Allahdan Ona layiq olan tərzdə qorxun…. (Ali İmran surəsi, 102)

Ayədə Allah qorxusunun əhəmiyyəti bildirilmişdir. Necə ki, Quran əxlaqı  Allah rizası və qorxusu üzərinə qurulmuşdur. Allahdan lazımi qədər qorxanlar və yalnız Allahın razılığını axtaranlar din əxlaqını səmimi olaraq yaşaya bilərlər.

 

“Allahdan necə qorxub çəkinmək lazım olduğu” Quranda son dərəcə açıq və təfərrüatlı xəbər verilmişdir. Möminin Allah qorxusu:

• Son dərəcə səmimi və hörmət dolu bir qorxudur.

• Digər qorxular kimi insana çətinlik və əzab verən bir qorxu deyil. Tamamilə əksinə, insana qul olduğunu və acizliyini xatırladan, onun ağlını və şüurunu açıb inkişaf etdirən, insanı üstün bir əxlaq səviyyəsinə çatdıran və Allaha yaxınlaşdıran hörmət dolu bir qorxudur.

• Möminin axirətə olan həsrətini artıran, ümid və şövqünü alovlandıran, onu pisliklərdən uzaqlaşdırıb, Allahın razılığına, rəhmətinə və cənnətinə yaxınlaşdıran, buna görə də çox böyük mənəvi həzz ehtiva edən bir duyğudur.

• Mömini Allahın sərhədlərini qorumaqda, Allahın razılığını qazanmaqda son dərəcə yüksək bir şüura, diqqətə və tələbkarlığa çatdırar.

 

Mömin Allahdan qorxarkən Allahın şəfqətini, mərhəmətini, bağışlayıcılığını;  Onun nemətlər lütf edən, tövbələri qəbul edən olduğunu da xatirindən çıxarmaz. Bu da hiss etdiyi səmimi qorxuyla birlikdə, digər tərəfdən də içində çox güclü bir ümid daşımasına səbəb olur. İçindəki Allah qorxusu Allahın bu sifətlərini də çox dərin və geniş bir şəkildə təfəkkür etməsinə, Allahın üstünlüyünü və böyüklüyünü daha yaxşı təqdir edə bilməsinə, buna görə Allaha daha çox yaxınlaşmasına vəsilə olur. Allahın mərhəmətinin, şəfqətinin, bağışlanmasının  böyüklüyünü daha yaxşı dərk edir.

 

Ayənin sonrakı hissəsində Rəbbimiz qullarını həyatlarının son anına qədər müsəlman əxlaqına uyğun yaşamaları barədə xəbərdar edir. Yalnız Allahdan qorxan, yalnız Allahı razı etməyə çalışan, hər zaman vicdanları ilə hərəkət edən, Quranda bildirilən gözəl əxlaqı yaşayan, daim Allahın sərhədlərini qoruyan, hər  vəziyyətdə Rəbbimizə yönələn möminləri, Allahın izni ilə heç bir şərt və ya da hadisə həqiqi məqsədindən kənara, din günü hesabını verməyəcəkləri bir şeyə yönəltməz.

images (5)