Hz. Mehdi (ə.s) zamanında saçı təraşlı bəzi saxta alimlər ortaya çıxacaqdır
Hz. Əli (r.ə) –dən: “AXIRZAMANDA ELƏ BİR QÖVM MEYDANA ÇIXACAQDIR Kİ, QURAN OXUYACAQLAR, LAKİN BOĞAZLARINDAN AŞAĞIYA KEÇMƏYƏCƏKDİR. DİNDƏN, OXUN YAYDAN ÇIXMASI KİMİ ÇIXACAQDIRLAR. ONLARLA MÜBARİZƏ ETMƏK HƏR BİR MÜSƏLMAN ÜÇÜN BİR HAQDIR, GÖRÜNÜŞCƏ SAÇLARI TƏRAŞLIDIR.“
(Hadislerle Hz. Ali, İmam Nesai, Ebu Abdurrahman Ahmed Bin Şuayb, sf. 142)
Peyğəmbərimiz (s.ə.v) hədislərində hz. Mehdi (ə.s) zamanında, yəni Axırzamanda yaşayacaq bəzi saxta din alimlərinə diqqət çəkmişdir. Bəhs olunan hədislərdən biri də, hz. Əli (r.ə)-dən rəvayət edilmişdir. Bu hədisi şərifdə Peyğəmbərimiz (s.ə.v), bəhs edilən kəslərin ərəbcəni nizamlı və şəddəli danışmaları, Quranı təcvidli (gözəl) oxumaları ilə öyünən, ancaq dinin hökmlərini tətbiqə, Quranın ayələrini düzgün başa düşüb yaşamağa gəldiyində bu mövzuda son dərəcə səmimiyyətsiz bir yol mənimsəyən kəslər olduqlarını ifadə etmişdir. Peyğəmbərimiz (s.ə.v) bu kəslərin vəziyyətlərini “… Quranı oxuyacaqlar lakin boğazlarından aşağıya enməyəcəkdir…” şəklində ifadə etmişdir. Sözü gedən saxta din alimləri etdikləri işlər və söylədikləri sözlərlə fərq etmədən Quranın haqq yolundan tamamilə çıxacaqdırlar. Bu kəslər İslamın hakimiyyətindən bəhs edə bilməyəcəklər, müsəlmanların şövqlərini, səylərini qırma məqsədində olacaqdırlar. Səmimi müsəlmanlara xas Allahdan ümidvar olan və təslimiyyətli ruhdan uzaqlaşacaqlar və hadisələrə cahiliyyə insanına aid səthi bir gözlə baxacaqlar. Söylədikləri sözlər Quranla, İslam əxlaqıyla ziddiyyət təşkil edəcəkdir. Həqiqi müsəlmanlar bir tərəfdən Allahı və dini inkar edənlərlə fikri bir mübarizə içindəykən, bir tərəfdən də din əxlaqının hakimiyyətini gizləməyə və müsəlmanlar arasında fitnə-fəsad çıxmasına çalışan bu zehniyyətdəki insanlarla bir mübarizədə olacaqdırlar. Peyğəmbərimiz (s.ə.v) hədisində bu kəslərlə fikri bir mübarizə aparmağı hər müsəlmanın vəzifəsi olaraq bildirmişdir. Bir də Axırzamanda bu kəslərin müsəlmanlar tərəfindən tanınması üçün Peyğəmbərimiz (s.ə.v) onların saç formaları əlaqədar bir məlumat da vermişdir.