Uca Allah bu ayədə iman edən qullarının səbir göstərərək və namaz qılaraq Özünə yönəlmələrini və dua etmələrini bildirir.
Namaz Allahın Quranda bütün müsəlmanlara fərz etdiyi ibadətlərdən biridir. Bu ibadət möminlərin yalnız Allaha qul olduqlarının və ancaq Onun qarşısında səcdə etdiklərinin bir göstəricisidir. İnanan hər qul Allahın Quranda ifadə etdiyi vaxtlarda bu ibadətini yerinə yetirər. Ancaq namaz möminlər üçün yalnız feli olaraq edilən bir ibadət deyil. İnsanın Allaha olan yaxınlığını və təslimiyyətini göstərən, insanın Rəbbimizə yaxınlaşması üçün bir yoldur.
Möminlər namazlarında Rəbbimizi ucaldaraq özləri üçün tək yardım edənin Allah olduğunu ifadə edirlər. Namazlarının sonunda Allaha dua edərək, Ondan kömək diləyərlər. Allahı zikr etmək məqsədi ilə namaz qılan möminlər üçün bu ibadət öz Rəbbinə yaxınlaşmaq üçün böyük bir fürsətdir. Namazlarında qorxu içində Allaha yönələn bir möminin imanda dərinliyi, səmimiyyəti, ixlası və Uca Rəbbimizə olan yaxınlığı artar. Allah da namaz qılıb, Ona dua edən bəndələrinə rəhmətinin qapılarını açır. Onları hər cür pislikdən təmizləyər.
Allah iman edən qullarının üzərində “Sabur” (çox səbirli) adını təcəlli etdirər və onların ürəklərindəki dözümlülük duyğusunu gücləndirər. Əlbəttə, Allaha iman etmiş bir möminin göstərəcəyi səbir və sədaqət, Uca Rəbbimizin razılığını umduğu çox gözəl bir rəftar olacaq. Quranda bildirilən həqiqi səbri yaşaya bilənlər yalnız möminlərdir. Çünki Allaha səmimi bir iman ilə bağlanıb təslim olan, Rəbbimizin ucalığını təqdir edə bilən, qədərə qarşı tam bir təvəkkül göstərə bilən və axirətin varlığına qəti bir iman ilə iman edənlər yalnız onlardır. Dualarında səbirli və qərarlı olan möminlər Allahın rəhmətindən əsla ümid kəsməzlər və Allahın daim özləri ilə birlikdə olduğunu da bilirlər.