İçeriğe geç

O mərhəmətli Allah ki, göyləri və yeri yaratdı…… (İbrahim surəsi, 32)

O mərhəmətli Allah ki, göyləri və yeri yaratdı…… (İbrahim surəsi, 32)

O mərhəmətli Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; (İbrahim surəsi, 32)

Müəyyən edilmiş yolla daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. (İbrahim surəsi, 33)

 

Yuxarıdakı ayələrdə Allah, göylərin və yerin Yaradıcısı olduğunu, böyük bir nemət olan suyu insanlara xüsusi olaraq endirdiyini bildirmişdir. Hər an milyonlarla kub metr su, okeanlardan atmosferə, oradan da quruya daşınar, torpaq da bu su sayəsində məhsulunu bol-bol verər. Allahın böyük bir neməti olan bu nəhəng su dövranı sayəsində insanlar ehtiyaclarını qarşılayıb, həyatlarını rahatlıqla yaşayırlar.

 

Ayədə həmçinin, gəmilərin dənizlərdə üzməsini də, Allahın insanlara verdiyi bir nemət olduğu xəbər verilmişdir. Suyun insanların əmrinə verilmiş olması əlbəttə ki, Allahın insanlara böyük bir lütfüdür. Su, Allah dilədiyi üçün daşıma qüvvətinə malikdir, gəmilər Allah dilədiyi üçün suyun üzərində üzə bilər.

 

Ayənin davamında kainatdakı canlı-cansız bütün varlıqların Allahın idarəsi altında olduğu bildirilmişdir. Allah, kainatı insanın həyatı üçün yaratmış, günəşi, ayı, gündüzü və gecəni insan üçün “ram” qılmış və onu hər cür nemətlərlə zənginləşdirmişdir.

 

Allah ayəsində qullarına istədikləri hər şeyi verdiyini bildirmişdir. Allahın dünya həyatında insanlara təqdim etdiyi gözəlliklərə diqqət çəkilmiş və bu nemətlərin saymaqla bitməyəcək qədər çox və müxtəlif olduğunu xatırlatmışdır. Səmadan dənizin dərinliklərinə qədər hər yer saymaqla qurtarmayan mükəmməllikdə təfərrüatlarla doludur. Ancaq bəzi insanlar bu qədər nemətə və gözəlliyə baxmayaraq Allahı gərəyi kimi təqdir etmir və Rəbbimizin verdiyi nemətlərə nankorluq edirlər. Halbuki insana düşən Allahın özü üçün yaratdığı saysız nemətlərin şükrünü vermək və dünyada keçirəcəyi zaman boyunca Allahın özü üçün seçib bəyəndiyi əxlaqı yaşamaqdır.

images (5)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz