Təkamül nəzəriyyəsi Quranla ziddiyyət təşkil edir
İndiki vaxtda bəzi müsəlmanlar təkamül nəzəriyyəsinə inanan dairələrin sayca çox olmalarından və ya bu kəslərin ümumiyyətlə “elm adamı” sifəti ilə tanınmalarından səhv istiqamətdə təsirlənir, bu səbəblə də təkamül nəzəriyyəsini yanlışlıqla müdafiə edirlər. Halbuki bu kəslərin əllərində Allahın insanları təkamüllə yaratdığına dair nə elmi bir dəlil, nə də bu iddialarını Qurandan təstiqləyən hər hansı bir ayə var.
Təkamül nəzəriyyəsini müdafiə edən müsəlmanlar, darvinizmin təsadüf iddiasını görməməzlikdən gəlirlər.
Təkamül nəzəriyyəsinin Yaradılış ilə ziddiyyət təşkil etmədiyini irəli sürənlərin ən əhəmiyyətli yanılması, təkamül nəzəriyyəsinin təməl iddiasının “canlıların bir-birlərindən inkişaf edərək ortaya çıxdığı” müddəası olduğunu zənn etmələridir. Bu yanılma içində də, “Allah canlıları bir-birlərindən təkamülləşdirərək yaratmış ola bilər, bunda qarşı çıxacaq nə var?” deyə düşünürlər. Halbuki gözardı etdikləri əhəmiyyətli bir həqiqət vardır: Təkamülü müdafiə edənlər ilə yaradılışı müdafiə edənlər arasındakı təməl fərqlilik, “canlılar ayrı-ayrımı ortaya çıxdılar, yoxsa bir-birlərindən inkişaf edərəkmi ortaya çıxdılar” sualı deyil. Əsl mövzu, “canlılar təsadüflərlə və təbiət hadisələriyləmi meydana gəldilər, yoxsa şüurlu bir şəkildəmi yaradıldılar?” sualıdır.
Təkamül nəzəriyyəsi cansız maddələrin təsadüflər nəticəsində bir yerə gələrək, yenə təsadüfən inkişaf edən təbiət hadisələri nəticəsində canlılığın elementlərini və nəhayət canlılığı meydana gətirdiyini iddia edər. Fərqli canlı növlərinin də, yenə təsadüflər və təbiət hadisələri ilə, heç bir şüurlu müdaxilə və plan olmadan ortaya çıxdığını irəli sürər. Nəticədə, bu iddianın təməlində zaman, cansız maddələr və təsadüflər yaradıcı güclər olaraq qəbul edilir. Təkamül nəzəriyyəsi haqqında çox az məlumat sahibi olan bir adam belə, darvinist elm adamların iddialarının təməlini bu görüşün meydana gətirdiyini bilər.
Necə ki, bu həqiqət darvinistlər tərəfindən də qəbul edilir. Darvinizmin dünyadakı ən öndə gələn xadimlərindən olan ateist Richard Dawkins, “Darvin bizə intellektual istiqamətdən təmin olmuş bir ateist ola bilmə şansını verdi” deyərkən, təkamül nəzəriyyəsi deyilən inancın xülasəsini edir.
Təkamül nəzəriyyəsinin heç bir elmi dəlili yoxdur
Təkamül nəzəriyyəsinin iddiası “təsadüf” ikən, bu nəzəriyyə ilə İslam arasında bir “orta nöqtə” ola bilməyəcəyi açıqdır. Qaldı ki, belə bir axtarışa heç ehtiyac yoxdur, çünki təkamül nəzəriyyəsinin heç bir elmi dayağı da yoxdur.
Əlaqədar olan bütün elm sahələri təkamülün heç bir zaman reallaşmadığını göstərir. Qalıq qeydləri, fərqli siniflərini kiçik mərhələlərlə bir-birlərindən təkamülləşərək ortaya çıxdıqlarını deyil, əksinə çox fərqli canlı siniflərinin özlərinə bənzər heç bir ataları olmadan bir anda və xüsusi strukturlarıyla ortaya çıxdıqlarını göstərir. Nə sürünənlər quşlara çevrilmiş, nə də balıqlar quru canlısı halına gəlmişdir. Hər bir canlı sinfi öz xüsusiyyətləriylə ayrı-ayrı yaradılmışdır.
Xüsusilə son 50 ildir paleontologiya, mikrobiologiya, genetik, müqayisəli anatomiya kimi elm sahələrində meydana gələn inkişaflar və yeni kəşflər, təkamül nəzəriyyəsinin doğru olmadığını, canlıların bu günkü fərqli və mükəmməl formalarıyla birdən ortaya çıxdıqlarını ortaya qoymuşdur. Bu həqiqət elm dünyasında rədd edilə bilməz bir fakt halına gəlmişdir. Bu gün paleontologiya elmi dünya üzərindəki ən əsas canlı qrupları olan “filyumların” (yəni buğumayaqlılar, molyusklar, onurğalılar və s. kimi ən əsas və fərqli heyvan siniflərinin) demək olar ki, hamısının “Kembri dövrü” adı verilən qısa geoloji dövrdə bir anda birdən ortaya çıxdıqlarını göstərir.
Bu səbəbdən, Allahın yaradılışda təkamül prosesindən istifadə etdiyini iddia etmək üçün ortada heç bir elmi səbəb də yoxdur. Allah hər canlı qrupunu ayrı-ayrı və bir anda, “OL” əmriylə yaratmışdır. Elmin ortaya qoyduğu tapıntılar bu həqiqəti təsdiqləyən xüsusiyyətdə ikən, ateizmin təməli olan təkamül nəzəriyyəsinə etibar etmək və bu nəzəriyyəni “İslama uyğun” hala gətirməyə çalışmaq, həm səbəbsiz, həm də son dərəcə səhv bir cəhddir.
Darvinizmi müdafiə edənlər, bu nəzəriyyənin daşıdığı təhlükələrin fərqində deyillər
Darvinizm başlı-başına xurafat və məntiqsizliklərdən yaranan bir inancdır. Ön fikirlərdən uzaq, səmimi və azad düşünən heç bir insan, şüursuz atomların təsadüflər nəticəsində bir araya gəlib, mütəşəkkil olub, düşünən, ağladan, hiss edən, görən, eşidən, mədəniyyətlər quran, görüşlər edən, sənət əsərləri meydana gətirən, sevinən, kədərlənən, sonra özünü meydana gətirən atomları elektron mikroskopu altında araşdıran insanları meydana gətirdiyinə inanmaz. Ancaq Darvinin nəzəriyyəsi insanlara bu ağıldankənar inancı söyləyir. Darvinizmi müdafiə edən müsəlmanlar bu əhəmiyyətli təhlükənin fərqində deyildirlər. Belə bir iddianı kor-koranə qəbul edən bir insanın faşist, kommunist, ateist olması çox asandır. Düşünmə bacarıqlarını itirmiş, çox açıq həqiqətləri özünü təbliğatçı izahatlara qapdırdığı üçün görə bilməyən, sırf əksəriyyət qəbul edir deyə bir fikri kor-koranə qəbul edən bir insanın əlinə silah vermək, onu dağlara çıxarmaq, ya da “Darvin bu insanın aşağı irq olduğunu söyləyir, onun üçün onu öldürə bilərsən” deyə razı salmaq çox asanlaşar. Bu vəziyyətə gələn insanlar vicdanlarını və ağıllarını itirərlər.
Necə ki, XX əsri qan və ağrı-acı gölünə çevirən kommunist və faşistlərin hamısı qatı bir darvinistdir. Hitlerdən Maoya, Mussolinidən Stalinə bütün bu əli qanlı diktatorlar qırğınlarını Darvinə söykəmişlər və ondan ilham aldıqlarını tez-tez ifadə etmişlər. (Ətraflı məlumat üçün Harun Yəhya, Darvinizmin İnsanlığa Gətirdiyi Bəlalar, Vural Nəşriyyat)
“Darvinizm onsuz da illər əvvəl məhv oldu bu mövzuyla maraqlanmağa ehtiyac yoxdur” deyənlər də böyük bir çaşqınlıq içindədirlər. Bu gün darvinizmin bir çox ölkədə olduqca təsirli olduğu çox açıq bir həqiqətdir. Məktəb tədris planlarında uşaqlara hələ də etibarsızlığı isbat edilmiş və ya saxtakarlıq olduğu ortaya çıxmış saxta “təkamül dəlilləri” bir elmi həqiqət kimi izah edilir. Universitetlərdə təhsil verən vəzifəli şəxslərin böyük bir hissəsi darvinistdir. Təkamül nəzəriyyəsini rədd edən elm adamlarının elmi məqalələri ən məşhur elm jurnallarında nəşr olunur. Bu vəziyyətə baxmayaraq, darvinizm məhv oldu demək böyük bir çaşqınlıq olar. Üstəlik bir çox insanın bu əhəmiyyətli təhlükəyə qarşı tədbir görməsinə də maneə törədən xətalı bir iddiadır.
Quranda Allahın təkamüllə yaratdığına dair heç bir ayə yoxdur
Quranda, Allahın canlıları təkamüllə yaratdığına dair heç bir izah yoxdur. Allah əlbəttə ki, canlıları təkamüllə yaratmağa da güc çatdırandır. Ancaq əgər belə bir yaradılış forması olsaydı, bunu Quran ayələrində ətraflı izahları ilə görməyimiz mümkün olardı.
Ancaq, bəzi kəslər mənaları çox açıq və dəqiq olmasına baxmayaraq bəzi ayələri sanki təkamüldən bəhs edilirmiş kimi təfsir etməkdə, ayələrə həqiqi və açıq mənalarından başqa mənalar verməyə çalışırlar. Halbuki, Quran Allahın endirdiyi forma ilə, hər hansı bir dindənkənar fikir və fəlsəfənin təsirində qalmadan, tamamilə səmimi bir ürəklə oxunub o şəkildə açıqlanmalıdır. Bu vəziyyətdə Quranda “təkamüllə yaradılış” mənasında heç bir məlumat olmadığı, əksinə Allahın tək bir “Ol” əmri ilə varlıqları və canlıları yaratdığı görüləcək. Əgər həqiqətən hz. Adəmdən əvvəl yarı meymun-yarı insan canlılar yaşamış olsalar Allah bunu bizə Qurani Kərimdə açıq, dəqiq və asan başa düşülən bir şəkildə izah edərdi. Qurani Kərimin “açıq-aşkar” olması və “asan başa düşülən” olması, təkamüllü yaradılış iddiasının həqiqi olmadığını göstərir.
Ancaq bu iddianı irəli sürənlərin bəziləri qəsddən, bəziləri isə qəflət içində hərəkət edirlər. Söylədikləri sözün mənasını düşünmür, darvinizmin son məqsədini gözardı edirlər.
Bu kəslərin dəlil olaraq göstərdikləri ayələrdən bəziləri bu şəkildədir:
1-ci yanılma
İnsanın “təkamül mərhələləri” nəticəsində yaradıldığı yanılması
“Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz? Axı O sizi aram-aram yaratdı”. (Nuh surəsi, 13-14)
Təkamüllə yaradılışı müdafiə edənlər yuxarıdakı ayədə keçən “aram-aram” sözünü “təkamül mərhələlərindən keçirərək” şəklində çevirirlər. Halbuki ayədə keçən ərəbcə “ətvarən” sözünün “təkamül mərhələləri” şəklində çevrilməsi bu kəslərin şəxsi şərhləridir və İslam alimləri tərəfindən də ittifaqla qəbul edilir.
“Ətvar” sözü “rəftar, halət, vəziyyət” mənasını verən “tavru” sözünün cəm şəklidir və Quranda bu şəkildə başqa bir ayədə keçmir. İslam alimlərinin bu ayə ilə əlaqədar təfsirləri də bu həqiqəti ortaya qoyur:
Almalılı Məhəmməd Həmdi Yazar Qurani Kərimin təfsirində bu ayəni “Halbuki o sizi mərhələ-mərhələ bir çox hallardan keçirərək yaratmışdır” şəklində tərcümə etmişdir. Ayənin təfsirində bu mərhələləri “təkamül mərtəbələri” şəklində ifadə etmişdir. Ancaq burada “təkamül mərhələləri” ifadəsi ilə nəzərdə tutulan mənanın insanın fərqli bir canlı növündən qaynaqlandığını qarşıya qoyan təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi yoxdur. Necə ki, təfsirin dərhal davamında bu mərhələlərin nələr olduğu belə ifadə edilir.
“…Əbus-Suudun şərhinə görə əvvəl ünsürlər halında, sonra qidalar halında, sonra qarışıqlar halında, sonra sperma halında, sonra embrion halında, sonra ət parçası halında, sonra sümük və ət halında, sonra da tam fərqli bir yaradılışla şəkil vermişdir. “Yaradanların ən gözəli olan Allahın şanı ucadır.” (Muminun surəsi, 14). Bunları edən o gözəl yaradıcı ulu qəbul edilməyə və hörmətə layiq deyilmi? O sizi daha başqa bir şəkil və yaradışla yüksəldə bilməzmi? Yaxud əzib yox edərək əzab verici o əzablara sala bilməzmi? Siz niyə bunları düşünmürsünüz?”
Almalılının yuxarıdakı ifadələrindən də aydın olduğu kimi bu ayədə keçən mərhələlər bir insanın sperma olaraq çatdığı ana bətnində əvvəl embrion, ardından bir ət parçası, sonra sümük və ət halında inkişaf edib, sonra da bir insan olaraq dünyaya gəlişini ifadə edir.
İmam Təbərinin təfsirində Nuh surəsinin 14-cü ayəsi “Halbuki O sizi mərhələlərdən keçirərək yaratmışdır” şəklində çevrilmiş və “Əvvəl sperma halında idiniz sonra sizi qan laxtasına, ondan sonra da bir dişlək ət parçasına çevirib yaratdı” şəklində açıqlanmışdır. (Təbəri Təfsiri, İmam Təbəri, 6. cild , s. 2631)
Ömər Nəsuhi Bilmən isə ayəni “Halbuki, sizi şübhəsiz müxtəlif dərəcələrdə yaratmışdır” şəklində çevirmiş və bu şəkildə təfsir etmişdir:
“O Xaliqi Kərim (sizi şübhəsiz müxtəlif dərəcələrdə) müxtəlif surətlərdə (yaratmışdır) Siz ilk olaraq bir sperma idiniz, sonra qan parçası, ət parçası, sümük sahibi oldunuz, sonra da bir insan olaraq mövcud olan aləmə atıldınız. Bütün bu müxtəlif, ibrət verici hadisələr, inqilablar, bir Xaliqi Hakimin varlığına, qüdrət və əzəmətinə bir parlaq dəlil deyilmi? Nə üçün siz öz yaradılışınızı heç düşünmürsünüz!” (Ömər Nəsuhi Bilmən, Qurani Kərimin Türkcə Məalı Alisi və Təfsiri, cild 8, s. 3851)
Göründüyü kimi İslam alimləri Nuh surəsinin 14-cü ayəsini ittifaqla eyni şəkildə şərh etmiş, sperma halından insan halına inkişafı arasındakı mərhələlər olduğunu ifadə etmişlər. Ayənin bu şəkildə şərh olunması lazım olduğu isə, “Quran ayələrinin yenə Quran ayələrinə görə təfsir edilməsi” prinsipi lazımınca açıqdır. Çünki Allah başqa ayələrdə insanın yaradılış mərhələlərini ana bətnindəki mərhələlər olaraq izah edir. Bu səbəbdən “ətvarən” sözündən bu mənanın çıxarılması lazımdır. Bu sözdən insanın mənşəyini bir başqa canlı növünə bağlamağa çalışan təkamül nəzəriyyəsinə dayaq axtarmaq dayaqsız bir şərhdir.
2-ci yanılma
Quranda təkamül prosesinə işarə olduğu yanılması
“Həqiqətən, insanın üzərindən daha özü xatırlanmağa dəyər bir şey deyilkən uzun zamanlardan (dehr) bir müddət (hin) gəlib-keçdi”. (İnsan surəsi, 1)
Yuxarıdakı ayə eyni dairələrin təkamülə dəlil olaraq təqdim etdikləri bir başqa ifadədir. Fərdi şərhlərinə söykənən bir tərcümə ilə “özündən xatırlanmağa dəyər bir şey deyilkən” ifadəsi “insanın bir insan olmadan əvvəlki hallarının ifadə edildiyi” şəklində açıqlanır. Halbuki ilk iddia kimi bu təkamülçü iddia da həqiqətlərdən uzaqdır.
Altından xətt çəkilmiş ifadənin ərəbcəsi bu şəkildədir:
“lem yekun şeyen mezkuren”
Lem yekun: deyildi
Şeyen: bir şey
Mezkuren: zikr edilən, adı çəkilən
Bu ifadəni “təkamüllü yaradılışa” bir dəlil olaraq göstərmək çox zorakı bir şərhdir. Necə ki, bu ayə İslam alimləri tərəfindən təkamüllü bir müddət olaraq şərh olunur. Məsələn, Almalılı Həmdi Yazar bu ayədəki zaman ifadəsini bu şəkildə təfsir etmişdir:
“Başlanğıcda ilk maddələri olan ünsürlər və mədənlər, sonra onlardan mərhələ-mərhələ yaradılıb orta maddələri olan bitki və heyvan mənşəli qidalar “palçıq xülasəsi” (Muminun, 23-12), sonra onlardan süzülən ən yaxın maddəsi olan spermaya doğru yavaş-yavaş mərhələ və mərtəbələr içində gələn bir şey olmuş, lakin insan deyə xatırlanan şey olmamışdı. Həqiqətdə insanın hər fərdi kimi cinsi də əzəli deyil, sonradan olmuşdur. Həm dünyanın başlanğıcından, aləmin yaradılışından çox sonra var olmuşdur.”
Ömər Nəsuhi Bilmən isə ayəni bu şəkildə təfsir edir:
“Bu ayələr, Cənabı Haqqın insanları heç mövcud, məlum deyillərkən sonralar bir qətrə sudan eşidən və görən bir vəziyyətdə yaratmış və onları imtahana tabe tutduğunu bildirir … İnsan növü ilk olaraq heç mövcud deyildi, sonra bir müddət içində bir qətrə sudan, torpaqdan və palçıqdan təsəvvür olunan bir cəsəd halına gəlmişdir. O insan o zaman məlum deyildi, onun nə kimi bir ada sahib olduğu və nə üçün yaradılmış olduğu göy və yer xalqı tərəfindən bilinmirdi. Sonra özünə ruh şüuru yad edilməyə başlanmışdır.” (Ömər Nəsuhi Bimən, Qurani Kərimin Türkcə Məal Alisi və Təfsiri, cild 8, s. 3851)
İmam Tabəri isə ayəni, “İnsanın (Adəmin) üzərindən elə bir zaman keçmişdir ki, o əsnada o, şanı və üstünlüyü olan bir şey belə deyildi. O yalnız yapışqan bir palçıq və dəyişən bir palçıq idi” şəklində təfsir edir. (Taberi Təfsiri, İmam Taberi, cild 6, s. 2684)
Bu səbəbdən də bu ayədə keçən və zaman ifadə edən izahı “təkamül prosesi” olaraq şərh etmək Quran cəhətdən dayağı olmayan subyektiv bir şərhdir..
3-cü yanılma
Sudan yaratmanin təkamüllə yaradılışa işarə etdiyi yanılması
Şübhəsiz biz insanı, qarışıq olan bir damla sudan yaratdıq. Onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. (İnsan surəsi, 2)
Təkamüllə yaradılışı müdafiə edənlər bir çox ayədə keçən “insanın sudan yaradıldığı” şəklindəki ifadələri də öz iddialarına bir dəlil olaraq göstərməyə çalışırlar. Sudan hərəkətlə bütün canlıların meydana gəldiyini iddia edirlər.
Halbuki insanın sudan yaradıldığının ifadə edildiyi ayələr də yenə İslam alimləri və təfsirçilər tərəfindən hər vaxt spermadan yaradılma olaraq açıqlanmışdır. Məsələn, Almalılı Məhəmməd Həmdi Yazar İnsan surəsinin 2-ci ayəsini bu şəkildə təfsir etmişdir:
“… Bir spermadan bu şəkildə yaradıldı. Rağıbın açıqladığı üzrə sperma, əsasən saf suya deyilir. Kişinin suyuna da sperma deyilmişdir. Ənənədə nüftə ilə sperma sinonim kimi sayılmışdır. Lakin Qiyamət surəsinin sonunda da keçdiyi kimi Quranda “spermadan axıdılan bir damla nütfə deyildimi” (Qiyamət, 75/37) buyurularaq nüftənin spermadan bir parça olduğu ifadə edilmişdir. “Səhihi Müslim”də rəvayət olunduğu üzrə “Suyun hamısından uşaq olmaz” hədisi şərifində də bir bütünün hər parçası nəzərdə tutularaq “Bir suyun hər bir parçasından” buyrulmamış, bir parçası nəzərdə tutularaq “suyun hamısından” buyrulmuş olmasından uşağın meydana gəldiyi o suyun, suyun cəmi olan bütün sperma deyil, onun bir parçasından ibarət olduğu izah edilmiş olduğundan nüftə spermadan bir hissə olan saf toxumun adı olduğu aydın olur”
İbni Taberi isə bu ayəni “… Adəmin nəslini kişinin və qadının bir-birinə qarışan döl sularından yaratmışıq” şəklində təfsir edir. (Taberi Təfsiri, İmam Taberi, cild 6, s. 2684)
Ömər Nəsuhi Bilmən təfsirində isə bu ayə belə açıqlanır:
“… (Şübhə yox ki: Biz insanı qarışıq bir damla sudan yaratdıq.) Kişi ilə qadının bir-birinə qarışan sularından yaratdıq. Bəli… İnsanlar, bir müddət, sperma, yəni: Duru, saf bir su halında və bir müddətdə “ələq” yəni: laxtalanmış qan halında və bir müddətdə “muzqa”, yəni: Kiçik ət parçası halında olmuşdurlar. Daha sonra da sümük kəsilib ət ilə bürünmüş, yaşayan hala gəlmişlər…” (Ömər Nəsuhi Bilmən Təfsiri, cild 8, s. 3915)
Bu izahlardan da görüldüyü kimi insanın “kompleks olan bir damla sudan” yaradılmasının təkamül nəzəriyyəsinin suyun içində təsadüflər nəticəsində yaranan bir tək hüceyrədən mərhələ-mərhələ insanın meydana gəlməsi iddiası ilə heç bir əlaqəsi yoxdur. Bütün böyük təfsirçilərin açıqladığı kimi bu ayədə insanın ana bətnindəki yaradılışına diqqət çəkilir.
İnsanın yaradılış mərhələlərinin izah edildiyi bir başqa ayə də diqqətli araşdırıldığında bu izahlardakı köklü yanılma gözlər önünə sərilir:
Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra bir damla sudan, sonra bir ələqdən (embrion), daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. (Həcc surəsi, 5)
Ayədə bir insanın yaradılış mərhələləri təsvir edilir. Birinci mərhələ olan torpaq, insandakı əsas mineralları və elementləri ehtiva edən xammaldır. İkinci mərhələ isə bu elementlərin ana bətnindəki yumurtanı dölləmək üçün lazımlı quruluşa və genetik məlumata sahib olan spermaları ehtiva edən və Quranda kompleks bir su təbiriylə təsvir edilən spermada bir araya gəlməsidir. Qısacası insanın əsas xammalı torpaqdır. Torpağın özü bir damla spermada o insanı meydana gətirəcək bir şəkildə toplanmışdır. Ayədə bu “su” mərhələsinin dərhal ardından insanın ana bətnindəki inkişaf mərhələləri ifadə edilmişdir. Halbuki təkamül nəzəriyyəsi həyatın guya suda başlamasından insanın ortaya çıxması arasında milyonlarla uydurma mərhələ (ilk hüceyrə, tək hüceyrəlilər, çox hüceyrəlilər, onurğasızlar, onurğalılar, sürünənlər, məməlilər, primatlar və s. və bunların saysız ara mərhələləri kimi) olduğunu irəli sürərlər. Halbuki ayədəki sıralamada heç bir şəkildə belə bir məntiq və tərif olmadığı çox açıqdır. İnsanın bir damla su halından sonra ələq halına gəldiyi bildirilir.
Bu səbəbdən, çox açıq bir şəkildə ayədə insan növünün keçirdiyi təkamül mərhələləri deyil, tək bir insanın ana bətnində əvvəlki, ana bətnindəki və doğulduqdan sonra yaşlılığına qədər davam edən yaradılış mərhələləri təsvir edilir.
İnsanın və digər canlıların sudan yaradıldığını bildirən digər ayələrdə də yenə təkamül nəzəriyyəsinə dayaq gətirəcək bir məna yoxdur. Bu ifadəni ehtiva edən bəzi ayələr bu şəkildədir:
Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? (Ənbiya surəsi, 30)
Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)
Bəzi şərhçilər bu ayələrdəki “canlıların sudan yaradılması” ifadəsində təkamül nəzəriyyəsinə paralel bir məna olduğunu zənn edirlər. Halbuki bu çox səhv bir şərhdir. Ayələrdə canlıların sudan yaradıldığı bildirilərək, canlıların başlıca komponentinin su olduğu xəbər verilir. Necə ki, müasir biologiya ortaya qoymuşdur ki, su dünyadakı hər canlının bədəninin ən başlıca ünsürüdür. İnsan bədəninin təxminən 70%- i sudur. Hər canlı, bədənindəki su sayəsində hüceyrə daxili, hüceyrələr arası və toxumalar arası əlaqəni təmin edir. Su olmasa canlılar aləminin mövcud ola bilməyəcəyi qəbul edilən bir həqiqətdir.
Bunun təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi olmadığı isə açıqdır. Təkamül nəzəriyyəsinin, “hər canlının sudan çıxıb təkamülləşdiyi” kimi bir iddiası yoxdur ki, belə bir əlaqə yaradılsın. Əksinə nəzəriyyə, canlı növlərinin bir-birlərindən törədiklərini irəli sürür ki, bu iddia hər fərqli canlı qrupunun Allah tərəfindən sudan yaradılmış (yəni ayrı-ayrı yaradılmış) olduğu həqiqətiylə tamamilə ziddiyyətli bir iddiadır.
4-cü yanılma
Əvvəl torpaqdan sonra sudan yaradılmanin təkamüllü yaradılışa işarə etdiyi istiqamətindəki yanılma
“Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbini inkarmı edirsən?” (Kəhf surəsi, 37)
İmam Təbəri bu ayəni bu şəkildə şərh edir:
“… Atan Adəmi torpaqdan yaradan, sonra səni bir kişinin və qadının spermasından meydana gətirən, sonra səni büsbütün bir insan qılığına bürüyən, qadın deyil, kişi halına gətirən Allahımı inkar edirsən? Sənə bu qədər şeyləri verən və səni bu hala gətirən Allah, ölüb torpağa çevrildikdən sonra səni yenidən yeni bir məxluq olaraq meydana gətirdi” (Təbəri Təfsiri, İmam Təbəri, cild 3, s. 1268)
Ömər Nəsuhi Bilmən isə eyni ayəni bu şəkildə təfsir edir:
“… Sənin əslin və yaradılışının səbəbi olan həzrəti Adəmi (torpaqdan) yaradan (sonra) da səni bir qətrə spermadan (yaradan sonra da səni bir kişi olaraq nizamlayan) sənə belə yetkin bir insan olaraq həyat verən Xaliqi Kərimi (inkarmı edirsən) çünki axirət həyatını inkar etmək, onun zühur edəcəyini xəbər verən və ona qadir olan Allah Təalanı inkar deməkdir…” (Ömər Nəsuhi Bimen, Qurani Kərimin Türkcə Tərcüməsi və Təfsiri, cild 4, s. 1958)
Yuxarıdakı təfsirlərdə də görüldüyü kimi Kəhf surəsi 37-ci ayənin və insanın sudan yaradıldığının ifadə edildiyi digər ayələrin təkamüllü yaradılışa bir dəlil olaraq göstərilməsi yalnız fərdi şərhdir; ayənin belə bir mənası yoxdur. Ayədə keçən “torpaqdan yaradılma” hz. Adəmin yaradılışını, sudan yaradılıb düzgün bir adam halına gəlmə isə spermadan başlayan inkişafı izah edir. Onsuz da Quranda izah edilən yaradılış mərhələləri diqqətlə oxunarsa, bir-birini izləyən mərhələlər nəzərə alınsa bu şərhin səhv olduğu da dərhal aydın olar. Quranda eyni mövzuya işarə edən bir çox ayə var:
Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı, sonra isə ona “Ol!” – dedi, o da oldu. (Ali İmran surəsi, 59)
Təkamüllü yaradılışı müdafiə edənlərin bu şərhlərini bir an üçün qəbul etdiyimizi fərz etsək, o təqdirdə yuxarıdakı ayədən yaradılışı hz. Adəmə bənzədilən hz. İsanın da təkamüllə yaradıldığı kimi bir nəticə çıxarmaq lazımdır ki, bunun nə qədər məntiqsiz olduğu ortadadır.
Torpaqdan və sudan yaradılmanın keçdiyi digər ayələrdə də bundan əvvəlki maddədə araşdırdığımız kimi insanın təkamül mərhələləri deyil, insanın yaradılışının ana bətninə düşməmişdən əvvəlki, ana bətnindəki və doğuşdan sonrakı mərhələləri təsvir edilir:
Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra bir damla sudan, sonra bir ələqdən (embrion), daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. (Həcc surəsi, 5)
Sizi torpaqdan, sonra bir damla sudan (nütfədən), sonra ələqdən (embrion) yaradan, uşaq olaraq ana bətnindən çıxardan sonra, sizi böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə müəyyən bir ömür verən Odur. Hərçənd ki, içərinizdə qocalmamışdan əvvəl öldürülənlər də var. Bu ona görədir ki, müəyyən olunmuş vaxta yetişəsiniz və bəlkə, düşünüb daşınasınız. (Gafir surəsi, 67)
axıdılan bir damla sudan. (Nəcm surəsi, 46)
5-ci yanılma
İlk insanın bir müddət ərzində yaradıldığı yanılması
Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir bəşər yaradacağam”. (Sad surəsi, 71)
Təkamüllü yaradılışla əlaqədar bir başqa yanılma isə yenə ayədə keçən bir ifadənin səhv bir şəkildə şərh olunması nəticəsində ortaya çıxır. Ayədəki altı cızılmış ifadə “palçıqdan bir bəşər etməkdəyəm” şəklində tərcümə edilir və bunun təkamül müddəti içində, yavaş-yavaş yaradılışa işarə etdiyi iddia edilir. Ancaq ayənin ərəbcəsi bu şəkildə bir tərcümənin fərdi bir şərh və qəsdli bir təhrif etmə olduğunu açıq şəkildə ortaya qoyur:
“Eni xaliqin beşeren min tın” = “Mən palçıqdan bir bəşər yaradanam”
Bu ayədə “etməkdəyəm” şəklində bir ifadə yoxdur. Necə ki, ayənin davamında “Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!” şəklində keçir və buradan da “yaratma” felinin bir anda olub bitdiyi aydın olur.
Necə ki, İslam alimləri də bu ayəni “Etməkdəyəm” şəklində çevirirlər. Məsələn, Süleyman Atəş təfsirində bu şəkildə açıqlanır:
“Rəbbin mələklərə demişdi ki, “Mən palçıqdan bir insan yaradacağam.”
“Allah, üfunətli palçıqdan bir insan yaradacağını mələklərə söyləmiş, palçığı insan şəklinə qoyub içinə də öz ruhundan üflədikdən sonra mələklərə, insana səcdə etmələrini əmr etmişdir. Mələklərin hamısı səcdə etmiş. Tək cinlərdən olan İblis, özünün atəşdən yaradıldığını, palçıqdan yaradılan insandan xeyirli olduğunu irəli sürərək insanın atasına səcdə etməmişdir”.
İbni Təbəri də eyni ayəni “”Mən palçıqdan bir insan yaradacağam” şəklində tərcümə etmiş və bu şəkildə təfsir etmişdir:
“… Bir zamanlar Rəbbin mələklərə: Mən palçıqdan bir adam yaradacağam, buyurmuşdu… Onun yaradılışını tamamladığım, surətini düzəltdiyim, ruhumdan da ona üflədiyim zaman, özünə səcdə edin.” (Təbəri Təfsiri, İmam Təbəri, cild 4, s. 1991)
6-cı yanılma
Hz. Adəmin ilk insan olmadığı istiqamətindəki yanılma
Təkamüllü yaradılışla əlaqədar olaraq ortaya atılan bir başqa iddia isə, hz. Adəmin ilk insan olmaya biləcəyi və hətta insan olmaya biləcəyi şəklindədir. Bu iddiaya dəlil olaraq aşağıdakı ayə göstərilir:
Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!” – dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?” – söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!” (Bəqərə surəsi, 30)
Bu iddianı müdafiə edən kəslər ayədə keçən “canişin bərqərar edəcəyəm” şəklindəki ifadədə keçən ərəbcə “ceale” felini, “təyin etmək” sözü ilə açıqlayırlar. Halbuki “ceale” sözünün Quranda istifadə edilən mənaları bu şəkildədir:
Ceale: Yaratmaq, icad etmək, çevirmək, etmək, qoymaq, qılmaq
Quranda “ceale” felinin keçdiyi digər ayələrdən bir neçə nümunə belədir:
Sizi tək bir nəfsdən yaratdı, sonra ondan öz zövcəsini var etdi (ceale) və O sizdən ötrü səkkiz cüt heyvan endirdi… (Zumər surəsi, 6)
De: “Sizi inşa edən (yaradan), sizə qulaq, göz və ürək verən (ceale) Odur. Necə də az şükür edirsiniz!” (Mülk surəsi, 23)
“Ayı bir nur, günəşi də çıraq etmişdir (ceale)”. (Nuh surəsi, 16)
“Allah, yeri sizin üçün bir döşək etdi (ceale)”. (Nuh Surəsi, 19)
Yuxarıdakı ayələrdə də görüldüyü kimi “ceale” sözü Quranda “təyin etmək” mənasında istifadə edilməmişdir. Çox yerdə “yaratmaq, icad etmək, etmək” kimi mənaları vardır.
Ayrıca bir çox ayədə də hz. Adəmin torpaqdan yaradıldığı ifadə edilir. Hz. Adəmin digər insanlar içində bir insan olmadığı, xüsusi və fərqli bir yaradılışa sahib olduğu bu ayələrdən də aydın olur.
Quranda hz. Adəmin ilk insan olduğu haqqında verilən bir başqa əhəmiyyətli məlumat da onun cənnətdən çıxarılmasıdır. Hz. Adəm ilk insandır və Allahın ilk elçisidir. Bu mövzudakı ayələr hər hansı bir şərhə yer verməyəcək qədər açıqdır. Tək edilməli olan şey insanların səmimi qəlblə, vicdanlarının səsini dinləyərək və ixlasla Quran ayələrini oxumalarıdır. Allah ayələrini bu niyyətlə oxuyan qullarına mütləq doğru olanı göstərəcək.
7-ci yanılma
Qurana görə meymunlarla insanlar arasında soy yaxınlığı olduğu yanılması
Təkamül nəzəriyyəsi müzakirə olunarkən səhv şərh olunan və bəzi kəslər tərəfindən sanki təkamül nəzəriyyəsinə istiqamətli bir işarə kimi səhv başa düşülən bir ayə də, Allahın keçmişdə bir qrup yəhudini meymun etməsiylə əlaqədar ayədir:
Siz artıq içərinizdən (İsrailoğullarından) şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: “Mənfur meymunlar olun!” – dedik. Biz bunu onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik. (Bəqərə Surəsi, 65-66)
Halbuki ayədən təkamül nəzəriyyəsinə paralel bir mənanın çıxarıla bilməməsi aşkardır. Bunun bir neçə ayrı səbəbi vardır:
1) Ayədə nəzərdə tutulan cəza böyük ehtimalla mənəvi bir mənadadır. Yəni haqqında danışılan yəhudilərin fiziki mənada deyil, böyük bir ehtimalla xarakter cəhətdən meymuna bənzədilmiş ola bilər.
2) Əgər nəzərdə tutulan cəza fiziki mənada reallaşmış olsa belə, bu təbiət qanunlarının xaricində reallaşan bir möcüzə olar. Burada bəhs olunan mövzu Allahın diləməsiylə, bir anda möcüzəvi bir çevirmə, yəni şüurlu bir yaradılışdır. Təkamül nəzəriyyəsi isə, növlərin milyonlarla illik zaman dilimlərində təsadüflərlə yavaş və pilləli olaraq bir-birlərinə çevrildiklərini qarşıya qoyur. Bu səbəbdən Quranda bildirilən bu hadisəylə təkamülün müdafiə etdiyi ssenarinin bir-birləriylə heç bir əlaqəsi yoxdur.
3) Ayədə nəzərdə tutulan cəza tarixdə tək bir dəfə və məhdud sayda insan üçün reallaşmışdır. Halbuki təkamül nəzəriyyəsi bütün insanların meymunlar ilə qohum olduqları kimi bir ssenari qarşıya qoyur.
4) Ayədə insanların meymuna çevrilməsindən danışılır. Halbuki təkamül nəzəriyyəsinin iddiası tərs istiqamətdədir.
5) Quranda, Maidə surəsinin 60-cı ayəsində də Allahın qəzəbləndiyi azğın bir birliyin meymunlara və donuzlara çevrildiyindən bahs edillir. Ayə belədir:
De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Bu, Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, axirətdə yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!” (Maidə surəsi, 60)
Bu vəziyyətdə başdan bəri araşdırdığımız xətalı məntiq düşüncəsi ayədə insanın tək meymunla deyil donuzla arasında da bir təkamüllü əlaqəyə işarə olduğu kimi həqiqətdən kənar bir nəticə çıxardacaq. Halbuki təkamülçülərin də donuzla insan arasında belə bir əlaqə olduğuna dair bir iddiaları yoxdur.
Bura qədər də aydın olduğu kimi Quranın bəzi ayələrində təkamül nəzəriyyəsinə dair bir sıra işarələr olduğu iddiası həm Quranın əsası ilə, həm də təkamül nəzəriyyəsinin öz tezisləriylə ziddiyyət təşkil edən bir yanılmadır.
Nəticə
İman edən insanların Allaha və dinə qarşı mübarizə edən fikir sistemlərinə qarşı ayıq və diqqətli olmaları son dərəcə əhəmiyyətlidir. Bu gün dünyada öndə gələn bir çox təkamülçü, təkamül nəzəriyyəsinə qarşı güc qazanan fikirləri çökdürmənin ən əhəmiyyətli yolu olaraq bunu tövsiyə edirlər: “Yaradıcıya inanmasanız belə”Allah təkamüllə yaratmışdır” iddiasından istifadə edin. Beləcə Yaradılışçıların gücünü azaltmış, bir qismini öz tərəfinizə çəkmiş olarsınız”.
Lazımi araşdırma etmədən, yalnız bəzi darvinist elm adamlarına qarşı duyulan acizlikdən ötəri “təkamül vardır” deyən müsəlmanlar necə böyük bir təhlükəyə arxa çıxdıqlarını bir dəfə daha düşünməlidirlər. Əslində, əsl təhlükə bu mövzunu əhəmiyyətsiz görməkdir. Vicdan sahibi hər müsəlman mövzunun əhəmiyyətini anlayaraq, lazım olan elmi fəaliyyət göstərdiyində, darvinizm son dayaqlarını da itirəcək. Vəziyyətin ciddiliyini qavraya bilməyənlər isə istəmədən də olsa darvinizmin insanlıq üçün meydana gətirə biləcəyi bəlalara dəstək olacaqlar və bəlkə bunun günahını daşıyacaqlar.
Unutmamaq lazımdır ki, bütün müsəlmanlar üçün dinə qarşı Allahın varlığını inkar edən hər fikri, fikri mübarizə ilə çürütmək, haqdan istifadə edərək batil inancı yox etmək əhəmiyyətli bir məsuliyyətdir. Bu məsuliyyət, “məğlubiyyəti qəbul et, güzəştə get, orta bir nöqtə tap” anlayışı ilə yerinə yetirilə bilməz.
Məsələn, kommunizmin yayıldığı bir cəmiyyətdə müsəlmanın vəzifəsi “kommunizmi İslamlaşdırmağa çalışmaq” deyil. Bu, din lehində heç bir nəticə verməyəcək, əksinə kommunizmə fayda verəcək çıxmaz bir yoldur. Müsəlmanın vəzifəsi, kommunizmi bütün bir fəlsəfə olaraq çürütmək, dağıtmaq və buna qarşı İslamın həqiqətini ortaya qoymaqdır. Eyni şəkildə darvinizmə qarşı da müsəlmanın vəzifəsi “darvinizmi İslamlaşdırmağa çalışmaq” deyil, bu böyük yalanı fikirlə çürütmək, dağıtmaq və buna qarşı yaradılış həqiqətini ortaya qoymaqdır.
Bütün müsəlmanlar bu şüurla hərəkət etməli, ateizmin təməli olan və 150 ildir dünyanı aldatmış olan təkamül nəzəriyyəsinə qarşı icra edilən fikri mübarizəyə dəstək verməlidir.