Atmosferdəki ideal nisbətlər
Dünyanın atmosferi həyat üçün vacib olan xüsusi şərtlərin toplanması ilə hazırlanmış müstəsna quruluşa sahibdir. Dünya atmosferi 77% azot, 21% oksigen və 1% nisbətində karbondioksid və arqon kimi digər qazların qarışığından ibarətdir.
Bu qazların ən əhəmiyyətlisi oksigendir, çünki insanların və heyvanların enerji əldə etmək üçün istifadə etdikləri bir çox kimyəvi reaksiya oksigen sayəsində baş verir. Tənəffüs etdiyimiz havadakı oksigen nisbətinin son dərəcə həssas tarazlıqda olması çox maraqlıdır. Dünya şöhrətli elm adamı Maykl Denton bu mövzuya belə diqqət çəkir:
“Atmosferimizdə daha çox oksigen olsaydı, bu, həyat üçün faydalı olardımı? Xeyr! Oksigen çox reaktiv bir elementdir. Hal-hazırda atmosferdə olan oksigenin nisbəti, yəni 21% həyatın təhlükəsizliyi üçün lazım olan sərhədlərin tam ideal nöqtəsindədir. Yüzdə iyirmi birdən artan hər yüzdə birlik oksigen nisbəti, bir ildırımın meşə yanğını yaratma ehtimalını 70% artıracaq”.
İngilis biokimyaçısı Ceyms Lovelok isə bu kritik tarazlığı belə ifadə edir:
“25%-lik bir oksigen nisbətindən daha yüksək olanda qida olaraq istifadə etdiyimiz bitki növlərinin çoxu bütün tropik meşələri və arktik tundraları yox edə biləcək nəhəng yanğınlarla yox olardı… Atmosferin indiki oksigen nisbəti, təhlükənin və faydanın mükəmməl şəkildə tarazlandığı bir miqdardadır”.
Atmosferdəki oksigen nisbətinin tarazlıqda qalması da mükəmməl bir “dövretmə” sistemi sayəsində mümkün olur. İnsanlar və heyvanlar daimi olaraq oksigen qəbul edərlər və özləri üçün zəhərli olan karbon 4-oksidi buraxarlar. Bitkilər isə bu əməliyyatın tam əksini həyata keçirirlər və karbon 4-oksidi həyat verici oksigenə çevirərək canlılığın davamını təmin edərlər. Hər gün bitkilər tərəfindən milyardla ton oksigen bu şəkildə atmosferə buraxılır. (www.evreninyaratilisi.com)
Bitkilər, insanlar və heyvanlar, əgər eyni reaksiyanı həyata keçirsəydilər, dünya çox qısa müddətdə yaşanmaz bir planetə çevrilərdi. Məsələn, bütün canlılar oksigen buraxsaydı, atmosfer qısa müddətdə “alışqan” xüsusiyyət qazanacaq və ən kiçik bir qığılcım belə irimiqyaslı yanğınlar törədəcəkdi. Sonda da dünya nəhəng bir “balon partlayışı” kimi bir partlayışla yanıb kül olacaqdı. Digər tərəfdən, bütün canlılar karbon 4-oksid buraxsaydı, bu dəfə atmosferdəki oksigen sürətlə tükənəcək və bir müddət sonra canlılar nəfəs almalarına baxmayaraq “boğularaq” toplu şəkildə ölməyə başlayacaqdı.
Allah həyatın tarazlığını elə qüsursuz bir sistemlə qurmuşdur ki, atmosferdəki oksigen nisbəti bu sayədə canlılıq üçün ən ideal olan nisbətdə durur.
Ancaq Allah həyatın tarazlığını son dərəcə qüsursuz bir sistemlə qurmuşdur. Məhz bunun sayəsində atmosferdəki həssas oksigen nisbəti, canlılıq üçün ən ideal olan nisbətdə durur. Bu nisbət tanınmış elm adamı Lovelokun ifadəsi ilə “təhlükənin və faydanın mükəmməl şəkildə tarazlandığı bir rəqəmdir“.
Karbon Günəşdən gələn şüaların bir qisminin yer üzündən əks olunub kosmosa yayılmasının qarşısını almağa xidmət edir və beləliklə, Yer kürəsinin istiliyinin qorunmasını təmin edər.
Atmosferi təşkil edən qazlar dünyada yaşayan canlılar üçün çox həssas bir tarazlıqdadır; hər bir qaz doğru nisbətdə və miqdardadır. Məsələn, tənəffüs etdiyimiz zaman bizlər üçün zərərli olan karbon 4-oksid belə əslində çox əhəmiyyətlidir. Çünki bu qaz Günəşdən gələn şüalardan bir qisminin yer üzündən əks olunub kosmosa yayılmasının qarşısını almağa xidmət edir və beləliklə, Yer kürəsinin istiliyinin qorunmasını təmin edir. Atmosferi yaradan bu qazların nisbətləri dünyada meydana gələn bioloji və tektonik proseslər sayəsində daimi tarazlıqda saxlanılır. Bu tarazlığın min illərdir qorunması və canlıların ehtiyac duyduğu şəkildə mühafizə edilməsi, nizamı qüsursuzca var edən Allahın varlığını göstərir. Allah Quranda belə buyurmuşdur:
“O Allah ki, yaradandır, (ən gözəl bir şəkildə) qüsursuz var edəndir, şəkil və surət verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir” (Həşr surəsi, 24)