İnsanları Allaha çağıran, yaxşı işlər görən… (Fussilət surəsi, 33)
İnsanların yaradılış məqsədi Allaha iman etmək və yalnız Ona qulluq etməkdir. Bütün insanlar həyatları boyunca imtahandan keçirilərlər. Allah sonsuz ədalət sahibidir, elçiləri və kitabları vasitəsilə insanlara bu məsuliyyətlərini bildirir. Həyatının əsl məqsədindən xəbərdar olan hər insan da bu həqiqəti başqa insanlara çatdırmaqdan məsuldur. Bunu həyatı boyunca istər sözləri, istər davranışları, istərsə də bu məqsədlə gördüyü işlərlə yerinə yetirən kəs “Allahı çağırmış” olur.
Uca Allah bu ayədə Allahın razılığını qazanmağa səmimi olaraq ümid edən, təkcə Onu razı etmək üçün yaxşı işlər görən qullarını tərifləyir.
Allah bu ayəsi ilə bizə gözəl sözün nə olduğunu da açıqlayır. Gözəl söz insanları Allaha çağıran, Qurana uyğun yaşamağa dəvət edən sözdür. .(İslamın Yükselişi)
Allahın dinini izah etmək, Quran ilə öyüd-nəsihət vermək, yaxşılığı əmr edib pislikdən çəkindirmək, Allahın ayələrini xatırlatmaq; bunların hamısı bir çağırışdır və bir insana deyilən ən xeyirli, gözəl sözlərdir. Möminlərin insanları Quran əxlaqına yönəldən bu sözlərinin məqsədi vardır: Allahı razı etmək və qarşıdakı adamın da Allahın razı olacağı əxlaqa sahib bir insan olmasına vəsilə olmaq… Hədəf bu olunca Allahı zikr etmək, gözəl əxlaqı izah etmək və axirəti qazanmağa çağırmaq kimi, bəzən insanlara bilmədiyi məsələlərdə öyüd-nəsihət vermək, Quran ayələri istiqamətində səhvlərini ən gözəl şəkildə tənqid etmək, qorxub çəkinməsini xatırlatmaq da eyni şəkildə gözəl sözdür.