Müstağnilik (özünü kafi görmə) böyük bir təhlükədir
· Müstağnilik nə üçün böyük bir təhlükədir?
· Özünü kafi görən insanların diqqətə çarpan rəftarları hansılardır?
· Cənab Adnan Oktar Müstağnilik təhlükəsini hansı nümunələrlə açıqlamışdır?
İnsan nəfsinin gözəllikləri olduğu kimi, hədsiz günah və pislikləri də saxladığı Quranda bildirilmişdir. Allahın göstərdiyi yol ilə gedən insanlar üçün nəfsini bu pisliklərdən uzaqlaşdırıb təmizləmək son dərəcə asandır. Ancaq bir çox insanlar bu yolda heç bir səy göstərməzlər. Özlərini olduqları kimi yaxşı və kafi görər, daha mükəmməl bir əxlaqa sahib olmaq üçün özlərində ciddi bir istək və ehtiyac hiss etməzlər. Bu da, bu insanlarda Allahın Quranda qadağan etdiyi “Müstağnilik” hissinin inkişafına səbəb olur.
Özünü kafi görən insanların diqqətə çarpan rəftarları
Din əxlaqından uzaq yaşayanlar, sabit fikirli olmaq, təkidlə davranmaq, inadkarlıq kimi xüsusiyyətləri olduğundan doğrunu gördükləri halda, qəbul etməkdə müqavimət göstərərlər. Məhz bütün bu pis əxlaq xüsusiyyətlərinin təməlində duran isə, Müstağnilikdir, yəni özünü kafi görmə xəstəliyidir. Bu insanların bəzi ortaq xarakter xüsusiyyətləri vardır:
Özlərini dərhal hər mövzuda kafi görmələri:
Halı, düşüncələri ya da rəftarları hər nə qədər əksik və səhv olursa olsun hamısı bir şəkildə özündən əmindir. Buna görə də doğruya, yaxşıya, gözəl olana qarşı yönəlmək axtarışları yoxdur. Çünki özünü bəyənən və kafi görən bir insan inkişafa ehtiyac duymaz. Özünə bu mövzuda elə güvənər ki, səhv ya da çatışmazlıqlarını fərq edə bilməyəcək vəziyyətə gələr. Başqaları ona səhvlərini fərq etdirməyə çalışdığında isə yenə dinləməz və öz bildiyi kimi davranar. Uca Allah bir ayədə bu insanların vəziyyətini belə bildirir:
Bu ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, onlar isə: “Məgər bizə bir insanmı doğru yol göstərəcək?” – deyirdilər. Onlar küfr edir və üz döndərirdilər. Allahın onlara ehtiyacı yoxdur. Allah Zəngindir, Tərifəlayiqdir. (Təğabun surəsi / 6)
Özlərini Allahın əzabından və cəhənnəmdən müstağni görmələri:
Müstağnilik, din əxlaqından uzaq yaşayan insanların reaksiya və şərhlərində, danışıqlarında, qısacası bütün rəftarlarında özünü göstərir. Belə ki, sonunda bu kəslər, hətta özlərini Allahın əzabından (Allahı tənzih edirik) və cəhənnəmdən belə müstağni görər hala gələrlər. Halbuki, Rəbbimiz özünü müstağni görən adamın vəziyyətini ayələrdə belə bildirmişdir:
Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik. (Leyl surəsi /8-10)
Bir insan üçün ən əhəmiyyətli itkilərdən biri, şübhəsiz ki, xəbərdar edilib qorxudulduğu əzabı şəxsən yaşamadığı müddətcə bu əzabın həqiqətinə inanmayacaq bir ruh halı içərisində olmasıdır. Allahın Quranda bizlərə göstərdiyi bu qissə, özlərinə verilən öyüdü və edilən xəbərdarlıqları dinləməyən insanlara Müstağnilik mövzusunda əhəmiyyətli bir ibrətdir.
Öz əksiklik və səhvlərindənsə başqalarının səhvlərini görmələri:
Bu insanlar üçün mövzu bir başqası olduğunda heç düşünmədən bu adamı tənqid edə bilər, müxtəlif qüsur və əksikliklərini tapa bilərlər. Çünki xüsusilə də qüsur axtarmaq gözüylə baxdıqda, bir başqasını tənqid etmək, ələ salmaq olduqca asandır. Bunun qarşılığında özlərini tənqid etdikdə və ya bir öyüd verdikdə bu kimi insanlar böyük bir həssaslıq göstərərlər. Özlərini yaxşı və kafi gördükləri üçün edilən tənqidi qəbul etmək istəməz, müxtəlif bəhanələrlə nəfslərini qorumağa çalışarlar. Halbuki, bu səhv davranış insana ciddi zərərlər verər.
Əslində bu səhvə yol verən insanlar, özlərini qüsurlardan müstağni görməyib səhvlərini anlamağa çalışsalar, vicdanları onlara dərhal doğrunu göstərəcək, onları daha yaxşıya, daha gözəl olana yönəldəcəkdir. Quranda səhvini düzəltmək əvəzinə, qürurlanıb nəfslərini müdafiə edən kəslərin vəziyyəti belə xəbər verilir:
Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki lif qədər haqsızlıq edilməz. (Nisa surəsi / 49)
Qurandakı bir başqa ayədə isə Müstağniliyin necə nəticələnəcəyi belə bildirilir:
Xeyr! İnsan, doğrudan da, həddini aşır – özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. (Ələq surəsi 6-7)
Təbliğ olunanda insanın özünü müstağni görməməsi, izah edilənlərdən nəticə çıxarması lazımdır
Allah hər dövrdə qövmlərə xəbərdar edib qorxudan elçilər göndərmişdir. Bu elçilər və yanındakı möminlər, aralarında yaşadıqları xalqı Allahın sərhədlərini qorumağa, yəni haram və halallara diqqət yetirməyə dəvət etmişlər. Eyni zamanda, Quran əxlaqına uymağa, məsələn, səbr etməyə, mərhəmətli, bağışlayıcı və sülhsevər olmağa, səmimi və dürüst davranmağa, saleh əməllərlə məşğul olmayan insanları təşviq etmək üçün çalışmışdırlar. Məqsədləri isə, qövmlərinin Uca Rəbbimiz Allahın məmnuniyyətini qazanacaq ixlas sahibi, imanlı kəslər olmalarına vəsilə olmaqdır.
Bunların hamısı, o insanları zülmdən qurtaracaq, dünyada və axirətdə gözəl bir həyatla yaşadacaq, səhvlərindən, əksikliklərindən təmizləyəcək, yaxşılığa, gözəlliyə və hamısından əhəmiyyətlisi Allahın razılığına çatdıracaq nəsihətlərdir.
Necə ki, insanların böyük əksəriyyəti bu öyüdlərə uymamışdırlar.
Düşünə bilən və düşündüklərindən nəticə çıxara bilən bir insanın belə bir vəziyyətdə, fikiri nə qədər fərqli olursa olsun, razılaşmalıdır. Çünki bilmədiklərini öyrənmək, əksik olduğu nöqtələrdə özünü inkişaf etdirmək, daha gözəl əxlaqlı, daha yaxşı düşünən, doğrunu səhvdən ayırd edə bilən insan olmaq, normal şərtlərdə hər kəsin sahib olmaq istəyəcəyi xüsusiyyətlərdir.
Bütün əksikliklərdən münəzzəh olan uca Allahdır
İnsan nəfsindəki pisliklərin fərqində olduğu təqdirdə, ətrafındakılara bunların əslində yaxşılıq kimi göstərməyə çalışması böyük bir yanılmadır. Çünki insan hər nə qədər qüsurlarını, səhvlərini qəbul etmək istəməsə də, ətrafındakı insanlar onsuz da bu əksiklikləri aydın şəkildə görürlər. Bu vəziyyətdə adamın mükəmməllik iddiasında olması, ya da nəfsini təmizə çıxarmağa çalışması yalnız boş bir səydən ibarətdir. Həmçinin, özünü qüsursuz göstərməyə çalışaraq, bu rəftarıyla ətrafındakılarda simpatiya yaradıb seviləcəyini düşünən adam, əslində tam əksi olan bir təsirlə qarşılaşar. Nə qədər qürurlu və nə qədər özünü bəyənən bir rəftar içərisində olsa, ətrafı tərəfindən o qədər itələyici olaraq qiymətləndirilər.
Halbuki, qüsurlarını qəbul edən və təvazökar davranan adam, səmimi olduğu halda möminlər tərəfindən şəfqət görər. Böyüklük iddiasında olmadığı üçün səhvini hər nə qədər düzəltməyə çalışsa da, özünü yenə də kafi görməz. Heç bir zaman “mən artıq bu mövzuda ən mükəmməl əxlaqa çatdım” şəklində bir düşüncədə olmadığı üçün davamlı olaraq özünü inkişaf etdirmək imkanı olur. Belə ki, ən əksik, ən səhv olduğu mövzularda belə, bütün Müsəlmanlara nümunə olacaq bir əxlaq səviyyəsinə sahib ola bilər.
Əksiklərini davamlı olaraq düzəltmək imkanı tapa bildiyi üçün əxlaqı gedərək gözəlləşir, beləcə daim dinc və gözəl bir həyat sürər. Səhvini bilib Allaha yönəlməsi və bağışlanma diləməsi isə, təvazökarlığını, Allaha olan təslimiyyətini, mənəviyyatını artırar.
Quranda, “Allah müşriklərin söylədiklərindən çox uzaq və çox ucadır. Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır. (İsra surəsi 43-44)”ayələrində bildirildiyi kimi hər cür əksiklikdən münəzzəh olan, yalnız üstün güc sahibi olan, hər şeyin Yaradıcısı Rəbbimiz Allahdır. Buna görə də, insanın özünün kafi olduğunu düşünməsi, ağlını bəyənməsi, özünü qüsursuz sanması böyük bir qəflət halıdır. Unudulmamalıdır ki, ayədə bildirildiyi kimi, Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah Zəngindir, Tərifəlayiqdir. (Həcc Surəsi – 64)
‘Müstağni’ sözü Quranda ‘heç bir şeyə ehtiyacı olmadığını’ düşünən insanlar üçün istifadə edilir. Halbuki, heç bir şeyə ehtiyacı olmayan, ‘müstağni’ olan yalnız Allahdır. İnsanlar və digər bütün canlılar da Allahın yaratdığı və hər an Onun diləməsiylə həyatlarını davam etdirən aciz, ehtiyac içində olan varlıqlardır. Allah insanlara acizliklərini bir ayəsində belə xəbər verir:
“Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də!” (Həcc Surəsi – 73)
Quranda “Bağ Sahibləri” hekayəsində özünü müstağni görən adamın vəziyyətinə diqqət çəkilir.
Quranda biri mömin, digəri isə inkarçı olan iki adamın vəziyyətini xəbər verən ayələr belədir:
“Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!” – dedi. O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm.O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!” Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbinə küfrmü edirsən?” (Kəhf Surəsi, 32-36)
Diqqət etsək görərik ki, mal baxımından zəngin olan bağ sahibi, bağının quruyub yox ola biləcəyi mövzusunda özünü müstağni gördüyü kimi, qiyamət saatını inkar edərək axirət əzabından da müstağni görür. Buna qarşılıq olaraq yanında olan mömin adam isə, onu son dərəcə səmimi və gözəl bir üslubla Allaha çağırarkən, bir tərəfdən də Allahın əzabından özünü müstağni görə bilməyəcəyini xatırladır. Ayədə bildirilir ki, bağına girdiyi zaman “Maşallah, Allahdan başqa qüvvət yoxdur” deməyin vacib olduğunu söyləyər. Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün. Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!” (Kəhf Surəsi, 37-41)
Lakin ayələrdə bildirildiyi kimi möminlərin xatırlatma və xəbərdarlıqlarına uymayan bu insanlara bir müddət sonra əzab baş verər. Əzabın özlərinə gəlməyəcəyini düşünən bu kəslər, bundan sonra peşman olsalar da, artıq nəticə dəyişməyəcək. Necə ki, ayələrin davamında bağ sahibinin ancaq bağçasına gələn fəlakətdən sonra, Müstağniliyinin yerini peşmanlığın aldığı bildirilmişdir:
“Beləcə, onun bağının məhsulu bir anda məhv edildi. O, bağını belə görüb ora qoyduğu xərcə görə peşmançılıq çəkməyə və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi. (Kəhf Surəsi 41-42)