Xurafatçıların insanların İslam dinindən çəkinmələrinə səbəb olan səhv din anlayışlarının qaynağı nədir?
Həqiqi İslam inancı ilə xurafatçıların xurafatlarla dolu inancları arasındakı fərqlər nələrdir?
Xurafatçılıq, Allahın Quranda bildirdiyi və Peyğəmbərimiz (s.ə.v)-in yaşadığı İslamdan çox fərqli bir anlayışı din kimi göstərməyə çalışan bir sistemdir. İndiki vaxtda xurafatçıların İslam anlayışı İslam xaricində tam fərqli bir inanca çevrilmişdir. Çünki xurafatda, Quran və sünnə deyil, xurafatlar və bidətlər əsasdır. Ancaq xurafatçılar İslam adına ortaya çıxdıqlarını iddia edərlər. Peyğəmbərimiz (s.ə.v.) də axır zamanda xurafatçılığın bu xüsusiyyətinə diqqət çəkmiş və xurafatçılığın çox əhəmiyyətli bir təhlükə olduğunu hədisi şəriflərində xəbər vermişdir:
“Elm, alimlərin yox olması (vəfat etmələri, Allah qatına qaldırılmaları) ilə ortadan qalxar. Ortalıqda hec bir alim qalmaz. Nəhayət, insanlar cahilləri özlərinə rəhbər və lider edərlər, məsələlərini onlardan soruşarlar. Onlar elmə əsaslanmadan xalqa fətva verər, həm özü azar və həm də xalqı azdırar.” (Buxari, nr. 100, 7307; Müslim, Elm 13 (nr. 2673); Tırmizi, Elm 5 (nr. 2652))
Xurafatçılar İslam dininin təməli olan sevgi və sülhə düşməndirlər
Xurafatçılar hər cür gözəlliyə nifrətlə baxarlar. Çiçəkdən, uşaqdan, heyvanlardan, qısacası, Allahın yaratdığı hər gözəllikdən nifrət edərlər. Ruhlarında sevgiyə dair heç bir şey olmadığından içləri və ruhları bomboş və qapqaradır. Ruhlarındakı bu boşluq səbəbiylə fanatik və anlayışsızdırlar. Bu səbəblə də, hər cür gözəlliyə, estetikaya, sənətə, elmə, sevincə, xoşbəxtliyə, hətta həyata düşməndirlər.
Sevginin olmadığı, nifrətin və kinin hakim olduğu, təmizliyə, sənətə və elmə qarşı olan, sevincin və gözəlliklərin qadağan edildiyi, qadınlara və uşaqlara amansız bir kin duyan bu sistem, əslində şeytanın insanları din əxlaqından uzaqlaşdırmaq üçün meydana gətirdiyi bir bəladır. Bu səbəbdən bu zehniyyətin hakim olduğu bir dünya sanki cəhənnəm kimi darıxdırıcı və qaranlıqdır. Məhz insanlar xurafatçılığın bu şəklindən çəkinərlər. Halbuki, həqiqi İslam dini sevgini, dostluğu, qardaşlığı, köməkləşməyi, bağışlayıcı olmağı, qısacası gözəl olan hər əxlaq xüsusiyyətini əmr edər. Uca Allah bir ayədə İslam dininin sevgi və köməkləşmə xüsusiyyətini belə xəbər verir:
Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr Surəsi, 9)
Xurafatçılar həqiqi sevgidən uzaq bir həyat sürərlər.
Xurafatçı, kimsəni sevmədiyi kimi özü də sevilməz, çünki hər kəs xurafatçının məntiqindən və həyat şəklindən, düşüncə tərzindən nifrət edər. Xurafatçılar öz aralarında belə bir-birlərindən nifrət edərlər. Bu səbəblə, öz aralarında davamlı olaraq ayrılıq və düşmənçilik vardır. Heç bir zaman birlik içində, rahat və xoşbəxt şəkildə yaşaya bilməzlər. Həqiqi İslamı yaşayan müsəlmanlar isə şən, sevgi, şəfqət, dostluq və qardaşlıq üzərinə qurulur, demokratiya və azadlığı müdafiə edən, müasir və irəli fikirlidirlər. Ətrafları tərəfindən üstün əxlaqları səbəbiylə çox sevildiklərindən ötəri xurafatçılardan tamamilə fərqli olaraq möminlərin canlı bir ictimai həyatları vardır.
Xurafatçılar sənət və estetika anlayışından məhrumdurlar.
Xurafatçılar, Quranda olmayan əmrləri İslam dininə daxil etməyə çalışırlar. Quranda öz xurafatlarına uyğun gəlməyən hökmləri və əmrləri də rədd edərlər. Onlar üçün, Quranda bütün gözəlliklərin təriflənməsi, sənətin, elmin təşviq edilməsi (Allahı tənzih edərik) böyük bir kin səbəbidir. Halbuki, gözəlliklərdən və estetikadan zövq almaq dərin imana sahib insanlara aid bir xüsusiyyətdir.
Allah insanın ruhunda, gözəlliyə qarşı bir həssaslıq hissi yaratmışdır. Ancaq, bu estetika anlayışının ortaya çıxması və inkişafı, insanın imanı və ağılı ilə düz mütənasibdir. Möminlər qarşılaşdıqları bütün gözəllikləri yaradanın Allah olduğunu bildikləri üçün, bu gözəlliklər qarşısında həyəcan keçirərlər. Özlərinə bunların hamısını təqdim edən Allahın gücünü və sənətini gərəyi kimi təqdir edə bilməyə çalışarlar. Cənnətə qarşı duyduqları həsrət də, gözəlliklərdən zövq alma qabiliyyətlərini artırar. Allahın Quranda xəbər verdiyi cəhənnəm mühitini düşünüb müqayisə etdiklərində isə, ruha zövq verən estetikanın dəyərini daha yaxşı qavrayarlar.
www.kolaylikdiniislam.beyazsiteler.com
Xurafatçılar qadın düşmənidirlər
Xurafatçılar insana dəyər verməz, canlı heç bir varlığa əhəmiyyət verməzlər. Ruhlarında heç bir incəliyə, şəfqətə və mərhəmətə yer yoxdur. Bütün bunların nəticəsi olaraq xurafatçılar qadından da nifrət edərlər. Xurafatçıların başlıca xüsusiyyətlərindən biri də qadın düşməni olmalarıdır. Qadına üçüncü sinif rəftarı etmək xurafatçılığın əsas xüsusiyyətidir.
Allah Quranda qadınların cəmiyyət içərisində qorunub himayə edilməsini, ayrıca layiq olduqları hörmət və sevgini görmələri üçün ictimai sahədə alınması lazım olan tədbirləri bildirmişdir. Necə ki, Peyğəmbər Əfəndimiz (s.ə.v)-in Quran ayələrini həyata keçirərək tətbiq etdiyi bütün davranışlar, qadınların lehinədir və qadınların zərərə uğramalarının, əzilib incidilmələrinin qarşısı alınma məqsədi daşıyır. Peyğəmbərimiz (s.ə.v)-in yoldaşlarına və əshabındakı xanımlara göstərdiyi gözəl davranış şəkli bütün müsəlmanların qadınlara olan dünyagörüşlərini təyin edəcək ən gözəl nümunədir. Quranda qadınlara verilən dəyər bir ayədə belə bildirilir:
Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır. (Rum Surəsi, 21)
Xurafatçılar səmimiyyət və dürüstlükdən uzaqdırlar
“Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!” – deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.” (Nəhl Surəsi, 116) ayəsində bildirildiyi kimi xurafatçıların saxtakarlıqlarını örtə bilmək üçün ən çox müraciət etdikləri yollardan biri də Allah adına yalan danışmaqdır. Əslində xurafatçılar hər mövzuda yalan danışmağı bir vərdiş halına gətirmişlər. Dini olduğundan daha çətin göstərmək üçün dində olmayan mövzuları mövcudmuş kimi göstərərlər və ya dində olanları dində yoxmuş kimi tanıdarlar.
Özlərini daha təqva göstərmək üçün halal olan şeyləri özlərinə və ətraflarına haram edərlər. Halbuki, Allah halal və haram etdiyi hər mövzunu Quranda bildirmiş, Peyğəmbər Əfəndimiz (s.ə.v)-in hədislərində də bu mövzular açıqlanmışdır. Bu səbəblə, həqiqi İslam əxlaqını yaşayan kəslər yalnız Qurandakı haram və halallara və Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in sünnəsinə uyarlar. Bu yanaşmaları və Allahın sərhədlərini qoruma mövzusundakı səyləri onları dürüst və səmimi edər. Bu kəslər xurafatçıların əksinə doğru sözlü olduqlarını sübut etmək və ətraflarındakı insanları səmimiyyətlərinə razı salmaq üçün xüsusi bir səy göstərməyə ehtiyac duymazlar. Yaşadıqları səmimiyyətin, Allahın icazəsiylə hal və rəftarlarında da əks olunacağını bilərlər. Necə ki, həqiqi İslam anlayışına sahib olan bir adamın baxışlarından, üz ifadəsindən, səs tonundan, üslubundan, hadisələri izah etmək şəklindən bu səmimiyyəti açıq bir şəkildə aydın olar.
www.munafiklarintemelozellikleri.beyazsiteler.com
Xurafatçılıq tarix boyunca İslamiyyətə zərər vermişdir
Dünyada İslam adına ortaya çıxan, sevgidən, mərhəmətdən uzaq, elm, sənət, gözəllik və estetikaya qarşı olan, döyüşlər çıxaran, zülm edən, öldürmə və qan tökmə məqsədində olan müsəlman modeli, bir qisim insanların İslam dini haqqında səhv bir qənaət sahibi olmalarına səbəb olmaqdadır. Onlar, müsəlmanlıq adına ortaya çıxarılan xurafatçı zehniyyəti, İslam zənn edirlər. Bu qan tökən vəhşi sistemin, həqiqətdə İslam ilə əlaqəsinin olmadığını, hətta İslama tamamilə müxalif bir həyat şəkli olduğunu bilməməkdə, xurafatçıların izah etdikləri və yaşadıqları bu modeli İslam dini zənn edərək bundan qorxurlar. Həqiqi İslam və müsəlmanlıq isə Allahın Quranda bildirdiyi, Peyğəmbərimiz (s.ə.v)-in təfsir etdiyi İslamdır. Bu səbəblə, çox şəfqətli, sevgi dolu, qoruyucu, zadəgan, sənətə, estetikaya, gözəlliyə, təmizliyə, nəzakətə çox dəyər verən İslam anlayışının ən ideal həyat şəkli olduğunun bilinməsi çox əhəmiyyətlidir.
www.munafikkarakteri.com
İnsanların həqiqi İslam əxlaqını tanımaları İslam əxlaqının Yer üzünə yayılmasına vəsilə olacaqdır
Xurafatçılıq yanılması təlqin edildiyi üçün üstün İslam əxlaqının bir cəmiyyətə gətirəcəyi gözəlliklər bəzi çevrələr tərəfindən gərəyi kimi fərq edilə bilinmir. Halbuki, bu səhv düşüncənin əksinə, Uca Rəbbimizin Quranda bildirdiyi əxlaq, təzyiqdən və məcbur etmədən uzaq, sevgiyə, hörmətə, xoş münasibətə, ədalətə əsaslanan üstün bir əxlaqdır. Bu üstün fəzilətlərin yaşanmasıyla Allahın icazəsiylə çox yaxında demokratiya, qardaşlıq, sevgi, dostluq, sülh tarixdə misli görünməmiş bir şəkildə bütün dünyaya hakim olacaq, insanlar imanın sevincini, bərəkətini doya doya yaşayacaqlar.
Ayələrin işarələrindən, Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən və böyük İslam alimlərinin sözlərindən açıq şəkildə görüldüyü üzrə yaşadığımız dövr axır zamandır. Axır zamanın əziyyətli, sıxıntılı, çətin günləri Hz. İsa (ə.s )-ın və Hz. Mehdi (ə.s)-ın vəsiləsiylə bu əsrdə sona çatacaq, dünya yeni bir aydınlıq dövrünə girəcək. Allahın varlığını və birliyini ən gözəl və hikmətli şəkildə izah etmək və insanlara Qurandakı və Əsri Səadət dövründəki İslamı tanıtmaq isə yaxın gələcəkdə qovuşacağımız parlaq günlər üçün çox əhəmiyyətli bir zəmin hazırlayır. Xahişimiz Allahın bu yazını da bəhs edilən gözəlliklərə vəsilə etməsi və “insanların Allahın dininə axın-axın girdiklərini” gördüyümüz günlərin tez bir zamanda gəlməsidir. Nurun yeganə sahibi olan Allahın bu müjdəsi Quranda belə xəbər verilir:
Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr Surəsi, 1-3)