Hicr surəsinin 89–91-ci ayələri Axırzamana və hz. Mehdi (ə.s)-a işarə edir
Və de: “Mən, həqiqətən, (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudanam!” Eynilə (Quranı) bölənlərə endirdiyimiz (əzab) kimi! Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər). (Hicr surəsi, 89- 91)
1.
…“mən açıq-aşkar bir qorxudanam!” …
Peyğəmbərimiz (s.ə.v), Allahın aləmlərə xəbərdar edib qorxuducu olaraq göndərdiyi son peyğəmbəridir. Ancaq Allah peyğəmbərləri xaricində seçdiyi vəli qulları vasitəsilə də insanları ayələrinə iman etməyə dəvət edir. Hz. Mehdi (ə.s) da, içində olduğumuz hicri 1400-cü ildə insanları iman etmələri üçün Qurana və İslam dininə dəvət edən, xəbərdar edən olacaq.
2.
“… bölənlərə endirdiyimiz kimi, …”
Qurana və Peyğəmbərimiz (s.ə.v) sünnəsinə zidd olaraq, İslamda yeri olmayan batil inancları dinə daxil etməyə çalışan və müsəlmanlar arasında ixtilafları və qarşıdurmaları qızışdırmaq, qaldırmaq ayədə bildirilən “bölənlərdir”. Bu kəslər müsəlmanların birliyini istəməyən kəslərdir. Birləşdirməyən, bölən, müsəlmanlar arasında cahiliyyə müddəaları ilə ayrılıq çıxaran insanlardır. Peyğəmbərimiz (s.ə.v) dövründə, Peyğəmbər əfəndimiz (s.ə.v)-in öndərliyində müsəlmanlar tək bir ümmət idi. Qurana və Rəsulullah (s.ə.v)-in sünnəsinə tam uyğun olaraq din yaşanırdı. Bu səbəbdən ayənin bu şərhi xüsusilə peyğəmbərimiz (s.ə.v)-dən sonrakı dövrlərə, yəni hz. Mehdi (ə.s)-ın zühur edəcəyi hicri 1400-cü illərə işarə edir. Çünki bu əsr, məzhəb ayrılıqlarından qaynaqlanan ixtilaf ruhunu qızışdıran şəxs və cəmiyyətlərin, yəni dini bölücülərin, hissəyə ayrıcıların İslam dünyası üzərində ən təsirli olduğu əsrdir. Belə ki, İslam cəmiyyətləri arasında böyük müharibələr (İran-İraq, Pakistan-Banqladeş, İraq-Küveyt kimi) yaşanmışdır. Hz. Mehdi (ə.s) dövründə isə bütün İslam aləmi birləşəcək, hər cür ayrılıq və ayrılıqdan qaynaqlanan fitnə ortadan qalxacaq.
3.
Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər). (Hicr surəsi, 91)
Quranın parça-parça edilməsi, yaşadığımız dövrdə bəzi kəslərin bəzi batil düşüncə və inancları İslama daxil etməyə çalışaraq, özlərincə haramları halal, halalı haram edərək fitnə çıxarmalarıdır. Allah Quranı açıq-aşkar bir kitab olaraq endirmiş, möminlərə bütün əmrlərini tam olaraq Quranda bildirmişdir. Möminlərin məsuliyyəti Quranı və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini rəhbər etməkdir. Ancaq Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra bəzi kəslər İslamın özündə olmayan batil inanc və tətbiqləri, yəni bidətləri (xurafatları) İslama daxil etmişlər. Bunların başında da bəzi cahil alimlər durur. Ancaq Rəsulullah (s.ə.v)-in hədislərində və İslam alimlərinin şərhlərində müjdə üzrə, hz. Mehdi (ə.s) bütün xurafatları ortadan qaldıracaq, dini Peyğəmbərimiz (s.ə.v) dövründə yaşanan əsl halına qaytaracaqdır.
Hz. Mehdi (ə.s) din içində ayrılıq yaradan, dini əslindən uzaqlaşdıran və müsəlmanların arasına fitnə salan bu zehniyyəti fikirlə kökdən qazıyacaq, insanlara yalnız Qurana və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə uyğun gəlmələrinin kafi olacağını öyrədəcək. Bu səbəblədir ki, hz. Mehdi (ə.s)-a ən çox düşmənlik edənlərin başında xurafatları müdafiə edən saxta din adamları gələcəkdir. Hətta, İmam Rəbbani həzrətləri bu saxta din adamlarının hz. Mehdi (ə.s)-a, “Bu kəs (yəni hz. Mehdi (ə.s.)) dinimizi qaldırmaq və şəriətimizin aradan qalxmasını (məhv etmək) istəyir” deyərək qarşı çıxacaqlarını ifadə edir. İmam Rəbbani həzrətlərinin bu hikmətli şərhindən hz. Mehdi (ə.s)-ın bu mövzuda edəcəyi elmi işin böyüklüyü və təsirinin gücü aydın olur.
Gələcəyi vəd edilən hz. Mehdi (ə.s) dinin tərvicini (dəyərini artırmağı), sünnənin ihyasını (yenidən canlandırmasını) murad etdiyi (istədiyi) zaman; bidət əhli (dinin əslində olmadığı halda, din adına sonradan çıxmış olan adətlərə uyğun gələn və bunları dindənmiş kimi göstərən kəslər) ilə əməli adət edən, həsənə zənni ilə (yaxşı, xeyirli, Allahın çox razı olacağını düşündüyü bir iş etdiyini zənn edərək) dini qarışdıran (dinin əslində, özündə olmayan şeyləri, dinin əmri olduğunu zənn edən bəzi insanlar) heyrətlə belə deyəcək:
-Bu kəs (yəni hz. Mehdi (ə.s)) dinimizi və şəriətimizi aradan qaldırmaq (məhv etmək) istəyir. (Məktubatı Rəbbani, 1/535)
Muhyiddin Ərəbi həzrətləri də, Futuhat-ül Məkkiyə adlı əsərində hz. Mehdi (ə.s)-a ən çox düşmənçilik edənlərin bu cahil alimlər olduğunu belə ifadə etmişdir:
... Hz. Mehdi (ə.s), dini Peyğəmbər (s.ə.v)-in zamanında olduğu kimi eynilə tətbiq edəcək. Yer üzündən məzhəbləri qaldıracaq. Xalis və həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq.
Onun düşmənləri ictihad alimlərinin təqlid edənləri olacaq. Çünki onlar hz. Mehdi (ə.s)-ın məzhəb imamlarının tərsinə hökm etdiyini gördüklərində bundan xoşlanmayacaqlar, lakin qarşı da gələ bilməyəcəklər …
Onun açıq düşmənləri füqəha (fiqh alimləri) olacaq. Çünki xalq arasında bir imtiyazları qalmayacaq. Hətta ehkam barəsində elmləri də azalacaq. Bu imamın gəlişiylə alimlərin hökmlərindəki anlaşılmazlıqları da aradan qaldırılacaq. Əgər əlində qılınc (elm) olmasaydı onun ölümünə fətva verərdilər.
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd b. Rəsul əl-Bərzənci, Pambıq nəşrləri, səh. 186-187)
ONUN (HZ. MEHDİ (Ə.S)-IN) DÖVRÜNDƏ DİN TAMAMİLƏ ŞƏRHDƏN TƏMİZLƏNMİŞ OLARAQ KEÇMİŞ MAHİYYƏTİNİ QAZANACAQ. VERƏCƏYİ BİR ÇOX HÖKMLƏR MÜXALİFƏT EDƏCƏK. BUNDAN ÖTRÜ ONDAN (HZ. MEHDİ (Ə.S)-DAN ) UZAQ DURACAQDIRLAR .Çünki zənlərinə görə, həqiqətən Allah imamlarından sonra bir müctəhid qoymadığını qəbul edəcəkdirlər … (Muhyiddin Ərəbi, “Futuhat-El Mekkiyə”, 66. bab, 3-cü cild, səh. 327 – 328)
Mövzuyla əlaqədar digər bəzi hədisləri oxumaq üçün baxın. 1
Hz. Mehdi ortadan qalxmamış bidət buraxmayacaq. Axırzamanda eyni peyğəmbər kimi dinin zərurətlərini yerinə yetirəcək. (Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd b. Rəsul əl-Berzenci, Pambıq nəşrləri, səh., 163)
Hz. Peyğəmbər (s.ə.v) ən başda İslamı necə ayaqda tutdusa, hz. Mehdi də ən sonunda eyni şəkildə İslamı ayaqda tutacaq.
(əl-Kavlu’l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, 27)
Onun (hz. Mehdi (ə.s)-ın) dövründə din tamamilə şərhdən təmizlənmiş olaraq keçmiş mahiyyətini qazanacaq. VERƏCƏYİ BİR ÇOX HÖKMLƏRDƏ ÜLƏMANIN MƏZHƏBLƏRİNƏ MÜXALİF ÇIXACAQ. BUNDAN ÖTƏRİ ONDAN UZAQ DURACAQLAR. Çünki zənnlərinə görə, həqiqətən Allah imamlarından sonra bir müctəhid buraxmadığını qəbul edəcəklər… (Muhyiddin Ərəbi, “Futuhat-El Mekkiye”, 66. bab, 3-cü cild, səh. 327- 328)
… Onun (Mehdinin) qılıncı qardaşlarıdır. Qılıncından qorxduqları üçün istər istəməz hakimiyyətinə boyun əyəcəklər. ONUN AÇIQ DÜŞMƏNLƏRİ FÜQƏHA OLACAQ. Əlində qılıncı, yəni qardaşları olmasaydı qətliylə fətva verərdilər. Lakin Cənabı Haqq, onu kərəmiylə və qılınc ilə tathir (təmizləyəcək) edəcək, onlar ona itaət edəcəklər… (İmamı Sunu idi)