İncildəki “su səhəngi daşıyan adam” hz. Mehdi (ə.s)-a işarə edir
İncildəki bəzi sözlərdə su səhəngi daşıyan bir adamdan bəhs edilir. İncildə insanlığa, bərəkət, gözəllik, ağıl, şüur açıqlığı, birlik, bərabərlik gətirəcək bu adam hz. Mehdi (ə.s)-a işarə edir.
Bilindiyi kimi, “su səhəngi daşıyan adam” anlayışı astrologiyada dolça bürcünə işarə edən bir anlayışdır. Bu digər işarə də hz. Mehdi (ə.s)-ın dolça bürcündən bir adam ola biləcəyinə işarə edildiyi ola bilər. (Doğrusunu Allah bilir.)
Hz. İsa (ə.s) həm tələbələri, həm də bütün xristianlara dolça bürcündən olan bu etibarlı adama tabe olmalarını və sözünü eşitmələrini nəsihət etmiş, onu son ana qədər təqib etmələrini tövsiyə etmişdir. İncildə dolça bürcündə olduğu ifadə edilən bu mübarək şəxsdən belə bəhs edilir:
(Həvarilər) Ona “Harada hazırlıq görməyimizi istəyirsən?” deyə soruşdular.İsa onlara dedi:”Baxın” dedi, “Şəhərə girəndə qarşınıza su səhəngi daşıyan bir adam çıxacaqdır. Adamı, gedəcəyi evə qədər izləyin”. (Luka9-11)
…Şagirdlərindən ikisini bu sözlərlə əvvəldən göndərdi: “Şəhərə gedin, orada su səhəngi daşıyan bir adam çıxacaq qarşınıza. Onu izləyin…”(Mark14:13)