Header

“Evlərinizdə oxunan Allahın ayələrini və hikmətini xatırlayın”. (Əhzab surəsi, 34)

Aa4a

“Evlərinizdə oxunan Allahın ayələrini və hikmətini xatırlayın”. (Əhzab surəsi, 34)

Bütün kainatı yoxdan var edən, hər şeyin doğrusunu bilən Allah dünyanı bizə Quranla tanıdır. Doğru olanları ehtiva edən Quran bir möminin ömrü boyu üz tutacağı hidayət rəhbəridir. Quran hər mövzuda Allahın hz. Məhəmməd (s.ə.v)-ə vəhy etdiyi doğru məlumatları ehtiva edir. Allah Əhzab surəsindəki bu ayəsində bütün möminləri Quranı oxumağa təşviq edir. Möminlər evlərində Quran oxuyar və ayələri də yada salarlar.

Quranın ən əhəmiyyətli xüsusiyyətlərindən biri günümüzə qədər heç bir dəyişikliyə uğramadan, Peyğəmbərimiz (s.ə.v)-ə vəhy olunduğu şəkildə günümüzə gəlib çatmasıdır. Bundan əlavə Quran hər insanın anlayacağı, sadə və aydın bir üsluba və bənzərsiz bir hikmətə malikdir. Quranın ehtiva etdiyi hökmlər və ayələrdə tövsiyə edilən gözəl əxlaq son dərəcə açıq, başa düşülən formadadır. Allahın hidayət verdiyi, səmimi niyyətli hər insan Quranda qeyd olunanı rahat şəkildə anlaya bilər. Eləcə də anladıqlarını Allahın izni ilə bütün rəftarlarında və düşüncələrində ən gözəl şəkildə tətbiq edə bilər.

Allah Quranı insanların oxuyub başa düşmələri, içində yazılanları öyrənmələri, bütün kainatı yoxdan var edən Rəbbimizi tanımaları, Ona necə qulluq edəcəklərini bilib çəkinmələri üçün göndərmişdir. Müxtəlif nümunə və qissələrdə ayələrini bir-bir, müxtəlif formalarda açıqlamışdır. Allahın “Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq …” (Ənam surəsi, 38) ayəsi ilə də bildirdiyi kimi Quran qüsursuzdur. İstər dünya həyatı, istərsə də ölümdən sonrakı həyat ilə əlaqədar bir çox təfərrüat Quranda ən hikmətli şəkildə təsvir edilir.

Quranı oxuyan, ayələri bilən möminlər həmişə və hər yerdə Allahın əmrlərinə görə hərəkət edər, Quranda qadağan olunan hər cür düşüncə və rəftardan ciddi şəkildə uzaq dayanarlar. Hər hansı bir işi görərkən ya da bir qərar qəbul edərkən o mövzu haqqında Allahın nə əmr etdiyini düşünər, dərhal Quran ayələrinə və Peyğəmbər əfəndimiz (s.ə.v)-in sünnəsinə müraciət edirlər. Öz ehtiras və istəklərinə, içində yaşadıqları cəmiyyətin batil ənənələrinə və ya atalarının haqqa əsaslanmayan adətlərinə görə deyil, yalnız Allahın buyruqlarına görə hərəkət edərlər.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313