Hz. Mehdi (ə.s) inkarçı cərəyanları və bidətləri İslam dinindən uzaqlaşdıracaq
Rəsulullah (s.ə.v) belə buyurur: “HƏR ZAMANDA ÜMMƏTİM ÜÇÜN ƏHLİ-BEYTİMDƏN BİR ADİL VARDIR. ONLAR AZDIRANLARIN TƏHRİFLƏRİNİ, BATİL ƏHLİNİN BATİLİNİ, CAHİL ŞƏRHİNİ BU DİNDƏN UZAQLAŞDIRARLAR, eşidin ki, doğrusu sizin imamlarınız sizi Allaha aparan elçilərdir, elə isə yaxşı baxın ki, sizin elçiləriniz kimlərdir.”
(Savaik’ul Muhrika, İbn-i Hacer, səh. 148, Muhammediyye mat. Ve səh. 90, Meymeniye mat. Mısır. / Yenabi’ul Mevedde, Kunduzi Hanefi, səh. 226, 326, 327, Haydariye mat. səh. 191, 271, 273 ve 297, İstanbul. / Zehair’ül Ukba, Muhibbiddin Taberi Şafii, səh.17)
Peyğəmbərimiz (s.ə.v) hədisi-şərifində hər əsrdə seyidlər arasından ədalətlə hökm edən bir adam tapılacağını bildirmişdir. Bu kəslər öz əsrlərində hakim olan batil cərəyan nə isə onunla fikri mübarizə içində olacaqlar və insanları din əxlaqını yaşamağa dəvət edəcəklər. O dövrdə cəmiyyətlər üzərində təsirli olan batil din (materializm, ateizm, bütpərəstlik, darvinizm) hansı isə onunla və ya hamısı bir yerdə isə hamısı ilə fikri mübarizə edirlər. Hicri 1400-cü ildə bu fikri mübarizəni edəcək və insanları haqq yola dəvət edəcək seyid hz. Mehdi (ə.s) olacaq. Hz. Mehdi (ə.s) həm darvinizm və materializmi fikirlə yerlə bir edəcək, həm də bəzi xurafatçı kəslərin dinə daxil etdikləri hər cür batil izahı dindən uzaqlaşdıraraq dinin Peyğəmbərimiz (s.ə.v) dövründəki kimi yaşanmasını təmin edəcək. Ustad Səid Nursi həzrətləri hz. Mehdi (ə.s)-ın bu fikri mübarizəsini bu şəkildə açıqlayır:
Birincisi: … Fənn və fəlsəfənin təsiriylə, MADİYYUN (materializm) VƏ TABİYYUN (təbiətçilik inancı) BƏŞƏR İÇİNDƏ İNTİŞAR ETMƏSİYLƏ (YAYILMASIYLA) HƏR ŞEYDƏN ƏVVƏL FƏLSƏFƏNİ VƏ MADDİYYUN FİKRİNİ (materialist düşüncəni) TAM SUSDURACAQ BİR TƏRZDƏ İMANI QURTARMAQDIR. ”
(Əmirdağ Lahikası, məktub səh. 337)
Hz. Mehdi (ə.s) birinci vəzifəsi olaraq maddinin, yəni, materializm tabiyyun, yəni, darvinizm ilə fikri bir mübarizə aparacaq və bu iki inkarçı axını tam olaraq fikirlə etibarsız hala gətirərək, insanların Allaha qəti olaraq iman etməsinə vəsilə olacaq.