Header

Ustadın həyatda qalan varislərinin Nur tələbələrinə xitab olaraq yazdıqları məktub

Aa4a

0176

Ustadın həyatda qalan varislərinin Nur tələbələrinə xitab olaraq yazdıqları məktub

Əziz möhtərəm qardaşlarımız!

Əvvəla: Bu gələn Ramazan-ı Şərifinizi və xidmətlərinizi təbrik edirik.

Biz Ustadın vəsiyyətnaməsində yazdığı həyatda qalan varisləri olaraq 27 avqust 2008-ci il çərşənbə günü İstanbulda bir yerə gəldik. Nurun bəzi məsələlərinə və nəşriyyata dair xüsuslar bildirildi. Hər tərəfdə qardaşlarımızın kamal-ı sədaqət və ciddiliklə nurlara sarılmalarını kamal-ı hörmət, sevinc və təşəkkürlə yad etdik.

Nəşriyyata dair bəzi xüsusların diqqətlə nəzərə alınmasını məsləhət-i nuriyyə adına lazımlı gördük, belə ki:

Daxil və xaricdə nurların nəşriyyatının fövqəladə yayılması və nur dərslərinin hər tərəfdə oxunmasını, Rəhmət-i İlahiyyənin bu millətə və İslam Aləminə bir bayram sevinci yaşatdığını görürük və təşəkkürlə qarşılayırıq.

İkincisi, Risalə-i Nurun daxil və xaricdəki nəşriyyatında bəzi nöqtələrə diqqət yetirilməsi lazım gəldiyi qənaətindəyik.

Nurlar nəşriyyatının eynilə Ustadımızın zamanında olduğu kimi edilməsi zəruridir ki, sədaqətimizi və Ustadımıza layiq bir tələbə ola bilmə təşəkkürümüzü ifadə etmiş olaq.

MƏSƏLƏN: USTADIMIZIN BƏZİ LAHİKA MƏKTUBLARINDA ŞƏRH VƏ TƏSHİH MƏNASINDA ƏLAVƏLƏR ETMƏK VƏ BƏZİLƏRİNİ ÇIXARMAQKİMİ TƏFƏRRÜATDA OLMAQ, SƏDAQƏTDƏN UZAQLAŞMAQDIR. BU TƏHRİFİ HEÇ VAXT QƏBUL ETMİRİK.

Ustadımız, Risalə-i Nurun təlifindən sonra “BİR HƏRFİNİ DƏ DƏYİŞDİRMƏYƏ MƏZUN DEYİLƏM”, dediyi halda bəzi nəşriyyatların, Ustadımızın bu xəbərdarlıqlarına uyğun gəlməməsi düzgün sayıla bilməz.

Ustadımız, Risalə-i Nurda eynilə belə buyurur, “Risalə-i Nur bu vəzifəni ən dəhşətli bir zamanda, ən lazımlı və nəzakətli bir vaxtda, hər kəsin anlayacağı bir tərzdə həqiqi Quranın və İmanın ən dərin və ən gizlilərini çox qüvvətli şəkildə isbat edir” kimi bir çox fikirlərlə nura sədaqətimizi dərs verdiyi halda.. bəzilərin bilərək və ya bilməyərək səhifə altına lüğət qoymaları və uzun izahlarla ƏLAVƏLƏR VƏ ŞƏRHLƏR etmələri sədaqətimizə və ustadımızın tənzim və tərtibinə müxalifət olduğu məlumdur.

Ustadımızın nəzərindən keçirdiyi orijinal nəşriyyatlar davam edir.

Söhbət, ixlas və sədaqətimizin davamını Cənabı Haqdan niyaz edərik.

Mustafa Sunqur, Hüsnü, Abdullah, Əhməd Aydəmir, Tillolu Səid, Seyid Saleh

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313