Hz. Mehdi (ə.s)-a çox az sayda insan tabe olacaq
Həsən ibn Salehi Bezzazdan: Həsən ibn Əli Əsgəri əleyhissələm belə buyurdu:
“DOĞRUSU MƏNİM OĞLUM, MƏNDƏN SONRAKI QAİM (HZ. MEHDİ (Ə.S)-DIR). UZUN ÖMÜRLÜLÜKDƏ VƏ QEYBİNDƏ) PEYĞƏMBƏRLƏRİN SÜNNƏSİ ONDA (HZ. MEHDİ (Ə.S)-DA) BAŞ VERƏCƏK. BU MÜDDƏT ÇOX UZANDI DEYƏ BƏZİ ÜRƏKLƏR DAŞ KİMİ SƏRTLƏŞƏCƏK. ALLAHIN, ÜRƏYİNƏ İMAN YAZDIĞI VƏ RƏHMƏTİYLƏ DƏSTƏKLƏDİYİ KƏSLƏR XARİCİNDƏ ONA (HZ. MEHDİ (Ə.S)-A_) İNANAN QALMAYACAQ.”(Kamal-ud Din, səh.526 və Bihar-ul Envar, 51-ci cild, səh. 224)
Hz. Mehdi (ə.s), peyğəmbərlərdə olduğu kimi uzun və əziyyət dolu bir ömür sürəcək. Hz. Mehdi (ə.s)-ın qeyb dövrü olacaq, hətta bu qeyb dövrünün uzun olması, yəni hz. Mehdi (ə.s)-ın insanlar tərəfindən tanınmasının, zühurunun bəzi kəslərin zənn etdiyindən daha uzun sürməsi imanı zəif bəzi kəslərin ürəklərinin qatılaşmasına səbəb olacaq. Bu səbəblə, hz. Mehdi (ə.s)-a inananlar 313 nəfər kimi çox az bir sayda adam qalacaq. Bu kəslər Allahın ürəklərinə xüsusi olaraq iman yazdığı, çox səmimi insanlar olacaq.