Tovuz quşu tüklərindəki naxışlara baxan bir insan bunlardakı gözəlliklərə heyran olmaya bilməz. Elm adamlarının son araşdırmalarından birində bu naxışın təməlində təəccüb doğuran bir dizayn olduğu ortaya çıxarıldı.
Çinli elm adamları tovuz quşunun tüklərində olan və işığın fərqli dalğa uzunluqlarını süzüb əks etdirə bilən kiçik tüklərin olduğu həssas bir mexanizmi ortaya çıxardılar. Şanxaydaki Fudan Universiteti fiziklərindən Jian Zi və yoldaşlarının “Proceedings of the National Academy of Sciences” jurnalında nəşr olunan tədqiqatlarına görə tüklərin parlaq rəngləri piqmentlər tərəfindən deyil, iki ölçülü və kristala bənzəyən kiçik strukturlar tərəfindən hazırlanır.1
Zi və həmkarları tüklərdəki rənglərin təməlini ortaya çıxarmaq üçün güclü elektron mikroskoplardan istifadə etdilər. Yaşıl erkək tovuz quşunun (Pavón rnuticus) gövdəsindən çıxan tüklərin üzərindəki daha da kiçik tükcükləri araşdırdılar. Mikroskop altında soldakı ağ-qara şəkildə görünən ələk formalı dizaynla qarşılaşdılar. Bu bir növ zülal olan melanindən hazırlanmış çubuqların keratinlə (bir başqa zülal növü) bağlanmasından meydana gəlirdi. Tədqiqatçılar hər biri insan saçından yüz dəfələrlə daha incə olan bu 2 ölçülü kiçik strukturların tükcüklər üzərində ardıcıl sıralandığını gördülər. Elm adamları əlavə optik araşdırmalar və hesablamalarla kristalların arasındakı boşluqları və bunların təsirlərini araşdırdılar. Nəticədə bu ələk formalı dizaynda boşluqların ölçülərinin və formalarının işığın müxtəlif bucaqlarda əks olunmasına, beləcə, rəngdəki çeşidlənməyə gətirib çıxardığı ortaya çıxarıldı.
“Erkək tovuz quşunun quyruğundakı heyrətamiz rəng dəyişdirmə xüsusiyyəti fərqliliyi və rəngli göz naxışları sayəsində möhtəşəm bir gözəlliyə sahibdir” -deyən Zi, “[tovuz quşu tüklərindəki] Göz modelini günəşə tərəf izlədikdə tüklərin baş gicəlləndirici gözəlliyinə heyran qaldım” 2 şərhini edir. Apardıqları bu işə qədər tovuz quşunda rənglərin yaranmasında dəqiq fiziki mexanizmlərin bilinmədiyini ifadə edən Zi ortaya çıxardıqları mexanizmdəki dizaynın çox kompleks bir quruluşunun olmamasına baxmayaraq son dərəcə qüsursuz bir şəkildə hazırlandığını ifadə edir.
Göründüyü kimi, tovuz quşlarının tük naxışlarında çox xüsusi nizamlanmış bir dizayn var. Bu dizaynda çox kiçik ələk formalar və bunlar arasındakı boşluqlar çox əhəmiyyətlidir. Boşluqlardaki nizamlama da xüsusilə diqqət çəkicidir. Əgər bunlar işığı bir-birindən çox az fərqli dərəcələrdə əks etdirəcək şəkildə nizamlanmasaydı, sözü gedən rəng dəyişmələri ortaya çıxmayacaqdı.
Tovuz quşu tükündəki bu rənglənmənin böyük hissəsi strukturdan asılı olan rənglənməyə söykənir. Tükdə strukturdan asılı olan rənglənməni ortaya çıxaran qisimlərdə piqment yoxdur və bir sabun köpüyünün səthindəki kimi parlaq rənglər ortaya çıxa bilir. İnsan saçına rəng verən maddə isə piqmentdir və bir insan saçlarına nə qədər qayğı göstərərsə göstərsin, onları tovuz quşu tükü qədər parlaq və gözəl edə bilmir.
Tovuz quşundakı bu ağıllı dizaynın sənaye dizaynda da ilham qaynağı ola biləcəyi ifadə edilir. Zi və yoldaşlarının işini şərh edən Oxford Universitetinin zooloqu və eyni zamanda bir boyama mütəxəssisi olan Andrew Parker bu mövzuda bunları söyləyir:
“Tovuz quşu tüklərindəki fotonik kristalların kəşf edilməsi elm adamlarının bu strukturları ticarət və sənaye sahələrinə tətbiqini təmin edə bilər. Bu kristallar telekommunikasiya vasitələrindəki kanal işıqlarında ya da yeni incə kompüter çipinin hazırlanmasında istifadə oluna bilər”.3
Tovuz quşunda möcüzəvi naxışlar və xüsusi bir dizayn olduğu açıq şəkildə görünür və bəlkə də yaxın gələcəkdə tovuz quşlarındakı bu mexanizmin təqlid edilməsi sayəsində rəngarəng örtüklərlə örtülmüş əşyalar, aksesuarlar görəcəyik. Bəs, belə estetik, ağıllı və ilham verici bir dizayn ilk olaraq necə ortaya çıxmışdır? Görəsən, tovuz quşu tüklərindəki rənglərin kristal və bunlar arasındakı boşluqlara bağlı olduğunu bilə bilərmi? Görəsən, tovuz quşu öz bədənində tük hazırlayıb bunlara daha sonra rəngləndirici bir mexanizm əlavə etməyə qərar verə bilərmi? Sonra bu mexanizmi o möcüzə naxışları meydana gətirəcək şəkildə nizamlaya bilərmi? Əlbəttə ki, xeyr.
Məsələn, bir dərə kənarında gedərkən sahildə rəngarəng daşlarla yaradılmış möcüzəvi naxışlarla qarşılaşsaq, üstəlik, bu naxışlarda bir yelpik boyunca düzülmüş göz naxışları olduğunu görsək bunların təsadüfi olaraq ortaya çıxdığını deyil, şüurlu olaraq oraya
yerləşdirildiyini düşünərik.
Bədii bir dünyagörüşü əks etdirən və insanın zövqünə xitab edən bu naxışların bir sənətçi tərəfindən hazırlandığı açıq şəkildə görünür. Tovuz quşundakı tüklərdə də vəziyyət eynidir. Şəkil və naxışların özlərini hazırlayan sənətçilərin varlığını göstərdiyi kimi, tovuz quşundakı naxışlar da özlərini var edən Yaradıcının varlığını göstərirlər. Heç şübhəsiz, tovuz quşunun tüklərində kristala bənzər strukturları bir yerə gətirib təşkil edən və onlardan möcüzəvi naxışlar hazırlayan Allahdır. Allah qüsursuz yaratdığını bir Quran ayəsində belə bildirir:
“ O Allah ki, Yaradandır, (ən gözəl bir şəkildə) qüsursuzca var edəndir, şəkil və surət verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir”. (Həşr surəsi, 24)
1- Jian Zi et al, “Coloration strategies in peacock feathers”, PNAS 2003;100 12576-12578 http://www.pnas.org/cgi/content/abstract/100/22/12576?etoc
2- John Pickrell , “Physics Plucks Secret of Peacock Feather Colors”, 17 Ekim 2003, http://news.nationalgeographic.com/news/2003/10/1016_031017_peacockcolors.html
3- “Physics Plucks Secret of Peacock Feather Colors”