Qurbağadakı maddələr mübadiləsi yeni müalicələrə ilham qaynağı ola biləcək
Yaşıl zolaqlı Avstraliya qurbağasının heyranedici maddələr mübadiləsi hərəkətsizlik nəticəsində əzələ və çəki itkisinə uğrayan insanların müalicəsində və damazlıq heyvandarlığın inkişafında yeni üsullara ilham qaynağı olur.
Bu qurbağa quraq yay mövsümündə özünü palçığa basdırır və bədənində hazırladığı selikli formada olan bir barama içində aylarca hərəkətsiz qalır.
CSIRO heyvandarlıq sənayesi araşdırma quruluşundan Dr. Nick Hudson elmi adı Cyclorana alboguttata (zolaqlı yuvaqazan qurbağa)
olan qurbağanın yay yuxusu deyilə biləcək bir müddətdə (aestivation) əzələlərində heç bir dəyişiklik yaşamadığını ifadə edir. Qurbağa yay dövründə özünü palçığa basdırıb aylarla hərəkətsiz qalır.
Dr. Hudson qurbağanın ilham qaynağı olduğu işlərinin məqsədini belə açıqlayır:
“Bu kiçik heyvan palçıqda bir neçə ay boyunca basdırılmış qalır amma gücündən və ya çəkisindən heç bir şey itirmir. Əgər qurbağanın bunu necə edə bildiyini anlaya bilsək, müəyyən genlərə diqqət yetirərək və ya yeni üsullar inkişaf etdirərək ferma heyvanlarında inkişaf əsnasında əzələ kütləsini artıra bilər və ya quraqlığa bağlı olaraq qida çatışmazlığı dövründə əzələ itkisinə məhdudiyyət qoya bilərik.” (1)
Bu şəkildə astronavtların, yatalaq xəstələrinin və ya yaşlıların yaşadığı əzələ itkisini önləməyə istiqamətli müalicələr də gündəmə gələ biləcək.
İnsanlar hərəkətsizliyə qarşı dözümlü deyil. Digər tərəfdən, hərəkətsizliyə bağlı əzələ itkisi insanlar üçün müxtəlif cəhətdən çətinliklər meydana gətirir. Dr. Hudson bu vəziyyəti belə ifadə edir:
“Buna oxşar bir hərəkətsizliyə məhkum olan bir insan əzələ qüvvəsinin 90%-ni itirəcək. Bu həm yer üzündəki insanlar üçün bir sağlamlıq problemi, həm də kosmik araşdırmalara bir maneədir”.
Dr. Hudson inəklər və Avstraliya qurbağasında gen ifadəsini (genlərin müşahidə edilə bilən təsirlərini) araşdırır. Tədqiqatçının hədəfi qurbağada yay yuxusu dövründə aktiv olan genləri təyin edib bunların inəkdəki qarşılıqlarını daha sonrakı işlər üçün nəzarət altına almaqdır. Qurbağadakı bu sistemin əzələlərdə zülal parçalanmasına maneə törədən antioksidanların sıx olaraq hazırlanmasına bağlı olduğu təxmin edilir.
Dr. Hudson qurbağanın yay yuxusu əsnasında bədən istiliyinin təəccüblü bir şəkildə heç düşmədiyini belə ifadə edir:
“Qurbağa yay yuxusunda -qış yuxusuna girən heyvanların əksinə- metabolik sürətini 90% nisbətində azalda bilir və bunu etdiyi halda bədəni hələ isti qala bilir.”
Hudson üç illik bir tədqiqat nəticəsində qurbağanın bu qabiliyyətinin genetik infrastrukturunun ortaya çıxarıla biləcəyini sözlərinə əlavə edir.
Bəlkə də yaxın gələcəkdə astronavtlar, yatalaq xəstələri və yaşlılar əzələ itkisinin ortaya çıxardığı sağlamlıq problemlərindən bu qurbağa üzərində başladılan işlər sayəsində xilas olacaqlar. Yaxşı, bəs bu çox əhəmiyyətli sağlamlıq problemlərinin aradan qaldırılması üçün ümid və ilham qaynağı olan, elm adamlarının nümunə götürdüyü bu qurbağa görəsən bu gözəl sistemə necə sahib olmuşdur?
Görəsən, qurbağa günün birində quraq dövrləri yuxuda keçirməyin daha uyğun olacağını düşünmüş və bu məqsədlə dərisini örtən selikli formadakı baramanı hazırlamağa başlaya bilərmi? Daha sonra özünü palçığa basdırıb gözləməyi sınaya bilərmi? Yay yuxusundan çıxdıqdan və törədikdən sonra balaları bunu davam etdirmiş və qurbağa növü bu qabiliyyəti zamanla qazana bilərmi? Əlbəttə, xeyr. Hər hansı bir canlının mühitə görə öz fiziologiyasının gedişatını dəyişdirməsi mümkün deyil. Orqanizmin su yaşayış mühitindən quraq yaşayış mühitinə və ya əksinə istiqamətdə keçid etməsi vəziyyətində belə köklü fizioloji dəyişikliklər əsla reallaşmaz. Ətrafındakı mühitin şərtlərinə uyğun olaraq həyatını davam etdirməsinə şərait yaradan sistemlərə sahib olmayan bir qurbağa dərhal öləcək.
Digər tərəfdən, qurbağanın bu qabiliyyəti kompleks fizioloji qaydalara əsaslanır. Bu tənzimləmələr isə qurbağanın DNT-sindəki genlərin bəşər övladının inkişaf etdirmiş olduğu ən kompleks elektron sənəd dövriyyəsi sistemindən dəfələrlə daha kompleks bir şəkildə proses həyata keçirir. Bu genlər açılıb bağlanaraq qurbağanın həyati fəaliyyətlərini nizamlayar, yay yuxusunun başlanğıcına, selikli formadakı barama üçün lazımlı ifrazatın istehsalına və yay yuxusundan oyanmağa nəzarət edərlər. Bəzi genlərin başqa genlərin açılıb bağlanmasını nəzarət etdiyi bu şəbəkə sisteminin də təsadüfi bir proseslə ortaya çıxması qətiyyən mümkün deyil. Hətta, qurbağadakı bu fizioloji qaydaların əsasını təşkil edən genlərin bircə dənəsi belə təsadüflərlə ortaya çıxması mümkün deyil.
Aydındır ki, qurbağa bu qabiliyyətə öz səyləri və ya təsadüflər nəticəsində sahib olmamış, ən başdan bu qabiliyyətlə birlikdə yaradılmışdır. Heç şübhəsiz, bu qurbağanı yaradan göylərin və yerin, ikisinin arasındakı hər şeyin hakimi olan Uca Allahdır. Allah qurbağaların və yer üzündəki digər bütün canlıların maddələr mübadiləsinə hər an hakimdir. Bir Quran ayəsində belə buyurulur:
“Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın”. (Hud surəsi, 56)
1 “Frogs muscle-in on ‘wasting’ process”, EurekAlert, http://www.eurekalert.org/pub_releases/2004-06/ca-fmo062204.php