Header

Zalımlar öz hiylələrini qururdular.(İbrahim surəsi, 46)

Aa4a

Zalımlar öz hiylələrini qururdular.(İbrahim surəsi, 46)

Rəbbimiz bu ayədə, inkar edənlərin heç bir zaman möminlərə zərər verə bilməyəcəklərini; Allah qatında, onların qurduqları tələlərə qarşı mütləq özlərinə qurulmuş bir tələ olduğunu bildirir.

Kafir olanlar, möminlərə qarşı etdikləri mübarizələrində hər cür hiyləgər üsula müraciət edərlər. Bu üsulların ən çox işlədilənlərindən biri də möminlərin əleyhində ittifaq quraraq onlara müxtəlif tələlər qurmaqdır. Gizli-gizli qurduqları hiylələrinin müvəffəqiyyətli olacağını düşünən inkarçılar, planlarını edərkən iki adamın üçüncüsünün, üç adamın dördüncüsünün Allah olduğunu unudurlar. Allahın insanlara şah damarından daha yaxın olduğundan isə tamamilə qəflətdədirlər. Halbuki, Allah, gizləsələr də, açıq-aşkar etsələrdə “sinələrində gizli olanı biləndir”. İnkarçıların möminlərin əleyhinə ağıllarından keçirdikləri hər fikri, qurduqları hər tələni, etdikləri hər planı, Allah ən incə təfərrüatına qədər bilir. İnkar edənlərin quracaqları tələlər qədərlərində təyin olunmuşdur. Yenə Allah qədərdə onların hiyləsini pozacaq hadisələri də təyin etmişdir. Bu səbəbdən, möminlərə qarşı qurulan hər tələ əslində əvvəldən pozulmuş olaraq meydana gəlir. Nə qədər ağıllı, nə qədər hiyləgərcəsinə, nə qədər böyük olursa olsun, möminlərin əleyhinə qurulan bütün tələlər, hər şeyin Yaradıcısı olan Allah tərəfindən əvvəlcədən pozulmuşdur. Allah Quranda “kafirlərin hiylələrinin boşa çıxaracağını” bildirir. (Ənfal surəsi, 18)

Möminlərin, Allahın inkarçıların tələlərini boşa çıxaracağına dair etibarları tamdır. Allahın köməyinin hər an özləriylə birlikdə olduğunu bilərək daim təvəkküllü bir həyat sürərlər. Möminlər qarşılaşdıqları hər hadisədəki xeyir və hikmətləri görməyə çalışar, görə bilməsələr belə hər şeyin möminlər üçün mütləq xeyirlə nəticələnəcəyinə qəti bir inamla iman edərlər. İnkar edənlərin fərqində olmadıqları çox böyük bir həqiqət vardır ki, o da Allahın möminlərə olan vədi və dəstəyi:

… Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir. (Nisa surəsi, 141)
al-quran

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313