Qarışqalar
İctimai baxımdan ən yaxşı inkişaf etmiş həşərat qruplarından biri olan qarışqalar son dərəcə “yaxşı təşkilatlanmış” bir nizam içində,koloniyalar deyilən dəstələr halında yaşayarlar. Dəstə halında yaşadıqları üçün koloniyanın müəyyən bir nizam daxilində hərəkət etməsi qarışıqlıq yaranmaması baxımından çox əhəmiyyətlidir.
Kollektiv iş, hərbi strategiya, inkişaf etmiş bir ünsiyyət şəbəkəsi, nümunəvi və şüurlu bir iyerarxiya, intizam, qüsursuz bir şəhər planlaması …
Bir az əvvəl oxuduğunuz cümlə torpağın üzərində yalnız giriş qismini gördüyümüz qarışqa yuvalarındakı həyatın qısa bir xülasəsidir. İnsanların belə hər zaman kifayət qədər bacarıqlı ola bilmədiyi bu sahələrdə qarışqalar son dərəcə bacarıqlıdırlar. Torpağın altındakı yuvalarında qarışqalar bir tərəfdən qida tədarük edərkən, bir tərəfdən balalarını izləyər, bir tərəfdən koloniyalarını qoruyar və bir tərəfdən də döyüşərlər. “Dərzilik” edib, “əkinçilik” lə məşğul olan, “heyvan yetişdirən” qarışqa koloniyaları belə vardır. Aralarında çox güclü bir ünsiyyət şəbəkəsi olan bu canlıların həyatı ictimai təşkilatlanma və işlərində ixtisaslaşma baxımından araşdırıldıqda heç bir canlı ilə müqayisə edilə bilməyəcək bir üstünlüyə sahib olduqları aydın olar.
Qarışqa dəstələrində hər bir fərd öz üzərinə düşən vəzifəni tam olaraq yerinə yetirir. Hər bir fərd üçün əhəmiyyətli olan öz istəkləri deyil, koloniyanın davamlılığıdır.
Allah Quranda canlılardakı ibrətamiz xüsusiyyətlərə diqqət çəkərək bunlar üzərində düşünməyimizi istəyir. Allahın aşağıdakı ayədə diqqət çəkdiyi və üzərində düşünülməli olan canlılardan biri də qarışqalardır:
Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti inanan insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 3-4)
Quruluş etibarilə bir qərargahdan heç fərqi olmayan yuvalarını hazırlayarkən qarışqalar heç bir təhsil almazlar. Yumurtadan ilk çıxdığı andan etibarən hər qarışqa vəzifəsini bilir və heç vaxt itirmədən vəzifəsinə başlayır. Yuvanı necə hazırlayacağını da bilir, yeməyi necə tapacağını, sürfələrə necə baxacağını qısacası nə etməli olduğunu çox yaxşı bilir və hərfi-hərfinə tətbiq edir. Bu vəziyyət qarışqaların bu məlumatlara hələ dünyaya gəlmədən sahib olduqlarını göstərir. Daha doğrusu bütün bu məlumatlar ilk ortaya çıxdıqları andan özlərini yaradan Uca Allah tərəfindən qarışqalara ilham edilir.
Qarışqaların xarici görünüşü hər nə qədər bir-birlərinə bənzəsə də, yaşayış tərzinə və fiziki xüsusiyyətlərinə görə təxminən 8000 növə ayrılırlar. Hər növün də özünə xas xüsusiyyətləri vardır.
Qarışqa növlərinin içində ən maraqlı olanlardan biri yarpaq kəsici qarışqalar olaraq da bilinən attalardır. Attaların nəzərə çarpan xüsusiyyətləri qopardıqları yarpaq parçalarını başlarının üstündə yuvalarına daşıma vərdişləridir. Qarışqalar möhkəmcə birləşmiş çənələrində daşıdıqları, özlərinə nisbətlə olduqca böyük yarpaq parçalarının altına gizlənərlər. Bu səbəblə işçi qarışqaların gün boyunca çalışdıqdan sonra yuvaya dönmələri çox maraqlı bir görünüş ortaya çıxarar. Belə bir görünüşlə qarşılaşan adam meşənin zəmisi sanki canlanmış, gedirmiş hissinə qapılacaq. Attaların bu yarpaqları niyə daşıdıqlarını araşdıran elm adamları qarışqaların bunları göbələk istehsalında istifadə etdiklərini heyrətlə kəşf etmişlər.
Qarışqalar yarpaqların özünü yeyə bilməzlər, çünki bədənlərində bitkilərdə olan sellülozanı həzm edə biləcək fermentlər yoxdur. İşçi qarışqalar bu yarpaq parçalarını bir yerə tapdalayaraq yuvanın yeraltındakı otaqlarında saxlayarlar və yarpaqların üzərində göbələk yetişdirərlər. Bu yolla böyüyən göbələklərin tumurcuqlarından özləri üçün lazımlı zülalı əldə edərlər.
Attalarla göbələklər arasındakı ortaq həyat sayəsində qarışqalar qidalanmada ehtiyac duyduqları zülalı yarpaqların üzərində yetişdirdikləri göbələk tumurcuqlarından alarlar. Yandakı şəkildə qarışqaların yetişdirmiş olduğu göbələk bağçasını görürsünüz.
Attalarla göbələklər arasındakı ortaq həyat sayəsində, qarışqalar qidalanmada ehtiyac duyduqları zülalı yarpaqların üzərində yetişdirdikləri göbələk tumurcuqlarından alarlar. Yandakı şəkildə qarışqaların yetişdirmiş olduğu göbələk bağçasını görürsünüz. |
Burada attaları gözləyən bir təhlükə var. İşlərinə yarayacaq göbələyi yetişdirərkən bağçalarında zərərli göbələklərin törəməsi ehtimalı da var. Bəs bağçalarını yalnız oktyabr ayının əvvəlində təmizləyən attalar zərərli göbələklərdən necə qorunar? Bunun sirri, yarpaqları çeynədikləri vaxt istifadə etdikləri tüpürcək mayesində gizlidir. Tüpürcək özü də istənməyən göbələklərin meydana gəlməsinin qarşısını alan bir antibiotik və lazım olan göbələyin inkişafını sürətləndirən bir maddə ehtiva edir.
Bu cür möcüzəvi bir hadisəni qarışqaların necə reallaşdırdıqlarını düşündükdə insanın qarşısına yüzlərlə “niyə və nə cür” sualları çıxar. “Niyə qarışqalar digərləri kimi normal yollarla qidalanmaq əvəzinə bağbanlıq edərək göbələk yetişdirməyi seçmişlər? Bağbanlığı, göbələk yetişdirməyi haradan öyrənmişlər? Yarpaqları çeynəyərək göbələk hazırlamağı necə kəşf etmişlər və bunu daha sonrakı nəsillərə necə öyrətmişlər?”
Bu cür sualların tək bir cavabı var:
Qarışqalar etdikləri bütün işləri bacara biləcək şəkildə hazırlanmış və proqramlaşdırılmışlar. Bu cür kompleks davranışlar müəyyən zaman ərzində mərhələlərlə inkişaf edəcək bəsit hadisələr deyil. Hərtərəfli bir bilginin və çox üstün bir ağlın əsəridir. Bütün bu məlumatları var olduqları ilk gündən etibarən qarışqalara verən, onları bütün heyrət verici xüsusiyyətləriylə yaradan, şübhəsiz, aləmlərin Rəbbi olan Allahdan başqası deyil.
Attaların çox maraqlı müdafiə olunma üsulları var. Yarpaq kəsici qarışqa koloniyasının orta boylu işçiləri az qala bütün günlərini yarpaq daşımaqla keçirirlər. Bu daşıma əsnasında özlərini qorumaları çətinləşir; çünki özlərini qorumaq üçün istifadə etdikləri çənələri ilə yarpaq daşıyırlar. Bəs öz özlərini qoruya bilmədiklərinə görə onları kim qoruyur?
Yarpaq daşıyan işçi qarışqaların yanlarında davamlı daha kiçik boyda olan işçilər ilə gəzdikləri müşahidə olunmuşdur. Əvvəllər bu vəziyyətin təsadüf olduğu zənn edilmişdir. Ancaq daha sonra bu hərəkətin səbəbi araşdırılmağa başlanmışdır. Uzun bir araşdırma nəticəsində ortaya çıxan vəziyyət həqiqətən təəccüblü bir əməkdaşlıqdır.
Vəzifəsi yarpaq daşımaq olan orta boy qarışqalar özlərinə düşmən olan bir milçək növünə qarşı maraqlı bir müdafiə üsulu istifadə edirlər. Düşmən milçək yumurtalarını qoymaq üçün son dərəcə fərqli bir yer seçib; hər qarışqanın baş qisminə bir dənə yumurta qoyur. Qarışqanın bədənində zaman keçdikcə inkişaf edən yumurtadan çıxan bala milçək heyvanın beyninə qədər irəliləyərək
ölümünə səbəb olar. Məhz işçi qarışqalar yanlarında kiçik köməkçiləri olmadan hər an hücum etməyə hazır bu milçək növünə qarşı müdafiəsiz qalırlar. Normal vaxtda üzərlərinə qonmaq istəyən milçəkləri qayçıya bənzəyən iti çənələri ilə dərhal uzaqlaşdırmağı bacaran işçi qarışqalar yarpaq daşıyarkən bunu edə bilməzlər. Buna görə də öz əvəzlərinə müdafiə edəcək bir başqa qarışqanı daşıdıqları yarpağın üzərinə yerləşdirərlər (sağda). Milçəyin hücumu əsnasında da bu kiçik qoruyucular yarpağın üzərindən düşmənə qarşı mübarizə edərlər.
Bir neçə xüsusiyyətini izah etdiyimiz atta qarışqaları yer üzündəki minlərlə qarışqa növündən yalnız biridir. Hər növün özünə xas xüsusiyyətləri olduğu düşünüləndə Allahın yaratma sənətindəki bənzərsizlik bir daha görünür.
Aləmlərin Rəbbi olan Allah yaratdığı hər şeyi Onu bilib tanımağımız üçün yaratmışdır.
Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan insanlar üçün dəlillər vardır. (Yunus surəsi, 6)