Quş və donuz qripi Axırzaman əlamətlərindəndir
Peyğəmbərimiz (s.ə.v) 1400 il bundan əvvəl, Axırzamanda insanların arasında iki epidemik xəstəliyin yayılacağını bildirmişdir. Həmçinin Peyğəmbərimiz (s.ə.v)-in bu xəstəliklər haqqında verdiyi təfərrüatlı məlumatlar, bunları asanlıqla təsbit etməyimizə imkan verir. Adı keçən xəstəliklər Axırzaman əlamətlərinin daha çox yaşandığı son illərdə bir-birinin ardınca ortaya çıxan; hər ikisi də ölümcül və epidemik xəstəliklər olan quş və donuz qripləridir. (Doğrusunu Allah bilir). Bu mövzudakı bəzi hədislər aşağıdakı kimidir:
“Qiyamətdən əvvəl altı şey olar: …Sonra çox ölən olar. Sizin içinizdə qoyunların burunlarından axan və birdən öldürən xəstəlik kimi ölümcül iki xəstəlik yayılacaq”.
(Sahih–i Buhari, cizye (2/278 fethul bari))
“İnsanlarda şiddətli qorxu olmadıqca hz. Mehdi (ə.s) zühur etməz. Ondan əvvəl zəlzələlər, fitnələr, insanların başına gələn bəlalar və taun (vəba) xəstəliyi zühur edəcək … Məhz o vaxt (hz. Mehdi (ə.s.)) zühur edəcək. Ona yetişənə və onun köməkçilərindən olanlara müjdələr olsun. Ona (hz. Mehdi (ə.s)-a) müxalif olanlara və əmrinə qarşı çıxanlara təəssüflər olsun”.
(Fera idu Fevaidi’l Fikr Fi’l İmam el-Mehdi el-Muhtazar)
A/H1N1 donuz qripi ilə AH5N quş qripi virusları bu heyvanların tənəffüs yollarındakı hüceyrələrin alıcılarına yerləşir. Həm quşlar, həm də donuzların milyon ildir mövcud olan canlılar olmalarına baxmayaraq Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi kimi bu zamanda epidemik xəstəliklərə səbəb olması Axırzamanda yaşadığımıza başqa bir dəlilidir. Bəhs olunan vəziyyət məhz hz. Mehdi (ə.s)-ın zühuru dövründə, Allahın əmri ilə insanlar arasında yayılmışdır.
XƏSTƏLİKLƏR İNSANLARA RUH DƏRİNLİYİ QAZANDIRAR
Allahın insanlar arasında yayılan bir xəstəlik yaratmasının, əlbəttə, bir çox hikməti vardır. Bu vəziyyət, insanların gözləri ilə görə bilmədikləri viruslar qarşısında belə, nə qədər aciz olduqlarının fərqinə varmaq üçün vəsilə olacaq. Həmçinin hər şeyin Uca Allahın iradəsində olduğunu daha dərin düşünəcəklər. Bu vəsilə ilə bir çox adamın Allaha yaxınlığı artacaq, imanlı müsəlmanların imanları daha da güclənəcəkdir. Xəstəliyi yaradan Allahdır; müalicəni edən həkimi yaradan, ona bildiklərini öyrədən, dərmanı yaradan və şəfaya vəsilə edən də Allahdır. Bir narahatlıqla qarşılaşan insanın gözəl əxlaq göstərmək üçün bütün bunların imtahan olduğunu, xəstəliyi də şəfanı da yaradanın yalnız Allah olduğunu düşünməsi lazımdır.
Sonsuz qüdrət sahibi Allaha təslim olan, Onun sonsuz ağlına və rəhmətinə güvənib əsaslanan insan üçün xəstəlik də, müsibət kimi görünən digər hadisələr də sonu xeyirlə bitən keçici imtahanlardır. Əhəmiyyətli olan, Allaha iman edən, Onun yaratdığı qədərə təslim olan insanların, bu cür çətinlik və xəstəlik anlarında göstərdikləri gözəl əxlaq və Allaha təslim olan ruh hallarıdır. Bu həqiqət bir Quran ayəsində bu şəkildə bildirilir:
O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir. (Şuəra surəsi, 78-81)
Həmçinin xəstəliklər bir adamın sağlam yaşamasının Allahdan nə qədər böyük bir lütf və nemət olduğunu daha yaxşı anlamasını təmin edər. Uzun müddət xəstə olmayan, hər hansı bir narahatlıq, ağrı və ya acı hiss etməyən bir kəs, bu neməti lazımi kimi təqdir edə bilməz. Ancaq xəstəliklə, ağrı ilə imtahan olunan bir insan, dünyanın keçiciliyini, ölümün yaxınlığını və axirətin varlığını daha dərin düşünəcəkdir. Bu baxımdan dünyada qarşılaşdığımız hər çətinlik kimi xəstəliklər də, inananların iman dərinliyinin artmasına vəsilə olan qiymətli anlardır.