İçeriğe geç

Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)

Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)

Ayədə möminlərin həyatlarının hər anında Allahı zikr etdikləri xəbər verilir. Möminlər həyatlarının hər anında Allahın razılığını güdər və daim Allahı düşünərlər. Allahın özlərini hər an eşitdiyinin, gördüyünün, ürəklərindən keçənləri belə bildiyinin şüurunda olduqları üçün həmişə Onu məmnun etməyə çalışarlar. Hər an aralarında Allah ilə bir əlaqə vardır. Möminlər üçün Allahı zikr etmək “ən böyük ibadətdir”. (Ənkəbut Surəsi, 45) Möminlər həyatları boyunca bu cür şüurlu hərəkət edərlər. Allahı zikr etmək isə düşünərək və bu düşüncələrini dilə gətirərək olar. Allahın onlara verdiyi nemətləri tək-tək düşünər və nə qədər böyük bir rəhmət içində olduqlarını fərq edərlər. Bu da Allaha olan sevgilərini artırar.

 

Ayənin davamında möminlərin baxdıqları hər yerdə Allahın bənzərsiz yaratmasını gördüklərinə diqqət çəkilir. Kainatdakı canlı-cansız bütün varlıqlar, Allahın üstün yaratma gücünü, sənətini, elmini dərin-dərin təfəkkür etməyimiz üçün yaradılmışlar. Bunların heç biri boşuna yaradılmamışdır. Kainatın hər yeri Allahın yaradılış möcüzələri ilə doludur. Möminlər bitkilərdə, heyvanlarda, dənizlərdə, səmada, kosmosda, torpaqda və ətraflarındakı hər təfərrüatda Allahın təcəllilərini görərlər. Uca Allahın bütün bunları çox üstün bir yaradılışla yaratdığını düşünürlər. Ayədə də bildirildiyi kimi iman gətirənlər bu həqiqətin fərqindədirlər, bütün bunlar üzərində düşünüb Allahın üstün yaratmasını və Ucalığını dayanmadan təsbih edərlər.

 

İman edənlər bununla yanaşı axirət yurdunu da düşünüb, xatırlayarlar. Yuxarıdakı ayənin sonunda da görüldüyü kimi möminlər, Allaha özlərini atəşin əzabından qoruması üçün dua edirlər. Axirət barədə daim qorxu ilə ümid arasında olarlar və dua edərək Allahın rəhmətini istəyərlər. Allahın böyüklüyünü, özlərinin Allaha nə dərəcə möhtac olduqlarını düşünərlər. Ölümün yaxınlığını da heç unutmazlar. Ölümün yaxınlığı onlara Allaha qarşı məsuliyyətlərini xatırladır və bu mövzuya daha dəqiq yanaşmağa çalışarlar. Bu səbəblə möminlər ölümü və axirəti düşündüklərində də Allahı zikr edərlər.

 images (5)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz