İçeriğe geç

Heç bir şeyin möminləri ədalətdən çəkindirməməsi

Heç bir şeyin möminləri ədalətdən çəkindirməməsi

Ədalət, insanlar arasındakı anlaşılmazlıqlar həll edilən zaman haqlı olan şəxsə tərəfsiz bir şəkildə haqqının verilməsi başa düşülür. Ancaq Quran əxlaqını yaşamayan insanlar tam və qəti şəkildə ədalətli hərəkət etməzlər. Qərar verərkən bir çox xarici faktor onların qərarlarına müsbət, ya da mənfi istiqamətdə təsir edə bilər. Məsələn, haqqında qərar verəcəyi insanlardan, özünə daha yaxın gördüyü adamın lehinə qərar verə bilər. Yaxud da mənfəətinə uyğun hesab etdiyi və özünə fayda verəcəyini düşündüyü şəkildə hökm verər, yəni hər cür şəxsi xeyiri üçün qərarında ədalətli olmaya bilər.

Ancaq insanların ədalətsizlikləri ən çox kin saxladıqları insanlara qarşı olan rəftarlarında ortaya çıxar. Nəfsi örtən bir kin duyğusunda olan şəxs qarşısındakı insan haqqında müsbət bir qərara gəlməkdə çətinlik çəkər. Keçmişdən bəri içində saxladığı bir kin, qarşı tərəf haqlı belə olsa bu haqlılığı ortaya çıxarmasına icazə verməyə bilər ya da kin saxladıqları adamların haqqına təcavüz etdirə bilər.

002_evening-primrose1

Buna görə də Allahın insanlara nazil etdiyi Quran ayəsində kinin ədalətə mane olduğunu xüsusilə bildirmiş və müsəlmanları bu mövzuda xəbərdar etmişdir.

Ey iman edənlər, ədalətli şahidlər olaraq, Allah üçün, haqqa dəstək olun. Bir camaata olan kininiz, sizi ədalətdən çəkindirməsin. Ədalət göstərin. O, təqvaya daha yaxındır. Allahdan qorxub çəkinin. Şübhəsiz Allah, etməkdə olduqlarınızdan xəbərdar olandır. (Maidə Surəsi, 8)

Ayənin əmrinə görə müsəlmanlar yaxınlıq, mənfəət, qohumluq bağı ya da kin saxlamaq səbəbi ilə heç bir zaman qarşılarındakı insana ədalətsizlik etməzlər. Qarşılarındakı adamın inancı, düşüncəsi, fəlsəfəsi nə olursa olsun, müsəlmanların öz inanclarına zidd olsa belə, onlar haqqında doğru qərar vermələri lazımdır.

Quran əxlaqını yaşayan insanlar heç bir zaman duyğularına qapılaraq hərəkət etməz və ağıllı düşünməkdən uzaqlaşmazlar. Verəcəkləri hökm öz əleyhlərinə olsa belə, doğrunu gizlətməz və ədaləti qoruyarlar.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz