Ustad, hz. Mehdi (ə.s)-a dərin bir sevgi və hörmətlə bağlıdır

Ustad hz. Mehdi (ə.s)-a eşqlə, dərin bir sevgi və sədaqətlə bağlıdır. Özü şəxsən risalələrində hz. Mehdi (ə.s)-ın xidmətçisi, qabaqcıl əsgəri, dümdarı olduğu ifadə edərək ona olan sevgisini, hörmətini, heyranlığını çox açıq bir şəkildə bildirərkən, Ustadı -öz iradəsi xaricində- sanki mehdilik mövqesi üçün yarışan, (haşa) hz. Mehdi (ə.s)-dan üstün olma iddiasında olan, hz. Mehdi (ə.s)-ı özündən (haşa) aşağı bir mövqedə görən bir kimsə kimi göstərməyə çalışmaq son dərəcə çirkindir.

 

Hz. Mehdi (ə.s) Axırzamanda Ustadın hazırladığı risalələr ilə təbliğ işləri görəcək, Risalə-i Nuru özünə hazır bir proqram  edib, onunla birinci vəzifəsini yerinə yetirəcək ki, bu onun, Risalə-i Nurun ruhunu çox yaxşı qavramış olduğunu, Ustadı çox yaxşı anladığını, risalələri anlama və izah etmə gücünün çox yüksək olduğunu göstərir. Bu vəziyyət iki şəxsi möhtərəmin bir-birlərinə dərin bir sevgi və hörmət ilə bağlı olduqlarının açıq bir ifadəsidir.

 

Birincisi : Fənn və fəlsəfənin təsiriylə və maddiyyun (materializm, darvinizm və ateizm epidemiyası),  və tabiiyyun taunu bəşər (hər şeyin əsasını təbiətdə görənlər, təbiəti yaradıcı qəbul edən müşriklər) içinə intişar (yayılması, ağızdan-ağıza dolaşması) etməsiylə, hər şeydən əvvəl fəlsəfəni və maddiyyun (materializm, darvinizm və ateizm epidemiyası), fikrini tam susduracaq bir tərzdə imanı qurtarmaqdır.

İman əhlini dəlalətdən mühafizə etmək (iman edənləri azğınlıqdan qorumaq) və bu vəzifə həm dünya, həm hər şeyi buraxmaqla, çox zaman tədqiqat (tədqiqlər) ilə məşğuliyyəti iqtiza etdiyindən (tələb etdiyindən), həzrəti Mehdinin, o vəzifəsini şəxsən özü görməyə vaxtı və halı icazə verə bilməzdi. Çünki xilafəti Məhəmmədiyə (s.ə.v) cəhətindəki səltənəti, onun ilə məşğuliyyətə vaxt buraxmır.

HƏR HALDA O VƏZİFƏNİ ONDAN ƏVVƏL BİR TAİFƏ BİR CƏHƏTDƏN GÖRƏCƏK. O ŞƏXS, O TAİFƏNİN UZUN TƏDQİQATI (tədqiqləri) İLƏ YAZDIQLARI ƏSƏRİ ÖZÜNƏ HAZIR BİR PROQRAM EDƏCƏK, ONUN İLƏ O BİRİNCİ VƏZİFƏNİ TAM ETMİŞ OLACAQ.

BU VƏZİFƏNİN İSTİNAD ETDİYİ (dayandığı) QÜVVƏT VƏ MƏNƏVİ ORDUSU, TƏK İXLAS VƏ SƏDAQƏT VƏ TƏSANÜD (QARŞILIQLI YARDIMLAŞMA) SİFƏTLƏRİNƏ  TAM SAHİB OLAN BİR QİSİM ŞAGİRDLƏRDİR. NƏ QƏDƏR  AZ OLSALAR DA, MƏNƏVİ CƏHƏTDƏN BİR ORDU QƏDƏR QÜVVƏTLİ VƏ DƏYƏRLİ  SAYILARLAR.  (Əmirdağ Lahiqəsi-1, səh. 231)        

 

Ustad və hz. Mehdi (ə.s) arasında belə güclü bir mənəvi bağ var ikən bəzi Nurçu qardaşlarımızın mehdiyət mövzusunu Nurçular baxımından bir cür yarış halına gətirmiş olmaları və Ustadın adını (Bədiüzzaman Səid Nursi həzrətlərini tənzih edirik)  bu mövzuya vasitə etmələri son dərəcə səhvdir.

 

Hz. Mehdi (ə.s) bütün bu iddiaların tam əksinə, içində yaşadığımız dövrdə zühur edəcək və siyasət, səltənət və dəyanət sahəsindəki üç vəzifəni bir yerdə icra və tətbiq edəcək.

Özünə Ustad tərəfindən Axırzamanın böyük Mehdisi, ən böyük Mücəddidi, ən böyük Müctəhidi, Mehdi Ali Rəsulu, ən böyük Hakim, Mürşid və Qütbü Əzəm deyilməsi də bu səbəblərlədir.

….HƏRÇƏND HƏR ƏSRDƏ HİDAYƏT EDİCİ BİR  MEHDİ VƏ MÜCƏDDİD GƏLİR VƏ GƏLMİŞ, LAKİN HƏR BİRİ ÜÇ VƏZİFƏLƏRDƏN BİRİNİ BİR CƏHƏTDƏ ETMƏSİ ETİBARİLƏ, AXIRZAMANIN BÖYÜK MEHDİ ADINI ALA BİLMƏMİŞLƏR. (Əmirdağ Lahiqəsi-1, səh. 232)

75