Görmə qüsuru olanlar üçün sonar çəlik
Yarasalar görmə qüsurlu insanların istifadəsinə təqdim ediləcək titrəyişli çəliklər istehsalına ilham qaynağı oldu. Oxşar prinsiplərə görə işləyən təyyarə nəzarət sistemlərinin inkişaf etdirilməsi də planlaşdırılır.
Olduqca yüngül olan elektron çəlik insan qulağının qəbul edə bilməyəcəyi tezlikdəki (ultrasəs) səs dalğaları yayır və üç metr diametrindəki sahədə olan obyektləri üç ölçülü olaraq xəritələndirir. Yol üzərində bir maneə ilə qarşılaşdıqda çəlik bunları qəbul edir və qulp hissədə düymələrin titrəməsini təmin edərək görmə qüsurlu sahibini xəbərdar edir. Məhsulun dizaynı Leeds Universitetində işləyən tədqiqatçı və yarasa mütəxəssisi olan Dean Watersa aiddir. Water bu vaxta qədər təxminən 25 görmə qüsurlu insan üzərində test edilən çəliyin olduqca müvəffəqiyyətli olduğunu ifadə edir. (1)
Çəlik saniyədə 60.000 səs titrəyişi yayır və əks olunan dalğaları qəbul edir. Çəlik üzərindəki düymələr də görmə qüsurlu istifadəçinin ultrasəs dalğaların qüvvəsini “hiss etməsini” təmin edir. Sürətli və qüvvəli bir siqnal obyektin yaxında olduğu mənasını verir.(2)
Bir zooloq olan Waters fəaliyyətlərinə maraq cəlb edə bilmək üçün İngiltərənin Mançester şəhəri yaxınındakı Salfordda reallaşdırılan elm festivalında maraqlı bir nümayiş təqdim etdi. Bu nümayişdə yarasa sonarını (sonar- səs dalğalarını istifadə edərək cismin ölçü, uzaqlıq və digər məlumatları görməmiz üçün yarayan alətdir) insan qulağına adaptasiya edən bir yer müəyyən etmə sistemi insanlar tərəfindən virtual reallıq mühitində obyektlərin yerini təyin etmək məqsədi ilə istifadə edildi. Bundakı ideya isə döyüş təyyarəsi pilotları üçün bəzi nəzarət sistemlərini eşitmə duyğularıyla idarə etmələrinə şərait yaradacaq sistemlər inkişaf etdirməkdir. Pilotlar beləcə gözlərini başqa işlər üçün sərbəst buraxa biləcəklər.
Waters “Avtomobil istifadə edərkən sürət göstəricisinə və yola eyni anda baxa bilməzsiniz” –deyir. “Amma eyni əsnada radio dinləyə bilərsiniz.” (3)
Waters, insanlar yarasadakı yüksək tezlikli səs dalğalarını çıxara bilmədikləri üçün yarasada yer təsbiti etmək üçün səslər göndərən və bunların tezliyini insanın eşitmə aralığına uyğunlaşdıran bir virtual sistem inkişaf etdirdi. Qulaqlıq taxdığı insanları bir otağa saldı və onlardan yalnız yer təsbit etmək üçün səslərini istifadə edərək virtual bir böcəyi ovlamalarını istədi. İnsanlar hədəflərini yarasa səsləriylə tapmaqda stereo (üç ölçülü səs) kimi bir səs qaynağını tapmaqda olduğundan daha müvəffəqiyyətli oldular. Bu fərqlilik yarasa səslərinin üç ölçülü mühitin səsə söykənən bir xəritəsini çıxarmada xüsusilə daha yaxşı olmasından qaynaqlanır.
Qışqırıqlar qısa olduğu üçün əks-səda kəskin bir şəkildə dönür. Bunlar eyni zamanda geniş zolaqlı quruluşdadırlar, yəni həm yüksək, həm də aşağı tezliklərdə məlumat ehtiva edirlər. Beləcə yarasalar səsin yerini daha təsirli bir şəkildə təyin edə bilir. Ayrıca yarasalar hədəflərinə yaxınlaşdıqlarında səslərini dinamik olaraq dəyişdirirlər, bir obyektə yaxınlaşdıqlarında daha qısa qışqırıqlardan istifadə edirlər.
Həm sonar çəlik, həm də virtual yer təsbit etmə sisteminin qaynağı yarasalardaki bu üstün ovlanma sistemidir. Bu vəziyyət şübhəsiz, yarasalarda mükəmməl işləyən bir dizayn olduğunun və bunun ən son texnologiyaya ilham qaynağı olacaq qədər üstün olduğunun da bir göstəricisidir.
Sonar çəliyə baxdıqda bunun müəyyən bir məqsədlə hazırlandığını anlayarıq. Müəyyən parçaların səs yayacaq və bunların əks-sədalarını qəbul edərək cisimlərin yerlərini təyin edəcək şəkildə xüsusi olaraq birləşdirildiyini görərik. Bu xüsusiyyətlər sonar çəliyə ilham qaynağı olan yarasada eynilə mövcuddur. Yarasa sonarı gecələr ovlanan və ətrafını görə bilməyən bu canlıya ovunun yerini təsbit etmədə fayda verən və qulaq, beyin kimi orqanların koordinasiya ilə işləyən mükəmməl bir orqandır. Mühəndislər yarasadakı sonarı nümunə götürdükləri halda yarasa bunu başqa canlılardan nümunə götürüb öz bədənində inkişaf etdirməmişdir. Sonar çəlikdəkindən çox daha kompleks bir dizayna sahib olan bu orqanın şüurlu olaraq hazırlandığı açıq bir həqiqətdir. Allah yarasanı yoxdan yaratmışdır. Allah bir Quran ayəsində belə bildirir:
“Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar.” (Bəqərə surəsi, 117)
1- Joanne Baker, “Sonar cane helps blind navigate”, Nature Science Update, 9 Eylül 2003, http://www.nature.com/nsu/030908/030908-2.html
2- Joanne Baker, ibid.
3-Emily Singer, “Bat echoes used as virtual reality guide”, 14 Eylül 2003, NewScientist.com h aber servisi, http://www.newscientist.com/news/news.jsp?id=ns99994165