Qış yuxusu deyəndə ilk ağla gələn heyvanlar şübhəsiz ayılardır. Müasir dövrdə ayılar və bədənlərinin qış yuxusu boyunca göstərdikləri xüsusiyyətlər elmə işıq gətirir.
Son illərdə elm adamları ayıların qış yuxusu müddətində necə sağlam qala bildiklərini araşdırır və ayıların fizioloji
xüsusiyyətlərindən tibb sahəsində faydalanmanın yollarını axtarırlar. Miçiqan Texnologiya Universitetində davam edən araşdırmanın hədəfi ayıların sümük maddələr mübadiləsinin araşdıraraq xalq arasında sümük əriməsi olaraq bilinən osteoporoza çarə tapmaqdır.
Sümüklərimiz həyatımız boyunca davamlı yenilənir. Buna baxmayaraq yaşlılıq, hərəkətsizlik kimi səbəblərlə sümük deformasiyası artır, yenilənmə azalarsa, sümük toxumasında zəifləmə meydana gəlir. Ancaq Amerika qonur ayısı aylar sürən qış yuxusu boyunca demək olar ki, heç hərəkət etmədiyi halda sümük intensivliyində əhəmiyyətli bir azalma olmur. Halbuki, bir insanın buna oxşar vəziyyətdə bir müddət ömrünü yatağa asılı şəkildə keçirsə, sümükləri kövrək, qupquru peçenye halına gələr və asanlıqla qırılar.
Miçiqan Texnologiya Universitetindən Seth Donahue-nun rəhbərlik etdiyi tədqiqat qrupunun 2003-cü ildə “The Journal of Experimental Biology”-də dərc olunan məqaləsinə görə ayının qış yuxusu müddətində sümük deformasiyasında artım olur, amma sümük istehsalı sabit qalır. Hərəkətsiz qalan insanlarda da deformasiya artır, amma istehsal sabit qalmır, azalır.
Heyvanın təkrar hərəkət etməsi ilə birlikdə istehsal da ən üst səviyyəyə çata bilir, beləcə sümüklər sürətli bir şəkildə köhnə vəziyyətinə qayıdır. Bununla müqayisədə yaralanma, əzilmə kimi səbəblərdən ötrü uzun müddət hərəkətsiz qalan və sürətli bir şəkildə sümük itkisinə uğrayan bir insanın sümükləri tam olaraq köhnə vəziyyətinə qayıtmaya bilər.
Kalsium dövranı
Qonur ayı qış yuxusu müddətində qidalanmır. Bəs onda sümük istehsalı üçün lazımlı olan kalsium haradan təmin edilir? Donahue sümük deformasiyası nəticəsində ortaya çıxan kalsiumun dövretmə yolu ilə təkrar bədənə qayıtdığını və sümük istehsalında istifadə edildiyini düşünür. Onun belə düşünməsinin səbəbi qonur ayının qış yuxusu müddətində boşalma (ifrazat) funksiyalarını yerinə yetirməməsidir. Seth Donahue düşüncələrini belə ifadə edir: “Bizi ən çox maraqlandıran cəhət kalsium dövranının necə baş verdiyidir. Bu böyük ehtimalla müəyyən hormonlar tərəfindən təşkil edilir”.
Osteoporoz sümük toxumasının zəifləməsi ilə başlayır, sonrakı mərhələlərdə sümük sınmalarına və buna bağlı ölümlərə yol aça bilir. Yaşlanma osteoporozun ortaya çıxmasında əhəmiyyətli bir risk faktorudur. Sümük toxuması həyat boyu yenilənir; ancaq sümük inkişafı 30-35 yaşına qədər yüksək səviyyədə davam edir. 45 yaşından sonra sümük deformasiyası da artmağa başlayır. Bu gün dünyadakı bir çox insan bu xəstəliyə məruz qalmış vəziyyətdədir.
Mənbələrin məlumatına görə, ötən il ərzində yalnız Amerikada osteoporozdan qaynaqlanan 1,5 milyon sümük sınması baş verdi. Dayanıqlılıq, məsaməlilik və mineral intensivliyi baxımından ayı sümüklərini araşdıran elm adamları olduqca təəccüblü bir nəticə ilə üz-üzə qaldılar. Araşdırma nəticələrinə görə yaşlılıq ayının sümüklərinə təsir etmir. Üstəlik, ayı yaşlandıqca sümüklərinin dayanıqlılığı və mineral intensivliyi əhəmiyyətli nisbətdə artır!
Xüsusilə, paratiroid vəzinin ifraz olunduğu parathormonu diqqət mərkəzində saxlayan araşdırma qrupu bu hormonun quruluşunun insan bədənində olan parathormonun quruluşundan fərqli olduğunu təəccüb içində müşahidə etdi. Elm adamlarının iki hormon arasındakı fərqliliyin haradan qaynaqlandığını müəyyənləşdirmək və ayı hormonunun funksiyasını təqlid edən sintetik variantın hazırlamanması vəziyyətində osteoporoz xəstələri üçün yeni bir dərman istehsalı aktualdır.
Bütün bu işlər həkimlərin osteoporoz xəstələrini müalicə etməkdə istifadə etdikləri üsulları dəyişdirə bilər, yataq xəstələri və yaşlılarda görülən sümük deformasıyası ilə yanaşı, uzun müddət kosmosda qalan astronavtlarda ortaya çıxan sümük problemlərini aradan qaldırmaqda da təsirli ola bilər.
Formada qalmağın yolu
Bir çox insan nizamlı məşq etdiyi zaman özünü formada hiss edər. Halbuki, qonur ayı aylar sürən qış yuxusundan qalxdığı zaman çox “formada” olur. 2001-ci ildə “Nature” jurnalında yayımlanan araşdırmaya görə qış yuxusu ərzində demək olar ki, heç hərəkət etməyən qonur ayıların əzələ güclərində və toxumalarında diqqətə çarpan bir itki olmur.
Wyoming Universitetindən Henry Harlow və tədqiqat qrupu müşahidə etdikləri qonur ayıların qış yuxusu əsnasında əzələ güclərinin 22%-ni, zülallarının də 10-15%-ni itirdiklərini təyin etdilər. Əslində bu rəqəmlər olduqca təəccüblüdür, çünki oxşar bir vaxtı yatağında keçirəcək bir insan əzələ gücünün 85%-ni və zülallarının isə 90%-ni itirir! Daha əvvəlki illərdə fizioloq Edqar Folk zəhərli bir maddə olan və normalda bədəndən atılan sidik cövhəri qış yuxusundakı ayının ifrazat sistemindən qabaq sorulduğunu kəşf etmişdi.
Sidik cövhərindəki azot təkrar bədənə qazandırılır və zülal istehsalında istifadə edilirdi. İnsanlarda isə belə bir sistem yoxdur. İnsanın qısa bir müddət ifrazat sistemi işləməsə belə, zəhərli sidik cövhəri qanda yığılması nəticəsində ölər. Henry Harlow sidik cövhərinin ayının zülal ehtiyacının bir qismini təmin etdiyini və bununla yanaşı başqa qaynaqlardan da zülal əldə edildiyini düşünür. Harlowa görə təcili zülal ehtiyacı vəziyyətində öz incə bağırsaqlarını həzm edən bəzi növ ilanlar kimi ayılar da bədənlərindəki bəzi əzələlərdən qidalana bilərlər.
Yuxuda məşq
Elm adamları ayıların gövdələrinə yerləşdirdikləri kiçik termometrlərdən əldə etdikləri məlumatlara əsaslanaraq qonur ayıların yuxularında nizamlı olaraq titrədikləri nəticəsinə gəldilər. Elm adamları nizamlı olaraq dartılmanın əzələ gücünü qoruyan bir faktor olduğunu düşünürlər. Tədqiqat qrupuna görə qış yuxusundakı ayının əzələlərini qoruyan sistemi anlamaq insanlarda hərəkətsizliklə bağlı olaraq ortaya çıxan əzələ xəstəliklərinin müalicəsində yeniliklər gətirə bilər.
Əslində, qış yuxusundakı ayı bir çox istiqamətiylə tibb sahəsində ilham qaynağı olmağa namizəddir. Ayının gövdəsində olan maddələr nümunə alınaraq hazırlanacaq dərmanlar böyrək çatmazlığı, diabed və piylənmə kimi xəstəliklərin müalicəsində yeni dövrün təməlini qoya bilər.
Ayılar yuxu müddətində gövdələrində yığılan yağlarla qidalanır və çoxlu çəki itirirlər. Yağ ilə qidalandığı üçün xolesterol səviyyələri qış mövsümündə yaz mövsümündəkinin iki qatına çıxır. Buna baxmayaraq onlarda damar sərtliyi və yüksək səviyyədə xolesterol nəticəsində yaranan öd daşları görülmür.
Tibbi araşdırmalara görə ayının gövdəsində yaranan öd turşusu öd daşlarını yox edir! Illinois Universitetindən Dr. Ralph Nelson ayılardan ilhamlanaraq hazırlanacaq bir dərmanın aclıq duyğusunu dayandıraraq insan bədəninin yağ kütləsindən istifadə etməsini təmin edə biləcəyi fikrindədir. Dr. Nelsona görə, ayıların gövdələrində yaranan maddələr nümunə alınaraq hazırlanacaq dərmanlar köklüklə yanaşı şəkər xəstəliyi, osteoporoz və sıxıntı (anksiyete) kimi ciddi narahatlıqların müalicəsində də istifadə edilə bilər.
Göründüyü kimi, ayılar bədənlərindəki bir çox xüsusiyyətlə tibb sahəsindəki araşdırmalara işıq tutur. Elm adamlarının laboratoriyalarda bəlkə illərlə sürən araşdırmalar nəticəsində əldə etdikləri bilik və təchizat bu sevimli, nəhəng cüssəli canlılarda doğulduqları andan etibarən mövcuddur.
Bəs ayının sümükləri yaşlandıqca necə qüvvətlənər? Ayı sümük toxumasını yeniləyəcək kalsium dövranını bədənində özü qura bilərmi? Hərəkətsiz keçən uzun qış yuxusu ərzində əzələ güclərini və bədənindəki zülallarını qoruyacaq bir sistemi ayının öz-özünə meydana gətirməsi mümkün ola bilərmi? Əlbəttə, xeyr. Bütün bu sualların tək bir cavabı vardır:
Ayıları sahib olduqları bu mükəmməl mexanizmlərlə birlikdə Yaradan, onlara etdikləri hər işi ilham edən, göylərdə və yerdə olan bütün canlılara boyun əydirən Uca Allahdır. Rəbbimiz heyvanlardakı bu möhtəşəm xüsusiyyətləri insanlar üçün bir örnək olaraq yaratmışdır. Allah bunu Quranda belə xəbər verir: “Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır”. (Casiyə surəsi,4)
Qaynaq:
Focus Dergisi/ Ekim 2004