Mantis krevetinin öldürücü zərbə mexanizmi
Mantis krevetləri (Stomatopodlar) ovlarının qabıqlarını qırmaq üçün istifadə etdikləri qidalanma uzantıları və güllə kimi sürətli zərbələrlə tanınırlar. Ən son fəaliyyətlər haqqında “Nature” jurnalında nəşr olunan məlumata görə, Odontodactylus scyllarus növünə aid mantis krevetinin zərbələri xüsusi bir yay mexanizminə əsaslanır. (şəkillər üçün kilikləyin)
Mantis krevetləri tropik və subtropik dənizlərin dayaz bölgələrində yaşayan yırtıcı xərçəngkimilərə aiddir. Boyları 2 ilə 70 sm arasında dəyişən bu xərçəngkimilər ən aqressiv canlılardan biridir. Elmi adlarını qidalanmada istifadə etdikləri və sinələrindəki çıxıntılardan alırlar (stomato: ağız; pod: ayaq). Bunların hər biri qısqaclıdır; ikincisi xüsusilə iridir və ov vurmadan və tutmadan istifadə edilir. İkinci çıxıntının tikanlı forması Mantis böcəyinin çıxıntılarına bənzədiyi üçün bu canlılar geniş şəkildə “Mantis kreveti” adı ilə tanınırlar.
Mizraqlı və daban formalı olaraq iki tipdə olan çıxıntılar növlər arasında dəyişiklik göstərir. Sinədən çıxan ayaqların digər üçü yerimək üçün istifadə edilər. Qarından çıxan çıxıntılardan qəlsəmələr çıxar və bunlar üzmək üçün istifadə edilə bilər. Mantis krevetləri ikinci çıxıntılarını təməl qida qaynaqları olan ilbizlərin qabıqlarını qırmaq üçün istifadə edərlər. Zərbələri son dərəcə güclüdür. İri olan bir mantis kreveti 22 kalibrli bir silahdan çıxan güllə qədər qüvvətlə zərbə endirə bilər. (1)
Daha əvvəlki tədqiqatlar mantis krevetlərinin maksimum 10 m/san sürətlə zərbə endirdikləri istiqamətində məlumatlar ortaya qoymuşdu. Ancaq daha sürətli mantis kreveti növü üzərində yeni bir görüntüləmə texnologiyası istifadə edilərək aparılan son təqiqat işində bu canlıların çıxıntılarının saniyədə 14 ilə 23 m sürətlə zərbə endirdiyi ortaya qoyuldu. Kaliforniya Universiteti Birləşdirici Biologiya bölməsinin elm adamları tərəfindən həyata keçirilən tədqiqatda (2) bu sürətin xüsusi bir yay sistemi hesabına əldə edildiyi ortaya çıxarıldı.
Əzələ lifləri və vətərin yığdığı elastiki gərginlik enerjisi təkcə çıxıntının bu qədər sürətlə zərbə endirməsində qeyri-kafi qalır. Elm adamlarının hesablamalarına görə mantis krevetinin bu sürətdəki bir zərbəsi üçün hər bir kiloqram əzələyə 4.7×105 vatt gücündə qüvvə lazımdır.
Ancaq bu qədər böyük bir qüvvə mövcud məlumatlara görə ən sürətli sıxılan əzələlərlə belə mümkün deyil. Buna görə elm adamları mantis krevetlərinin zərbəsini xüsusi bir yay sisteminin varlığıyla açıqlayır.
Mantis krevetlərinin yüksək sıxlığa malik olan su mühitində bu çox sürətli hərəkətləri reallaşdırdıqlarında yüksək miqdarda enerjini çox qısa bir müddətdə meydana gətirir. Bunu isə çox sürətli bir yay mexanizmi ilə reallaşdırırlar. Mexanizm bir sapand kimi çalışır: Çıxıntıya bağlı olan əzələlər sıxılmağa başladığı anda başqa bir əzələ qrupu olan və sancaq vəzifəsi görən bükülmə əzələləri dövrəyə girərək çıxıntıların hərəkətini təxirə salır.
Çıxıntıya bağlı olan əzələlər maksimum sıxılma həddinə çatdıqda sancaqlar sərbəst buraxılır. Beləcə çıxıntılar sürətlə zərbə endirmiş olur. Bir mantis krevetinin zərbəsi saniyənin mində ikisi qədər bir müddətdə və bir insanın göz qırpmasından əlli dəfə daha sürətli şəkildə reallaşır.(3) (Atış mexanizmini açıqlayan qrafik üçün buranı kilikləyin)
Elm adamlarının verdiyi məlumata görə Mantis krevetinde bu yay mexanizminin yuvası mühəndislik və arxitekturada istifadə edilən hiperbolik-paraboloid şəkildə bir dizayna sahibdir (bu şəkil bir atın yəhərinin təpəsindəki əyri səthə bənzəyir). Bu şəkildə inşa edilmiş tikililərdə əks və çaprazvari qövslər gərginlikləri üç ölçülü səth boyunca paylayaraq azaldır. Beləliklə, dağıntı riski azalmış olur. Oxşar şəkildə mantis krevetindəki yay sisteminin yuvasının yəhər şəklində olması sıxılma və atış əsnasında ortaya çıxan qüvvələrin təsirini azaldaraq bükülmənin qarşısını alır.
Mantis krevetinin mühəndis və memarların istifadə etdiyi bir dizayn prinsipindən faydalanması son dərəcə təəccüblüdür. Çünki şüur və ağıl sahibi mühəndis və memarların əksinə bir mantis krevetinin bu prinsipin riyazi əsaslarını bilməsi və buna görə dizaynlar etməsi mümkün deyil.
Ov olaraq seçdiyi bir ilbizin qabığının sərtliyini görən bir mantis kreveti bunu qıracaq bir silahı öz bədənində hazırlamağı düşünə bilməz və reallaşdıra bilməz. Əvvəl ön çıxıntılarında mizraq və daban çıxarması, sonra bunu sürətlə atmaq üçün bir yay sistemi planlaması və öz bədənində çıxıntıya bağlı əzələləri və çıxıntının zərbəsini təxirə salan bükülmə əzələlərini inkişaf etdirməsi qeyri-mümkündür. Bu vəziyyətdə mantis krevetinin bu sistemlə birlikdə yaradıldığı ortaya çıxar. Şübhəsiz ki, mantis krevetini var edən aləmlərin Rəbbi olan Uca Allahdır. Allah örnəksiz yaradandır. Rəbbimiz bir Quran ayəsində belə buyurur:
Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)
Qeyd: Mantis krevetinin bir ilbizin qabığını necə qırdığını görmək istəyirsinizsə bura kilikləyin. (Quick Time lazımdır)
1- “Seeing the World in Many Colors”, Maryland Üniversitesi İnternet Sitesi, http://www.umbc.edu/gradschool/research/profile_11.html
2- S. N. Patek, W. L. Korff & R. L. Caldwell, “Biomechanics: Deadly strike mechanism of a mantis shrimp” Nature 428, 22 Nisan 2004, sf. 819 – 820
3- “Secrets of the Stomatopod: An Underwater Research Adventure”, California Üniversitesi İnternet Sitesi, http://www.ucmp.berkeley.edu/aquarius/raps.html