Xarakterlərin Ən Aşağısı: Münafiqlik
İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq” – deyirlər. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər.(Bəqərə surəsi /8- 10)
Çox insan üçün ‘münafiq’ sözü el’ bir məna ifadə etməz. Bəziləri isə sözü xalq dilindəki şəkliylə, yəni “ikiüzlü” ya da “yalançı” mənalarıyla bilər, lakin Qurandakı qarşılığından xəbərdar deyillər. Bir az dini məlumatı olanlar isə münafiqlərin, daha çox Peyğəmbərimiz (s.ə.v) dövründə yaşamış inkarçı bir qrup olduğunu düşünürlər.
Halbuki münafiqlər Allahın Quranda yüzlərlə ayə ilə diqqət çəkdiyi və onlara qarşı son dərəcə təmkinli olunmasını xatırlatdığı bir qrupdur. Münafiqlərin, heç də az rast gəlinən bir qrup deyil, əksinə inanan hər birliyin içində olan ‘təşkilatlı’ bir qrup olduğudur.
Qurana baxdığımızda bu qaydanın hər dövr üçün etibarlı olduğunu görərik; Hz. Musa ilə birlikdə olan birliyin içində də, Hz. Süleymana inananların arasında da, Hz. İbrahimin ümmətində də, Peyğəmbərimiz (s.ə.v)-in 1400 il əvvəl yaşamış qövmündə də… Qısacası Quranda bəhsi keçən hansı Müsəlman birliyi olursa olsun içlərində münafiqlərin də olduğundan bəhs edilər. Çünki Quranda, “(Bu,) Daha əvvəldən gəlib-keçənlər haqqında (tətbiq olunan) Allahın sünnəsidir. Allahın sünnəsində qəti olaraq bir dəyişiklik tapa bilməzsən. “(Ahzab Surəsi, 62) ayəsiylə də bildirildiyi kimi Allah, hər ümməti oxşar hadisələrlə sınaqdan keçirər. Əgər ortada bir mömin birliyi varsa, şübhəsiz onun içində münafiq qrupu da olacaq. Bu, Allahın tarix boyunca dəyişməyən bir qaydasıdır.
Allah, möminlər üçün təhlükə meydana gətirəcək bu birliyə tez-tez diqqət çəkmişdir; Quranda ən çox təsvir edilən insan növlərindən biri münafiqlərdir.
Münafiqlərin üzərlərində saxladıqları ən diqqətə çarpan xüsusiyyətlərdən biri müstağnilikdir. Münafiq xarakterli bir adam, özünü ‘müstağni görən’ yəni ‘heç bir şeyə ehtiyacı olmadığını’ düşünən, hər zaman özünün ən doğru yolda olduğuna inanan bir quruluşdadır və bundan ötəri “Xeyr! İnsan, doğrudan da, həddini aşır özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə .” (Ələq Surəsi, 6-7) ayələriylə də bildirildiyi kimi azğınlığı və inkarı gedərək artmaqdadır. Özünü hər şeydən müstəqil, hər kəsdən üstün qəbul etdiyi üçün də nə Allahın ayələrinə təslim ola bilməkdə, nə də öyüd ala bilməkdədir. Münafiqlərin həqiqi xarakterlərini və azğın məntiqlərini daha yaxşı anlaya bilmək üçün, əvvəlcə münafiqlə klassik inkarçının fərqini bilməyimiz lazımdır.
İnkarçılarla münafiqlərin fərqi
“Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir.” (Yusuf Surəsi, 103)
Yuxarıdakı ayə ilə də xəbər verilmiş olduğu üzrə, insanların çoxu iman etməzlər. Allaha inanmayanlar hər zaman, yer üzünün əksəriyyətini təşkil edərlər. ‘İnkarçılar’ olaraq adlandırdığımız bu qrupa, Allahı açıq şəkildə inkar edən dinsizlər, münafiqlər, müşriklər və ürəklərində xəstəlik olanların hamısı daxildir. Hamısının ortaq xüsusiyyəti, Allahdan gərəyi kimi qorxmamaları və Allahın kitabından uzaq bir həyat sürmələridir. Ancaq inkarçılar içərisində yuxarıda da adı keçən bir qrup vardır ki bunlar, Allahın ‘ Odun ən aşağı təbəqəsində ‘ (Nisa Surəsi, 145) olduqlarını söylədiyi münafiqlərdir. (Harun Yəhya, Münafiqin Sirrləri)
Bəs, münafiqləri, digər inkarçılardan daha da aşağı bir mövqeyə gətirən fərq nədir?
İnkarçı Allaha inanmaz, Onun varlığını tamamilə rədd edər, təbii din əxlaqını və Quranı da… Münafiq isə Allahı doğrudan inkar etməz, dinə və Qurana inandığını söyləyər. Lakin məqsədi inananları aldatmaqdır. Ürəyində iman yoxdur. İnkarçı, Allahı inkar etdiyini elan edərkən, münafiq tam tərsinə, inkarını gizləyib, iman edirmiş kimi görünər. Öz iddiasına görə, iman da edir, Allahdan da qorxur. Ancaq münafiqin doğrunu söyləmədiyini, ürəyində olanın “həqiqi iman” olmadığını Allah bizə ayələriylə bildirmişdir. Bəqərə Surəsində belə buyurulur:
“ İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq” – deyirlər.” (Bəqərə Surəsi, 8)
Münafiq iman etdiyini iddia etdiyi üçün mömin birliyinin içində olar. Möminlərin arasında bəzən bütün həyatını keçirər. Ancaq inkarını içində gizlədiyi üçün, möminlər arasında davamlı olaraq içdən içə bir fitnə çıxarmağa, Allaha inanan səmimi insanlara zərər verməyə, onları zəifliyə sürüməyə çalışar. Münafiqlərin bu fitnəçi xarakterlərinə Quranda belə diqqət çəkilmişdir:
“ O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir” – deyirdilər. Əgər Mədinənin hər tərəfindən üstlərinə hücum edilsəydi, sonra da onlardan fitnə törətmək (imandan dönmək) tələb olunsaydı, onu mütləq edər və cüzi şey istisna olmaqla bunda ləngiməzdilər.” (Əhzab Surəsi, 12-14)
Bütün inkarına baxmayaraq münafiq, heç bir zaman “mən münafiqəm” deyə ortaya çıxmaz. Əksinə özünün son dərəcə “təqvalı” olduğunu iddia edər. Ona görə möminlər səhv, özü isə ən doğru yoldadır. Bu səbəbdən məqsədinin, möminləri doğru yola çatdıra bilmək olduğunu müdafiə edər. Bu da onun fitnə çıxarma metodlarından bir başqasıdır.
Münafiqlərin axirətdəki vəziyyətləri
Münafiqlərin cəhənnəm əzabı, əslində dünyada yaşadıqları müddət içində başlamışdır belə… Böyük bir alçaldılma və kiçik düşmənin yanında, daha yüzlərlə əzab növü hələ dünyadaykən onları gözləməkdədir. Lakin ən böyük əzab, heç şübhəsiz cəhənnəm əzabı olacaq; sonu olmayan, əsla bitmək bilməyən bir atəşin əzabı…
“ Məgər bilmirdilərmi ki, Allaha və Onun Elçisinə qarşı çıxanlar üçün içində əbədi qalacaqları Cəhənnəm odu vardır? Bu isə böyük rüsvayçılıqdır.” (Tövbə Surəsi, 63)