İsmayıl Haqqı Bursəvi həzrətləri, Mehdi (ə.s)-ın dərin elmini izah edir
… Onun üçün Quranda bildirilir: “Ona dua etdiyi zaman onun duasını qəbul buyuran…” (Nəml surəsi, 62)
Nəzərdə tutulan çətinlik zamanı gəldiyində duanın Allah tərəfindən qəbul olunması bəyandır. Və bu səbəblədir ki, hər əsrdə olan şiddətli müsibətləri ortadan qaldırmağa tam mənasıyla sahib bir adam zühur etmişdir. Və aləmlərin qarışıqlığı hədd mərhələyə gəldiyi vaxtda hz. Mehdi (ə.s) zühuru lazımdır. Çünki, həkimin qüvvəti xəstəliyin, dərdin və bəla şiddətinə görədir. Axırzamanda isə, dünyanın nə dərəcə xəstəliyə, dərdə, bəlaya mübtəla olacağını o vaxta hazır olanlar bilir.
(İsmayıl Haqqı Bursəvi Ruhül məsnəvi səh. 250)
17- ci əsrdə yaşamış böyük vəlilərdən İsmayıl Haqqı Bursəvi həzrətləri Ruhül məsnəvisində Axırzamana və Axırzamanda zühur edəcək hz. Mehdi (ə.s)-a diqqət çəkmişdir. Bursəvi həzrətləri hz. Mehdi (ə.s)-ın zühur edəcəyi zamanın çox qarışıqlıqlarla dolu olacağını, onun maddi və mənəvi xəstəliklərin çox sıx və şiddətli olduğu bir dövrdə zühur edəcəyini ifadə etmişdir. Bundan başqa, hz. Mehdi (ə.s)-ın belə böyük mənəvi xəstəliklərə, o zamana qədər görülməmiş sıx qarışıqlığa Allahın vəsilə etməsiylə tam dərman olacaq böyük bir elm sahibi olacağına “Çünki, həkimin qüvvəsi xəstəliyin, dərdin və bəla şiddətinə görədir.” ifadəsiylə xüsusilə diqqət çəkmişdir. Bursəvi həzrətləri öz yaşadığı 17 -ci əsrdə bu zamanın hələ gəlmədiyini də “… Axırzamanda isə dünyanın nə dərəcə xəstəliyə, dərdə, bəlaya mübtəla olacağını o vaxta hazır olanlar bilir… ” şərhiylə işarə etmişdir.