Hz. Mehdi (ə.s)-ı insanlara tanıdacaq olan şərifi
İslam dünyası əsrlərdir insanların hidayətinə vəsilə olacaq, İslam əxlaqını yenidən əhya edəcək, İslam aləminin üzərindəki qaranlıqları dağıdaraq müsəlmanları bir araya gətirəcək olan hz. Mehdi (əs)-ı gözləyir. Peyğəmbərimiz (s.ə.v ) hədisləri ilə bütün müsəlman aləminə hz. Mehdi (ə.s)-ın gəlişini müjdələdi. Və hz. Mehdi (ə.s)-ın çıxış əlaməti olan bir çox əhəmiyyətli hadisəni təfərrüatlarıyla xəbər verdi. Və bu əlamətlərin haradasa hamısı keçdiyimiz bir neçə on il içində ard-arda reallaşdı. İndi bütün müsəlmanlar 1400 ildir gözlədiyi bu mübarək insanı qarşılamağa hazırlaşır.
Hədislərin işarələrinə görə hz. Mehdi (ə.s)-ın ortaya çıxışı bu əsrdə reallaşacaq. Bütün müsəlman aləmi, əsrlərdir gözlənilən bu böyük müjdənin reallaşmasının; Hz. Mehdi (ə.s.)-ın yaşadığımız dövrdə ortaya çıxacaq olmasının həyəcanını yaşayır.
İnsanlar hələ hz. Mehdi (ə.s)-ı, “hz. Mehdi (ə.s)” sifətiylə tanımırlar. Amma hz. Mehdi (ə.s) fəaliyyətlərini davam etdirir. Və yenə hədislərin işarələrinə görə, İslam dünyası bir neçə on il içərisində hz. Mehdi (ə.s)-ı şəxsən tanımaqla da şərəflənəcək.
Yaşadığımız bu əsr, hz. Mehdi (ə.s) əsridir. Bütün müsəlmanlar hz. Mehdi (ə.s.)-ın gəlişinin bu qədər yaxınlaşmış olmasının həyəcanını yaşayır.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdi (ə.s.)-ın əxlaqı, həyatı və edəcəyi fəaliyyətlər qədər fiziki xüsusiyyətləri haqqında da, inanılmaz dərəcədə təfərrüatlarıyla tərif edilir. Peyğəmbərimiz (s.ə.v)-in, özündən sonrakı əsrlərdə reallaşacaq hadisələr ya da kəslər haqqında, bu qədər çox və təfərrüatlı məlumat verdiyi başqa heç bir şəxs yoxdur.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, hz. Mehdi (ə.s.)-ı tanıdan fiziki xüsusiyyətlərin hər biri üçün, ayrı-ayrı ayrıntılar bildirilmiş, hər biri üçün ayrı təyin edici ifadələr istifadə edilmişdir.
Kimisi üçün XAL, kimisi üçün İZ, kimisi üçün İŞARƏ deyilmiş, kimisi üçün MÖHÜR ya da NİŞAN, kimisi üçün YARPAQ, kimisi üçün İNCİ ya da ULDUZ bənzətməsi edilmişdir.
Bunların yanında, hz. Mehdi (ə.s.)- ın dərisinin, saçının və saqqalının rəngi, əndamı, boyu, bədən quruluşunun bütün təfərrüatları, üz xətləri, başının və alnının şəkli, burnunun, qaşlarının, dişlərinin quruluşu kimi tanıdıcı xüsusiyyətləri də çox təfərrüatlı olaraq təsvir edilmişdir.
Xəbər verilən bütün bu məlumatlar ümumilikdə qiymətləndirildiyində, bu xüsusiyyətlərin hər hansı bir insanda təvafüq olaraq bir yerə gəlmiş ola bilməyəcəyi açıq şəkildə aydın olur.
Rəbbimiz hz. Mehdi (ə.s.)-ı bütün dünyaya açıq tanıtmaq üçün bu qədər çox ayrıntı bildirmişdir.
Bu vəziyyət, müsəlmanların hz. Mehdi (ə.s.)-ı doğru şəkildə tanıyıb təhlil edə bilmələrinin nə qədər əhəmiyyətli olduğunu ortaya qoyur.
Hz. Mehdi (ə.s.) ilə qarşılaşıldığında, inşaAllah bütün müsəlmanlar hədislərdə Hz. Mehdi (ə.s.)-ın fiziki xüsusiyyətləriylə əlaqədar verilən bütün bu heyrət verici təfərrüatlı təriflərin doğruluğunu şəxsən görəcəklər.
Ayrıca bu mübarək şəxsin həyatının hər mərhələsinin, etdiyi hər fəaliyyətin, qarşılaşdığı hər hadisənin və bütün bunlar qarşısında göstərdiyi üstün əxlaqın, Peyğəmbərimiz (s.ə.v)-in 1400 il əvvəl xəbər verdiyi məlumatlarla birə-bir uyğun olduğunu heyrətlə izləyəcəklər.
Və bütün bunların nəticəsində də inşaAllah, hz. Mehdi (ə.s.)-ın şəxsiyyətini təhlil edə biləcək, onun əsrlərdir böyük bir həsrət və sevgi ilə gözlənilən “Hz. Mehdi (ə.s.)” olduğuna hüsnü zənn edəcəklər.
İSLAM DÜNYASI, HZ. MEHDİ (Ə.S.)-ı NECƏ TANIYACAQ?
Şübhəsiz ki, hz. Mehdi (ə.s.)-ın tanına bilməsində, müsəlmanların ən əhəmiyyətli yol göstəricilərindən biri, Peyğəmbərimiz (s.ə.v)-in hədisləridir.
Rəsulullah əfəndimiz (s.ə.v), Allahın lütfüylə,hz. Mehdi (ə.s.)-ı sanki görmüş və tanıyırmış, bütün həyatına şahid olmuş kimi çox mükəmməl təriflərlə insanlara tanıtmışdır.
Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi (ə.s) haqqındakı təsvirləri o qədər təfərrüatlı və açıqdır ki, hz. Mehdi (ə.s) ortaya çıxdığında, onu görənlər, Allahın icazəsiylə onu bu əlamətlərindən dərhal tanıya biləcəklər.
Quranda, Kitab əhlinin də özlərinə elçi olaraq göndərilən Peyğəmbər əfəndimiz (s.ə.v)-i “uşaqlarını tanıyar kimi” tanıyacaqları belə bildirilmişdir:
Kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri və yaxud Kəbənin qiblə olduğunu) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir. (Bəqərə surəsi, 146)
Bu ayə bir istiqamətiylə, hz. Mehdi (ə.s)-ın da, hədislərdə bildirilən bu təfərrüatlar diqqətə alındığında asanlıqla tanına biləcəyinə işarə edir.
I HİSSƏ
HZ. MEHDİ (Ə.S.)-IN DOĞUMU
HZ. MEHDİ (Ə.S.) TÜRKİYƏDƏN ÇIXACAQ
Peyğəmbərimiz (s.ə.v)-in bir hədisində hz. Mehdi (ə.s.)-ın Türkiyədən çıxacağı və mübarizəsinin sonuna qədər də buradan ayrılmayacağı bildirilmişdir:
“HZ. MEHDİ (Ə.S.) RUMDAN, TÜRKLƏRDƏN (çünki, keçmişdə Türkiyəyə “Diyarı Rum” deyilirdi.) AYRILMAYACAQ.” (İş’afü’r-Rağıbîn’den naklen Tılsımlar Mecmuası, Bediüzzaman Said Nursi, s. 212)
HZ. MEHDİ (Ə.S.) BÖYÜK BİR ŞƏHƏRDƏ DOĞULACAQ
Bir başqa hədisdə isə hz. Mehdi (ə.s.)-ın böyük bir şəhərdən çıxacağı xəbər verilmişdir:
Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “Hz. Mehdi (ə.s), MƏDİNƏDƏN (BÖYÜK BİR ŞƏHƏRDƏN) çıxacaq və Məkkəyə gələcək…” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar)
“Mədinə” sözünün hərfi mənası “böyük şəhər”dir. Bu səbəbdən Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyinə görə hz. Mehdi (ə.s.), Mədinədə yəni böyük bir şəhərdə doğulacaq.
HZ. MEHDİ (Ə.S.) “QARA KƏNDİ”NDƏN ÇIXACAQ
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən digər bir hədisdə də hz. Mehdi (ə.s.)-ın doğum yeri olaraq “Qara” deyilən bir bölgəyə də işarə edilmişdir:
“MEHDİ (Ə.S)-ın QARA KƏNDİNDƏN ÇIXACAĞI DEYİLMİŞDİR.” (Mustafa Reşit Filizi, Risalet-ül Huruc ül Mehdi, s. 69)
HZ. MEHDİ (Ə.S)-ın DOĞUMU EVDƏ OLACAQ
Hədislərdə, həmçinin, hz. Mehdi (ə.s.)-ın doğumunun gizli olacağı; yəni doğumunun evdə reallaşacağı da bildirilmişdir:
İmam Zeynəl Abidin əleyhissalam belə buyurmuşdur: “Bizim Qaimimiz (Hz. Mehdi (ə.s.)) ilə Allahın rəsulları arasında bir sıra bənzərliklər vardır. Nuh (ə.s.), İbrahim (ə.s.), Musa (ə.s.), İsa (ə.s.), Əyyub (ə.s.) və Məhəmməd (s.ə.v) peyğəmbərlərin hər biri ilə bir bənzərliyi vardır… İBRAHİM (ə.s.) İLƏ, DOĞUMUNUN GİZLİ OLMASI (DOĞUMUNUN EVDƏ OLMASINDA) …bənzərliyi vardır.” (Kemal’ud-Din s. 322, 31. babin 3. hadis)
Hz. Əli ibn Hüseyn Zeynəl Abidin (ə.s.) belə buyurar: “QAİMİMİZİN (HZ. MEHDİ (Ə.S.)-ın) DOĞUMU İNSANLARA GİZLİ QALACAQ…”
(Bihar-ül Envar, c. 51, s. 135)
HZ. MEHDİ (Ə.S.)-IN ADI
“HZ. MEHDİ (Ə.S.)-IN ADI, PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN ADINA UYĞUN OLACAQ”, AMMA “PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN ADININ EYNİSİ OLMAYACAQ”
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdi (ə.s.)-ın adının Peyğəmbərimiz (s.ə.v)-in adına, hz. Mehdi (ə.s.)-ın atasının adının da, Peyğəmbərimiz (s.ə.v)-in atasının adına uyğun olacağı ifadə edilmişdir.
Əbu Davud ilə Tırmızinin İbni Məsud (r.ə.)-dən nəql etdiklərinə görə, Allahın Elçisi (s.ə.v) belə buyurmuşdur: “Onun (Hz. Mehdi (ə.s.)-ın) adı adıma, atasının adı da atamın adına müvafiq (uyğun) olacaq. ..”1
Əbu Hureyrə (r.ə)-dən rəvayətə görə, Rəsulullah (s.ə.v.) belə buyurmuşdur:
“Dünya həyatından yalnız bir gün qalmış olsa belə, mənim Əhli-beytimdən adı adıma uyğun olan bir adam (Hz. Mehdi (ə.s.)) gələnə qədər Allah (c.c.) o günü şübhəsiz uzadar.” -Əhməd ibn Hənbəl “Müsnəd”ində açıqlamışdır.-
Abdullah ibn Ömər (r.ə)-dən rəvayətə görə;
Rəsulullah (s.ə.v.) belə buyurmuşdur: “Mənim Əhli-beytimdən adı, adıma uyğun olan bir adam (Hz. Mehdi (ə.s.)) bütün ərəblər üzərinə hakimiyyət quruncaya qədər dünya (yox olub) getməz.”
Başqa bir rəvayətə görə, belə buyurmuşdur:
“Dünya həyatından yalnız bir gün qalmış olsa belə, mənim Əhli-beytimdən adı adıma uyğun olan bir adam (hz. Mehdi (ə.s.)) göndərənə qədər Allah (c.c.) o günü şübhəsiz uzadar. O, daha əvvəl zülm və əziyyət ilə doldurulmuş olan dünyanı haqq və ədalətlə dolduracaq.” -Tirmizi, Əbu Davud, Nəsəsi, Beyhaki və Əbu Amr Ed-Dani açıqlamışlar.-
Yenə Abdullah ibn Ömər (r.ə)-dən başqa bir rəvayətə görə belə buyurmuşdur:
“Mənim Əhli-beytimdən adı adıma uyğun olan bir adam (hz. Mehdi (ə.s.)) (yer üzündə) hakimiyyət quruncaya qədər dünya (yox olub) getməz. O, daha əvvəl zülm və əziyyət ilə doldurulmuş olan dünyanı haqq və ədalətlə dolduracaq.” -Əbul Qasım Tabərani “Əl- Mucemus-sagir” əsərində açıqlamışdır. Ayrıca, Tirmizi “El-Cami ” əsərində və Əbu Davud da “Sünen” adlı əsərində təxminən olaraq eyni mənaya gələn lakin bəzi kəlmələrin yerləri dəyişik şəkildə açıqlamışlar.
Hədislərdə xüsusilə diqqət çəkilən, bu adların bir-birlərinə “uyğun” gələcək olmasıdır. Yəni hz. Mehdi (ə.s.) doğrudan “Əhməd ya da Məhəmməd” atası da “Abdullah” adıyla gözlənilməməlidir. (Doğrusunu Allah bilir)
Əhməd Məhəmməd hz. Mehdi (ə.s.) adı, Peyğəmbər əfəndimiz (s.ə.v)-in Axırzamanda gələcək şəxsə verdiyi addır. Bu adı ona Rəsulullah (s.ə.v) vermişdir. Yəni doğumundan adı “Əhməd Məhəmməd Mehdi” olmayacaq. Bu Allah tərəfindən ona verilən addır. Onsuz da Peyğəmbərimiz (s.ə.v) də hədislərində “Adı adıma uyğun düşər” deyir, “eynisidir” demir. Eyni şəkildə “Atasının adı da mənim atamın adına uyğun düşər” deyir. Burada bir işarə, bir sirr vardır.
Allah dilədiyi adamı qədərdə seçmiş və onu “Əhməd Məhəmməd Mehdi” olaraq adlandırmışdır. Bir kimsənin doğuşdan bu adla adlandırılması ya da adlandırılmaması bu vəziyyəti maneə törədə bilməyəcək.
1 Kıyamet Alametleri, Genişletilmiş 9-cu nəşr, s.159-160)
PEYĞƏMBƏRİMİZ (S.Ə.V), HZ. MEHDİ (Ə.S.)-IN ADINI GİZLƏMİŞDİR
Cabir, Əbu Cəfərdən nəql edir, “Ömər, iman edənlərin şahzadəsinə (Hz. Əliyə) Mehdi haqqında soruşduqda belə dedi: Ya İbn Əbu Talib (Hz. Əli) mənə Mehdini izah et. Adı nədir?” İman edənlərin şahzadəsi (Hz. Əli) dedi ki: “Mənim sevimli və yaxın dostum (Peyğəmbərimiz (s.ə.v.)) dedi ki, UCA ALLAH ONU ORTAYA ÇIXARANA QƏDƏR ONUN (HZ. MEHDİ (Ə.S.)-IN ADINI KİMSƏYƏ SÖYLƏMƏMƏK ÜÇÜN MƏNDƏN SÖZ ALDI. ONUN (HZ. MEHDİ (Ə.S.)-IN) ADI, UCA ALLAHIN ELÇİSİNƏ ƏMANƏT ETDİYİ MƏLUMATLARDAN BİRİDİR. (İkmal al Din) (Gaybet, Allame Muhammed Bakır El-Meclisi, Ansariyan Yayınları, İran, 2007)
Hz. Əli (r.ə.), Peyğəmbərimiz (s.ə.v)-dən, hz Mehdi (ə.s.)-ın adını özünə söyləməsini istəmişdir. Ancaq Peyğəmbərimiz (s.ə.v.), Allahın təqdir etdiyi vaxt gələnə qədər hz. Mehdi (ə.s.)-ın adının gizli qalacağını, bunun Allahın özünə bildirdiyi xüsusi bir məlumat olduğunu ifadə etmişdir. Buradan da, hz. Mehdi (ə.s.)-ın adının, zamanı gələnə qədər bir sirr olacağı yəni insanlar tərəfindən adının bilinə bilməyəcəyi aydın olur. Yəni hz. Mehdi (ə.s.)-ın adı Peyğəmbərimiz (s.ə.v)-in adları olan “Əhməd, Mustafa ya da hz. Məhəmməd (s.ə.v)” adlarından biri olmayacaq. Hz. Mehdi (ə.s.)-ın adı, ancaq ortaya çıxacağı illərdə insanlar tərəfindən bilinəcək.
HZ. MEHDİ (Ə.S)-IN SOYU
HZ. MEHDİ (Ə.S), PEYĞƏMBƏR ƏFƏNDİMİZ (S.Ə.V)-İN SOYUNDANDIR
Bütün peyğəmbərlər bir-birlərinin soyundandır.
Hz. Mehdi (ə.s) da, hədislərdə ifadə edildiyi kimi bu soydan gəlir.
Xalq arasında Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn kəslərə “Seyid” deyilir.
Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s.)-ın öz soyundan gəldiyini yəni seyid olduğunu hədislərində belə bildirmişdir:
“Qiyamətin qopması üçün yalnız bir gündən artıq vaxt qalmamış da olsa Allah (c. c.) mənim ƏHLİ-BEYTİMDƏN (SOYUMDAN) BİR ŞƏXSİ (HZ. MEHDİ (Ə.S.)-I) göndərəcək.” (Sünen-i Ebu Davud, 5/92)
“MƏNİM ƏHLİ-BEYTİMDƏN (SOYUMDAN) BİR ŞƏXS (HZ. MEHDİ (Ə.S.)) bütün dünyaya hakim olana qədər günlər və gecələr getməz.” (En-Necmu’s Sakıb, Ukayli)
“Hz. Mehdi (ə.s) ilə müjdələnin. O (HZ. MEHDİ (Ə.S), QUREYŞDƏN VƏ ƏHLİ-BEYTİMDƏN (SOYUMDAN) BİR ADAMDIR.” (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 13)
“MEHDİ (Ə.S), MƏNİM UŞAQLARIMDAN BİRİDİR. Üzü səmada parlayan ulduz kimidir.” (Ali b. Sultan Muhammed el-Kari el-Hanefi’nin “Risaletül Meşreb elverdi fi mezhebil Mehdi”)
Quranda bütün peyğəmbərlərin və elçilərin bir-birlərinin soyundan gəldikləri belə xəbər verilmişdir:
Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi. Onlar biri digərindən olan hənif bir nəsil idilər. Allah Eşidəndir, Biləndir. (Ali İmran surəsi, 33-34)
Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən! (Bəqərə surəsi, 128)
Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik. (Ənam surəsi, 87)
HZ. MEHDİ (Ə.S.)-IN TANIDICI BİR XÜSUSİYYƏTİ DƏ, PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN NƏVƏSİ HZ. HƏSƏNİN SOYUNDAN GƏLMƏSİDİR
Peyğəmbər əfəndimiz (s.ə.v)-in, qızı hz. Fatma (r.ə)-dən olan nəvəsi hz. Həsən (r.ə) soyundan gələn kəslərə İslam mədəniyyətində “Seyid” adı verilir. Əvvəllər, hz. Məhəmməd (s.ə.v)-in digər nəvəsi olan hz. Hüseyn (r.ə)-in soyundan olan şəxslər də seyid olaraq xarakterizə edilirdi. Ancaq daha sonra, bu kəslər “şərif” olaraq adlandırılmağa başlanmışdır.
Peyğəmbərimiz (s.ə.v) hədislərində, müsəlmanların hz. Mehdi (ə.s)-ı doğru şəkildə tanıya bilmələri üçün, hz. Mehdi (ə.s)-ın “qəti və ayırd edici bəzi xüsusiyyətlərini” bildirmişdir. Bunlardan biri də “hz. Mehdi (ə.s)-ın hz. Həsən (r.ə)-in soyundan gələn bir kimsə” olacağıdır.
Hədislərdə və bu hədisləri köçürən İslam alimlərinin əsərlərində, hz. Mehdi (ə.s)-ın həm seyid olduğu, həm də hz. Həsənin nəsilindən olacağıyla əlaqədar çox təfərrüatlı məlumatlar verilmişdir. Bu hədislərdən bəziləri belədir:
“HZ. MEHDİ (Ə.S), FATİMƏNİN ÖVLADLARINDANDIR VƏ HƏSƏNİN SOYUNDANDIR.” (Ebu Davud, Hz. Mehdi, 1)
Əbdül Qafir Farisi Mecma-il Qaraib kitabında və İbni Cəvzi Fil Qaribil Hədisdə və İbnül Əsirdə Nhayedə açıqladılar, hz. Əli hədisi haqqında dedilər ki:
HZ. MEHDİ (Ə.S), HZ. HƏSƏNİN SOYUNDANDIR. (Ali Bin Hüsamettin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdi’sinin Alametleri, s. 22)
Tamman, Fəvaid adlı əsərində və İbni Asakir, Abdullah ibn Əmrdən açıqlama etdilər. Buyurdu ki: HƏSƏNİN ÖVLADINDAN BİRİ (HZ. MEHDİ (Ə.S.)) şərq tərəfindən çıxacaq, əgər ona dağlar belə qarşı gəlsə, onları əzəcək, və özünə o dağlarda yollar edəcək. (Ali Bin Hüsamettin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdi’sinin Alametleri, s. 22)
Hz. Əlidən bizə çatan bir başqa hədisə görə, bir gün o, oğlu hz. Həsənə baxmış və: “Nəbi sallallahu Əleyhi Vəsəlləmin adlandırdığı kimi, mütləq mənim bu oğlum seyiddir (Bəy əfəndi, həlim səlim, zərif və centlmendir.) Yaxında onun (HZ. HƏSƏNİN) SOYUNDAN, Nəbiniz (s.ə.v)-in adıyla adlandırılan bir kimsə (HZ. MEHDİ (Ə.S.)) çıxacaq, əxlaqında ona (hz. Peyğəmbər (s.ə.v)-ə) bənzəyəcək…” buyurmuşdur. (Tac V, 363)
II HİSSƏ
HZ. MEHDİ (ƏS)-IN YAŞI
HZ. MEHDİ (Ə.S) 30-40 YAŞLARI ARASINDA FƏALİYYƏTLƏRİNƏ BAŞLAYACAQ
Peyğəmbərimiz (s.ə.v) hədislərində, hz. Mehdi (ə.s)-ın hələ insanlar tərəfindən tanınmadığı, ancaq İslam əxlaqının dünya hakimiyyətinə istiqamətli fəaliyyətlərinə başlayacağı illərə diqqət çəkmişdir. Bu dövrdə 30-40 yaşlarında olacağı ifadə edilən hz. Mehdi (ə.s), fəaliyyətləriylə birlikdə insanlar arasında diqqət çəkəcək, bu illərdə insanlar onun işlərini görüb izləyəcəklər. Ancaq hz. Mehdi (ə.s) olduğu bu müddət içərisində bilinməyəcək, bu həqiqətin başa düşülməsi çox daha qarşıdakı illərdə reallaşacaq.
Hədislərdə hz. Mehdi (ə.s)-ın yaşı ilə əlaqədar bu məlumatlar belə bildirilmişdir:
“(HZ. MEHDİ (Ə.S)) YAŞI 30 İLƏ 40 ARASINDA olduğu halda göndəriləcək… HZ. MEHDİ (Ə.S) mənim övladlarımdandır. 40 YAŞLARINDADIR.” (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 41)
“HZ. MEHDİ (Ə.S.) mənim nəslimdəndir. O 40 YAŞINDADIR. Sanki üzü parlaq bir ulduzdur…” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdisi “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”)
“O (HZ. MEHDİ (Ə.S.)) GƏNC BİR ADAMDIR.” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”)
HZ. MEHDİ (Ə.S.) İNSANLAR TƏRƏFİNDƏN TANINDIĞI İLLƏRDƏ DƏ “AHIL YAŞLARDA OLMASINA BAXMAYARAQ, ÇOX GƏNC GÖRÜNÜŞLÜ” OLACAQ
Axırzamanı yaşadığımız günlərdə bir çox insanın gənc yaşlarında fiziki görünüşlərindəki sürətli çöküşü diqqəti çəkir. Çox gənc insanın dərisi erkəndən qırışar, gözlərinin ətrafında xətlər sürətlə artar və yaşlılıq əlamətləri sürətlə meydana çıxar. Hz. Mehdi (ə.s)-ın yaşı da, keçən zaman ilə birlikdə, hər kəs kimi irəliləyəcək. Lakin Allah hz. Mehdi (ə.s)-ın bədənini yaşlanmanın bütün təsirlərindən qoruyacaq və hz. Mehdi (ə.s)-ın görünüşündəki gəncliyi mühafizə edəcək. Bu səbəblə, hz. Mehdi (ə.s) ahıl yaşlarında da 40 yaş ətrafında görünəcək. Bu səbəbdən, bu da yenə, hz. Mehdi (ə.s)-ın ayırd edici xüsusiyyətlərindən biri olacaq. İnsanlar hz. Mehdi (ə.s)-ı, ahıl yaşına baxmayaraq, fövqəladə gənc göstərməsi və gözəlliyini mühafizə etməsindən də tanıyacaqlar.
Peyğəmbərimiz (s.ə.v)-in hədisində hz. Mehdi (ə.s)-ın bu xüsusiyyəti belə bildirilmişdir:
Və onun (HZ. MEHDİ (ƏS)-ın) İŞARƏLƏRİNDƏN BİRİ DƏ GÜNLƏRİN VƏ GECƏLƏRİN KEÇMƏSİ İLƏ YAŞLANMAMASIDIR. (Muntekab-ül Esar, Lütfullah Gülpaygani, s. 285)
Hz. Rza (ə.s) Rayyan ibn Saltıın sən Sahib-ul Əmrsənmi? sualına belə cavab verdi: Bəli mən də Sahib-ul Əmrəm (əmr sahibiyəm), Amma yer üzünü ədalətlə dolduracaq olan Sahib-ul Əmr mən deyiləm. Məndə gördüyün bu gücsüzlük və zəifliyə baxmayaraq necə olar da o Sahib-ul Əmr ola bilərəm? VƏD EDİLMİŞ QAİM (HZ. MEHDİ (Ə.S)) AHIL YAŞLARDA, AMMA GƏNC BİR SURƏTDƏ ZÜHUR EDƏCƏK. (Bihar-ul Envar, c. 52, səh. 32; İsbat-ul Hudat, c. 6, səh. 19)
(HZ. MEHDİ (Ə.S)) UZUN ÖMÜRLÜ VƏ GƏNC ÜZLÜDÜR. ONU GÖRƏN 40 YAŞ ƏTRAFINDA BİR KİŞİ DEYƏ DÜŞÜNƏR VƏ BİR İŞARƏSİ DƏ ALLAHIN ƏMRİ GƏLƏNƏ QƏDƏR YAŞLANMAYACAĞIDIR. (Kemalüddin, s. 625 ve Müntehabül Ezhar, cild 2, s. 284)
Əbu Səiddən: Həsən ibn Əli əleyhissalam … belə buyurdu: “… ONUN (HZ. MEHDİ (Ə.S.)-ın) QEYBİNDƏ ALLAH ONUN ÖMRÜNÜ UZADACAQ, SONRA ÖZ QÜDRƏTİ İLƏ ONU QIRX YAŞINDAN DAHA GƏNC GÖRÜNÜŞLÜ OLARAQ AŞKAR EDƏCƏK və bu, Allahın hər şeyə Qadir olduğunun bilinməsi üçündür.” (Kamal-ud Din, c. 1, səh. 315)
III HİSSƏ
HZ. MEHDİ (Ə.S)-IN ÜMUMİ GÖRÜNÜŞÜ:
HZ. MEHDİ (ƏS), PEYĞƏMBƏRİMİZ (S.Ə.V) KİMİ ORTA BOYLUDUR
Şəmaili Şərifinin köçürüldüyü rəvayətlərdə Peyğəmbərimiz (s.ə.v)-in orta boylu olduğu bildirilmişdir:
Ənəs ibn Malik rəvayətlərdə buyurdu ki: “RƏSULULLAH (S.Ə.V) ORTA BOYLU İDİ.” (Tirmizi, Şemail-i Şerif, s. 15)
Hz. Mehdi (ə.s) da, eyni Peyğəmbərimiz (s.ə.v) kimi orta boylu bir kimsə olacaq:
“HZ. MEHDİ (ƏS), ORTA BOYLU OLACAQ.” (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 41)
Əbu Abdullah Nuaym ibn Hammadın, Əbu Cəfər ibn Məhəmməd ibn Əli El-Baqirdən rəvayətinə görə, hz. Əliyə hz. Mehdi (ə.s)-ın xüsusiyyətlərindən soruşuldu, o da bu cavabı verdi: “O (HZ. MEHDİ (Ə.S)), ORTA BOYLU və gözəl üzlü BİR GƏNCDİR…” (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
“… O (HZ. MEHDİ (Ə.S)), ORTA BOYLU ƏRLƏRDƏNDİR…” (Muhyiddin İbnü’l-Arabi, El-Cevabü’l-Müstakim amma Seele anhü et-Türmizi el-Hakim, Bayezid, no: 3750, 242b yaprağı)
“…O (HZ. MEHDİ (Ə.S)), ORTA BOYLU, gözəl üzlü, gözəl saçlıdır…” (Ahbar-ud Duvel, səh. 117 – Hicri 1382 çapı)
HZ. MEHDİ (Ə.S) ÇOX HEYBƏTLİ VƏ GENİŞ GÖVDƏLİDİR.
Hədislərdə hz. Mehdi (ə.s)-ın heybətli, geniş gövdəli və diqqət çəkici bir görünüşü olduğu xəbər verilir:
“O (HZ. MEHDİ (Ə.S)) açıq (geniş) alınlı… HEYBƏTLİ BİR ŞƏXSDİR.” (İkdud dürer)
Həris ibn Muğayre-i Nasrı deyər ki: İmam Cəfəri Sadiq əleyhissalama, “İMAM (HZ. MEHDİ (Ə.S)) NƏ İLƏ TANINAR?” deyə ifadə edincə belə buyurdu: HEYBƏT VƏ TƏMKİNİ ilə. ..( Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, s. 283)
… Əbul Carud deyər ki: İmam Məhəmməd Baqir əleyhissalama: “… İMAM (HZ. MEHDİ (Ə.S.)) NƏ İLƏ TANINAR?” DEYƏ İFADƏ EDİNCƏ BELƏ BUYURDU:
“HİDAYƏT VƏ HEYBƏTİ İLƏ VƏ ƏLİ MƏHƏMMƏDİN, ONUN (HZ. MEHDİ (Ə.S.)-ın) FƏZİLƏTLƏRİNİ TƏSDİQİ İLƏ.” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, s. 284)
HZ. MEHDİ (Ə.S.)-IN GÖRÜNÜŞÜ “BƏN-İ İSRAİL” KİMİDİR
Peyğəmbərimiz (s.ə.v) hədislərində, hz. Mehdi (ə.s.)-ın görünüşünün İsrailoğullarına bənzəyəcəyini bildirmişdir. Hədislərdə istifadə edilən “Bən-i İsrail ricalı” tərifi, hz. Mehdi (ə.s.)-ın “güclü və heybətli” bir quruluşu olacağını ifadə edir:
HZ. MEHDİ (ƏS)-IN BOYU, BUXUNU SANKİ BƏN-İ İSRAİL RİCALINDADIR. (Ahmet İbn-i Hacer-i Mekki (Heytemi), Beklenen Mehdi’nin Alametleri, El-Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 29)
(HZ. MEHDİ (ƏS)-IN) CİSMİ, İSRAİL CİSMİDİR. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 24)
HZ. MEHDİ (Ə.S) SANKİ BƏN-İ İSRAİLDƏN BİR ADAMDIR. (Rəftarı onlara bənzəyər, yəni heybətli və acar (heybətli)) (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 23 ve s. 30)
“HZ. MEHDİ (Ə.S.) mənim nəvələrimdəndir… BƏDƏNİ İSRAİLOĞULLARINA BƏNZƏYƏR. ..“[ El-Beyan fi Ahbari Sahib-üz Zaman]
(XARİCİ GÖRÜNÜŞÜ) SANKİ İSRAİLOĞULLARINDAN BİR ADAMA BƏNZƏYİR. (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
HZ. MEHDİ (Ə.S.)-IN BƏDƏNİ İSRAİLİDİR. HZ. MEHDİ (Ə.S.), SANKİ BƏN-İ İSRAİL RİCALINDADIR. (Bəni İsrail bədən quruluşu geniş və heybətlidir.)” (Ahmet İbn-i Hacer-i Mekki (Heytemi), Beklenen Mehdi’nin Alametleri, El-Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 36)
HZ. MEHDİ (Ə.S)-IN BÜTÜN BƏDƏNİ GENİŞDİR
Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi (ə.s) ilə əlaqədar olaraq bildirdiyi xüsusiyyətlərdən biri də, hz. Mehdi (ə.s)-ın eyni Peyğəmbərimiz (s.ə.v) kimi bütün bədəninin geniş quruluşlu, yəni heybətli olmasıdır:
“İRİ GÖVDƏLİ… “( Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
HZ. MEHDİ (Ə.S.)-IN QARNI GENİŞDİR
Hədislərdə, bütün bədəninin son dərəcə heybətli və geniş quruluşlu olduğu bildirilən hz. Mehdi (ə.s.)-ın qarnı da, bədəniylə mütənasib olaraq geniş olacaq:
“… (HZ. MEHDİ (Ə.S.)-IN) QARNI BÖYÜKDÜR…” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar, s.13”)
Yəhya ibn Nufaldan, hətta Musa ibn Cəfər (ə.s) ikindi namazından sonra əllərini qaldırar və dua edər, ona kimin üçün dua etdiyini soruşuram. O belə deyər: Məhəmməd (s.ə.v) ailəsindən əl-Mehdi üçün və davam etdi: “GENİŞ QARINLIDIR,… AYAQLARI ÇOX ENERJİLİDİR, ÇİYİNLƏRİ GENİŞDİR…” (Bihar’ul Envar, 86-81)-
Bir başqa hədisdə həzrəti Əli (ə.s) təkrar İMAM MEHDİ (Ə.S)-dan bu sözlərlə bəhs edər: “Geniş alınlıdır… AÇIQ VƏ GENİŞ QARINLIDIR, budları genişdir. ..”[Yenabi-ül Mevedde, s. 423]
Əbu Cəfər, imam Məhəmməd Baqir (ə.s) Həzrətləri cədləri yoluyla, Əhli-beytin lideri, həzrətləri, möminlərin Əmiri (ə.s)-ın minbərdən söylədiklərini nəql etmişdir, “AXIRZAMANDA SOYUMDAN BİR ADAM (HZ. MEHDİ (Ə.S)) ÇIXACAQ, … AÇIQ VƏ GENİŞ QARINLI OLACAQ, bud sümükləri geniş və böyük, diqqətə çarpan olacaq. ..”( İmam Mehdi’nin Hayatı, Allame Bakır Şerif el- Kureyşi)
Humran ibn ayan deyər ki: İmam Məhəmməd Baqir əleyhissalama: “… SƏNİN SAHİBİN HZ. MEHDİ (Ə.S.) GENİŞ QARINLIDIR…” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani s. 253)
HZ. MEHDİ (Ə.S)-IN ÇİYİNLƏRİ GENİŞDİR
Bir başqa hədisdə də, bütün bədəni geniş quruluşlu və heybətli olan hz. Mehdi (ə.s.)-ın, yenə bu görünüşüylə mütənasib olaraq geniş çiyinli olduğuna diqqət çəkilmişdir:
Yəhya ibn Nufaldan, hətta Musa ibn Cəfər (ə.s) ikindi namazından sonra əllərini qaldırar və dua edər, ona kimin üçün dua etdiyini soruşuram. O belə deyər: Məhəmməd (s.ə.v) ailəsindən əl-Mehdi üçün və davam etdi: “… ÇİYİNLƏRİ GENİŞDİR… “(Bihar’ul Envar, 86-81)
HZ. MEHDİ (Ə.S)-IN BUDLARI GENİŞ VƏ ARASI AÇIQDIR
Hz. Mehdi (ə.s)-ın qarını geniş olacağı üçün budları da təbii olaraq geniş olacaq.
Bir hədisdə həzrəti Əli (ə.s) hz. Mehdi (ə.s)-dan bu sözlərlə bəhs edər: “(HZ. MEHDİ (Ə.S.)) Geniş alınlıdır… Açıq və geniş qarınlıdır, BUDLARI GENİŞDİR, …”[Yenabi-ül Mevedde, səh. 423]
“(HZ. MEHDİ (ƏS)-IN), …İKİ BUD ARASI AÇIQDIR…” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”, s. 13)
Əbu Cəfər, İmam Məhəmməd Baqir (ə.s) həzrətləri cədləri yoluyla, Əhli-beytin lideri, Həzrətləri, möminlərin Əmiri (ə.s)-ın minbərdən söylədiklərini nəql etmişdir:
“Axırzamanda soyumdan bir adam (HZ. MEHDİ (Ə.S)) ÇIXACAQ, … Açıq və geniş qarınlı olacaq, BUD SÜMÜKLƏRİ GENİŞ VƏ BÖYÜK, DİQQƏTƏ ÇARPAN olacaq. ..”( İmam Mehdi’nin Hayatı, Allame Bakır Şerif el- Kureyşi)
HZ. MEHDİ (Ə.S)-IN YERİŞİ DƏ FÖVQƏLADƏ HEYBƏTLİDİR
Budlarının açıq və geniş quruluşlu olması səbəbiylə, hz. Mehdi (ə.s)-ın yerişi də son dərəcə heybətli olacaq, addımlarını xaricə doğru atacaq. Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s.)-ın bu xüsusiyyətini belə bildirmişdir:
BİR XÜSUSİYYƏTİ DƏ YERİYƏRKƏN BUDLARININ AÇIQ VƏ BİR-BİRİNDƏN UZAQ OLMASIDIR. (Ahmet İbn-i Hacer-i Mekki (Heytemi), Beklenen Mehdi’nin Alametleri, El-Kavlu’l Muhtasar Fi Alamat-il Mehdiyy-il Muntazar, s. 32)
HZ. MEHDİ (Ə.S), DANIŞIQLARINDA VURĞU ETMƏK ÜÇÜN ƏLİNDƏN İSTİFADƏ EDƏCƏK
Hədisdə, hz. Mehdi (ə.s.)-ın danışarkən əlini də istifadə edəcəyi; danışarkən danışdıqlarına vurğu etmək istədiyində əlini hərəkət etdirəcəyi xəbər verilmişdir:
“HZ. MEHDİ (Ə.S) … YAVAŞ VƏ AĞIR DANIŞDIĞI ZAMAN SAĞ ƏLİNİ SOL DİZİNƏ VURAR.” (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, s.174)
HZ. MEHDİ (Ə.S.)-IN DƏRİ RƏNGİ, PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İNKİ KİMİ “ƏRƏBİ”, YƏNİ “QIRMIZIYA ÇALAN AĞ RƏNGDƏ”DİR
Ərəb irqinin dəri rəngi, qırmızıyla qarışıq ağdır. Peyğəmbər əfəndimiz (s.ə.v)-in dəri rəngi də qırmızıya çalan ağ rəng idi. Lakin, bədəninin görünən qisimləri günəş, külək kimi faktorlarla əsmərə çalırdı. Rəvayətlərdən hz. Mehdi (ə.s)-ın dəri rənginin də Peyğəmbər əfəndimiz (s.ə.v)-lə eyni rəngdə olacağı aydın olur.
İslam qaynaqlarında Rəsulullah (s.ə.v)-in dəri rəngi belə təsvir edilmişdir:
Ənəs ibn Malik, hz. Peyğəmbər (s.ə.v)-in rəngi haqqında belə dedi: AĞ İDİ. LAKİN AĞI ƏSMƏRƏ ÇALIRDI. (İbni Kəsr, Şemail’ür- Rəsul, səh. 28)
QIRMIZI İLƏ QARIŞIQ NURANİ AĞ İDİ. (İbni Kesir, Şemail’ür- Resul, s. 28)
Ənəs ibn Malik (r.ə) izah edir: “Peyğəmbər əfəndimiz (s.ə.v) orta boylu idi; uzun da deyildi, qısa da deyildi; xoş bir görünüşü vardı. Saçı isə nə buruq, nə də düz idi. MÜBARƏK (İlahi xeyirin tapdığı şey, bərəkətlənmiş, çoxalmış, xeyirli, uğurlu) ÜZLƏRİNİN RƏNGİ İSƏ NURANİ AĞ İDİ.” (Et-Tirmizi İmam Ebu İ’sa Muhammed, Şemail-i Şerife, cilt 2, Hilal Yayınları, Ankara, 1976, s. 7-8)
Hz. Həsən (r.ə) nəql edir: “Rəsulullah əfəndimiz (s.ə.v), yaradılışdan heybətli və möhtəşəm idi. Saçları buruq ilə düz arası idi; əgər özbaşına ikiyə ayrılmışlarsa onları başının iki yanına salar, deyilsə ayırmazdı. Uzatdıqları təqdirdə saçları qulağını keçərdi. PEYĞƏMBƏR ƏFƏNDİMİZ (S.Ə.V)-in RƏNGİ, ƏZHƏRUL-LEVN (ÇOX AĞ VƏ PARLAQ RƏNG) İDİ, YƏNİ NURANİ AĞ İDİ. Alnı açıq idi. Qaşları; aypara kimi, gur… Boynu, saf mərmərdən meydana gələn heykəllərin boynu kimi gümüş aydınlığında idi. Bədəninin bütün üzvləri bir-biri ilə uyğun olub yaraşıqlı bir quruluşa sahib idi…” (Et-Tirmizi İmam Ebu İ’sa Muhammed, Şemail-i Şerife, cilt 1, Hilal Yayınları, Ankara,1976, s. 18-22-23)
Ənəs ibn Malik (r.ə) izah edir:
“Rəsulullah əfəndimiz (s.ə.v)-in boyu; nə çox uzun, nə də çox qısa idi. BƏDƏNİ DƏ NƏ AĞ, NƏ DƏ TÜND ƏSMƏR İDİ. …” (Sünen-i Tirmizi Tercümesi, Çeviren: Osman Zeki Mollamehmetoğlu, Yunus Emre Yayınevi, İstanbul, 4.cilt, s.201)
“ƏFƏNDİMİZ (S.Ə.V) AĞ ÇƏHRAYI QARIŞIQ RƏNGDƏ İDİ. Gözləri qara, kirpikləri sıx və uzun idi.” (Hz. Ali (ra), G. Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, s. 519/4)
Ənəs ibn Malik, hz. Peyğəmbər (s.ə.v)-in rəngi haqqında belə dedi: “AĞ İDİ. LAKİN AĞI ƏSMƏRƏ ÇALIRDI.” (İbni Kesir, Şemail’ür- Resul, s. 28)
……………….
Hədislərdə, hz. Mehdi (ə.s)-ın dəri rənginin də, eyni Peyğəmbərimiz (s.ə.v)-inki kimi “qırmızıya çalan ağ rəngli olduğu” belə bildirilir:
“HZ. MEHDİ (Ə.S)-IN RƏNGİ ƏRƏBİDİR…” (İbn Hacer El Mekki, “El-Kavlü’l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar”, s. 15-75)
“HZ. MEHDİ (Ə.S)-IN RƏNGİ ərəbidir. “( Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, Pamuk Yayınları, s.163)
“(HZ. MEHDİ (Ə.S.)-IN) RƏNGİ ƏRƏB RƏNGİDİR.” (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 24)
Əbu Cəfər, İmam Məhəmməd Baqir (ə.s) həzrətləri cədləri yoluyla, Əhli-beytin lideri, həzrətləri, möminlərin Əmiri (ə.s)-ın minbərdən söylədiklərini nəql etmişdir, “AXIRZAMANDA SOYUMDAN BİR ADAM (HZ. MEHDİ (Ə.S.)) ÇIXACAQ, AZ AL RƏNGLƏ QARIŞIQ AÇIQ BƏDƏNLİ OLACAQ…” (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 24)
“HZ. MEHDİ (Ə.S.) mənim nəvələrimdəndir. … BƏDƏNİ ƏRƏBLƏRƏ (QIRMIZIYA ÇALAN AĞ), bədəni İsrailoğullarına BƏNZƏYƏR…” .[ El-Beyan fi Ahbari Sahib-üz Zaman]
IV HİSSƏ
HZ. MEHDİ (Ə.S)-IN ÜZÜNDƏKİ, HEYRƏT VERƏCƏK
QƏDƏR TƏFƏRRÜATLI OLAN TANIDICI XÜSUSİYYƏTLƏR
HZ. MEHDİ (Ə.S.)-IN ÜZÜ ÇOX GÖZƏL, İNCİ KİMİ PARLAQ VƏ NURLUDUR
“O (HZ. MEHDİ (Ə.S)) GÖZƏL BİR CAVANDIR, GÖZƏL ÜZLÜDÜR. ÜZÜNÜN NURU başına və saçlarının qarasına qədər yüksələr.”
(Mehdilik ve İmamiye, s. 153; İkdüd Dürer’den)
“O (HZ. MEHDİ (Ə.S)), GÖZƏL ÜZLÜDÜR. ÜZÜNÜN NURU ONA ƏZƏMƏT VERƏR.” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si, “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”)
“O (HZ. MEHDİ (Ə.S)), orta boylu və GÖZƏL ÜZLÜ BİR GƏNCDİR… ÜZÜNÜN NURU, saçının, saqqalının və başının qaralığı üzərinə GÜN KİMİ PARLAYAR və ona ucalıq verər.” (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
Humran ibn AYAN deyər ki, İmam Məhəmməd Baqir əleyhissalama: “… Sənin sahibin HZ. MEHDİ (Ə.S) geniş qarınlıdır, alnında iz vardır, ÜZÜ GÖZƏLLƏRİN ÖVLADIDIR. (YƏNİ ÜZÜ GÖZƏLDİR)” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani s. 253)
Hz. imam Hüseyn (ə.s)-ın belə buyurduğu rəvayət olunmuşdur: “Hz. Mehdi (ə.s.) qiyam etdiyində xalq onu tanımayacaq. Çünki O (HZ. MEHDİ (Ə.S)) XALQA GÖZƏL SİMALI BİRİ OLARAQ GƏLƏCƏKDİR… ” (Ikd-üd Dürer, s. 41)
“… O (HZ. MEHDİ (Ə.S)) münasib GÖZƏL ÜZLÜ, gözəl saçlı, incə burunlu və geniş üzlü BİR GƏNCDİR.” (Sımt-ul Nucum-il Avali, c. 4, s. 138) (Hz. Mehdi Aleyhisselam, Abdullah Turan, Al-i Taha, s. 157)
Peyğəmbərimiz (s.ə.v), “Mənim nəslimdən olan 40 yaşındakı hz. Mehdi (ə.s.)-dır. ÜZÜ SƏMADA PARLAYAN ULDUZ KİMİDİR.” şəklində buyurmuşdur. (Ali b. Sultan Muhammed el-Kari el-Hanefi “Risaletül Meşreb Elverdi fi Mezhebil Mehdi”)
“Hz. Mehdi (ə.s) mənim uşaqlarımdandır. ONUN ÜZÜ, PARLAQ ULDUZ KİMİDİR.” (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
HZ. MEHDİ (Ə.S.) mənim nəslimdən bir şəxsdir. ÜZÜ İNCİ ULDUZU KİMİDİR. (Ebu Davud, Mehdi 1., Kıyamet Alametleri, İsmail Mutlu s. 155)
(MEHDİ (Ə.S)-IN) ÜZÜ PARLAYAN ULDUZ KİMİ NURLUDUR. (Ahmet İbn-i Hacer-i Mekki (Heytemi), Beklenen Mehdi’nin Alametleri, El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 33) (Kitab-ül Burhan Fi Alamatil-il Mehdiyy-il Ahir Zaman, 22)
“Mehdi mənim nəvələrimdəndir. ÜZÜ PARLAQ BİR ULDUZ KİMİDİR, …Göylərdə və yerdə yaşayan bütün canlılar və quşlar belə, onun hökmdarlığından və xəlifəliyindən (mənəvi liderliyindən) xoşbəxtlik duyacaqdır. İyirmi il boyunca hökm sürəcək.” [El-Beyan fi Ahbari Sahib-üz Zaman]
Hədislərdə, hz. Mehdi (ə.s)-ın üzünün gözəlliyi və nuru ilə əlaqədar verilən bu məlumatlar, hz. Yusif (ə.s) ilə böyük bənzərlik olduğunu göstərir. Bilindiyi kimi Peyğəmbərimiz (s.ə.v) hədislərində “hz. Mehdi (ə.s) ilə hz. Yusif (ə.s)-ın həyatı arasında bənzərliklər olduğunu” bildirmişdir:
Məhəmməd Baqir əleyhissalam buyurdu ki: “BU İŞİN SAHİBİNDƏ (HZ. MEHDİ (Ə.S)-da) YUSİFƏ BİR BƏNZƏRLİYİ VARDIR.” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani s. 189)
Hz. Mehdi (ə.s) da, eyni hz. Yusuf (ə.s) kimi insanlar üzərində dərin təsir və heyranlıq oyandıran, çox gözəl və nurlu bir üzə sahib olacaq. Quranda hz. Yusif (ə.s)-ın gözəlliyi belə bildirilmişdir:
… Yusifə: “Onların qarşısına çıx!” – dedi. Qadınlar Yusifi gördükdə onu o qədər təriflədilər ki, unudub meyvə əvəzinə öz əllərini kəsdilər və dedilər: “Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!” (Yusuf surəsi, 31)
HZ. MEHDİ (Ə.S) ƏMİNLİK VƏ DİNCLİK VERƏN BİR ÇÖHRƏYƏ MALİKDİR
Hz. Mehdi (ə.s)-ın bir xüsusiyyəti də, imanından qaynaqlanan yüksək əxlaqı, dərinliyi, güclü şəxsiyyəti və rəftarlarındakı mükəmməllik ilə ətrafındakı insanlara əminlik və dinclik verməsidir. Hz. Mehdi (ə.s)-ın bu əhəmiyyətli xüsusiyyəti üzündə də əks olunur. İnsanlar, sırf üzünə baxaraq belə hz. Mehdi (ə.s)-ın Allaha olan dərin iman və təslimiyyətini görə biləcəklər.
Üzünə əks olunan bu imani dincliyin təsiriylə, bütün insanlar onun yanında dinclik tapacaqlar. Bir hədisdə hz. Mehdi (ə.s)-ın bu xüsusiyyəti belə izah edilir:
Tanınmış şair Ağa Seyid Həsən, həzrətlərindən (hz. Mehdi (ə.s)-dan) danışmışdır: “(HZ. MEHDİ (Ə.S)-IN ) GÖZƏLLİYİ TƏMİZ ÜZÜNDƏN YÜKSƏLƏR, SƏHƏR MƏLTƏMİ ƏMİNLİK VERƏN ÇÖHRƏSİNDƏN YAYILAR.” [Minanur Rahman, 2/237]
HZ. MEHDİ (Ə.S)-IN DƏRİSİ ÇOX GÖZƏL VƏ PARLAQDIR
Bir çox hədisdə, daha ahıl yaşda belə 40 yaş ətrafında göstərəcəyi müjdələnilən hz. Mehdi (ə.s)-ın dərisinin, çox diqqət çəkici dərəcədə parlaq, sağlam və gözəl olacağı bildirilmişdir:
“HZ. MEHDİ (Ə.S)-IN ÜZÜ QIZIL-BÜRÜNC BİR METAL KİMİ PARLAYAR. ELƏ PARLAQ Kİ, AZ QALA DƏRİSİNİN ƏSL RƏNGİ GÖRÜNMƏYƏCƏK.” (Bihar-ül Envar, c. 13, s. 263)
Hədisdə verilən məlumatlara görə, hz. Mehdi (ə.s)-ın üzü bəzən günəşdə bürüncləşib tünd rəng və parlaq olacaq, bəzən də açıq, öz ərəbi rəngində, yəni qırmızıya çalan ağ və yenə parlaq olacaq.
“(HZ. MEHDİ (Ə.S)-IN)… ÜZÜ BƏZƏN AÇIQ RƏNG VƏ QIZIL KİMİ PARLAQ, BƏZƏN DAHA TÜND RƏNG VƏ AY KİMİ PARLAQDIR.” (Bihar-ül Envar, c. 13)
“HZ. MEHDİ (Ə.S)-IN … DƏRİSİ ÇOX PARLAQDIR.” (Bihar-ül Envar, c. 13, s. 243 (Farsca tərcümə))
HZ. MEHDİ (Ə.S) QARA SAÇLIDIR
Əbu Abdullah Nuaym ibn Hammadın, Əbu Cəfər ibn Məhəmməd ibn Əli El-Baqirdən rəvayətinə görə, hz. Əliyə hz. Mehdi (ə.s)-ın xüsusiyyətlərindən soruşuldu, o da bu cavabı verdi:
“(HZ. MEHDİ (Ə.S)-IN) ÜZÜNÜN NURU BAŞINA VƏ SAÇLARININ QARASINA QƏDƏR YÜKSƏLƏR.” (Mehdilik ve İmamiye, s. 153) (İkdüd Dürer’den)
“(HZ. MEHDİ (Ə.S)) QARA SAÇLIDIR. Qara saqqallıdır.” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si, Fevaidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazarî)
“(HZ. MEHDİ (Ə.S)-IN) ÜZÜNÜN NURU, SAÇININ, SAQQALININ VƏ BAŞININ QARALIĞI ÜZƏRİNƏ GÜN KİMİ PARLAYAR VƏ ONA UCALIQ VERƏR.” (Ukayli ìEn-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamalî)
HZ. MEHDİ (Ə.S)-IN SAÇLARI GURLUĞU VƏ GÖZƏLLİYİ İLƏ DİQQƏT ÇƏKƏCƏK
Hz. Mehdi (ə.s), bütün bədəninin heybəti və üzünün gözəlliyi ilə olduğu qədər, saçlarının gurluğu ilə də diqqət çəkəcək. Hədislərdə hz. Mehdi (ə.s)-ın saçıyla əlaqədar bu xüsusiyyətləri belə xəbər verilmişdir:
“(HZ. MEHDİ (Ə.S)-IN) SAÇI SIXDIR…” (Bihar-ül Envar, c. 13)
Əhməd ibn Sinan Kirmani Dəməşqi (1019), əhli sünnənin məşhur alimlərindən olub “Ahbar-ud Duvəl” adlı kitabda belə yazar: “…O (HZ. MEHDİ (Ə.S)), orta boylu, gözəl üzlü, GÖZƏL SAÇLIDIR…” (Ahbar-ud Duvel, s. 117 – Hicri 1382 çapı)
Əbdülməlik İsami (1111), Məkkədə iqamət edən tanınmış tarixçilərdəndir. “Sımt-ul Nucum-il Əvali” deyə bilinən dörd cildlik tarix kitabında belə yazır: “… O (HZ. MEHDİ (Ə.S)) münasib (etidallı), gözəl üzlü və GÖZƏL SAÇLI, incə burunlu və geniş üzlü BİR GƏNCDİR.” (Sımt-ul Nucum-il Avali, c. 4, s. 138; Hz. Mehdi Aleyhisselam, Abdullah Turan, Al-i Taha, s. 157)
HZ. MEHDİ (Ə.S) GENİŞ ÜZLÜDÜR
Hədislərdə hz. Mehdi (ə.s)-ın bütün bədəninin olduqca heybətli və geniş quruluşlu olduğu izah edilmişdir.
Bədəninin ümumiliyi ilə əlaqədar olaraq verilən bu təfərrüatlarla mütənasib olaraq, hədislərdə hz. Mehdi (ə.s)-ın “üzünün də geniş olduğu” ifadə edilmişdir:
“… O (HZ. MEHDİ (Ə.S)) münasib, gözəl üzlü, gözəl saçlı, incə burunlu və GENİŞ ÜZLÜ BİR GƏNCDİR.” (Sımt-ul Nucum-il Avali, c. 4, s. 138) (Hz. Mehdi Aleyhisselam, Abdullah Turan, Al-i Taha, s. 157)
HZ. MEHDİ (Ə.S) AÇIQ VƏ GENİŞ ALINLIDIR
Hədislərdə, bütün bədəninin və üzünün geniş olacağı ifadə edilən hz. Mehdi (ə.s)-ın “alnının da geniş olacağı” ifadə edilmişdir.
Üzü və alnı haqqında verilən bütün bu təfərrüatlar, hz. Mehdi (ə.s)-ın başının da, Peyğəmbər əfəndimiz (s.ə.v)-in mübarək başı kimi böyük olduğunu göstərir.
Hz. Mehdi (ə.s)-ın alnının genişliyini xəbər verən hədislərdən bəziləri belədir:
“O AÇIQ (GENİŞ) ALINLI. ..heybətli bir şəxsdir.” (İkdüd dürer)
“HZ. MEHDİ (Ə.S) məndəndir. ALNI GENİŞDİR…” (Əbu Davud, 4285)
“ONUN (HZ. MEHDİ (Ə.S)-IN) ALNI GENİŞ… OLACAQ.” (Tırmizi, Büyük Hadis Külliyatı, Rudani cild 5, s. 365)
“O (HZ. MEHDİ (Ə.S)), AÇIQ ALINLIDIR…” (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, Kıyamet Alametleri)
“HZ. MEHDİ (Ə.S) məndəndir… AÇIQ ALINLIDIR.” (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 21)
“O (Hz. Mehdi (ə.s)), AÇIQ ALINLIDIR.” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”)
“ALLAH TƏALA, mənim nəslimdən, ALNI AÇIQ, yer üzünü ədalətlə dolduraraq malı və əşyanı insanlara bol-bol dağıdan, verən BİR ÖVLADIMI (HZ. MEHDİ (Ə.S)-I) GÖNDƏRƏCƏK.” (Ahmet İbn-i Hacer-i Mekki (Heytemi), Beklenen Mehdi’nin Alametleri, El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 23)
Şübhəsiz ki, ALLAH, MƏNİM NƏSLİMİN İÇİNDƏN ALNI AÇIQ (OLAN) BİR ŞƏXS (HZ. MEHDİ (Ə.S)-I) GÖNDƏRƏCƏK. (Fevaidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar, s. 11)
“O (HZ. MEHDİ (Ə.S)), AÇIQ ALINLI…” (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, s.1699, s.174)
“HZ. MEHDİ (Ə.S)-IN, ALNI AÇIQDIR.” (Bu hədisi Əbu Davud Sünənində, Hakim də Müstədrək kitabında rəvayət etmişdir.)
“(HZ. MEHDİ (Ə.S)-IN) ALNI GENİŞDİR.” (Hədis, hz. Mehdi (ə.s)-ın başının da böyük olacağına işarə edir.) (Ali Bin Hüsamettin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, s. 22)
HZ. MEHDİ (Ə.S)-IN ALNI PARLAQ OLACAQ
Hədislərdə, dərisinin çox parlaq və gözəl olduğu ifadə edilən hz. Mehdi (ə.s)-ın alnı da bu xüsusiyyətinin bir əksi olaraq son dərəcə diqqət çəkici və parlaq olacaq:
Əbu Səid əl-Hudri, Allahın elçisi (s.ə.v)-dən nəql edir, “Şübhəsiz Uca Allah mənim soyumdan və Əhli-beytimdən… PARLAQ ALINLI BİRİNİ (HZ. MEHDİ (Ə.S.)-I ) ÇIXARDACAQ, beləcə o da yer üzünü ədalət, rifah və iqtisadi bərabərlik ilə dolduracaq.” [İkdüd Dürer fi Ekber-i Muntazar, s. 101]
HZ. MEHDİ (Ə.S)-IN ALNINDA YÜNGÜL BİR BATIQ VARDIR
Bir hədisdə də, hz. Mehdi (ə.s)-ın alnında yüngül bir batıq olacağı xəbər verilmişdir:
“(HZ. MEHDİ (Ə.S)-IN) saçı sıxdır, alnı genişdir və ALNINDA YÜNGÜL BATIQ VARDIR…” (Bihar-ül Envar, cild 13)
HZ. MEHDİ (Ə.S)-IN ALNINDA BİR XAL VARDIR
Əbu Basar deyər ki: İmam Məhəmməd Baqir və ya Cəfəri Sadiq əleyhissalam belə buyurdu: “Ey Əbu Məhəmməd!… (HZ. MEHDİ (Ə.S)-IN) BAŞINDA BİR XAL və bir iz VARDIR… (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, s. 253)
HZ. MEHDİ (Ə.S)-IN ALNINDA “BİR İZ (YARA İZİ)” VARDIR
Başqa hədislərdə isə, hz. Mehdi (ə.s)-ın “ALNINDA BİR İZ” olacağı xəbər verilmişdir:
Humran ibn Ayan deyir ki, imam Məhəmməd Baqir əleyhissalama belə ifadə etdim: “… (HZ. MEHDİ (Ə.S)-IN) ALNINDA İZ VARDIR, üzü gözəllərin övladıdır. (Yəni üzü gözəldir)…” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, s. 252-253)
Əbu Basar deyər ki: İmam Məhəmməd Baqir və ya Cəfəri Sadiq əleyhissalam belə buyurdu: “Ey Əbu Məhəmməd! Qaimin (hz. Mehdi (ə.s)) iki əlaməti (və ya əlamətləri) vardır… BAŞINDA bir xal və BİR İZ VARDIR… (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, s. 253)
Hz. Mehdi (ə.s)-ın alnındakı bu iz, ehtimal olunur ki, BİR YARA İZİDİR. Həmçinin, hədisdə “xal” yerinə, “iz” ifadəsinin istifadə edilmiş olması da, bu izin, xaldan daha açıq rəngdə olduğunu göstərir.
HZ. MEHDİ (Ə.S)-IN QAŞLARI QÖVSLÜDÜR
Hz. Mehdi (ə.s)-ı insanlara tanıdacaq olan xüsusiyyətlərindən biri də, qaşlarının qövslü olmasıdır:
“(HZ. MEHDİ (Ə.S)-IN) QAŞI QÖVSLÜDÜR.” (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, “Kıyamet Alametleri” Pamuk Yayınları, Trc. Naim Erdoğan, s. 163)
HZ. MEHDİ (Ə.S)-IN İKİ QAŞI ARASINDA KİÇİK BİR ÇUXUR VARDIR
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bir başqa hədisdə isə, hz. Mehdi (ə.s)-ın iki qaşı arasında (TƏK XƏTT HALINDA) TƏBİİ BİR QAŞQABAQ TÖKMƏ ÇUXURU OLDUĞU bildirilmişdir:
“HZ. MEHDİ (Ə.S)-IN… İKİ QAŞI ARASINDA KİÇİK BİR ÇUXUR VARDIR…” (Bihar-ül Envar, c. 13, s. 243, Farsca tərcümə)
HZ. MEHDİ (Ə.S) QIYIQ GÖZLÜDÜR
Hədislərdə hz. Mehdi (ə.s)-ın üzüylə əlaqədar verilən heyrət verici təfərrüatlardan bir başqası da, gözlərinin çəkik olmasıdır:
Humran ibn Ayan deyir ki: İmam Məhəmməd Baqir əleyhissalama belə ifadə etdim: … “HZ. MEHDİ (Ə.S)-IN GÖZLƏRİ ÇƏKİKDİR…”
(Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, s. 252)
HZ. MEHDİ (Ə.S) YAŞIL GÖZLÜ OLACAQ
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislər hz. Mehdi (ə.s)-ın xarici görünüşü ilə əlaqədar olaraq çox əhəmiyyətli məlumatlar verib. Hz. Mehdi
(ə.s) ilə əlaqədar olaraq bildirilən hədisi şəriflərdə hz. Mehdi (ə.s)-ın gözləri yaşıl olacaq.
“O (HZ. MEHDİ (Ə.S)) YAŞIL GÖZLÜ (ƏKHALUL AYNEYNİ), … BİR GƏNCDİR…”
(Mehdi ile ilgili gelen haberler, (Nurul Ebsar) Ehl-i Beyt & Oniki İmam, Kutuplar ve Mezhep İmamlarının Menkıbeleri Şeblenci (1250),Tercüme: Saim Güngör, (Pamuk Yayıncılık, Nisan 2004, cild: 628 77 93) s. 588-589
HZ. MEHDİ (ƏS)-IN BURNU KİÇİK VƏ İNCƏDİR
Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s.)-ın üzünün gözəlliyini bir çox hədisiylə insanlara bildirmişdir. Hz. Mehdi (ə.s)-ın üzündəki bu gözəlliyin bir xüsusiyyəti də, çox düz, kiçik və incə bir burnu olmasıdır:
“ONUN (HZ. MEHDİ (Ə.S)-IN) alnı geniş, BURNU İSƏ İNCƏ OLACAQ.” (Tırmizi; Büyük Hadis Külliyatı, Rudani cild 5, s. 365)
“… (HZ. MEHDİ (Ə.S)),… KİÇİK BURUNLU… BİR ADAMDIR…” (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, “Kıyamet Alametleri” Pamuk Yayınları, Trc. Naim Erdoğan, s. 163)
“… O (HZ. MEHDİ (Ə.S)) münasib, gözəl üzlü, gözəl saçlı, incə burunlu və geniş üzlü BİR GƏNCDİR.” (Sımt-ul Nucum-il Avali, c. 4, s. 138) (Hz. Mehdi Aleyhisselam, Abdullah Turan, Al-i Taha, s. 157)
Əbu Səid Əl Hudri (r.ə)-dən rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur:
“Hz. Mehdi (ə.s.) mən (im nəslim) dəndir. O (HZ. MEHDİ (Ə.S)) açıq alınlı və İNCƏ BURUNLUDUR. …” (Ahmed, b. Hanbel II-291, III-17)
(Süneni Ebu Davud Terceme ve şerhi cild. 14, Şamil yayıncılık, K. el-Mehdi (35), s. 403-404)
“(HZ. MEHDİ (Ə.S)-IN) BURNU KİÇİKDİR…” (Bihar-ül Envar, 13-cü Cild)
İmam Əhmə Əbu Yala, Səmuyəh, Ziyaül-Makdisi əl-Muhtarədə Əbu Səid (r.ə)-dən rəvayət etdiklərinə görə həzrəti Peyğəmbər (s.ə.v) belə buyurmuşdur: “ƏHLİ BEYTİMDƏN saçı düz, alnı açıq, BURNU MÜNTƏZƏM BİR KİMSƏ (HZ. MEHDİ (Ə.S)) yer üzünü özündən əvvəl zülmlə doldurulması kimi ədalətlə doldurmadan qiyamət qopmayacaq.” (Muhammed bin Salih ed-Dimaşki, Peygamber (sav) Külliyatı, s. 202)
HZ. MEHDİ (Ə.S)-IN BURNUNUN ORTA HİSSƏSİNDƏ MÜƏYYƏN-NAMƏLUM BİR ÇIXINTI VARDIR
Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ın kiçik və düz burnunun orta hissəsində müəyyən-naməlum bir çıxıntı olacağını xəbər vermişdir:
“HZ. MEHDİ (ƏS)-IN) saçı sıxdır, alnı genişdir və alnında yüngül batıq vardır. BURNU KİÇİKDİR VƏ TAM KÖRPÜ HİSSƏSİNDƏ ÇOX KİÇİK BİR ÇIXINTISI VARDIR…” (Bihar-ül Envar, c. 13)
HZ. MEHDİ (Ə.S)-IN YANAĞINDA XAL VARDIR
Hədislərdə hz. Mehdi (ə.s)-ın üzüylə əlaqədar verilən çox təfərrüatlı məlumatlardan biri də yanağındakı xal haqqındadır. Rəvayətlərdən hz. Mehdi (ə.s)-ın yanağında incini xatırladan, ulduz kimi parlaq, yəni açıq rəngli bir xal olacağı aydın olur:
“(HZ. MEHDİ (Ə.S)-IN) YANAĞINDA, İNCİNİ XATIRLADAN, BİR ULDUZ KİMİ ÜZÜNÜ İŞIQLANDIRAN BİR İŞARƏ VARDIR.”(Muhammed B. Resul Al-Hüseyni El Berzenci, “Kıyamet Alametleri” Pamuk Yayınları, Trc: Naim Erdoğan, s. 163-164)
“HZ. MEHDİ (Ə.S) gur saqqallı, ön dişləri parlaq, ÜZÜ XALLI, açıq alınlıdır.” (Mer’iy b. Yusuf b. Ebu Bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”)
“(HZ. MEHDİ (Ə.S)-IN) ÜZÜNDƏ BİR XAL OLACAQ.” (Ahmet İbn-i Hacer-i Mekki (Heytemi), Beklenen Mehdi’nin Alametleri, El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 41)
(HZ. MEHDİ (Ə.S)-IN) ÜZÜNDƏ BİR XAL VARDIR. (Ali Bin Hüsameddin El Muttaki Celaleddin Suyuti’nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 23)
Hz. Mehdi (ə.s)-ın yanağında, İNCİNİ XATIRLADAN və BİR ULDUZ KİMİ üzünü İŞIQLANDIRAN BİR İŞARƏ olduğu bildirilmişdir. Hədislərdə, hz. Mehdi (ə.s.)-ın bu xüsusiyyəti üçün yalnız “xal” sözü istifadə edilməmiş, bu xalın bütün xüsusiyyətləri açıqlanmışdır. ‘İncini xatırladan’, ‘ulduz kimi’ və ‘işıqlandıran’ ifadələri, bu xalın həm şəkli, həm də rəngi haqqında təfərrüatlı məlumat verir. Bütün bu məlumatlar, bu xalın tünd rəngdə deyil, DƏRİ RƏNGİNDƏ BİR XAL OLDUĞUNU göstərir.
HZ. MEHDİ (Ə.S)-IN YANAĞINDAKI XAL, XARİCƏ ÇIXIQ BİR QURULUŞDADIR
Hədisdə, həmçinin, hz. Mehdi (ə.s)-ın yanağındakı xalın xaricə çıxıq bir quruluşu olduğu da xəbər verilir:
“HZ. MEHDİ (ƏS)-IN) saçı sıxdır, alnı genişdir və alnında yüngül batıq vardır. Burnu kiçikdir və tam körpü hissəsində çox kiçik bir çıxıntısı vardır. YANAĞINDA XARİCƏ ÇIXIQ BİR XALI VARDIR.” (Bihar-ül Envar, c. 13)
HZ. MEHDİ (Ə.S)-IN YANAĞINDAKI XAL, HZ. MUSA (Ə.S)-IN YANAĞINDAKI XAL KİMİDİR
Hədisdə hz. Mehdi (ə.s)-ın yanağındakı açıq rəngli xalın bir bənzərinin, hz. Musa (ə.s.)-ın yanağında da olduğuna diqqət çəkilmişdir. Hz. Mehdi (ə.s), peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in soyundan gələcəkdir və bütün peyğəmbərlər eyni soydandır. Allah qan bağını da vəsilə edərək hz. Mehdi (ə.s) ilə digər peyğəmbərlər arasında bənzərliklər yaratmışdır.
Hədisdə hz. Mehdi (ə.s) ilə hz. Musa (ə.s)-ın üzündəki bu xal arasındakı oxşarlıq belə izah edilmişdir:
“HZ. MEHDİ (Ə.S)-IN … YANAĞINDAKI XALI HZ. MUSA (Ə.S)-DA OLDUĞU KİMİ XARİCƏ ÇIXIQ VƏ ULDUZ KİMİ PARLAQDIR. Dərisi çox parlaqdır.”
(Bihar-ül Envar, cild 13, s. 243 (Farsca tərcümə))
HZ. MEHDİ (ƏS)-IN SAQQALI QARADIR
Hz. Mehdi (ə.s)-ın üzünü insanlara tanıdan əhəmiyyətli bir başqa məlumat da, saçı kimi saqqalının da qara olmasıdır:
“(HZ. MEHDİ (Ə.S)) Qara saçlıdır. QARA SAQQALLIDIR.”
(Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si ìFevaidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar)
HZ. MEHDİ (Ə.S)-IN SAQQALI GUR VƏ SIXDIR
Hz. Mehdi (ə.s)-ın saqqalı, çox diqqət çəkici gözəllikdə və gur olacaq:
“(HZ. MEHDİ (Ə.S)-IN) SAQQALI SIXDIR.” (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, “Kıyamet Alametleri” Pamuk Yayınları, Trc: Naim Erdoğan, s. 163)
“… (HZ. MEHDİ (Ə.S)-IN) ÜZÜNÜN NURU, saçının, SAQQALININ və başının QARALIĞI ÜZƏRİNƏ GÜN KİMİ PARLAYAR VƏ ONA UCALIQ VERƏR.” (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
“HZ. MEHDİ (Ə.S) GUR SAQQALLIDIR…” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”)
“(HZ. MEHDİ (Ə.S)-IN) SAQQALI BOL VƏ SIX OLACAQ.” (Ahmet İbn-i Hacer-i Mekki (Heytemi), Beklenen Mehdi’nin Alametleri, El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23)
HZ. MEHDİ (Ə.S)-IN SAQQALI YÜNGÜL OLUB, YANLARDA AZ, AŞAĞI TƏRƏFİ İSƏ UZUNDUR
Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi (ə.s)-ın görünüşüylə əlaqədar verdiyi bir başqa ayrıntı da, ‘hz. Mehdi (ə.s)-ın saqqal formasının incə quruluşlu olduğu; şəkil olaraq da yanlardan az yəni yanağı boyunca incə olaraq enən, aşağı qismi isə uzun olacaq bir şəklə sahib olduğudur.
“O (HZ. MEHDİ (Ə.S)), … SAĞ YANAĞINA DOĞRU SAQQALSIZ BİR GƏNCDİR.”
(Mehdi ile ilgili gelen haberler, (Nurul Ebsar) Ehl-i Beyt & Oniki İmam, Kutuplar ve Mezhep İmamlarının Menkıbeleri Şeblenci (1250),Tercüme: Saim Güngör, (Pamuk Yayıncılık, aprel 2004, cild: 628 77 93) s. 588-589
“(HZ MEHDİ (Ə.S)) …MƏCZUM (YÜNGÜL SAQQALLI), KƏVSƏC (SAQQALI YANLARDA AZ, AŞAĞI TƏRƏFİ UZUN OLAN)… BİR ADAMDIR…” (Fetava-i Hadîsiyye, Ebü’l-Abbas Şehabeddin Ahmed İbn Hacer el-Heytemi – 41)
Bu hədisdə keçən “məczum” yəni “CƏZM EDİLMİŞ YƏNİ YANLARINA NƏZƏRƏN DAHA UZUN AMMA DÜZƏLDİLMİŞ SAQQAL ŞƏKLİNƏ SAHİB” ifadəsindən hz. Mehdi (ə.s)-ın saqqal şəkli; “kəvsəc” ifadəsindən də “SAQQALININ HƏM YANLARDAN İNCƏ OLARAQ ENƏN, HƏM DƏ İNCƏ TÜKLÜ BİR QURULUŞA SAHİB OLDUĞU” aydın olur. Eyni zamanda hədisdəki “kəvsəc” ifadəsiylə, “hz. Mehdi (ə.s)-ın saqqalının sərt saqqal şəklində deyil”, eyni Peyğəmbərimiz (s.ə.v)-də olduğu kimi, “incə tüklü saqqal şəklində olduğu” da aydın olur.
HZ. MEHDİ (Ə.S.)-IN SAQQALI YÜNGÜL OLUB, YANLARDA AZ, AŞAĞI TƏRƏFİ İSƏ UZUNDUR
“(HZ MEHDİ (Ə.S)) …MƏCZUM (YÜNGÜL SAQQALLI), KƏVSƏC (SAQQALI YANLARDA AZ, AŞAĞI TƏRƏFİ UZUN OLAN… BİR ADAMDIR…” (Fetava-i Hadîsiyye, Ebü’l-Abbas Şehabeddin Ahmed İbn Hacer el-Heytemi-41)
Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi (ə.s) ilə əlaqədar verdiyi bir başqa ayrıntı da, Mehdi (ə.s.)-ın saqqal formasının incə quruluşlu olduğu; şəkil olaraq da yanlardan az yəni incə olaraq enən, aşağı qismi isə uzun olacaq bir şəklə sahib olduğudur.
HZ. MEHDİ (Ə.S)-IN DİŞLƏRİ GÖZƏL VƏ PARLAQDIR
Peyğəmbər əfəndimiz (s.ə.v)-in əhəmiyyətli xüsusiyyətlərindən biri də dişlərinin parlaqlığıydı:
“ALLAH ELÇİSİ (SALLALLAHU ƏLEYHİ VƏSƏLLƏM) çox yaraşıqlı və cazibədar idi. Mübarək üzü ayın on dördündəki bütöv ay kimi parlayardı… Burnu çox gözəl idi… Gur saqqallı, iri gözlü, düz yanaqlı idi. Ağzı geniş, DİŞLƏRİ İNCİ KİMİ PARLAQ İDİ… Boyu sanki bir gümüş dəstəyi idi… İki çiyin arası geniş, çiyin sümük başları qalın idi…” (Büyük Hadis Külliyatı, Cem’ul-fevaid min Cami’il-usul ve Mecma’iz-zevaid, İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, cild 5, İz Yayıncılık, s. 31)
Hədislərdə hz. Mehdi (ə.s)-ın da, Peyğəmbərimiz (s.ə.v) kimi dişlərinin parlaqlığıyla diqqət çəkəcəyi belə bildirilmişdir:
“Onun (HZ. MEHDİ (ƏS)-IN), DİŞLƏRİ PARLAQDIR…” (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, s. 1699, s. 174)
Bir başqa hədisdə həzrəti Əli (ə.s) imam Mehdi (ə.s.)-dan bu sözlərlə bəhs edər:
“… (HZ. MEHDİ (Ə.S.)-IN) ÖN DİŞLƏRİ PARLAQDIR…” [Yenabi-ül Mevedde, s. 423]
“(HZ. MEHDİ (Ə.S.)-IN) DİŞLƏRİ PARLAQ OLACAQ.” (Nuaym b. Hammad, vr. 52a) (Ahmet İbn-i Hacer-i Mekki (Heytemi), Beklenen Mehdi’nin Alametleri, El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 41)
“HZ. MEHDİ (Ə.S) gur saqqallı, ÖN DİŞLƏRİ PARLAQDIR…” (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar”)
V HİSSƏ
HZ. MEHDİ (Ə.S)-IN BƏDƏNİNDƏKİ, HEYRƏT OYADACAQ
QƏDƏR TƏFƏRRÜATLI OLAN TANIDICI XÜSUSİYYƏTLƏR
HZ. MEHDİ (Ə.S)-IN BƏDƏNİNDƏ, HƏR İKİSİ DƏ PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İNKİLƏRLƏ EYNİ RƏNGDƏ OLAN İKİ XAL OLACAQ
Peyğəmbərimiz (s.ə.v)-in, hz. Mehdi (ə.s) haqqında verdiyi bir başqa məlumat da, hz. Mehdi (ə.s)-ın bədənində, hər ikisi də Peyğəmbərimiz (s.ə.v)-inkilər ilə eyni rənglərdə olan iki ayrı xal olacağıdır:
Əbu Cəfər, imam Məhəmməd Baqir (ə.s) həzrətləri cədləri yoluyla, Əhli-beytin lideri, həzrətləri, öminlərin Əmiri (ə.s)-ın minbərdən söylədiklərini nəql etmişdir, “AXIRZAMANDA SOYUMDAN BİR ADAM (HZ. MEHDİ (Ə.S)) ÇIXACAQ,… PEYĞƏMBƏRİN RƏNGİNDƏ İKİ ƏT XALI OLACAQ. O (hz. Mehdi (ə.s)) yüksələcək.” (İmam Mehdi’nin Hayatı, Allame Bakır Şerif el- Kureyşi)
HZ. MEHDİ (Ə.S)-IN ÇİYİNİNDƏ “PEYĞƏMBƏRLİK MÖHÜRÜ” VARDIR
Peyğəmbərimiz (s.ə.v)-in Şemaili Şərifinin izah edildiyi rəvayətlərdə, Rəsulullah (s.ə.v)-in kürəyində, kürək sümükləri arasında bir işarə olduğu xəbər verilir. İslami qaynaqlarda və rəvayətlərdə Peyğəmbər əfəndimiz (s.ə.v)-in kürək sümükləri arasında olan bu işarəyə “PEYĞƏMBƏRLİK MÖHÜRÜ” adı verilib.
Peyğəmbərimiz (s.ə.v)-in möhürünə bənzər peyğəmbərlik işarələrinin digər peyğəmbərlərdə də olduğu, ancaq Peyğəmbərimiz (s.ə.v)-inkinin daha fərqli olduğu əl-Müstədrək tərəfindən Vəhb ibn Münəbbih (r.ə)-dən belə nəql edilmişdir:
“… Allah heç bir peyğəmbər göndərməmişdir ki, onun sağ əlində Peyğəmbərlik xalı (şamət-ün-nübüvvə) olmamış olsun. Ancaq bizim Peyğəmbərimiz Məhəmməd əleyhissalam bunun istisnasını təşkil edir. ÇÜNKİ ONUN PEYĞƏMBƏRLİK XALI, (SAĞ ƏLİNDƏ DEYİL) KÜRƏK SÜMÜKLƏRİ ARASINDADIR. Peyğəmbərimizdən bu vəziyyət soruşulduqda: “KÜRƏK SÜMÜKLƏRİM ARASINDA OLAN BU XAL, məndən əvvəlki Peyğəmbərlərin xalı kimidir…” demişdir.” (Tirmizı’nin Şemail isimli kitabının tercümesinden, Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, 3 çapı, İstanbul, 1998, s. 73)
Peyğəmbərimiz (s.ə.v)-in ‘peyğəmbərlik möhürünü izah edən rəvayətlərdən bəziləri belədir:
Cabir ibn Səmürə (r.ə) izah edir: “MƏN RƏSULULLAH ƏFƏNDİMİZ (S.Ə.V)-İN KÜRƏK SÜMÜKLƏRİ ARASINDA OLAN PEYĞƏMBƏRLİK MÖHÜRÜNÜ GÖRDÜM.” (Et-Tirmizi İmam Ebu İ’sa Muhammed, Şemail-i Şerife, c. 1, Hilal Yayınları, Ankara, 1976, s. 36)
Əbu Saib ibn Yeziddən rəvayət edilmişdir: “GÖZÜM PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN İKİ ÇİYNİ ARASINDAKI MÖHÜRƏ İLİŞDİ.” (Sünen-i Tirmizi, 6/126)
Hz. Əlinin nəvələrindən İbrahim ibn Məhəmməd (r.ə) nəql edir:
“Babam hz. Əli, Peyğəmbər əfəndimiz (s.ə.v)-in xüsusiyyətlərini izah edərkən, Rəsulullahın Hilyəsi (gözəl sifətlər, bəzək, zinət, cövhər, gözəl üz, surət, görünüş) haqqındakı hədisi bütün uzunluğu ilə zikr edər və:
“KÜRƏK SÜMÜKLƏRİ ARASINDA PEYĞƏMBƏRLİK MÖHÜRÜ VARDI. Və O, peyğəmbərlərin sonuncusudur” deyərdi.” (Et-Tirmizi İmam Ebu İ’sa Muhammed, Şemail-i Şerife, 1-ci cild, Hilal Yayınları, Ankara,1976, s. 38)
Hədisi şəriflərdə, hz. Mehdi (ə.s)-ın iki çiyni arasında da, hz. Məhəmməd (s.ə.v)-də olduğu kimi, açıq bir əlamət olan bu “peyğəmbərlik möhürünün” olacağı xəbər verilmişdir:
“HZ. MEHDİ (Ə.S)-IN ÇİYNİNDƏ PEYĞƏMBƏR ƏFƏNDİMİZ (S.Ə.V)-DƏKİ PEYĞƏMBƏRLİK MÖHÜRÜ OLACAQ.” (Ahmet İbn-i Hacer-i Mekki (Heytemi), Beklenen Mehdi’nin Alametleri, El-Kavlu’l Muhtasarr Fi Alamatil Mehdiyy- il Muntazar, s. 41)
“(MEHDİ (Ə.S)-IN) ÇİYİNİNDƏ PEYĞƏMBƏR (S.Ə.V)-İN ƏLAMƏTİ VARDIR.” (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, “Kıyamet Alametleri” Pamuk Yayınları, Trc: Naim Erdoğan, s. 165) (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 23)
“(HZ. MEHDİ (Ə.S)-IN) ÇİYNİNDƏ PEYĞƏMBƏR (S.Ə.V)-İN NİŞANI VARDIR.” (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, “Kıyamet Alametleri” Pamuk Yayınları, Trc: Naim Erdoğan, s. 163)
Bilindiyi kimi MÖHÜRÜN XÜSUSİYYƏTİ TÜND RƏNG OLMASIDIR VƏ SƏTHİ ÖRTƏN BİR QURULUŞDADIR. Həmçinin, hz. Mehdi (ə.s)-ın kürəyindəki bu xal üçün, qəti ölçü verilərək yeri tam olaraq ifadə edilmişdir.
Rəvayətlərdə, hər peyğəmbərin sağ əli üzərində peyğəmbərlik möhürü olduğu bildirilmişdir. Ancaq Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in peyğəmbərlik möhürünün, “sol kürəkdəki dəri üzərində, ürəyi xəttində” olduğu ifadə edilmişdir.
Bu səbəbdən, hədislərdə, ‘hz. Mehdi (ə.s)-ın çiynində Peyğəmbər əfəndimiz (s.ə.v)-dəki peyğəmbərlik möhürünün olacağının bildirilməsi’, hz. Mehdi (ə.s)-ın da “KÜRƏYİNDƏ; SOL KÜRƏK SÜMÜYÜ ÜZƏRİNDƏ, ÜRƏYİ XƏTTİNDƏ TÜND RƏNGDƏ GENİŞ ŞƏKİLDƏ BİR XAL OLACAĞINI” göstərir.
HZ. MEHDİ (Ə.S)-IN KÜRƏYİNDƏ YARPAQ ŞƏKLİNDƏ BİR XAL DA VARDIR
Başqa bir hədisdə də, hz. Mehdi (ə.s)-ın kürəyində olan ikinci bir xaldan da bəhs edilmişdir:
Əbu Basir deyər ki: İmam Məhəmməd Baqir və ya Cəfəri Sadiq əleyhissalam belə buyurdu: “… (HZ. MEHDİ (Ə.S)-IN) İKİ KÜRƏK SÜMÜYÜNÜN ARASINDA BİR XAL VARDIR. SOL KÜRƏK SÜMÜYÜNÜN SOL ALT TƏRƏFİNDƏN BİR YARPAQ VARDIR, EYNİLƏ MƏRSİN YARPAĞI KİMİ.” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, s. 253)
Hədisdə hz. Mehdi (ə.s)-ın kürəyindəki bu xalın yeri də çox təfərrüatlı olaraq açıqlanmış, İKİ KÜRƏK SÜMÜYÜNÜN ARASINDA; SOL KÜRƏK SÜMÜYÜNÜN SOL ALT TƏRƏFİNDƏ olduğu ifadə edilmişdir.
Xalın quruluşu haqqında da çox təfərrüatlı tərif edilmiş və ‘MƏRSİN AĞACININ YARPAĞINA’ bənzədilmişdir.
Buradakı ‘YARPAQ’ bənzətməsindən xalın ‘ağac yarpağını xatırladan tərzdə kənarları olan zəmindən daha yüksəkdə kənarlıqlı quruluşda bir xal olduğu’, eyni zamanda da ‘solmuş yarpaq rəngində; yəni sarı ya da dəri rəngində bir xal olduğu’ aydın olur.
HZ. MEHDİ (ƏS)-IN SAĞ AYAĞINDA QARA BİR İZ VARDIR
Bir hədisdə isə Peyğəmbərimiz (s.ə.v), “hz. Mehdi (ə.s)-ın SAĞ ayağında QARA bir İZ olacağını” bildirmişdir. Hədisdə hz. Mehdi (ə.s)-ı insanlara tanıdan bu əlamət haqqında da yenə çox-çox ayrıntı verilmişdir. Peyğəmbərimiz (s.ə.v), yalnız bir izdən bəhs etməmiş, bu izin QARA olduğunu və SAĞ AYAĞINDA olduğunu çox təyin edici təfərrüatlarla açıqlamışdır:
“(HZ. MEHDİ (Ə.S)-IN) SAĞ QIÇINDA QARA BİR İZ VARDIR.” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, s. 251)
HZ. MEHDİ (Ə.S)-IN SAĞ DİZ QAPAĞINDA BİR XAL VARDIR
Bir başqa hədisdə həzrəti Əli (ə.s) imam Mehdi (ə.s)-dan bu sözlərlə bəhs edər: “… SAĞ DİZ QAPAĞINDA BİR XAL VARDIR.” [Yenabi-ül Mevedde, s. 423)
VI HİSSƏ
NƏTİCƏ:
HZ. MEHDİ (Ə.S) BU ƏSRDƏ GƏLƏCƏK VƏ BÜTÜN İNSANLAR
HƏDİSLƏRDƏKİ ƏLAMƏTLƏRDƏN ONU TANIYACAQLAR
Hədislərdə hz. Mehdi (ə.s) ilə əlaqədar verilən məlumatların hər biri çox təfərrüatlıdır. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində heç kim bu qədər təfərrüatlı bir şəkildə tanıdılmamışdır. Hz. Mehdi (ə.s)-ın həyatına dair bütün məlumatlar kimi, fiziki görünüşündəki bütün xüsusiyyətlərinin də bu qədər təyin edici bir şəkildə bildirilmiş olması, hz. Mehdi (ə.s)-ı sevgi və söhbətlə gözləyən və onu tanımaq istəyən bütün müsəlmanlar üçün həm çox əhəmiyyətli bir işarə, həm də çox həyəcan verici bir nemətdir.
Hədislərdə bildirilən,
– Hz. Mehdi (ə.s)-ın müsəlmanların mənəvi liderliyini boynuna götürməsi,
– Bütün İslam aləminin birləşməsinə vəsilə olması,
– Dinsizliyə söykənən ideologiyaları təsirsiz edərək İslam əxlaqını bütün dünyada məskun etməsi,
– Hz. İsa (ə.s) ilə bir yerə gəlməsi və namazda Ona imamlıq etməsi,
– Bütün xristian aləminin İslama dönməsini təmin etməsi
– Və Hz. İsa (ə.s) ilə birlikdə dəccalı fikirlə təsirsiz hala gətirməsi
kimi bütün digər əlamətləriylə birlikdə, fiziki görünüşündəki bütün bu təfərrüatların da hz. Mehdi (ə.s)-da toplandığını görmək, Allahın icazəsiylə ortaya çıxdığında hz. Mehdi (ə.s)-ın şəxsiyyəti mövzusunda heç bir müzakirəyə yer buraxmayacaq. (Doğrusunu Allah bilir)