Hz. Mehdi (ə.s), insanların zülmdən yandıqları bir dövrdə zühur edəcək
Əbul Hicaf da Peyğəmbər (s.ə.v)-in üç dəfə belə buyurduğunu rəvayət edir: ”HZ. MEHDİ (Ə.S) BARƏSİNDƏ SİZLƏRƏ MÜJDƏLƏR OLSUN. XALQIN DAĞILDIĞI VƏ ÇƏTİNLİKLƏRİN BAŞ VERDİYİ ZAMAN HZ. MEHDİ (Ə.S) ZÜHUR EDƏCƏK. ZÜLM VƏ HAQSIZLIQLA DOLAN YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ. QULLARIN ÜRƏYİNƏ ALLAHA QULLUĞU YERLƏŞDİRƏCƏK VƏ ƏDALƏTİ HƏR KƏSİ ÖRTƏCƏK.”
(Peygamberin Ehl-i Beytinden Olan Hz. Mehdi (a.s.), sf 16; Bihar-ül Envar, c.51, s.74)
Hədisdə hz. Mehdi (ə.s)-ın xalqın məzhəb ayrılıqları olduğu, qruplaşıb bir-birindən ayrıldıqları, irq ayrı-seçkiliklərin yaşandığı, iqtisadi çətinliklərin baş verdiyi, anarxiya və terrorun şiddətini artırdığı bir dövrdə zühur edəcəyi xəbər verilmişdir. Peyğəmbərimiz (s.ə.v) bu hədisi 3 dəfə təkrar etmişdir. Bu dövrdə insanların iqtisadi böhran, bahalılıq və başlarına gələn maddi və mənəvi çətinliklərdən, yaşadıqları zülmlərdən ötəri davamlı şikayət edəcəklərini də ifadə etmişdir.