Midya yapışqanının “kimyəvi kodu” tapıldı
Dəniz sahilindəki qayalara və ya gəmilərin gövdələrinə yapışmış midyanı daha əvvəl görmüsünüz. Ancaq yandakı şəkildəki kimi bir midyanı bəlkədə ilk dəfə görürsünüz … Şəkildəki midya insan oğlu tərəfindən hazırlanmış və ən az yapışqanlığa malik olan vəsaitlərdən birinə, teflona asılı vəziyyətdə yapışdığını görürsünüz.
Bu şəkil ABŞ-dakı Purdue Universitetinin kimya ixtisası bölməsində Wilker tədqiqat qrupunun istifadə etdiyi laboratoriyada çəkildi. Qrupa rəhbərlik edən kimya professoru Jon Wilker nəticələrini ötən ay açıqladığı fəaliyyətində Mytilus edulis növünə aid midyanın super qüvvəli yapışqanının yapışmasına dəmirin açar rol oynadığını ortaya çıxardı. Bununla, dəmir kimi bir metalın formalaşmamış bioloji bir materialın meydana gəlməsində kritik əhəmiyyətə sahib olduğu ilk dəfə göstərilmiş oldu.
Fəaliyyəti “yapışqanın kimyəvi kodu tapıldı” deyərək yekunlaşdıran elm adamlarına görə, bu formulun bilinməsi yeni texnoloji məhsulların inkişaf etdirilməsinin də önünü açacaq. Tibdə və ümumi istifadədə daha etibarlı alternativ yapışqanlar inkşaf etdirilə biləcək. Bununla yanaşı midyanın gəmi gövdələrinə yapışaraq ortaya çıxardığı, illik məbləği milyonlarla dollara çatan maddi zərərin qarşısını ala biləcək örtüklər hazırlanacaq.
Midya yapışqanının sintetik bir versiyasını təkmilləşdirmə işlərini icra edən Wilker və qrupu midyanın, dəmiri ətrafdakı dəniz suyundan əldə etdiyini, bunu zülalları bir-birinə bağlamaq üçün istifadə etdiyini və ortaya çıxardığı qarışığı güclü bir yapışqana çevirdiyini kəşf etdilər. Midya şüşə və teflon da daxil olmaqla demək olar ki, hər şeyə yapışa bilir.
Bəs görəsən metala bağlı olaraq bu zülal çarpaz bağlama mexanizmi biologiyada geniş yayılmış bir mexanizmdirmi? Bu sualın cavabı hələlik tam olaraq bilinmir. Prof. Wilker digər qabıqlı dəniz heyvanlarının çıxardığı sementləri araşdıracaqlarını və digər bioloji materialların necə çıxarıldığına baxacaqlarını söyləyir.
Wilker, –“Bu yapışqanın bioloji mənşəyi və hardasa bütün səthlərə yapışa bilən olması, sanitar bintlər kimi istifadə olunmasını təklif edir” -deyir.
Tədqiqatçı gəmi örtükləri ilə əlaqədar olaraq sözlərinə bunları əlavə edir:
“Dəniz yapışqanlarının necə meydana gəldiyini anlamaq yapışma müddətinin qarşısını alacaq səth və örtüklər inkişaf etdirmədə açar rol oynaya bilər. [Gəmi gövdələrinə yapışan midyanın] görüntü pozucu təsirlərinə qarşı istifadə edilən mövcud boyalar ətraf sulara mis yayaraq dəniz qabıqlıları sürfə dövrlərində öldürür. Əldə etdiyimiz nəticələrin dəniz mühitinə zəhər yaymayan [və midyanın yapışmasına maneə törədən] boyalar hazırlamağa köməkçi olmasını ümid edirik.” 1
Üstdə: Midyadan əldə edilmiş möhkəm təbii yapışqan | Üstdə: Tədqiqatçıların midya yapışqanının yapışma gücünü ölçmək üçün istifadə etdikləri laboratoriya aləti |
Təfərrüatları Wilkerin fəaliyyəti ilə gün işığına çıxarılan bu yapışqanın hazırlanması son dərəcə mürəkkəb bir istehsal planının qüsursuz bir şəkildə izlənilməsiylə mümkündür.
Midyanın dəniz suyundan aldığı dəmirlə bir-birinə bağladığı zülallar genlərindəki kompleks məlumata görə hazırlanır. Genlərdəki bu məlumat, A, T, G və C kimyəvi hərfləriylə (nukleotidlər) kodlanmış halda tapılır. Bu kimyəvi hərflər midyanın yapışqanı hazırlamaqla cavabdeh olan hüceyrələrində “oxunar” və oxunan bu məlumat zülal istehsalına tərcümə olunur. Bu tərcümə nəticəsində zülalların elementlərini meydana gətirən amin turşuları doğru sayda və doğru sırada düzülərək bir zəncir halında sıralanır.
Amin turşularının fərqli-fərqli düzülmələri yaradılan zənciri, yəni zülalların üç ölçülü mühitdə fərqli formalarda qatlanmasını təmin edər. Zülalların formaları çox əhəmiyyətlidir. Bir zülalın formasında meydana gələcək kiçik bir pozulma vəzifəsini yerinə yetirə bilməməsinə gətirib çıxaracaq. Buradakı əlaqəni açar-kilid əlaqəsinə bənzətmək mümkündür. Midya yapışqanını meydana gətirən zülalların hər biri bu cür həssas bir plana görə yaradılır. Zülalın əmələ gəlməsi ilə yanaşı midya yapışqanının istehsalı üçün lazımlı olan dəmirin dəniz suyundan əldə edilməsi də həssaslıq ortaya qoyan hüceyrə fəaliyyətləri sayəsində mümkün olur. Dəmir atomları orqanizmə zərərli ola biləcək çox sayda maddə arasından seçilib içəri alınır və kompleks biokimyəvi reaksiyalara daxil edilir.
Göründüyü kimi midya yapışqanının istehsalında müxtəlif molekullar xüsusi bir emala tabe olunur və bu əməliyyatlar zamanı şüurlu nizamlamalar gözə dəyir. Molekullar “tanınır”, bunların nə şəkildə birləşdiriləcəyi sanki “xatırlanır”.
Aydındır ki, bu fəaliyyətlər bütün bu prosesin məlumatına sahib bir şüurun varlığına işarə edir. Yaxşı, amma bu şüurun sahibi midyanın hər hansı bir şüura sahib olmayan hüceyrələri ola bilərmi? Görəsən hüceyrələr kimya professorlarının ancaq uzun laboratoriya işləri nəticəsində ortaya çıxardıqları kimyəvi formulları özləri “düşünmüş” ola bilərmi? Görəsən bir midya səthlərə yapışmağı özü istəmiş və yaş səthlərə belə asanlıqla yapışa bilən bu yapışqanı özü “icad etmiş” ola bilərmi?
Əlbəttə, bütün bu suallara veriləcək cavab “Xeyr” olacaq. Bu yapışqanın istehsalında görülən şüurun şüursuz hüceyrələrdən meydana gələn midyaya aid ola bilməyəcəyi ortadadır. Elə isə üstün ağıl sahibi bir varlıq midyanı bu xüsusiyyətləriylə birlikdə yaratmış olmalıdır. Şübhəsiz ki, midyanı yaradan və ona möhkəm yapışqanlar hazırlamağı ilham edən, Aləmlərin Rəbbi olan Allahdır.
Allah, bir Quran ayəsində belə buyurur:
O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)
1.“ Chemists crack secrets of nature’s super glue”, 12 Ocak 2004, http://www.eurekalert.org/pub_releases/2004-01/nsf-ccs010704.php