Məhz tövbə etməyənlər zalımlardır. (Hucurat surəsi, 11)
Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. (Hucurat surəsi, 11)
Allah bu ayəsiylə, insanların həyatlarının hər anında kimsəyə lağ etməyi qadağan etmişdir. Ayədə qadağan edilən mövzuların hər biri, Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə görülən pis əxlaq xüsusiyyətləridir. Ayədə diqqət çəkilən, cəmiyyətlərin bir-birləriylə lağ etməsi, öz mədəniyyətlərini üstün görməsi, digər insanları kiçik görməsi din əxlaqının yaşanmamasının bir nəticəsidir. Halbuki Allah Qatında üstünlük ölçüsü insanların sahib olduqları Allah qorxusu və təqvadır. Yoxsa maddi güc, fiziki xüsusiyyətlər, qabaqcıl bir texnologiya və ya hər hansı başqa bir dünyəvi ölçü insanları bir-birlərindən üstün etməz. İnsanların fərqli xüsusiyyətlərə sahib olması, qadın və ya kişi olması, dəyişik irqlərə mənsub olması, ağ dərili və ya qara dərili olması bir üstünlük əlaməti deyil.
Digər tərəfdən ayədə, qadınların da bir-birləriylə lağ etməsi qadağan edilmişdir. Xüsusilə qadınların bir-birlərinə qarşı lağlağa sözlər istifadə etmələri, iynələyici danışıqları cahil cəmiyyətlərdə daha sıx rast gəlinən davranışlardandır. Hətta bu davranışlar elə “alışılmış” hadisələrdir ki, iki qadın arasında keçən bu tərz bir dialoq çox məqbul qarşılana bilər. Bir qadın başqa bir qadının fiziki əskikliklərini mümkün olduğu qədər tez- tez dilə gətirir. Hətta bir əskikliyi yoxsa da hər hansı bir xüsusiyyətini bir qüsurmuş kimi göstərməyə çalışır. İçində duyduğu qısqanclıq səbəbiylə hər cür böhtana, lağ rəftarla müraciət edə bilər. Halbuki Quranda insanların bir-birlərinə əziyyət verici, sıxıcı davranışlar göstərmələri çirkin bir əxlaq olaraq təyin olunmuşdur.