İçeriğe geç

Hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gəlişinin bu əsrdə reallaşacağı İncildə yazılır

Hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gəlişinin bu əsrdə reallaşacağı İncildə yazılır

İSA PEYĞƏMBƏR: “SİZİNLƏ DÜNYANIN SONUNA QƏDƏR BİRLİKDƏ OLACAĞAM” DEYƏR. (MATTHEW 28:20)

İncildə keçən bu sözdə “dünya” olaraq tərcümə olunan sözün orijinalı “aeon”dur və “dövr” mənasını verir. Yəni İncildə bu söz əslində; “İSA PEYĞƏMBƏR: “SİZİNLƏ DÖVRÜN SONUNA QƏDƏR BİRLİKDƏ OLACAĞAM.” DEYİR. (MATTHEW 28:20)

Bilindiyi kimi Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdi (ə.s)-ın gəlişinin hicri 1400-cü illərdə reallaşacağı xəbər verilmişdir. Yəni miladi təqvimə görə 1979-ci il etibarilə hz. Mehdi (ə.s) vəzifəyə başlamışdır. Bu tarixdən etibarən hz. Mehdi (ə.s) dinsizliyə, darvinizm və materializmə qarşı çox güclü bir elmi mübarizə icra edəcəkdir. Bədiüzzaman Səid Nursi həzrətləri hz. Mehdi (ə.s)-ın, dinsizliyə qarşı etdiyi fikri mübarizədə qəti bir zəfər qazanmaq və İsəvilər ilə müsəlmanlar haqq din İslamda birləşərkən, hz. İsa (ə.s)-ın şəxsinin də ikinci dəfə yer üzünə gələcəyini deyir:

Qurana iktida edərək (tabe olaraq), o İsəvilik şəxsi mənəvisi tabe və İslamiyyət, metbu (tabe olunan) mövqeyində qalacaqdır. Dini Haqq (haqq din olan İslam), bu iltihaq (iştirak) nəticəsində əzm (böyük) bir qüvvət tapacaqdır. Dinsizlik cərəyanına (axınına) qarşı ayrı-ayrı ikən məğlub olan İsəvilik və İslamiyyət, birlik (birləşmələri) nəticəsində, DİNSİZLİK CƏRƏYANINA QƏLƏBƏ QAZANIB (QALİB GƏLİB) DAĞIDACAQ İSTİDADINDA (QABİLİYYƏTİNDƏ) İKƏN, ALƏMİ SƏMAVATDA (GÖYLƏR ALƏMİNDƏ) CİSMİ BƏŞƏRİSİYLƏ (İNSANİ CİSMİYLƏ, BƏDƏNİYLƏ) OLAN ŞƏXSİ İSA (Ə.S) (HZ. İSA (Ə.S)-IN ŞƏXSİ), O DİNİ HAQQ CƏRƏYANININ (HAQQ DİNİN) BAŞINA KEÇƏCƏYİNİ, bir Müxbiri Sadiq (doğru xəbər axtaran- Peyğəbərimiz hz. Məhəmməd (s.ə.v)-in sifətlərindən biri), bir Qədri Küllü (hər şeyə müqtədir olan Uca Allahın) vədinə istinad edərək xəbər vermişdir. Madam ki, xəbər vermişdir, haqdır. Madam Qədri Küllü (hər şeyə Müqtədir olan Uca Allah) vəd etmişdir, əlbətdə, edəcəkdir. (Məktubat, səh. 54)

Bədiüzzaman iman edənlərin qalib və hakim mövqedə olduqları dövrün, yəni İslam əxlaqının hakimiyyət illərinin isə hicri 1506-cı illərə qədər davam edəcəyini deyir:
“… Birinci cümlə, MİN BEŞ YÜZÜNCÜ İL (1500-cü il) məqamiylə axırzamanda bir tayfə-i mücahidinin (Allah yolunda səy göstərən bir birliyin) son zamanlarına və ikinci cümlə, MİN BEŞ YÜZ ALTINCI İL (1506-cı il) mövqesiylə qalibanə mücahədənin tarixinə (Allah yolunda göstərilən səyin qalibiyyət tarixinə)… işarə edər. (…) Bu tarixə qədər (1506-cı il) zahir və aşkaranə (görünər və açıq bir şəkildə), bəlkə qalibanə davam edəcəyinə rəmzə yaxın (işarə yoluyla) işarə edər.” (Sikkə-i Təsdiqi Qeybi, səh. 46)

Hz. Mehdi (ə.s) mübarizəsinə hicri 1400-cü ildə başladığına, İslam əxlaqının hakimiyyəti 1506-cı illərə qədər davam edəcəyinə və hz. İsa (ə.s) da, hz. Mehdi (ə.s) elmi mübarizəsində zəfər qazanmaq ərəfəsindəykən nüzul edəcəyinə görə, hz. İsa (ə.s)-ın miladi 2000-ci illərin əvvəlində vəzifəyə başlamış olması lazımdır. Bütün bu məlumatlar nəzərə alınarsa, İncildə keçən hz. İsa (ə.s)-ın “SİZİNLƏ DÖVRÜN SONUNA QƏDƏR BİRLİKDƏ OLACAĞAM.” sözünün, hədislərdə və Bədiüzzamanın şərhlərində bildirilən şərhlərlə tam uyğunlaşdığı, bu səbəbdən İncildə də “hz. İsa (ə.s)-ın bu əsrdə gələcəyinin xəbər verildiyi” görünəcəkdir.

79

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz