Header

Begemotların ifraz etdikləri maye günəş kremi funksiyasını yerinə yetirir

Aa4a

Yaponiyalı tədqiqatçılar begemotların dərilərini günəşə və bakteriyalara qarşı mühafizə edən qırmızımtıl iki piqment ifraz etdiklərini kəşf etdilər.

hipopotamBir qrup yaponiyalı tədqiqatçı begemotu günəşə və bakteriyalara qarşı mühafizə edən bir piqment üzərində tədqiqatları genişləndirdilər. Bu maraqlı hadisəni meydana gətirən piqmentləri tədqiq edən Kimiko Hashimotonun Yokohamadakı Keio Universitetindəki həmkarlarıyla birlikdə icra etdiyi işlərin nəticələri “Nature” jurnalında nəşr olundu.

Begemotlar əslində tərləməzlər. Begemot sudan kənarda olduğu zaman dərisindəki epidermis toxumaları bədəninin istiliyinə nəzarət etməyə, onu günəşə və bakteriyalara qarşı mühafizə edə biləcək bir növ yapışqan maye ifraz edər. Tədqiqatçılar Tokiodakı Ueno zooparkındakı iki məməlidən aldıqları bu yapışqan mayeni araşdırdılar və onu meydana gətirən iki piqmenti təhlil etdilər:
Piqmentlərdən biri qırmızı “hiposüdorik turşusu” və digəri portağal rəngi “norhiposüdorik turşusu” idi.

Kimyaçılar bu piqmentlərin ultrabənövşəyi şüaların qarşısını aldıqlarını və beləcə, begemotun dərisini günəşin zərərlərindən qoruduqlarını göstərdilər. Yaralanmış begemotlarda da piqmentlər heyvanı palçıqdan gələn bakteriyalara və mikroblara qarşı da dezinfeksiyaedici olaraq qoruyur.

Begemotlar piqmentlər çoxalmadan və güclü yanıqlar meydana gəlmədən qırmızı rənglərini qoruyurlar. Ancaq laboratoriyadakı birləşmələrin sabit olmaması tədqiqatçılara heyvandakı yapışqanın sabitləşdirici təsiri olduğunu da düşündürür.

Begemotu günəşin təsirindən qoruyan piqmentlər təsadüfən meydana gələ bilməz

Begemotlar çoxumuzun böyük və kobud quruluşları ilə tanıdığımız canlılardır. Ağızlarını içinə 1.20 m-lik bir uşağın yerləşə biləcəyi qədər genişlikdə aça bilən bu canlılar insanlardan daha sürətli qaçarlar.

Bu canlıların bədənlərində onları günəşin təsirlərinə qarşı mühafizə edən bir mayeni ifraz etmələri isə begemotlarla əlaqədar yeni bir təəccüblü xüsusiyyət olaraq qarşımıza çıxır.

Bəs bu böyük heyvanlar bədənlərində onları günəşin təsirlərinə qarşı mühafizə edən bir günəş kremini ifraz etməyi necə ağıl işlədib tapmışlar? Elm adamlarının laboratoriyalarda reallaşdırdıqları uzun tədqiqatlar nəticəsində kəşf etdikləri piqmentləri bir begemot necə olar ki, bədənində istehsal edə bilər?

Yaxşı, onda heyvanı günəşin zərərli ultrabənövşəyi şüalarına qarşı mühafizə edən bu piqmentlərin təsadüfən əmələ gəlməsi mümkündürmü?

Əlbəttə, xeyr. Uca Allah begemotu da digər bütün canlılar kimi yaşadığı mühitdə ehtiyacı olan bütün xüsusiyyətlərlə birlikdə yoxdan yaratmışdır.
Allah bu üstün yaratmasını Quranda belə bildirir:

O, Xaliq, yoxdan Yaradan, Surət verən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)

http://www.cybersciences.com/Cyber/3.0/N3486.asp

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313