İçeriğe geç

“Şübhəsiz, Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik…. (Kəhf surəsi, 7)

“Şübhəsiz, Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik…. (Kəhf surəsi, 7)

Uca Allah ayəsində qullarını dünya həyatında sınayacağını bildirir və buna görə dünya həyatını xüsusi olaraq insanların xoşuna gələcək bəzəklərlə birlikdə yaratmışdır. Bu bəzəklər Allahın bir sınağıdır və insanı yanıltmamalıdır. Hamısı müvəqqəti və aldadıcıdır. İnsanın dünyadakı vəzifəsi Uca Allaha və axirətə iman etmək, Quranda bildirildiyi şəkildə gözəl əxlaq sahibi bir insan olmaq, Allahın sərhədlərini qorumaq və Onun razılığını qazanmağa çalışmaqdır.

 

İnsanların həyatları boyunca sahib olmaq istədikləri və bu məqsədlə böyük bir səy və əzmlə çalışdıqları hər şey əslində yaşadıqları bu həyatın bəzəkləridir. Dünya üzərindəki hər şey, insana ilk baxışda çox cazibədar və gözəl görünür. Dünya üzərindəki gözəlliklər insanlar üçün bir nemətdir. Hər insan ətrafında gördüyü və ya sahib olduğu bütün bu nemətlərin özünə verilməsinin səbəbini yalnız Uca Rəbbimiz Allahın bir sınağı olduğunu unutmamalıdır. Sahib olduğu və ya olacağı hər şeylə Allahın razılığını qazanacaq gözəl davranışlarda olması lazımdır.

Allah verdiyi hər nemətlə birlikdə insanın Özünə şükür edib etmədiyini, gözəl əxlaq göstərib göstərmədiyini də sınayar. İnsanın əsl məqsədi bütün bu gözəllikləri bizə verən Rəbbimizə ibadət etmək, Ona ən gözəl şəkildə şükür etmək və Quranda bildirdiyi gözəl əxlaqı göstərməkdir. Əlbəttə, yaşadıqlarının bir imtahan olduğunun fərqinə varan və Allahın razılığına uyğun olduğunu düşündüyü şəkildə qərar verən və Quran əxlaqına uyğun gözəl davranışlarda olan möminlər bu imtahanı qazanmağı və Allahın Quranda bildirdiyi kimi cənnət həyatı ilə mükafatlandırılmalarına ümidvardırlar. Bu imtahan dünyasının ən böyük sirlərindən biri iman edənlər üçün mütləq xeyirlə nəticələnməsidir. Ən böyük qazanclardan biri isə iman edənlərin bu sınaqlar qarşısında göstərdikləri gözəl əxlaq, cəsarət və mətanət, onların axirətdəki qarşılıqlarını və dərəcələrini artırmasıdır. www.Kuranbilgisi.com

 

2012-08-18 19:03:08

quran11

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz