Header

Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)

Aa4a

Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)

Quran əxlaqına uyğun yaşamayan cəmiyyətlərin ortaq xüsusiyyəti toplu şəkildə aldanmalarıdır. Bu ayədən də məlum olduğu kimi belə cəmiyyətin üzvlərinin bir çoxunun eyni quruluşda olması, bir növ “sürü” psixologiyası yaradar və onsuz da mövcud səhvi daha da qüvvətləndirir. Allahın və axirət həyatının varlığını dərk etməyən bu cəmiyyətləri Allah Quranda “cahiliyyə” cəmiyyəti adlandırar. Çünki cəmiyyətin üzvləri hər nə qədər fizika, tarix, biologiya, yaxud başqa bir elm sahəsi ilə maraqlansalar da Allahın gücünü və böyüklüyünü tanıyacaq ağıl və vicdana sahib deyildirlər. Buna görə də cahildirlər.
Belə bir cəmiyyətin fərdləri Allaha bağlı olmadıqları üçün Onun yolundan fərqli olan yollara düşərlər. Özləri kimi aciz bir qul olan insanlara tabe olur, o insanları nümunə götürər, o insanların düşüncələrini mütləq doğru olaraq qəbul edərlər. Getdikcə öz-özünü korlaşdıran, ağıl və vicdandan qoparan fərdlər olarlar. Diqqəti cəlb edən xüsusiyyətlərindən biri bu insanların dinsizlik təlqinləri istiqamətində hərəkət etmələridir.

Dinsizlik sisteminin hökm sürdüyü cəmiyyətlərdə, haqq din haqqında sonsuz sayda mənfi rəy vardır. Lakin din əxlaqını anlamağa çalışarkən əsas məsələ, insanların din haqqında nə dedikləri deyil, insanın öz vicdanı olmalıdır. “İnsanların çoxuna” uymağın insanı doğru olana çatdırmayacağını Quranda bu ayə ilə açıq bir şəkildə ifadə edilmişdir.

“Topluluq” və ya digər adı ilə “kütlə psixologiyası”dan xilas olub, öz vicdanı ilə düşünməyə başlayan insan bu Quran ayəsində vurğulanan həqiqəti şəxsən özü görür. O artıq “insanların böyük əksəriyyətindən” fərqli olaraq yeni bir dünyaya addım atmışdır. Bu addımı onu köhnə dünyanın bütün qaranlığından, çətinliyindən, darlığından uzaqlaşdırıb, Allahın izni ilə din əxlaqının daşıdığı sonsuz gözəlliklərə və dərin hikmətlərə aparacaq.

2008-11-07 21:57:22

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313