bağışlamanın əhəmiyyətini belə bildirmişdir:
” … qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali İmran surəsi, 134)
Ayədə bildirildiyi kimi möminlərə, haqlı olduqları halda belə insanları bağışlamaları əmr edilir. Bu səbəblə möminlərin ömür boyu sürən yarışlarının bir parçası da bağışlamanın, kin və hirsi ürəklərindən təmizləmənin yarışıdır.
KİN VƏ HİRSİN İNSANLARA YAŞATDIĞI GƏRGİNLİK
İnsanların çətinlik və narahatlıq içərisinə düşmələrinə səbəb olan əxlaq xüsusiyyətləri arasında kin və hirsin yeri də olduqca böyükdür. İnsanlar gündəlik həyatlarında xoşlarına gəlməyən bir çox hadisə ya da rəftarla qarşı-qarşıya qala bilərlər. Bir çox insan isə, bu cür vəziyyətlərdə dərhal hirslənər, hətta bununla da kifayətlənməyib hirslərini içlərinə yerləşən bir kinə çevirərlər.
İman edənlər nəfslərinin bu təlqinlərinə qulaq asmazlar. Çünki Allah, razılığını qazanacaq və cənnətinə qovuşacaq qullarını, “O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir.” (Ali İmran surəsi, 134) ayəsiylə bildirir. Bu səbəblə möminlər hirs və kindən Allaha sığınar və bunun üçün belə dua edərlər:
Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (Həşr surəsi, 10)
İman edənlərə qarşı kinlənmək ya da hirslənmək, həqiqətən inanan bir kimsənin qorxub çəkinməsi lazım olan bir vəziyyətdir. Çünki Allah Quranda, “Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər.” (Maidə surəsi, 55) ayəsiylə möminlərin bir-birlərinin vəliləri olduğunu bildirmişdir. Allahı sevən, Onun razılığını qazanmaq istəyən, Quran əxlaqını yaşayan və həyatını dinə xidmət etməyə həsr etmiş insanlara qarşı, adamın ürəyində kin ya da hirs kimi duyğular tutması, imanı ürəyinə tam olaraq yerləşdirməmiş olduğunu göstərir. Allaha və inananlara qarşı ürəyində belə bir səmimiyyətsizlik yaşaması, bu adamın imanın hüzurunu və xoşbəxtliyini lazımı kimi yaşaya bilməməsinə də səbəb olar.
Bu əxlaqı yaşayan insanlar rahatlıqla xoşluq göstərib keçə biləcəkləri hadisələrin təsirindən heç cür xilas ola bilməzlər. Sıravi bir hadisə ya da bir kimsənin sadə bir səhvi bu kəslərin hirslənməsi üçün kifayətdir. Hətta bəzən də sırf hirs gözüylə baxdıqları üçün, insanların normal davranışlarını belə hirslənəcək rəftarlar olaraq qəbul edə bilərlər. Hirslərinin təsiriylə doğru düşünə bilməz, hadisələri ədalətli və obyektiv bir şəkildə qiymətləndirə bilməzlər.
Daha da əhəmiyyətlisi hirs hisslərini təmin etmə arzuları o an üçün bir çox şeydən daha qabaqcıl hala gələr. Allahın razılığının, hirslərini məğlub edib bağışlayıcı bir rəftar göstərməkdə olduğunu bildikləri halda, nəfslərinin təsiriylə hirslənməkdən özlərini çəkindirə bilməzlər. Allah Quranda insanlara, “Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.” (Əraf surəsi, 199) deyə bildirir. Bu səbəblə, həqiqətən hirslənəcək bir vəziyyət olsa belə, Allahı sevən, Allahın razılığını qazanmaq istəyən bir mömin, mömin qardaşının səhvini bağışlayar.
Bunun yanında kin və hirslərini xaricə vurmayıb içlərində saxlamış olmaları da bu kəsləri yanıltmamalıdır. Çünki Allahın insanlardan istədiyi, bu əxlaqı gizli də olsa, açıq da olsa heç bir şəkildə yaşamamalarıdır. Bu insanlar, Allahın insanların ürəklərində gizlədiklərini də bilməsini unudarlar. Halbuki, Allah bir ayəsində belə buyurur:
“Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq?” (Muhəmməd surəsi, 29)
Bununla yanaşı bütün digər əxlaq pozğunluqlarında olduğu kimi kin və hirs də hər kəsdən çox adamın özünə zərər verən duyğulardır. Çox vaxt qarşı tərəfin, insanın içinə düşdüyü bu çətinlikdən xəbəri belə olmaz. Amma eyni əsnada bu insanlar başqa heç bir şey düşünə bilməyəcək qədər bu mövzuya qapılıb getmiş olarlar. Hirsi ürəklərindən atmadıqları müddətcə diqqətlərini hər hansı başqa bir mövzu üzərində toplaya bilmələri, ağıllarını istifadə edə bilmələri, işlərini edə bilmələri ya da insanlarla təbii bir dialoq qura bilmələri mümkün olmaz.
Hirsin insanlar üzərində fiziki mənada meydana gətirdiyi təxribat kiçik hesab edilə bilməz. Daxili narahatlıqlar, baş ağrısı, mədə ağrısı, yuxusuzluq kimi xəstəliklərin təməlində, ümumiyyətlə, bu cür əxlaq pozuntuları olar.
Göstərilən bu əxlaq insanların o anda Allahı, qədəri, imtahan verdiklərini və axirətdə hesab verəcəklərini unutmuş olmalarından qaynaqlanır. Yoxsa saatlarla, günlərlə ya da həftələrcə bir hadisəni ya da bir insanın bir rəftarını düşünərək, buna qarşı ürəklərində hirs saxlaya bilmələri mümkün olmaz. Allahdan həqiqi mənada qorxan bir kimsə, nəfsindən belə bir mövzuda vəsvəsə gəldiyini hiss etdiyində, Allahın bildirdiyi kimi davranar:
Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal həqiqəti görərlər. (Əraf surəsi, 201)
Kin və hirs, insanın səmimi bir dostluğu, sevgi və qarşılıqlı anlayışı yaşamasına mane olar. Belə insanlar həmişə tək, dostsuz olarlar. Tək və dostu olmayan bir insanın isə, xoşbəxt olması, nemətlərdən zövq alması qeyri-mümkündür. İnsan, dostluqlardan, sevgidən, söhbətdən, sevincini bəziləriylə paylaşmaqdan, güvənəcəyi insanlarla birlikdə olmaqdan zövq alacaq şəkildə yaradılmışdır. Təklik, dostsuzluq insanın fitrətinə zidd olduğu üçün, insanı çətinliyə salar. Nə qədər bəzi insanlar təklikdən zövq aldıqlarını, kimsəni sevmədiklərini, yalnız özlərini sevdiklərini və bu şəkildə rahatladıqlarını söyləsələr də, bunda səmimi deyillər.
Onlar yalnız insanlara olan kinlərindən ötrü və ya həqiqətən dost edə biləcəkləri bəzilərini tapa bilmədikləri üçün və bundan ötəri də qətiliklə xoşbəxt deyillər. Yalnız insanlara xoşbəxt görünmək üçün bunları söyləyərlər. Dost qazana bilməyən insanların, çarəsizlikdən pişikləriylə, itləriylə, quşlarıyla dost olmalarının, onlara son dərəcə düşkün hala gəlmələrinin, hətta bir insanla danışan kimi onlarla danışmağa başlamalarının altında duran səbəblərdən biri budur. Bu səbəblə kin və hirs, insanın fitrətinə ziddir və insanı təkliyə, bədbəxtliyə və çarəsizliyə sürükləyər.
Unudulmamalıdır ki, Quranda, “Onlara deyiləcək: “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!”Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar.”(Hicr surəsi, 46-47) ayələriylə bildirildiyi kimi cənnət əxlaqında kin və hirsin yeri yoxdur. Bu səbəbdən cənnəti hədəfləyən bir möminin də dünyada bu əxlaq pozuntusundan təmizlənməsi lazımdır.
3) TƏVAZÖKARLIQDA YARIŞMAQ
“… Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver;” (Həcc surəsi, 34)
Quran əxlaqında təvazökarlıq, insanın Allaha qarşı aciz bir qul olduğunu bilməsi və bütün həyatını və davranışlarını bu məlumata əsasən istiqamətləndirməsidir. Allahı təqdir edə bilən bir mömin üçün bunun əksi onsuz da mümkün deyil. Çünki Allahdan başqa ilah yoxdur. Hər şeyi yaradan, öldürən və sonra yenidən dirildəcək olan, hər işi çək-çevir edən Odur. Ondan başqa güc və qüvvət sahibi yoxdur. O hər şeyi qucaqlayıb əhatə edən, hər şeyə gücü çatan, qədəri yaradan, hər şeyi eşidən və görən, hər şeydən xəbəri olandır. Allah bütün əksikliklərdən uzaq və heç bir şeyə ehtiyacı olmayan, daim diri olan, səhv etməyən, unutmayandır.
Buna qarşılıq insan isə heç bir şeyi yaratmağa gücü çatmayan, üstəlik özü yaradılmış olan və Allahın öyrətdiyindən başqa heç bir məlumatı olmayan aciz bir varlıqdır. Hər an ehtiyac içindədir və Allahın özünə anbaan verdiyi minlərlə nemətə möhtacdır. Bunlardan tək bir dənəsi belə olmadığında acizliyə və çətinliyə düşər. Ancaq Allahın verdiyi ruzi ilə həyatını davam etdirə bilən, qüsurlu və əksik bir varlıqdır.
Belə üstün, bənzərsiz və tək olan Allahın böyüklüyü qarşısında, bu qədər böyük acizliklər içində olan insanın, təvazökarlıqdan kənar bir əxlaq göstərməsi, hər şeydən əvvəl yaradılışına ziddir. Bu səbəblə, kamil iman sahibləri həyatlarının hər anını acizliklərini bilərək keçirərlər. Bu şüur da onlara təbii olaraq təvazökar bir rəftar qazandırar. Bu təvazökarlıq onların üzlərindən, baxışlarından, söhbətlərindən aydın olduğu qədər digər bütün əxlaq xüsusiyyətlərində də özünü göstərər.
Məsələn, ancaq təvazölü bir insan özünə verilən öyüdlərdən istifadə edə bilər. Möminlərdən özünə gələcək olan hər cür tövsiyəyə və tənqidə açıqdır. Necə ki, dərin iman sahibi bir adam ən dəqiq tətbiq etdiyini düşündüyü bir mövzuda belə özünə bir öyüd verildiyində, heç bir şəkildə etiraz etməz və deyildiyi kimi daha yaxşısını etməyə çalışar. Tamamilə haqlı olduğu bir mövzuda haqsız olduğu deyilsə belə, bunu da anlayışla qarşılayar və hz. Yusif kimi belə söyləyər:
“Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər. …”(Yusuf surəsi, 53)
Belə bir təvazökarlıq anlayışı, insanın özünü kafi görməsini və nə qədər ağıllı olursa olsun ağlını bəyənməsinə maneə olduğu üçün, onun hər zaman daha yaxşıya və daha mükəmmələ doğru irəliləməsini, eşitdiyi hər sözdən, aldığı hər öyüddən, hər tövsiyədən istifadə etməsini təmin edər.
Mömin, həqiqi təvazökarlığın yalnız Allaha qul olmaqla əldə edilə biləcəyini bilər. Çünki ancaq Allahın gücünü təqdir edə bilən ağıl sahibi bir insan, Allahın qarşısındakı acizliyinin fərqindədir. Bu səbəbdən təkəbbürlənməyin son dərəcə yersiz olduğunun da şüurundadır. Buna görə də möminlər təkəbbürdən çəkinər və Allah Qatında üstün olan təvazökarlığa sahib olmaq üçün bir-birləriylə yarışarlar. Möminlərin sahib olduğu bu əxlaq bir ayədə belə bildirilər:
“Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: “Salam!” – deyərlər.” (Furqan surəsi, 63)
DÜNYADA VƏ AXİRƏTDƏ ƏZAB VƏ SIXINTININ SƏBƏBİ QÜRURDUR
Qürur Allahın bəyənmədiyi bir əxlaq xüsusiyyətidir. Qürurlu insan təkəbbür xəstəliyinə tutulmuş deməkdir. Böyüklənmənin səbəbi isə, insanın özünə müstəqil bir mənlik verməsi, həm özünü həm də ətrafındakıları Allahdan müstəqil varlıqlar olaraq görməsidir. Belə bir insan, etdiyi və sahib olduğu hər şeyi özündən bilər. Məsələn, bir müvəffəqiyyət əldə etdiyində bununla qürurlanar, nümayiş edər, özünü ən üstün insan olaraq görər. Halbuki, o müvəffəqiyyəti ona lütf edən Allahdır. Bu həqiqəti görə bilmədiyi üçün təkəbbürlənər. Belə bir insan hər hadisədə, hər mövzuda üstünlüyünü və böyüklüyünü ətrafına da hiss etdirmək istəyər.
Halbuki, belə insanlar heç bir zaman arxasında olduqları həqiqi qürur və üstünlüyü əldə edə bilməzlər. Çünki qürur və şərəf ancaq Qurana tabe olmaqla qazanıla bilər. Allah bu həqiqəti bir ayəsində belə bildirir:
Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər. (Muminun surəsi, 71)
İnsan, Qurana tabe olmadığında isə, Allahın ayədə bildirdiyi kimi, hər şey fəsada uğrayardı. Allah Quranın bir başqa ayəsində də insanların tez-tez bu yanılmaya qapıldıqlarına, qürur və şərəfi insanlara təkəbbür göstərməkdə axtardıqlarına diqqət çəkir:
Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər (münafiqlər) ən alçaqları (müsəlmanları) mütləq oradan çıxardacaqlar!” – deyirlər. Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin bunu münafiqlər bilmirlər. (Munafiqun surəsi, 8)
Ayədə də ifadə edildiyi kimi, qürur və izzət Allahındır və Allah bu üstünlüyü yalnız Qurana tabe olan, gözəl əxlaq göstərən qullarına verir.
Bəzi insanlar iman etdiklərini söylədikləri halda, hələ də cahiliyyə həyatlarında aldıqları təlqinlərin təsiri altında qalaraq, qürurlarını tərk etmək istəməzlər. Halbuki insanları əzaba salan mövzuların başında qürur və təkəbbür gəlir.
Qürur eyni zamanda insanı günaha sövq edən, insana Qurana uyğun olmayan bir çox əxlaqsızlığı və pisliyi etdirən bir əxlaq pozuqluğudur:
Ona: “Allahdan qorx!” – deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 206)
Qürurlu bir insan özünü hər kəsdən daha çox sevər. Bu səbəblə mənfəəti olmadığı hər şeydə, Allahın razılığını və vicdanını deyil, öz ehtiras və istəklərini öndə tutar. Bu isə, onu həmişə günaha və pis əxlaqa yönləndirər.
Qürurlu insan, özünü hər şeydən üstün gördüyü, həmişə nəfsinin istəklərini öndə tutduğu üçün axtardığı xoşbəxtlik və hüzuru tapa bilməz.
Hər şeydən əvvəl eqoist insanlar, həqiqi möminlərin yaşadığı bir çox gözəlliyin dadını heç bir zaman ala bilməzlər. Məsələn, heç bir zaman həqiqi sevgini yaşaya bilməzlər. Həyatda hər kəsdən və hər şeydən çox özlərini sevdikləri üçün, başqalarını lazımı kimi sevə bilməzlər. Sevgi duyduqları bir insana bunu açıqca deyə bilməz, kompliment söyləyə bilməz, sevginin tələb etdiyi istiliyi, səmimiyyəti və dostluğu göstərə bilməzlər. Ortaya qoyduqları bu soyuq və rəsmi xarakterə görə qarşısındakı insan tərəfindən də lazımi kimi sevilə bilməzlər.
Qürurlu insanlar, nəfslərinə ağır gəldiyi üçün heç bir zaman bir mövzuda aşağıda olmağı qəbul edə bilməz. Həmişə dostluğu zədələyəcək, gərginliyə və narahatlığa səbəb olacaq rəftarlar göstərərlər. Xoş münasibətli, səbirli, bağışlayıcı, mülayim bir xarakter göstərə bilməzlər. Hər vaxt həmişə öz dediklərinin qəbul edilməsini istəyərlər. Ortada bir anlaşılmazlıq olduğunda özləri heç bir zaman güzəşt vermədikləri üçün inadçı, dikbaş bir rəftar göstərərlər. Öz istədikləri edilmədiyində isə tərslik edərlər və bütün bunlar bu kəsləri “çətin və yola gedilməz insanlar” halına gətirər. Onlarla yoldaşlıq etmək, danışıb söhbət etmək, sevgini, dostluğu, gözəl əxlaqı yaşamaq çox çətindir. Bu da ətrafları tərəfindən sevilməyən, onlarla birlikdə rahat edilə bilməyən kəslər halına gəlmələrinə səbəb olar ki, bu da onlar üçün böyük bir itkidir.
Bu gözəllikləri yaşaya bilməmək bu kəslərdə böyük bir əzaba çevrilər. Çünki ruhlarında sevməyi, sevilməyi, dostluğu, insanlarla qarşılıqlı olaraq gözəl əxlaqı yaşamağı çox istədikləri və buna qarşı böyük bir ehtiyac duyduqları halda, yalnız qürurları səbəbiylə bunlardan məhrum olurlar. İçin-için bunlara həsrətlə baxıb heç cür əldə edə bilməmək də onların gizli bir əzab çəkmələrinə səbəb olar.
Qürurun səbəb olduğu bir başqa əzab şəkli də, bu tip insanların səhv etmə qorxularıdır. Üstünlük və böyüklük iddiası içində olduqları üçün, səhvsizlik iddiasındadırlar. Bu səbəblə səhv etdiklərində böyük bir çətinlik çəkərlər. Allahın razılığını qazanmaq yerinə, insanların gözündəki prestijlərini qorumağı hədəfləyərlər.
Bir başqasının, səhvlərini və ya əskiklərini özlərinə xatırlatması qürurlarına çox ağır gəlir. Belə bir vəziyyətdə alçaldıldıqları, insanların gözündəki etibarlarını itirdiklərini düşünərək sarsılarlar. Bu səbəbdən, içdən içə həmişə bu qorxu və narahatlıqla yaşayarlar. İstədikləri kimi hərəkət edə bilməz, təbii bir həyat yaşaya bilməzlər. Hər zaman ağıllarının bir yerində bunların hesabını çəkər, içlərindən gəldiyi kimi səmimi davranmaq yerinə, bu hesaba uyğun olan nə isə onu tətbiq edərlər. Buna görə də həmişə özlərini sıxmaq və süni hərəkət etmək məcburiyyətində qalarlar.
Məsələn, hər kəsin əyləndiyi bir yerdə, qürurlu kəslər hər kəsin tərsinə əzab çəkərlər. Bir tərəfdən ruhlarında əyləncəyə qatılmaq üçün böyük bir istək olar. Bir tərəfdən də qüsursuz rəftarlar göstərə bilməyəcəkləri təqdirdə alçalacaqları qorxusu ilə bundan uzaq dayanarlar.
Bu insanlar ortaya qoyduqları bu əxlaqdan ötəri tək və soyuq bir dünyada eqoizmləriylə baş-başa bir həyat yaşamaq məcburiyyətində qalarlar. Halbuki bunun yerinə təvazökar, Allaha və möminlərə qarşı boyunəyici bir xarakter göstərmiş olsalar bütün bu çətinlikləri sona çatacaq.
Təvazökarlıqla birlikdə, əzabın yerini sevinc, hüzur və xoşbəxtlik alacaq. Çünki təvazökar insan səhv etmə qorxusu içərisində olmaz. Bir səhv etdiyi özünə xatırladıldığında dərhal Allaha yönələr, Allahdan bağışlanma diləyər, niyyət və rəftarını düzəldər. Həmçinin, təvəkkülü ilə, bu səhvi özü üçün bir xeyir olaraq görər. Özünü daha inkişaf etdirməsinə vəsilə olduğunu düşünərək sevinər. İnsanların özü üçün nə düşündüyünü deyil, Allahın razılığına əhəmiyyət verər. Belə düşünən bir insanla, qürurundan gərginlik və narahatlıq yaşayan bir insanın ruh halının və həyatının nə qədər fərqli olacağı açıqdır.
Bununla yanaşı unudulmamalıdır ki, qürur şeytanın ən fundamental xüsusiyyətidir. Təkəbbür göstərməsi, onun cənnətdən qovulmasına, Allahın lənətini üzərinə götürməsinə və cəhənnəm əzabına layiq olmasına səbəb olmuşdur. Bu səbəblə Allahın gücü qarşısındakı acizliyini unudan, haqsız bir təkəbbür ilə insanlarla yarışa girən insanlar da şeytan ilə eyni qarşılığı almaqdan qorxmalıdırlar. Çünki Allah bir ayəsində, cahiliyyə cəmiyyətinin xüsusiyyətlərindən xilas ola bilməyərək, qürur adı altında eqoizmlərini davam etdirən insanlar üçün axirətdə ağrılı, acılı bir əzab ola biləcəyini xatırladır. Allah dünyada təkəbbür göstərənlərə o gün belə səsləniləcəyini bildirir:
Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin. (əd-Duxan surəsi, 49)
Həqiqi qürur və üstünlük isə dünyada ikən itaətkar, məzlum və yumşaq xasiyyətli bir rəftar içərisində olan insanlar üçündür. Allah iman edənləri belə müjdələmişdir:
Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik. (Nisa surəsi, 31)
Ağlını bəyənən və içində olduğu acizliyi unudub Allaha qarşı təkəbbürlənən bir kimsə isə, hər şeydən əvvəl yaradılışına zidd bir rəftar içərisinə girmiş olar. Allah Quranda, ” … Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. …” (Ğafir surəsi, 56) hökmüylə bunun çatılması qeyri-mümkün bir istək olduğuna diqqət çəkmişdir. Allah bir başqa ayədə də təkəbbürlənənləri sevmədiyini bildirmişdir:
İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi, 18)
Bu kəslər necə yaradıldıqlarını, həm fiziki həm də zehni olaraq Allahın qarşısında nə qədər böyük bir acizlik içində olduqlarını unutmuşlar. Bu rəftar isə, Quranda şeytanın xüsusiyyəti olaraq izah edilir. Allah ilk insan olan hz. Adəmi yaratdığında bütün mələklərə ona səcdə etmələrini əmr etmiş ancaq şeytan özünün insandan daha üstün bir varlıq olduğunu düşünərək səcdə etməyi rədd etmişdir. Quranda şeytanın bu çirkin rəftarı belə bildirilir:
Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam.Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!” Mələklərin hamısı birlikdə səcdə etdi, yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu. Allah dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?” İblis dedi: “Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” Allah dedi: “Çıx oradan! Sən artıq rəhmətimdən qovulmuşsan! Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!” (Sad surəsi, 71-78)
Budur, Allaha qarşı təkəbbürləndikləri üçün insanlara qarşı da təkəbbür göstərənlərin vəziyyəti budur. Bu kəslər özlərini çox bəyəndikləri və ağıllarından çox əmin olduqları üçün heç kimin sözünə etibar etməzlər. Hər zaman öz bildiklərini tətbiq edərlər. Bu da onların Quranda əmr edilən bir çox əxlaq xüsusiyyətini yaşaya bilməmələrinə səbəb olar. Daha da əhəmiyyətlisi Allah Quranda, “Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.” (Əraf surəsi, 36) şəklində bildirmişdir. Allaha qarşı acizliklərini unudanlar və təkəbbür göstərənlər cəhənnəmlə qarşılıq görəcəklər.
Kamil iman sahibləri isə bu rəftardan çəkindikləri üçün cənnətlə mükafatlandırılacaqlar:
Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. Gözəl aqibət müttəqilərindir. (Qasas surəsi, 83)
MÜSƏLMANLARIN SÖHBƏTLƏRİNDƏ ƏKS OLUNAN TƏVAZÖKARLIQLARI
Müsəlmanların gözəl əxlaqlarının ən çox təcəlli etdiyi mühitlərdən biri də bir yerdə olduqları söhbət mühitidir. Daim Allahın adının xatırlandığı, Rəbbimizin adının ucaldıldığı, Allah rizası üçün faydalı və xeyirli işlərin danışıldığı bu mühitlər, rahatlığı, təmizliyi və müsəlmanların gözəl rəftarlarıyla diqqət çəkicidir. Müsəlmanların bir yerdə olduqları mühitlər, sevginin ən gözəl şəkildə təzahür etdiyi, nəzakətin və hörmətin, iltifatın və gözəl sözün hakim olduğu mühitlərdir.
Müsəlmanların söhbətləri daxildən və səmimidir. Sünilik, riya möminlərin çəkindikləri pis davranışlardır. Möminlər müşavirəylə hərəkət etdiklərindən hər kəsin sözü və fikri qiymətlidir. Müsəlmanların söhbət mühitləri qətiyyən mübahisəli deyil. Çünki İslam əxlaqı, iman edənlərin öz fikirlərində israrçı olmamalarını, vicdana, ədalətə və xeyirə ən uyğun olan fikirə görə hərəkət etmələrini tələb edir. Möminlər “mənim fikrim qəbul edilsin”, “mənim düşüncəm ən doğrusu” kimi qürura və inadçılığa söykənən israrçılıqdan uzaq dayanarlar.
“… Hər bilik sahibindən də üstün bir bilən vardır.” (Yusuf surəsi, 76) ayəsiylə də buyurulduğu kimi, bir müsəlman, həmişə özündən daha yaxşı bilən biri ola biləcəyini, ən məqsədə uyğun düşüncəyə özünün sahib olduğunu iddia etmənin böyük bir səhv olduğunu bilər. Özü bir mövzuda məlumat sahibi olsa belə, qarşısındakının da bir başqa mövzuda dərin məlumat sahibi ola biləcəyini düşünər. Bu səbəblə digər mömin qardaşlarını maraqla və nəzakətlə dinləyər. Əvvəlcə onların sözlərindən, təcrübəsindən bir şey öyrənməyə çalışar. Müsəlmanların bu gözəl əxlaqı, Quran ayələrinə uyğun yaşamalarının bir nəticəsi və Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in əxlaqının möminlərdəki bir əksidir.
Bütün bu məlumatlar müsəlman əxlaqının və həyatının necə olmasını açıqca göstərir. Müsəlmanlar, eynilə Peyğəmbərimiz (s.ə.v)-in olduğu kimi, sevgiləriylə, təvazökarlıqlarıyla, nəzakətləriylə, təmizlikləriylə, yumşaq xasiyyətləriylə, gülərüzləriylə, mərhəmətləriylə, anlayışlı rəftarlarıyla, gözəl sözləriylə insanlara nümunə olmalıdırlar. Bununla yanaşı rəftarlarıyla Quran əxlaqını və sünnəni ən gözəl şəkildə əks etdirməyə diqqət göstərməlidirlər. Bu gözəl əxlaqı göstərənlər, Allahın izniylə, bir çox insanın İslam əxlaqına isinməsinə sözləriylə və izah etdikləriylə olduğu qədər davranışlarıyla da vəsilə ola bilərlər.
4) SEVGİ, ŞƏFQƏT VƏ FƏDAKARLIQDA YARIŞMAQ
Allahın, axirət günü qurtuluşa çatanlardan olmaları, rəhmətinə və cənnətinə qovuşa bilmələri üçün qullarına əmr etdiyi hökmlərdən biri “mərhəməti bir-birlərinə tövsiyə edənlərdən olmaq”dır. Həyatlarını Allahın razılığını qazanmağa həsr edən möminlər, Allahın bu hökmünü əksiksiz və qüsursuz olaraq yerinə yetirməyə çalışarlar. İman sahiblərinin mərhəmət anlayışlarının təməlində Allaha olan səmimi imanları durar. Çünki həqiqi mərhəmətin qaynağı Allah sevgisidir. Allahı sevən insan, Onun yaratdıqlarına qarşı məhəbbət, şəfqət və mərhəmət hiss edər. Rəbbimizə qarşı duyduğu bu güclü sevgi və bağlılıqdan ötəri, insanlara qarşı da Quranda əmr edildiyi şəkildə gözəl əxlaqlı davranar. Bir insanın Quranın bu əmrlərini tamamilə yerinə yetirməsiylə də həqiqi mərhəmət ortaya çıxar.
Quran əxlaqını lazımi kimi yaşamayan bir insan isə, həqiqi mənada mərhəmətli də ola bilməz. Allahın razılığını hədəfləmədiyi üçün yalnız özünü düşünər, özünü sevər, öz mənfəətləri və nəfsinin istəkləri hər kəsdən öndə gəlir. Başqalarının ehtiyaclarını, əksikliklərini lazımı kimi əhəmiyyətli hesab etməz, əhəmiyyətsiz və dəyərsiz görər. Bunun nəticəsində də başqalarına qarşı lazımi kimi bir şəfqət və mərhəmət hissi bəsləyə bilməz.
Möminlərin mərhəmət göstərmədəki dayanıqlılıqlarının səbəbi isə Allah (c.c)-nin əxlaqını və Quran əxlaqını ən mükəmməl şəkildə yaşamağa çalışmalarıdır. Allah “mərhəmətlilərin ən mərhəmətlisi”dir. Bu səbəbdən möminlər də mərhəməti, güclərinin çatdığı qədər yaşamağa çalışarlar.
Həmçinin möminlər, “Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah Şəfqətli və Rəhmli olmasaydı yaydığınız şayiələrə görə sizi məhv edərdi.” (Nur surəsi, 20) ayəsiylə bildirildiyi kimi, Allahın onlara olan şəfqətinə və mərhəmətinə möhtacdırlar. Allahın onlara mərhəmət etməsini istədikləri üçün də digər möminlərə qarşı əllərindən gəldikcə mərhəmətli olmağa çalışarlar.
Möminlərin mərhəmət mövzusunda özlərinə götürdükləri ölçü, göstəriləcək mərhəmətin qarşı tərəfin axirətinə mütləq müsbət istiqamətdə təsir etməsidir.
Möminlərin göstərdikləri bu əxlaq anlayışında özlərinə götürdükləri nümunə isə şübhəsiz Allahın “Həqiqətən də, sən böyük əxlaq sahibisən! “ (Qələm surəsi, 4) şəklində bildirdiyi Peyğəmbərimiz (s.ə.v)-dir. Allah Peyğəmbərimiz (s.ə.v)-in üstün mərhəmət anlayışını bir ayədə “Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir.” (Tovbə surəsi, 128) sözləriylə bildirmişdir.
Sevgi də, Allahın ürəklərə yerləşdirdiyi gözəl bir duyğudur. Həqiqi sevgi, ancaq sevginin önündəki eqoizm, mənfəətçilik, səmimiyyətsizlik və qürur kimi maneələrin qaldırılmasıyla yaşana bilər. Şəfqət isə sevgini ifadə edən ən isti və səmimi hisslərdən biridir. Möminlər Allaha, elçilərinə və mömin qardaşlarına duyduqları sevgidə və bir-birlərinə göstərdikləri şəfqətdə də yarışarlar.
Dünya həyatının keçici dəyərlərini əldə etmək üçün çalışan və din əxlaqından uzaq yaşayan insanların eqoist və xəsis olmalarının əksinə möminlər, digər mömin qardaşlarını və onların ehtiyaclarını öz nəfslərindən daha öndə tutarlar. Bu rəftarlarıyla, fədakarlıqda da çox fərqli bir yarış içində olduqları Quranda belə xəbər verilmişdir:
Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr surəsi, 9)
MÖMİNİN MEHRİBAN, MƏRHƏMƏTLİ VƏ MÜLAYİM ƏXLAQI
Sevgi, mərhəmət, anlayış və təvazökarlıq imanın ən əhəmiyyətli əlamətlərindəndir. Sevgi bütün insanlar üçün çox böyük bir nemət, həyatlarını gözəlləşdirən bir lütfdür. Həqiqi sevgi dərin bir iman və daxildən gələn bir Allah qorxusuyla yaşanar. Möminlər, gördükləri gözəl bir mənzərəni, rəngarəng çiçəkləri, növbənöv heyvanları, bir-birindən ləzzətli meyvələri və tərəvəzləri, ehtişamlı bir evi, dəbdəbəli bir avtomobili, estetik bir sənət əsərini, təsiredici bir musiqini Allahın təcəlliləri və yaratdığı əsərləri olaraq bəyənib sevərlər.
Bu səbəblə də bu gözəlliklər qarşısındakı duyğuları coşğulu və səmimidir. Sevgiləri, Rəbbimizə şükürlərinin səmimi ifadəsidir. Allahın Quranda bildirdiyi, peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in həyatıyla müsəlmanlara öyrətdiyi sevgi, möminlərin ürəklərini yumşaldar, mərhəmətli və mülayim olmalarına vəsilə olar.
Möminlərin Allahın təcəllisi olaraq görüb ən çox sevgilərini yönəltdikləri varlıqlar isə mömin qardaşlarıdır. “Möminlər, həqiqətən də qardaşdırlar. ..”(Hucurat surəsi, 10) ayəsiylə Rəbbimiz müsəlmanların bir-birləri ilə qardaş olduğunu bildirmişdir. Bu səbəblə müsəlmanlar arasındakı əlaqə, eyni öz qardaşlar arasında olduğu kimi, dərin sevgiyə söykənən, bir-birini qoruyucudur. Möminlər arasındakı qardaşlıq, dərin sevgi və bağlılıq cənnətin də xüsusiyyətlərindən biridir. Rəbbimiz, Quranda cənnətlə əlaqədar olaraq belə buyurmuşdur: “Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar. ” (Hicr surəsi, 47)
HZ. MƏHƏMMƏD (S.Ə.V)-İN MÖMİNLƏRƏ OLAN SEVGİSİ VƏ ŞƏFQƏTİ
Müsəlmanlar bir-birlərinin vəlisi, köməkçisi, həqiqi dostlarıdırlar. Hər müsəlman, digər müsəlman qardaşına hörmətlə, sevgiylə yaxınlaşmalı, onun üçün hər cür fədakarlığı sevərək etməli, vəfa göstərməlidir. Qardaşlarına mərhəmət duymalı, səhvlərinə qarşı xoşgörüşlü olmalı, qüsurlarını ən gözəl şəkildə düzəltməyə çalışmalı, kədərli hər cür rəftar və üslubdan var gücüylə uzaq durmalıdır. Peyğəmbərimiz (s.ə.v)-in, “Mərhəmət edin, mərhəmət olunasınız. Əfv edin, əfv olunasınız…” hədisi şərifiylə müsəlmanlara bildirdiyi əxlaqın gərəyi də budur.
Rəbbimiz, hz. Məhəmməd (s.ə.v)-in yumşaq əxlaqını bir ayədə belə tərifləmişdir:
Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir. (Tovbə surəsi, 128)
Mübarək peyğəmbərimiz (s.ə.v)-in yoluyla gedən və ona könüldən itaət edənlərin də digər möminlərə qarşı düşkün, şəfqətli və rəhmli olmaları lazımdır.
Peyğəmbərimiz (s.ə.v) ilə birlikdə yaşamaq şərəfinə nail olmuş olan möminlərin bir-birlərinə olan sevgiləri, düşkünlükləri və fədakarlıqları da bütün müsəlmanlar üçün bir nümunədir. Allah, Quranda peyğəmbərimiz (s.ə.v)-lə hicrət edən müsəlmanların, Mədinədəki möminlər tərəfindən ən gözəl şəkildə qarşılandıqlarını və göstərilən fədakarlığı bütün müsəlmanlara nümunə vermişdir:
Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr surəsi, 9)
Hz. Məhəmməd (s.ə.v)-in iman edənlərə öyüdü: “Bir-birinizə hədiyyə verin, bir-birinizi sevin…” hədisiylə bildirildiyi kimi, müsəlmanların bir-birlərini sevmələri və dost olmalarıdır. Çəkişmə, ixtilafa düşmə, fərqlilikləri bir ayrılıq mövzusu etmə müsəlmanların çəkinmələri lazım olan vəziyyətlərdir. Müsəlman fərdlər və cəmiyyətlər arasındakı fərqli anlayışlar və tətbiqlər bir mədəniyyət zənginliyi olaraq qiymətləndirilməlidir. Hz. Məhəmməd (s.ə.v)-in möminlərə vəsiyyət etdiyi əxlaqı əksiksiz yaşamaq iman edənlərin öhdəçiliyidir. Sevimli peyğəmbərimiz (s.ə.v) belə buyurmuşdur:
….Bir-birinizə həsəd etməyin. Bir-birinizə buğz (düşmənlik) etməyin. Bir-birinizlə yaxşı əlaqələri kəsməyin. Bir-birinizdən üz çevirib küsməyin və ey Allahın qulları, qardaşlar olun. (Mace cild 10, səh. 32)
Unudulmamalıdır ki, Allah Quranda möminlərə “…bir-birinizlə mübahisə etməyin… (Ənfal surəsi, 46) əmr edir və bunun müsəlmanları zəiflədəcək bir vəziyyət olduğunu bildirir. Müsəlmanlar, Rəbbimizin “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! …” (Ali İmran surəsi, 103) buyruğuna görə birlik ruhu içində olmalıdırlar. “Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.” (Səff surəsi, 4). Ayədə də bildirildiyi kimi müsəlmanlar bir-birləriylə yaxınlıq qurmalıdırlar. Möminlərin dostluq və qardaşlıq duyğularından uzaqlaşıb bir-birlərini vəli etməmələri isə, Rəbbimizin bildirdiyi kimi yer üzündə qarışıqlığa və pisliyə səbəb ola biləcək böyük bir səhv olar. Heç bir müsəlmanın bu məsuliyyətin günahını boynuna götürmək istəməyəcəyi açıqdır. Allah, bu təhlükəni belə bildirmişdir:
Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)
Peyğəmbərimiz (s.ə.v)-in bu şəfqətli, nəzakətli, anlayışlı və səbirli rəftarı, bir çox insanın ürəyinin Quran əxlaqına isinməsinə və peyğəmbərimiz (s.ə.v)-ə böyük bir səmimilik və sevgi ilə bağlanmalarına vəsilə olmuşdur. Allah, peyğəmbərimiz (s.ə.v)-in ətrafındakılara göstərdiyi bu gözəl rəftarını Quranda belə bildirməkdədir:
Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, Allahdan onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir. (Ali İmran surəsi, 159)
Peyğəmbərimiz (s.ə.v) güclü vicdanı ilə ümmətini hər tərəfdən sahiblənmiş, onlara hər mövzuda himayəçi olmuşdur. Bu xüsusiyyətlərindən ötəri peyğəmbərimiz (s.ə.v) Quranın bir çox ayəsində “sahibiniz” (yoldaş, möhkəm dost, sahib) olaraq zikr edilər. (Səba surəsi, 46/ Nəcm surəsi, 2/ Təkvir surəsi, 22) Peyğəmbərimiz (s.ə.v) səhabələrinə də bu əxlaqı yaşamalarını və mərhəmətli olmalarını xatırlatmış və onlara ən gözəl nümunə olmuşdur:
“Mərhəmət edin, mərhəmət olunasınız. Əfv edin, əfv olunasınız. Təəssüf, boşboğaz olanlara. Təəssüf günahlarına bilərək davam edib, istiğfar (əfv diləmək) etməyənlərə. “ (G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 70/10)
“Mərhəmət etməyənə mərhəmət edilməz.” (G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 446/11)
“Allah rəfiqdir (mərhəmətli və şəfqətli), rifqi sevər və rifqin müqabilində verdiyini başqa heç bir şeylə verməz.” (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 7. cilt, Akçağ Yayınları, Ankara, səh. 293)
Allah, iman edib yaxşı işlər görənlərə və möminlərə qarşı mərhəmətli olan qullarına Quran ayəsində belə vəd etmişdir:
“… Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.” (Fəth surəsi, 29)
5) SƏBİR VƏ QƏRARLILIQDA YARIŞMAQ
Din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə səbir və dözüm anlayışları çox vaxt bir-birinə qarışdırılar. Dözüm, xoşuna gəlməyən, acı verən bir çətinliyə dözməkdir. Halbuki Quranda bildirildirilən səbir, mömin üçün bir çətinlik qaynağı deyil.
Mömin, coşqulu bir eşqlə sevdiyi Uca Allahın razılığını qazanmaq üçün səbir edər, bu səbəbdən səbir etdiyinə görə heç bir çətinlik çəkməz, əksinə mənəvi bir həzz alar. Quranda, möminlərin səbirdə yarışmaları belə bildirilmişdir:
Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız! (Ali İmran surəsi, 200)
Gözəl əxlaq sahibi möminlər, Allah yolundakı fikri mübarizələrində qərarlılıqda da bir-birləriylə yarışar, insanlara yaxşılığı əmr edər, pislikdən çəkindirər və gözəl əxlaqa dəvət edərlər. Allah Quranda, möminlərin ürəklərinə qərarlılığı və səbri verdiyini belə bildirmişdir:
“… – deyərkən onların qəlbinə qüvvət verdik.” (Kəhf surəsi, 14)
Cahiliyyə cəmiyyətlərində bəzi insanlar səbir etməyi yalnız çətinliklərə, sıxıntılara dözmək şəklində qiymətləndirir və bunu da gözəl görərək, xeyir gözüylə baxaraq deyil məmnunsuz bir dözümlə qarşılayarlar. Allah səbrin iman etməyənlər üçün çətinlik verən bir vəziyyət olduğunu bir ayədə belə xəbər verər:
Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir. (Bəqərə surəsi, 45)
Halbuki Quranda insanların, Quranın bütün hökmlərini əskiksiz və mükəmməl şəkildə yerinə yetirməkdə, qadağan edilən mövzulardan çəkinməyə maksimum dərəcədə diqqət göstərməkdə və hər zaman ən ideal davranışı, ən üstün əxlaqı sərgiləməkdə həyatları boyu qorxmadan və boşalmadan davamlı olaraq bir qərarlılıq göstərmələri bildirilmişdir. Allah (c.c), “Ey iman gətirənlər! Səbir edin, dözümlü olun…” (Ali İmran surəsi, 200) şəklində buyurmaqdadır. Bu ayəyə uyğun yaşayan bir mömin, Quranda təsvir edilən ideal əxlaqı yaşamada davamlılıq göstərərək, heç bir şərtdə və vəziyyətdə güzəşt etmədən, zəiflik göstərmədən səbrini ortaya qoymuş olar. Çünki gözəl əxlaq ancaq davamlı bir səy göstərildiyində ortaya çıxar və möminlər də bu səylərində səbir edənlərdir.
Bu səbəblə səbir, möminin bütün həyatını əhatə edər, bütün hərəkət və davranışlarında əks olunar. Rəbbimizin, “Sən təmkinlə səbir et!” (Məaric surəsi, 5) hökmünə əsasən ən dərin səbri göstərərlər. Təvazökarlıqda səbir göstərər, ən təvazökar insan olarlar. Allah rizası üçün fədakarlıqda səbir göstərər, ən comərd, ən fədakar insan olar… Ən gözəl əxlaqı sərgiləməkdə göstərilən səbirlə əlaqədar Allah Quranda belə bir nümunə vermişdir:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur.(Fussilət surəsi, 34-35)
Allah möminlərə bir pisliklə qarşılaşdıqlarında ən gözəl rəftarı göstərmələrini əmr etmişdir və bunu da ancaq səbir edən kəslərin bacara biləcəyi bildirilmişdir. Bu nümunə, gözəl əxlaq sərgiləməkdə səbirin nə qədər əhəmiyyətli olduğunu açıqca göstərir. Möminin bir başqa xüsusiyyəti də, bu gözəl əxlaqı yaşayarkən qarşılaşdığı mənfi kimi görünən heç bir hadisədə qərarsızlıq göstərməməsi və ya özünə bir nemət verildiyində də əsla ərköyünlüyə qapılmamasıdır.
Bir insan həyatının bəzi zamanlarında comərd, fədakar və ya son dərəcə təvazökar ola bilər. Yaxud da bir çətinliyə qarşı dayanıqlılıq göstərə bilər. Ancaq insan bu gözəl xüsusiyyətləri müəyyən vəziyyətlərdə tərk etməsi ya da çətinlik anlarında gözəl tutum və davranışlarından güzəşt etməsi, mənfi rəftar etməsi, o günə qədər etdiklərinin də dəyərini itirməsinə səbəb ola bilər. Çünki əhəmiyyətli olan, təqlidi, nümayişə istiqamətli, səthi ya da keçici bir gözəl əxlaq deyil. Heç bir şərtdə güzəşt edilməyən bir əxlaqdır. Rəbbimiz, “… Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir.” (Kəhf surəsi, 46) ayəsiylə bu əxlaqın əhəmiyyətini xatırlatmışdır.
Səbir, möminin Allaha qarşı olan səmimiyyətinin və Ona yaxınlaşmaq üçün göstərdiyi səyin ən əhəmiyyətli göstəricilərindən biridir. Çünki insan ancaq Allaha olan imanı və yaxınlığı sayəsində səbir göstərə bilər. Bir fədakarlıq etməsi lazımdırsa bunu, ən gözəl şəkildə, əlindəki imkanı ən yüksək dərəcədə istifadə edərək edər. Bir ayədə, “O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir… (Rad surəsi, 22) deyə xəbər verilir. Mömin bir çətinliklə qarşılaşdığında da, içində çətinlik və təvəkkülsüzlük yaşamadan Allahdan kömək diləyər.
Mömin Allahın razılığını qazanmaq məqsədiylə səbir edər. Bu səbəbdən səbrindən ötrü bir çətinliyə qapılmaz, əksinə bundan mənəvi bir həzz alar. Allahın bu səbrin qarşılığında vəd etdiyi nemət və gözəllikləri ümid edərək böyük bir sevinc içində olar. Qarşısına çıxan hər hadisədə Allahdan həmişə razıdır. Onun sonsuz şəfqətinə və mərhəmətinə iman edər. Ona arxalanıb güvənər.
Mömin ömrü boyunca gözəl bir səbir göstərər. Quranın “Rəbbin üçün səbir et!” (Muddəssir surəsi, 7) hökmünə həyatının hər anında itaət edər. Rəbbimiz göstərilən bu əxlaqa qarşılıq möminləri razılığı və cənnətiylə mükafatlandıracağını vəd etmişdir.
Möminin ən diqqətə çarpan xüsusiyyətlərindən biri də, son dərəcə qərarlı olmasıdır. Heç bir zaman şövqünü, həyəcanını itirməz. O, yalnız Allahın məmnuniyyətini qazanmaq məqsədindədir. Bu səbəbdən heç bir çətinlik onu yolundan döndərə bilməz. İnsanların öz haqqında nə düşünəcəyi də əhəmiyyətli deyil. Tək hədəfi Allahın razılığıdır. Bütün həyatını bu hədəfə görə yaşayar.
Möminin qərarlılığı Allah tərəfindən müxtəlif şəkillərdə sınanar. Allah, möminlərə keçici bir müddət çətinlik verə bilər. Onları öyrətmək üçün çətinlik verə bilər. Quranda bu vəziyyət belə açıqlanır:
Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)
Qəti bir qərarlılığa sahib olan mömin, ayədə deyildiyi kimi ona gələn bütün bu çətinliklərə səbir edər. Quranda, möminlərin bu rəftarı aşağıdakı ayələrdə təriflənir:
Neçə-neçə peyğəmbər olmuşdur ki, bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də düşmənə boyun əymişlər. Allah səbir edənləri sevir. Onların dedikləri ancaq: “Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” – olmuşdur.(Ali İmran surəsi, 146-147)
Buna qarşı qərarlılıq göstərə bilməmək, ancaq ürəyi imani cəhətdən xəstə olanlara yaraşan bir rəftardır:
Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər döyüşə getməmək məqsədilə səndən izin istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər. (Tövbə surəsi, 45)
Çətinliklərlə yanaşı ələ keçən yaxşı imkanların da insan üzərində boşaldıcı təsiri vardır. Rahatlıq, çox adamın həyəcanını və şövqünü söndürər. Onsuz da insana Allahdan bir nemət gəldiyində ərköyünlüyə qapılması və Allahdan üz çevirməsi, klassik inkarçı xüsusiyyətidir. Quranda bu vəziyyət belə təsvir edilir:
İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi keçib gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi. (Yunus surəsi, 12)
Halbuki möminlər üçün belə bir şeyin sözü belə gedə bilməz. Əllərinə nə qədər yaxşı imkanlar keçərsə keçsin (lüks, ehtişam, pul, iqtidar kimi), bu onların qərarlılıqlarını pozub zəif bir quruluşa bürünmələrinə səbəb olmaz. Çünki mömin bütün bunların Allahdan gələn bir nemət olduğunun və Allah diləsə bunları geri ala biləcəyinin fərqindədir. Əsla ərköyünlüyə qapılmaz.
Ciddi bir səy göstərmək, zəiflik göstərməmək, həddindən artıqlıqlardan və daşqınlıqlardan qaçınmaq, möminlərin qərarlılıq və sabitliyinin göstəriciləridir. Ayədə, “axirət üçün ciddi bir səy göstərənlər”dən belə danışılır:
Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)
Allah, “Yoxsa müşriklər işə qəti qərarmı verdilər? Əslində, qəti qərarı Biz veririk. (Zuxruf surəsi, 79) deyir. Şübhəsiz bu xüsusiyyət, Allahın yer üzündəki xəlifələri olan möminlərin də xüsusiyyətidir.
Rahatlamaq, davamlı şövqlü və həyəcanlı olmaq, Allahın bir əmridir:
Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız. (Ali İmran surəsi, 139)
Qərarlılıq və sabitlik iki əhəmiyyətli mömin xüsusiyyətidir. Möminlər, “Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər.” (Əhzab surəsi, 23) ayəsində olduğu kimi ölənə qədər eyni qərarlılıq və sabitliyi Allahın rizası üçün göstərən kəslərdir. Nə edəcəyi müəyyən olmayan, möminlərin yanında başqa, inkar edənlərin yanında başqa hərəkət edən münafiq xarakterli insanlar isə, son dərəcə sabit olmayan bir ruh halı və rəftar içindədirlər. Möminlər bir müvəffəqiyyətə çatdığında “Biz də sizdəndik” demələri ya da çətində qalınca möminlərdən uzaq durmağa çalışmaları bunun ən yaxşı göstəricisidir.
Allah bir ayəsində “… onların qəlbinə qüvvət verdik.” (Kəhf surəsi, 14) Kəhf əhlindən bəhs edir. İnkarçı bir cəmiyyətin içində Allaha qarşı sədaqət göstərən bu gənclər, möminlər üçün qərarlılıq baxımından ən gözəl nümunələrdən biridir. İbadətlərdə davamlılıq göstərmək, sabitlik baxımından yenə əhəmiyyətli bir nümunədir. Mömin, ölənə qədər səbir etməklə, Allaha verdiyi sözə əməl etməklə məsuliyyətlidir:
Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah ona böyük mükafat verər. (Fəth surəsi, 10)
6) GÖZƏL SÖZLƏRDƏ YARIŞMAQ
Allah möminləri, yaşadıqları haqq dini və gözəl əxlaqı başqalarına da izah etməklə məsul etmişdir. Bu səbəblə, insanlara Allahın varlığını, birliyini və ucalığını izah edərək, onları Quran əxlaqına çağırmaqla məsuliyyətli olan möminlər üçün danışmaq böyük bir ibadətdir. Allahın böyüklüyünü qavrayan və din əxlaqını yaşayan insanların bu mövzuda məlumatsız olan insanlara hiss etdiklərini və düşündüklərini səmimi bir şəkildə ifadə edə bilmələri, bir çox insanın İslama isinişməsinə və ürəyinin Allah qorxusuyla dolmasına vəsilə ola bilər. Bu isə Allah Qatında çox xeyirli olduğu ümid edilən bir əməldir. Bu səbəblə iman edənlər Allahdan həmişə ağıl, hikmət və xeyir dolu danışa bilməyi istəyərlər. Danışıqlarında Allahı zikr edər, insanlara sözün ən gözəlini söyləyər, onlara din əxlaqını təbliğ edər və yaxşılığı əmr edib pislikdən məhrum edərlər. Bu səbəbdən danışmaq möminlər üçün həyatlarının sonuna qədər əcr qazana biləcəkləri bir ibadətə çevrilər.
Uca Allah gözəl sözü bizlərə “İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?” (Fussilət surəsi, 33) şəklində açıqlamışdır. Yəni əsl gözəl söz insanları Allaha çağıran, Qurana tabe olmağa dəvət edən sözdür. Gözəl sözü söyləyən, yəni Allaha çağıranlar isə yalnız iman edənlərdir.
Din əxlaqından uzaq yaşayan insanlar arasında rəqabətin edildiyi ən diqqət çəkən yerlər söhbət mühitləridir. Bu insanlar, bir-birlərinə sözlə üstün gəlmənin, incidici sözlər istifadə etmənin yarışı içindədirlər. Xüsusilə də haqlı, üstün olduqlarını ya da yaxşı bildiklərini düşündükləri mövzularda bu üslubları çox daha diqqətə çarpan hala gələr. Halbuki Allah Quranda insanlara hər zaman sözün ən gözəlini istifadə etməyi əmr edir:
“Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. …” (İsra surəsi, 53)
Allahın bu hökmünü tətbiq etməkdə yarışan möminlər danışarkən sözün ən gözəlini istifadə etməyə cəhd göstərər, insanları şərəfləndirən bir üslubla danışar, səhv başa düşüləcək sözlərdən istifadə etməzlər.
İnsanları İslam əxlaqına dəvət etmək və onlara Allahın varlığını və yaradılış dəlillərini izah etmək hər müsəlmanın məsuliyyətidir. Allah “Qoy sizin içərinizdən xeyirə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.” (Ali İmran surəsi, 104) ayəsiylə bu məsuliyyəti bütün müsəlmanlara bildirmişdir. Allah Quranda bu dəvətin necə olacağını da bildirir:
İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl surəsi, 125)
Ayədə də bildirildiyi kimi, Allah belə üstün bir rəftara qarşılıq olaraq, möminlərin düşmənlərini “səmimi bir dosta” çevirər. Bu Allahın sirlərindən biridir. Çünki bütün insanlar Uca Allahın idarəsindədir və kimi istəsə onun ürəyinə sevgi hissini ilham edər. Allah gözəl və yumşaq sözün təsirini bir çox ayədə bildirir. Allah bu ayələrdən birində, hz. Musa və hz. Haruna Fironun yanına getmələrini və ona yumşaq söz söyləmələrini əmr edir. Allah bunun səbəbini də Quranda belə bildirmişdir:
Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” (Ta ha surəsi, 43-44)
Bu ayələrdə möminlərin iman etməyən kəslərə və düşmənlərinə qarşı necə bir münasibətdə olmaları lazım olduğunu bildirilir. Bunlar əlbəttə ki, səbir, güc, təvazökarlıq və ağıl tələb edən davranışlardır. Allah, möminlərin, əmrlərinə tabe olaraq gözəl əxlaq göstərmələrinin qarşılığında, davranışlarını təsirli edəcəyini və düşmənlərini dosta çevirəcəyini Quranda bildirmişdir:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur.(Fussilət surəsi, 34-35)
Saleh möminlər “Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər.” (Ali İmran surəsi, 114) ayəsiylə də diqqət çəkilən bu vəzifənin əhəmiyyətinin şüurundadırlar. Bu səbəblə ətraflarındakı hər kəsi, yaxınlarını, ailələrini və çata bildikləri bütün insanları Allaha iman etməyə, qorxub çəkinməyə və gözəl əxlaqı yaşamağa dəvət edərlər. Möminlərin bu gözəl xüsusiyyətləri Tövbə surəsində bu şəkildə xəbər verilir:
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Tovbə surəsi, 71)
Bu ayədən də aydın olduğu kimi, iman edən hər insan, dünya həyatı boyunca davamlı gözəl əxlaqı izah etməklə, şəxsən özü yaşamaqla və insanlara gözəllikləri tövsiyə edib, onları pisliklərdən çəkindirməklə məsuliyyətlidirlər. Allah “Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. …” (İsra surəsi, 53) ayəsiylə iman edənlərə gözəl söz söyləmələrini əmr etmişdir. Gözəl söz və pis söz, İbrahim surəsində belə bildirilir:
Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (lə ilahə illəllah) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər. (İbrahim surəsi, 24-27)
Gözəl bir həyat istəyən insanın gözəlliklərə təşviq etməsi, yaxşılıq istəyənin yaxşılığı yaymaq üçün səy göstərməsi, vicdanlı davranışlar görmək istəyən adamın vicdanlı olmağı tövsiyə etməsi, zülmə razı olmayanın zalımları xəbərdar etməsi, qısası düzgünlük istəyən insanın digər insanları da doğruya dəvət etməsi şərtdir. Bu dəvəti edərkən ağlından çıxarmaması lazım olan ən əhəmiyyətli nöqtələrdən biri isə, hidayəti verəcək və gözəl sözü qarşı tərəfdə təsirli edəcək olanın ancaq Allah olduğudur.
GÖZƏL SÖZƏ TABE OLMAQMI?
Allahın dinini izah etmək, Quran ilə öyüd vermək, yaxşılığı əmr edib pislikdən məhrum etmək, Allahın ayələrini xatırlatmaq, bunların hamısı bir çağırışdır və bir insana deyilə biləcək ən xeyirli, ən gözəl sözlərdir. Bütün bu sözlərin hədəfi Rəbbimizi razı etmək və qarşıdakı adamın da Allahın razı olacağı əxlaqda bir insan olmasına vəsilə olmaqdır. Hədəf bu olduqda Allahı zikr etmək, gözəl əxlaqı izah etmək və axirəti qazanmağa çağırmaq kimi, bəzən adama əksik olduğu istiqamətlərdə öyüd vermək, Quran ayələri istiqamətində səhvlərini tənqid etmək, qorxub çəkinməsini xatırlatmaq da eyni şəkildə gözəl sözdür.
Gözəl sözə dəvət edilən, Quranla özlərinə öyüd verilən hesab gününün yaxınlaşaraq gəlməkdə olduğuyla xəbərdar edilib qorxudulan və o gün hər etdiklərindən hesaba çəkiləcəkləri xatırladılan insanlar, bundan sonra artıq çağırıldıqları doğru yola gəlməklə məsuldurlar. Çünki xəbərdar edilən insan artıq nəyin doğru nəyin səhv olduğunu öyrənən, bu səbəbdən də bunları tətbiq etməklə məsuliyyət daşıyan insandır.
Amma tarix boyunca insanların böyük bir əksəriyyəti bu məsuliyyətlərini göz ardı etmişlər. Allahın ayələrini eşitdikləri halda sanki heç eşitməmiş kimi, hərəkət etməyə davam etmiş, Quranda ifadə edildiyi kimi, “Onlar özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular. …” (Maidə surəsi, 13)
BOŞ VƏ FAYDASIZ SÖZƏ TABE OLMAQMI?
Allah Quranın bir ayəsində iman edənlər üçün, “o kəslər ki, sözbazlıqdan qaçırlar, (Muminun surəsi, 3) şəklində buyurmuşdur. Bir başqa ayədə də Allah, “Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər.” (Furqan surəsi, 72) sözləriylə, möminlərin belə bir rəftar ilə qarşılaşdıqlarında qürurlarında güzəşt etmədiklərinə və bu əxlaqı yaşayan insanlara uyğunlaşa bilmədiklərini ifadə etmişdir.
Boş sözlərə aludə olmaq ya da boş işlərlə əylənmək, cahiliyyə cəmiyyətlərində tez-tez görülə bilən rəftarlardır. Özlərinə dünya həyatının mənfəətləri xaricində böyük ideallar etməyən bəzi insanlar, bu səhvə tez düşə bilirlər. Həyatını Allahın razılığını qazanmağa həsr etməyən bir insanın, bütün gününü heç bir fayda verməyən proqramlar izləyərək televiziya qarşısında keçirmək, məqsədsiz olaraq və saatlarla telefon söhbətlərində ya da ev söhbətlərində kiçik böyük hər mövzudan söhbət edib şikayətlənmək, dedi-qodu etmək, həlli olmadan insanların qüsurlarını dilə gətirmək kimi fəaliyyətlərlə vaxtını hikmətsizcə xərclədiyinə tez-tez rast gəlinər. Allah, Quranın “qəlbləri qəflət içində qaldığı halda. …” (Ənbiya surəsi, 3) ayəsiylə, bu kəslərin ürəklərinin dünya həyatına dair işlərə qarşı ehtiras dolu bir əylənmə içərisində olduğunu bildirmişdir.
Allah, peyğəmbərimiz (s.ə.v)-in yüksək xarakterinin və üstün əxlaqının bir nəticəsi olaraq insanlara həmişə gözəlliklə davrandığını bildirmiş və onu bütün insanlara nümunə etmişdir. İndiki vaxtda da müsəlmanlar insanları haqqa dəvət edərkən, peyğəmbərimiz (s.ə.v)-in mülayim, anlayışlı, mərhəmətli, zadəgan və insaniyyətli üslubunu özlərinə nümunə götürməlidirlər.
GÜLƏRÜZLÜ VƏ GÖZƏL SÖZLÜ OLMANIN ƏHƏMİYYƏTİ
Müsəlmanların sevgilərinin və təvazökarlıqlarının nəticələrindən biri də gülərüzlü və gözəl sözlü insanlar olmalarıdır. Rəbbimiz, iman edənlərin istifadə etməli olduğu üslubu bir ayədə belə bildirmişdir:
Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)
Bu ayə, müsəlmanların bütün insanlara və bir-birlərinə qarşı istifadə etdikləri üsluba çox diqqət etmələrini, incidici, iynələyici, lağ edici, sərt, qınayıcı ifadələrdən qətiliklə uzaq durmalarının lazım olduğunu göstərir.
Allahın iman edənlərə əmr etdiyi əxlaqa tabe olanlar, pisliyə belə yaxşılıqla cavab verər, Allah rizası üçün səbir edər, nəzakətli olar, hirsdən, sərtlikdən çəkinərlər. Üslubları və rəftarlarındakı orta yol insanlara güvən verər. Hz. Əli, Allahın seçilmiş bəndəsi mübarək peyğəmbərimiz (s.ə.v)-in bu mövzudakı gözəl rəftarını möminlərə belə nümunə göstərir:
…İnsanları bir-birinə sevdirəcək, bir-birlərinə qaynayıb qarışdıracaq şeyləri danışardı. Onları ürkütməz, qaçırmazdı. Hər qövümün liderinə qiymət verərdi və ikram edərdi… (İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem’ul-fevaid min Cami’il-usul ve Mecma’iz-zevaid, cilt 5, İz Yayıncılık, səh.33)
Göründüyü kimi peyğəmbərimiz (s.ə.v)-in gözəl sözü və hikmətli rəftarları insanların bir-birlərini sevmələrinə, bir-birlərinə dost olmalarına vəsilə olmuş, onların ürəklərini İslam əxlaqına isitmişdir. Hz. Məhəmməd (s.ə.v)-in, cəmiyyətlərin liderlərinə əhəmiyyət verərək və onlara ikram edərək göstərmiş olduğu incə nəzakət də möminlər üçün əhəmiyyətli bir nümunədir. Peyğəmbərimiz (s.ə.v)-in nəvəsi hz. Həsən də, hz. Məhəmməd (s.ə.v)-in söhbətlərindəki hikmət və gözəlliyi möminlərə belə izah etmişdir:
Mani sözlərlə (az sözlə çox məna ifadə edəcək şəkildə) çox gözəl və yığcam danışardı. Sözlərində nə çoxluq olardı və nə də əksiklik. (Tirmizi; Huccetül İslam İmam Gazali, İhyau Ulumid-din, 2-ci cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, səh.33)
Bütün bunlar möminlərin söhbətlərinin necə olması lazım olduğunu göstərən çox qiymətli məlumatlardır. Müsəlmanların sözlərinin yanında rəftarlarındakı nəzakət və zadəganlıq da son dərəcə əhəmiyyətlidir. Şərtlər nə olursa olsun gülərüzlü olmaq, möminlərin zadəganlığının bir göstəricisidir. Bu mövzuda da hər zaman olduğu kimi Quran əxlaqı və hz. Məhəmməd (s.ə.v)-in rəftarı möminlərin ölçüsüdür. Peyğəmbərimiz (s.ə.v)-in həyatına şahid olma şərəfinə çatmış olan möminlər, özünün gülər üzünü, nəzakətini, incə düşüncəsini və insaniyyətini çox fərqli nümunələrlə ifadə etmişlər:
Onun gülər üzlü olması və hər kəsə nəzakətli davranışı sanki onu xalqa bir ata etmişdi. Hər kəs onun qatında və nəzərində bərabər idi. (İmam Muhammed min Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem’ul-fevaid min Cami’il-usul ve Mecma’iz-zevaid, cilt 5, İz Yayıncılık, səh. 33)
Allah Elçisi daim gülər üzlü, yumşaq xasiyyətli idi… (İmam Muhammed Bin Muhammed min Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem’ul-fevaid min Cami’il-usul ve Mecma’iz-zevaid, cilt 5, İz Yayıncılık, səh.34)
Allah Elçisi… xalqın ən çox gülümsəyəni və ən şəni idi. (Huccetü’l İslam İmam Gazali, İhya’u Ulum’id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, səh.801)
Peyğəmbərimiz (s.ə.v) səhabələrinə də gülər üzlü olmalarını tövsiyə etmiş və belə demişdir:
Sizlər insanları mallarınızla məmnun edə bilməzsiniz. Onları gözəl üz və gözəl xasiyyətlə məmnun edərsiniz. (Bezzar, Ebu Yala, Taberani; Huccetü’l İslam İmam Gazali, İhya’u Ulum’id-din, 3. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, səh. 111)
Allah Təala asanlıq göstərən və gülər üzlü adamı sevər. (Huccetü’l İslam İmam Gazali, İhya’u Ulum’id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998,, səh.444)
7) SALEH ƏMƏLLƏRDƏ YARIŞMAQ
Quranda çox tez-tez keçən terminlərin biri, “saleh əməl”dir. Saleh sözü: gözəl, doğru, xeyirli mənalarını verir. “İslah etmək” də eyni kökdən törəmişdir və “saleh hala gətirmək” deməkdir. Əməl sözünün azəricə ən yaxın qarşılığı isə “iş”dir. Bu səbəbdən saleh əməl, yaxşı və xeyirli iş mənasını verir. Bu da Quranı mənada Allahın razılığına və endirdiyi dinə uyğun hər cür hərəkəti ifadə edir.
Bir insanın axirətini qurtaran şey isə, yalnız iman etməsi deyil, eyni zamanda o imana uyğun saleh əməllər işləməsidir. Çünki saleh əməl, səmimi imanın da bir göstəricisidir. Buna qarşı, yalnız “iman etdim” deyib, bu imanın gərəklərini yerinə yetirməmək, insanı qurtarmaz. Allah, bu mövzuda belə deyir:
İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır. (Ənkəbut surəsi, 2-3)
Allahın “iman etdik” deyənləri sınamasının əhəmiyyətli bir qisimi, saleh əməllərlə olar. Çünki bu əməllər, onları yerinə yetirməklə öhdəçilikli olan müsəlmanların səbirlərini, dayanıqlılıqlarını, sədaqətlərini, qısacası imanlarındakı bəsirətlərini ortaya çıxarar.
Quranda, saleh əməllərin fərqli şəkilləri bildirilər. Dinin digər insanlara təbliğ edilməsi, dinə qarşı edilən fiziki və sözlü hücumların aradan qaldırılması, müsəlmanların güc və rifahı üçün çalışılması, Quranın daha yaxşı başa düşülməsi üçün səy göstərilməsi, müsəlmanların hər cür fərdi və ictimai probleminin həlli, hamısı son dərəcə əhəmiyyətli saleh əməllərdir. Namaz, oruc, infaq (zəkat), həcc kimi təməl İslami ibadətlər də saleh əməllərdəndir.
Bir ayədə, saleh əməllərin bu geniş çərçivəsi belə çəkilir:
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)
Ancaq diqqət yetirilməsi lazım olan çox əhəmiyyətli bir nöqtə vardır. Bir əməli saleh edən şey, yalnız onun nəticəsi deyil, onun arxasındakı “niyyət”dir. Bu səbəblə də, bir əməlin saleh olması, yalnız və yalnız Allah rizası güdülərək edilmiş olmasına bağlıdır. Bu həqiqət, “saleh əməl” anlayışını, cahiliyyə cəmiyyətindəki “xeyriyyəçilik” anlayışından ayırır. Saleh əməl Allah rizası üçün edilər. Xeyriyyəçiliyin arxasında isə ictimai bir həmrəylik hissi və xüsusilə də “xeyriyyəçi” olaraq tanınma istəyi vardır.
Aşağıdakı ayələr, möminlərin yuxarıda tərifdəki “xeyriyyəçilik” anlayışından niyə uzaq olduqlarını ortaya qoyur:
Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar.Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər və deyərlər: “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik! Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!” (İnsan surəsi, 7-10)
Əgər “saleh əməl” tərifinə uyğun olan işlər, yuxarıdakı ayədə təsvir edilən məqsəddən, yəni qatqısız Allah rizasından uzaqlaşsa, o zaman saleh əməl olma xüsusiyyətlərini itirərlər. Bu vəziyyət, əksinə, insanın başqa insanların razılığını axtarışı mənasını verər ki, bunun Qurandakı tərifi “şirk”dir və böyük bir günahdır. Bir ayədə, Allahın deyil, başqa insanların razılığı üçün edilən və saleh əməl olma xüsusiyyətini itirən bir adamın ibadəti belə izah edilir:
Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar(Maun surəsi, 4-6)
Eyni namaz kimi saleh bir əməl olan infaq -malın Allah yolunda xərclənməsi də, əgər Allahın deyil də insanların razılığı üçün edilsə bütün dəyərini itirər. Quranda, həqiqi infaqla nümayiş üçün edilən infaq arasındakı fərq belə açıqlanır:
Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da bəs edər. Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 264-265)
Eyni mövzu, bir başqa surədə belə vurğulanır:
Və o kəsləri ki, öz mallarını insanlara göstərmək məqsədilə xərcləyir, Allaha və Axirət gününə inanmırlar. Kimin yoldaşı şeytandırsa, necə də pis yoldaşdır o! Məgər onlar Allaha və Axirət gününə iman gətirib Allahın onlara verdiyi ruzidən Onun yolunda xərcləsəydilər, nə itirərdilər? Allah onların hər bir işini bilir. (Nisa surəsi, 38-39)
Qısacası, bir əməli saleh edən şey, onun ardındakı niyyətdir. Əgər o əməllə istənən maddi nəticə əldə edilə bilməmiş belə olsa, əgər niyyət salehdirsə, əməl də saleh olar. Məsələn, bir insan Allah rizası üçün bir işə əl atıb uzun müddət çalışa bilər. Lakin nəticə istədiyi kimi olamaya bilir. Ancaq fərqi yoxdur. O yenə də qazanacağı savabı qazanmış olar. Müsəlman bilməlidir ki, Allahın özünü başda hədəflədiyi nəticəyə çatdırmamasının böyük bir sirri və hikməti vardır. Çünki “… Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz. (Bəqərə surəsi, 216) hökmünə görə, çatmaq istənən nəticənin həqiqətən xeyirli olub olmadığını bilən ancaq Allahdır.
Müsəlman, hər işə Allah rizası üçün girməli, ancaq nəticəsini də Allaha buraxmalıdır.
Saleh əməlin yuxarıda toxunduğumuz bu təməl xüsusiyyəti, yəni hər şeydən əvvəl niyyətə bağlı olması, Allahın müstağniyətinin və insanın Ona qarşı olan acizliyinin bir nəticəsidir. Allah müstağnidir. Yəni hər cür qüsur və əksiklikdən uzaqdır, heç bir şeyə ehtiyacı olmayandır. Bu səbəbdən, Allahın müsəlmanların edəcəkləri saleh əməllərə də ehtiyacı yoxdur. Quranda belə deyilir:
Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifə layiqdir. Əgər istəsə, sizi yox edib yerinizə yeni bir məxluq gətirər. Bu, Allah üçün çətin deyildir. (Fatir surəsi, 15-17)
O dilədiyi anda dilədiyi şeyi edə bilir. Dinini güclü etmək üçün müsəlmanların göstərəcəkləri səylərə ehtiyac duymaz. “… İman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi? …” (Rad surəsi, 31) ayəsində ifadə edildiyi kimi…
Bu səbəbdən, bir insan saleh əməl işləməklə, həqiqətdə ancaq özünə fayda təmin edir və öz axirətini qurur. Quranın ifadəsiylə “Cihad edən məhz öz xeyri naminə cihad edər. Allahın aləmlərə qətiyyən ehtiyacı yoxdur.” (Ənkəbut surəsi, 6)
Eyni şəkildə, namaz qılan özü üçün qılmış olar. Oruc tutan, Allah yolunda xərcləyən ya da İslamı müdafiə edən də bütün bunları özü üçün etmiş olar. Bunları etməyə ehtiyacı olan özüdür.
Yenə eyni səbəblə, Allah, hərəkətlərin özünə ya da nəticələrinə deyil, onların ardındakı niyyətə baxar. Bu səbəbdən saleh əməl, bir niyyəti ifadə etdiyi dərəcədə mənalıdır. Quranda, bu qayda qurban kəsmədən danışılarkən belə açıqlanır:
Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu heyvanları sizə beləcə ram etdi. Sən isə yaxşılıq edənləri müjdələ! (Həcc surəsi, 37)
Bu səbəblə, saleh əməl edilərkən, niyyətin həmişə möhkəm tutulması, yəni edilən işin yalnız Allah rizası üçün edildiyinin ağılda tutulması son dərəcə əhəmiyyətlidir. Bu məqsədlə də, Allahla mənəvi bir əlaqə içində olmaq, bir işi edərkən Onu təsbeh etmək və etdiyin işin qəbulu üçün Ona dua etmək lazımlıdır.
Hz. İbrahim və hz. İsmayılın Kəbəni tikərkən etdikləri dua, bütün möminlər üçün nümunədir:
O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər: “Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən! Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən! (Bəqərə surəsi, 127-128)
Allahın hz. Davud və səhabələrinə verdiyi “Ey Davud nəsli! Bu nemətlərə şükür edin! Qullarımdan şükür edən azdır.” (Səba surəsi, 13) əmri də, saleh əməl işlənərkən Allahla olan əlaqənin kəsilməməsi, dua və şükür vasitəsiylə dəstək olunması lazım olduğunu göstərir.
Bu cür bir əməl, saleh bir əməldir və insanın Allaha olan yaxınlığını və axirətdəki dərəcəsini artırar. İnsanın “iman etdim” deməklə söylədiyi söz, bu əməllə birlikdə möhkəmlənir və ayədə ifadə edildiyi kimi Allaha çatar:
“… Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir. …” (Fatir surəsi, 10)
İman edib həyatı boyunca saleh əməllər işləyən bir möminin qovuşacağı qurtuluş isə Allahın razılığı və cənnətidir. Quranda belə deyilir:
İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara belə xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!” (Əraf surəsi, 42-43)
ALLAH, SALEH ƏMƏLLƏR İŞLƏYƏNLƏRİN PİSLİKLƏRİNİ ÖRTƏR
Allah, başqa ayələrində isə, saleh əməllər işləyənlərin pisliklərini örtəcəyini bildirir. Bu ayələrdən bəziləri belədir:
O gün Allah sizi Toplanma gününə cəm edəcək. Həmin gün qarşılıqlı aldanma günüdür. Hər kəs Allaha iman gətirib yaxşı işlər görsə, Allah onun günahlarını bağışlayar və onu ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük müvəffəqiyyətdir. (Təğabun surəsi, 9)
Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! (Furqan surəsi, 70)
Bir insanın, yalnız Allahın məmnuniyyətini qazanmaq üçün etdiyi hər hərəkət və davranış saleh bir əməldir. Məsələn, bir insanın din əxlaqını insanlara izah etməsi, təvəkkülsüz birinə taleni xatırlatması, dedi-qodu edənə maneə olması, evini və bədənini təmiz tutması, elmini və mədəniyyətini artırması, gözəl söz söyləməsi, insanlara axirəti xatırlatması, xəstə olan birini qoruması, yaşlı birinə sevgi və şəfqət göstərməsi, xeyir üçün istifadə edəcəyi pulu qazanmaq üçün çalışması, pis sözə yaxşılıq və səbirlə cavab verməsi kimi insanın hər rəftarı Allahın məmnuniyyəti üçün edildiyində saleh əməl olar.
Axirətdə, Allahın pisliklərini örtərək yaxşılıqlara çevirməsini diləyənlər, daim Allahın ən məmnun olacağı rəftarı seçməlidirlər. Bunun üçün insanın axirət günü verəcəyi hesabı düşünməsi lazımdır. Məsələn, axirət günündə cəhənnəm atəşinin yanında dayandırılan bir insana, dünya həyatında işlədiyi pisliklər göstərilsə və ona, bu pisliklərinin bağışlanması üçün saleh əməllər işləməsi lazım olduğu deyilsə bu insanın rəftarının necə olacağı açıqdır.
Cəhənnəm atəşini yanında görən, cəhənnəmdəki insanların ümidsizliklərini, peşmançılıqlarını, əzabdan ötəri çıxardıqları iztirab dolu inləmələri eşidən, cəhənnəmdəki əzabın necə olacağına gözləriylə şahid olan bir insan, Allahı ən məmnun edəcək davranışları seçəcək və var gücüylə səy göstərəcək. Bu vəziyyətdəki bir insan, saleh əməllər işləməsi mövzusunda zəiflik göstərə bilməz. Əsla tənbəllik edə bilməz. Allahı məmnun edəcək bir rəftar varkən, başqa bir rəftar sərgiləməz. Laqeydlik edə bilməz və ya əsla qəflətə düşə bilməz. Çünki cəhənnəm hər an yanındadır və ona sonsuz həyatını və Allahın əzabını hər an xatırladır. Bu vəziyyətdəki bir insan edəcəyi əməlləri gecikdirib təxirə salmaz. Vicdanının əmr etdiyi hər şeyi dərhal və əskiksizcə edər. İbadətlərində çox diqqətli və davamlı olar.
Allah, dünya həyatında da, sanki cəhənnəmi görüb də gəlmiş ya da cəhənnəmi hər an yanında görən biri kimi, saleh işləyən, Allahdan və axirətdən qorxub çəkinərək davrananların pisliklərini yaxşılığa çevirəcək. Bu möminlər, axirətə qəti olaraq iman edərlər və Allahın əzabından şiddətlə qorxub çəkinər və saleh əməllərdə yarışmaqda dayanıqlılıq göstərərlər.
Allah Qatında yaradılmışların ən xeyirlisinin, dünyada saleh əməllər işləyənlər olduğu Quranda belə bildirilər:
Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar. (Beyyinə surəsi, 7)
8) XEYRLƏRDƏ YARIŞANLARI AXİRƏTDƏ GÖZƏL QARŞILIQ GÖZLƏYİR
İnsanlar iman dərəcələrinə görə bir-birlərindən ayrılırlar. Bəzi insanlar Allaha heç iman etməz. Bəzisi isə sahib olduğu şiddətli Allah qorxusu səbəbiylə davamlı olaraq saleh əməl işləməyə və dinə xidmət etməyə çalışar.
Allah Quranda, “…Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. …” (Maidə surəsi, 48) şəklində buyurur. Bu, gözəllikləri və xeyirləri artırma yarışıdır. Səmimi möminlərin məqsədləri dünyəvi bir mənfəət əldə etmək ya da insanlar arasında bir üstünlük meydana gətirmək deyil. Onlar yalnız Allahın əmrlərini yerinə yetirməkdə, Onun bəyəndiyi əxlaqı yaşamaqda və Rəbbimizi razı etməkdə yarışarlar.
Bu iman edənlərin Allaha olan qorxularının və imanlarının bir gərəyidir. Çünki adamın səmimiyyəti və ixlası, Allahın razılığını qazanmaq üçün xərclədiyi səy ilə ölçülə bilər. Allaha və axirətə könüldən iman edən bir kimsə, Allahın razılığını ən çox qazana bilməyi və Allaha ən yaxın insan halına gələ bilməyi hədəfləyər. Allahın özündən məmnun olmasını, özünə rəhmət etməsini və cənnətinə layiq görməsini istəyər. Bu səbəblə də əlindən gələn ən çox səyi göstərər. Ağlını, vicdanını və bütün tutumunu ən gözəl şəkildə istifadə edərək Quran əxlaqını ən mükəmməl şəkildə yaşamağa çalışar. Necə ki, Quranda möminləri Allah Qatında önə keçirən ünsürün beləsinə bir səy ilə xeyirlərdə yarışmaları olduğu bildirilmişdir:
Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)
Möminlərin xeyirlərdə yarışmalarının bir başqa səbəbi də dünya həyatının çox qısa, ölümün də çox yaxın olduğunun şüurunda olmalarıdır. Hər an ölə biləcəklərini və belə bir vəziyyətdə də Allahın razılığını qazanmaqda lazımı səyi göstərməmiş olduqları üçün axirətdə böyük bir peşmançılıq hiss edəcəklərini bilirlər. Çünki axirətə getdikdən sonra insanın bir daha dünyaya geri dönüb də xeyirlərdə yarışması, saleh əməllər işləməsi mümkün deyil. Bu səbəblə də saleh müsəlmanlar daha çox xeyir qazanma mövzusunda zamana qarşı böyük bir yarış içindədirlər. Dünya həyatında özlərinə verilmiş olan müddət içinə bacardığı qədər çoxlu xeyirli şey sığdırmağa çalışarlar. Bu istiqamətdə qarşılarına çıxan hər gözəlliyə şövqlə talib olar və hər fürsəti ən yaxşı şəkildə qiymətləndirməyə çalışarlar.
Möminlər bu şövq və qərarlılıqla, Allahın “İşlərini qurtaran kimi Allah yolunda çalış!” (Şərh surəsi, 7) əmrini ən gözəl şəkildə yaşayarlar. Bir an belə boş bir vaxt keçirməməyə çalışar, insanın heç bir zaman üçün Allahın razılığını qazanma mövzusunda özünü kafi görə bilməyəcəyini bilərək şövq və istəklə xeyirlərdə yarışarlar. Dünya həyatında keçirdikləri hər saniyədən hesaba çəkiləcəklərini, vicdanlarını istifadə etməydikləri ya da daha xeyirlisi varkən boş bir işə vaxt keçirdikləri hər andan məsuliyyət daşıyacaqlarını unutmazlar. Bu səbəblə də öz ehtiyaclarından artıq qalan vaxtlarını həmişə “xeyirli” bir axtarış içində keçirərlər.
Bu insanlar səhərdən axşama qədər daimi olaraq dinə xidmət etməyə, dinin və möminlərin mənfəətinə xidmət edəcək saleh əməllər işləməyə, qısası hər addımlarında Allahı razı edəcək bir gözəllik etməyə çalışarlar. Bunun üçün daim düşünmək, dua etmək, Allahın ən çox razı olacağı rəftarı axtarmaq və bunu taparaq tətbiq etmək lazım olduğunu bilərlər. Buna görə həmişə Allaha yaxınlaşa biləcəkləri, Onun ululuğunu haqqıyla təqdir edə biləcəkləri şəkildə dərin bir təfəkkür içindədirlər. Düşünmədikləri, dünyanın keçici faydasına dalıb axirəti unutduqları bir an belə olmasına icazə verməzlər. Qatqısız olaraq iman etdikləri üçün, həyatlarının hər anını Allah üçün keçirərlər və bu mövzuda qəflətə qapılmazlar. Dayanmadan Allahı və onun böyüklüyünü düşünmək Allah qorxularını şiddətləndirər.
Belə saleh qullar, Allahın izniylə, dünyada ikən dayanmadan səy göstərərək yarışıb önə keçmələrinə qarşılıq axirətdə də sonsuza qədər ən gözəl məkanlarda yerləşəcək və nemətlər içərisində olacaqlar:
Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər! Onlar Allaha yaxın olanlar, Nəim bağlarında qalacaq kimsələrdir. Onların çoxu əvvəlki nəsillərdən, az bir qismi də axırıncılardandır. Onlar bəzənmiş taxtlar üstündə qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.(Vaqiə surəsi, 10-16)
9) Həyatınızı nəyə görə təyin edirsiniz?
Bəzi insanlar həyatı özləri təyin etdikləri qaydalar istiqamətində yaşayarlar. Bu kəslər nəfslərinin o ankı istəkləri istiqamətində, asanlıqla bu qaydalarında güzəşt edə bilirlər. Bu insanların həyatlarına istiqamət verən, şəxsiyyətlərində davamlılıq göstərmələrini təmin edən mütləq olaraq doğru olduğuna inandıqları bir yol göstəriciləri yoxdur. Buna görə də şəxsiyyətlərində bəzən dəyişkənlik göstərə bilirlər. Rəftarlarında müəyyən bir sabitlikdən bəhs edə bilmək mümkün olmaz. Bu kəslərin rəftarlarındakı dəyişənliyi təyin edən güc ümumiyyətlə nəfsləridir.
Nəfsin istəklərinin arxasınca gedənlər
Allah Quranda nəfslərin eqoist ehtiraslara uyğun yaradıldığını bildirir. Əgər insan nəfsinin özünü istiqamətləndirməsinə icazə versə, bütün rəftarları bu eqoist ehtirasları istiqamətində şəkillənəcək. Bu eqoist ehtiraslar isə sabit və tutarlı bir şəxsiyyət sərgiləməsinə təsir edəcək. İnsan nəfsinin təlqinləri nəticəsində bir anda hirslənə biləcək, romantikləşə biləcək, küsüb inciyə biləcək, qısqanclıq hissinə qapıla biləcək və bunlara bağlı olaraq da ani qərarlar ala biləcəkdir. Bu səbəbdən şəxsiyyəti, ətrafındakı insanlar üçün hər vaxt bir sürpriz olacaq. Bir anı bir başqa anına uyğun gəlməyəcəkdir. Hər an ruh halı, düşüncələri, duyğuları, qərarları və dünyagörüşü dəyişə biləcəkdir. Belə bir insan isə, əsassız və nizamsız davranışlarıyla həmişə ətrafındakı insanlar üzərində narahatlıq və etibarsızlıq hissi meydana gətirəcək.
Bu şəxsiyyət quruluşuna, dindən uzaq yaşayan cəmiyyətlərdə sıx olaraq rast gəlmək mümkündür. Bu xarakteri daşıyan insanlar Quran əxlaqının qazandırdığı dünyagörüşündən uzaq olduqları üçün, cahiliyyə rəftarlarının bütün həyatlarını istiqamətləndirməsinə icazə verirlər. Bu da onları ağıllı düşünməkdən uzaqlaşdırır və bəzi nizamsız rəftarlar içinə sürüyər. Belə bir vəziyyətdə müsəlmanın rəhbəri isə Qurandır. Allah Quranda nəfsin adamı daim pisliyə çağıracağı və şeytanın da insanı əsassızlığa, ağılsızca hərəkət etməyə və ehtiraslarının tələb etdiyi şəkildə hərəkət etməyə məcbur edəcəyi mövzusunda insanları xəbərdar etmişdir. Bütün bunlara qarşılıq olaraq, özünə Quranı rəhbər edən, vicdanının səsini dinləyən insanların isə, ideal bir şəxsiyyət qazanacaqlarını, həm dünyada həm axirətdə üstün mövqeyə gələcəklərini xatırlatmışdır.
İman edən insan Allahın göstərdiyi yolla getməsi səbəbiylə bu güclü və üstün şəxsiyyəti qazanmışdır. Rəhbəri Quran olduğu üçün hadisələr qarşında göstərəcəyi rəftarlar, verəcəyi reaksiyalar həmişə İslam əxlaqına görə olar.
Bu da ona orta yollu və nizamlı bir şəxsiyyət qazandırır. Necə hərəkət edəcəyi, hadisələri hansı dünyagörüşüylə, necə bir məntiqə görə qiymətləndirəcəyi ətrafındakılar üçün heç bir zaman sürpriz olmaz. Ağılı, vicdanı, rəftarları, söhbətləri həmişə Quran əxlaqının gətirdiyi sabitliyi əks etdirir. Bundan ötəri də etibarlı bir xarakterə malikdir.
Duyğularıyla hərəkət edənlər
Romantiklik, din əxlaqının yaşanmadığı cəmiyyətlərdə çox mənfi bir rəftar hesab edilməz. Hətta romantikliyin əslində hər insanın xarakterində az çox olması lazım olan əhəmiyyətli bir xüsusiyyət olduğuna inanılar. Bu düşüncəyə görə romantikliyin səbəb olduğu rəftarlar, yaşanması lazım olan insani duyğulardır. Bu səbəblə romantiklikdən qaynaqlanan şikayətlənmə, incimə, ağlama, içinə qapanma, durğunluq, qısqanclıq, hirslənmək kimi rəftar pozuntularının, insanın içindən gələn duyğular olduğu qarşıya qoyularaq bacardığı qədər təşviq edilir.
Halbuki bu qənaət tamamilə səhvdir. Cahiliyyə əxlaqında geniş şəkildə yaşanan romantiklik, insanın zəif bir şəxsiyyət göstərməsinə səbəb olar. Adam hadisələr qarşısında, duyğularının özünü istiqamətləndirməsiylə hərəkət etdiyi üçün ağıllı düşünməkdən uzaqlaşar. Məntiqli və doğru düşünə bilməyəcək, məqsədəuyğun izahlar edə bilməyəcək hala gələr.
Mömin isə bütün həyatına və şəxsiyyətinə Quran əxlaqı hakim olduğu üçün, nəfsin bu xüsusiyyəti və ona qarşı necə bir mübarizə verilməsi lazım olduğu mövzusunda ən doğru məlumatlara malikdir. Romantikliyin, insanın ağılını pərdələdiyini, doğru düşünə bilməsinə, həqiqətləri olduğu kimi görə bilməsinə maneə törətdiyini, insanı zəif, müqavimətsiz və gücsüz hala gətirdiyini bilir. Cahiliyyə əxlaqının gətirdiyi bu zəif xarakterlə qaynaşan romantikləşmək, kədərə qapılmaq, ağlamaq, deyinmək, hirslənmək, qısqanclığa qapılmaq, içinə qapanmaq kimi rəftarların, iman sahibi bir insanın xarakteriylə uyğun gəlməyəcək xüsusiyyətlər olduğunun da şüurundadır. Çünki bütün bu rəftarlar, Allahın bəyənmədiyi və çəkinilməsi lazım olan davranışlardır.
Bu mənfi rəftarların hər biri, bəzi kəslərin təməldəki bəzi inanc pozuntularından və bəzi həqiqətlərin kifayət qədər şüurunda olunmamasından qaynaqlanır. Asanlıqla hüznə qapılan, ağlayan, hirsinə məğlub olan, qısqanclığa qapılan, durğunlaşıb səssizləşən, içinə qapanan insanlar, Allahın gücünün, hər şeyi xeyir, hikmət və ədalətlə yaratdığının, istədiyi an istədiyi hər şeyi reallaşdıra biləcəyinin, insanların dualarına cavab verəcəyinin şüurunda deyillər. Hadisələr qarşısındakı bütün kədərləri, hirsləri, qısqanclıqları həmişə bu dünyagörüşündəki səhvlərdən və inanc pozğunluqlarından qaynaqlanır.
Güclü Allah sevgisi
Allaha könüldən bir bağlılıq, səmimi bir təslimiyyət, hər hadisənin Allahın idarəsində olduğunu bilərək, hər şeyi xeyir gözüylə qiymətləndirmək, insanın duyğularına qapılıb mənfi rəftarlar etməsinə maneə olar. İman edən bir insan Allaha olan güclü sevgisi və dərin Allah qorxusu səbəbiylə romantikliyin səbəb ola biləcəyi bütün rəftar pozğunluqlarından çəkinir. Allahın Quranda bildirdiyi şəkildə, bütün rəftarlarıyla, şəxsiyyətiylə, yüksək əxlaqıyla insanlara nümunə olmağı hədəfləyən bir insandır. (Furqan surəsi, 74) Bu da ona heç bir hadisə qarşısında yıxılmayan güclü bir şəxsiyyət qazandırır.
Möminlər bütün həyatlarını Quran əxlaqına uyğun olaraq nizamlayarlar. Cahiliyyə əxlaqında geniş şəkildə görünən rəftar pozğunluqlarından çəkinib güclü bir şəxsiyyət sərgiləmənin, bütün insanlar üçün gözəl bir nümunə olacağını bilir, bu şüurla və məsuliyyət hiss edərək hərəkət edərlər. Allahın Quranda, “Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.” (Həşr surəsi, 9) ayəsiylə bildirdiyi kimi, nəfslərini pisliklərdən təmizləmək üçün çalışarlar. Bu səylərinə qarşılıq Allah onları dünyada və axirətdə nemətə, hüzura qovuşduracağını və xoşbəxtliyi ən gözəl şəkildə yaşayacaqlarını müjdələyir.
10) MÖMİNİN ƏSL HƏYATI AXİRƏTDƏDİR
Peyğəmbərimiz (s.ə.v), bir hədisində axirətlə müqayisədə, dünya nemətlərinin, aldanılmayacaq qədər dəyərsiz olduğunu belə bir örnəklə açıqlamışdır:
“Əbu Hüreyrə rədiyallahu ənh izah edir: “Rəsulullah əleyhissalatu vəsəlləm buyurdu ki:” Cənnətdə, yay qədər bir yer, günəşin üzərinə doğulduğu və ya batdığı şeydən (dünyadan) daha xeyirlidir. (Buhari, Bed’ü’l-Halk 8, Tefsir, Vakı’a 1; Müslim, Cennet 6, (2826); Tirmizi, Cennet 1, (2525).)
Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi kimi, bu dünyadakı nemətlər nə qədər gözəl, təsir edici və qalıcı görünsə də, insan bunların ardında gizlənən bu əhəmiyyətli həqiqəti heç bir zaman unutmamalıdır. Yalnız bir aldanışdan ibarət olan bu dünyanın keçici bəzəklərinə qapılmanın, özünü həm dünyada həm də axirətdə hüsrana uğradacağını bilməli, hər anında bu şüurla hərəkət etməlidir.
Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64) ayəsi, dünya həyatının imtahan üçün yaradılmış bir yer olduğunu və əsl həyatın axirət olduğunu insanlara açıqca bildirir.
Bu həqiqətə baxmayaraq, dünya həyatının keçici nemətlərini əldə etmək üçün ehtirasa qapılmaq, bunların çətinliyini yaşamaq böyük bir yanılma olar. Dünya nemətləri, Rəbbimizin qullarına bir lütfüdür. Bu həqiqəti təqdir edib, bütün bunları Allah (c.c)-nin razılığını qazana bilmək üçün bir yol olaraq görən kəsləri Rəbbimiz, həm dünyada həm də axirətdə “gözəl bir həyat” ilə müjdələmişdir.
Əbdülqadir Gilani həzrətləri, əsərlərində keçən təfəkkürlərində dünya həyatının keçiciliyini tez-tez xatırlatmış və bu dünyaya aldanmamaları mövzusunda iman edənləri belə xəbərdar etmişdir:
Bir qəflət yuxusundasan… Həm də tamamilə. Qəflətin, dünya üzündənmi oldu?… O halda dinlə… Bax Haqq Təala izah edir
“Həqiqətən, dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir…” (Muhəmməd surəsi, 36)
Bu ayə dünyanın nə olduğunu izah edərkən, sən hələ ona dalıb gedirsən… Və ona möhkəm-möhkəm sarılırsan… Özünə görə üzrlüsən; çünki qəflətdəsən…
Nə üçün beləsən? Allah səni bura üçünmü yaratdı? Yoxsa o biri aləm üçünmü yaradıldın?…
Bunu bil ki, sən o biri aləmin malısan.. Bu aləm fanidir. Oyanıq şəxslər nəzərində heçdir…
Buranın çətinlikli və məşəqqətli aləmi neyləyərsən? Kənarları istə… Ucaları arzula…
(Mektubat-ı Geylani, Abdülkadir Geylani, Bahar yayınları. səh. 43, Üçüncü Mektup)
10) RİYAKARLIQDAN UZAQ DURMAQ
Riyakarlıq, nəfsin insanları təşviq etdiyi, Quran əxlaqına uyğun olmayan bir rəftardır. Çünki insanın içində saxladığı hisslərlə kənara əks etdirdiyi rəftarının fərqli olmasını və inandığı kimi hərəkət etməyərək ikiüzlü bir rəftar göstərməsini ifadə edən riya, ixlası ortadan qaldıran bir əxlaq pozğunluğudur. Bir insanın belə bir səmimiyyətsizlik içinə girib, içində və xaricində iki ayrı xarakter yaşada bilməsi imanı tam olaraq qavraya bilmədiyini, Allah (c.c)-ni gərəyi kimi təqdir edə bilmədiyini göstərir. Riyakarlıq edən insan qəflət içindədir. Allah (c.c)-nin hər an hər şeyə şahid olduğunu unutmuşdur. Halbuki Allah Təala Qurani Kərimdə belə buyurur:
O, göylərdə və yerdə olanları bilir. Sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah kökslərdə olanlardan agahdır. (Təğabun surəsi, 4)
Uca Allah (c.c), hər yeri əhatə edən, gizlində olanın gizlisini bilən, insanların ağıllarından keçirdikləri düşüncələri eşidən və hər an hər yerdə onlara şahid olandır. Bir insanın içindən keçirdiklərini saxlayıb olduğundan fərqli görünməyə çalışması, bu insanın Allah (c.c)-nin bu sifətlərini unutduğunun göstəricisidir. Bu insan rəftarları və söhbətləriylə ətrafındakı insanları hər nə qədər məmnun etsə də Allah (c.c) ürəyindəkini biləcək.
Allah (c.c)-nin razı olmayacağı bir rəftar etməsi isə Ondan qorxan bir insanın çəkinməsi lazım olan bir vəziyyətdir. Bəlkə belə bir insan göstərdiyi riyakar rəftar ilə dünya həyatında insanlar tərəfindən bəyəniləcək amma axirətdə peşmançılıq hissi keçirəcək. Çünki, dünya həyatında əldə edilən mənfəətlər axirət həyatındakılarla müqayisə edilə bilməyəcək qədər dəyərsiz və əhəmiyyətsizdir. Uca Allah “… Olmaya, axirətdən daha çox dünya həyatından razısınız? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir. (Tovbə surəsi, 38) ayəsiylə insanlara bu vəziyyəti xatırlatmışdır.
Riyakarlıqdan qorunmanın ən əhəmiyyətli yollarından birini isə Bədiüzzaman Səid Nursi İxlas risaləsində təfərrüatlı olaraq açıqlamışdır. Bədiüzzaman, ölümü düşünmənin insanı həm riyadan qoruyacağına həm də ixlası qazanmasına vəsilə olacağına diqqət çəkmişdir:
Ey xidməti Quraniyyə (Qurana xidmət edən) yoldaşlarım! İxlası qazanmanın və mühafizə etmənin ən təsirli bir səbəbi, ölümü düşünməkdir. Bəli, ixlası zədələyən, riyaya və dünyaya sövq edən bitməyən bir istək olduğu kimi, riyadan nifrət verən və ixlası qazandıran, ölümü düşünməkdir. Yəni, ölümünü, dünyanın fani olduğunu diqqətlə düşünüb, nəfsin desisələrinden (gizli, hiylə) xilas olmaqdır. (Risale-i Nur Külliyatı Hizmet Rehberi səh.81-83)
Möminin özünü ətrafındakı insanlara sevdirə bilmək üçün riyakar bir rəftara ehtiyacı yoxdur. Çünki insanı digər insanlara sevdirəcək olan Allah (c.c)-dir. Həyatının hər anında ixlasla Uca Allah (c.c)-nin razılığını qazanmağa çalışan bir mömini, bütün inananlar təbii olaraq ürəkdən sevib dəstəkləyərlər. Gözəl əxlaqlı, səmimi, dürüst, ixlaslı və daxili xarici bir olan insanı sevmək möminlərin fitrətində vardır. Allah (c.c)-nin razılığı insana möminlərin razılığını da qazandırar. Amma yalnız insanların razılığı üçün edilən bir işdə Uca Allah (c.c)-nin razılığından heç bir qazanc qazandırmaya bilər.
Bu səbəblədir ki, insanın nəfsinin bu istiqamətdəki təlqinlərinə qulaq asmaması və ixlası qazana bilmək üçün səmimiyyətsiz olan hər cür düşüncə və rəftardan təmizlənməsi lazımdır.