Header

Risalə-i Nur Külliyyatında Ustadın ifadə etdiyi ”Mehdi” və ”Mehdi Ali-Rəsul” ifadələrinin başqa kəslərə işarə etdiyi iddiası tamamilə səhvdir

Aa4a

Əhəmiyyətli məsələlərdən biri də budur ki, bəzi nur tələbələri, Ustadın hz. Mehdi (ə.s)-dan bəhs edərkən istifadə etdiyi Mehdi və Mehdi Ali-Rəsul sözlərini bir-birindən ayrı mənada ifadə etmiş kimi iddia edirlər. Mehdi sifətinin Mehdi Ali-Rəsul sifətindən daha aşağı bir məqamı kimi ifadə edirlər, çünki Ustadın bəhs etdiyi Mehdi Ali-Rəsul ifadəsində keçən “Rəsul” sözünün “əsər verilən” yəni əsərə sahib çıxacaq, əsərdən istifadə edəcək olan şəxs mənasında olduğunu bildirir. Buna görə də İmam Rəbbani Həzrətləri, Gilani Həzrətləri, Mövlana Xalid və Ustad Həzrətləri “əsərin sahibi olan mücəddidlər” ifadə etdiyini iddia etmişdirlər. Axırzamanın Mehdisi isə Ustadın hazırladığı əsərlərdən faydalandığına görə əsər sahibi ola bilməyəcək, bu səbəblə də Mehdi peyğəmbər olmayacaq.

Halbuki, Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədisi-şəriflərdə hz. Mehdi (ə.s)-ın əlində öz hazırladığı böyük əsərlərinin olacağı və inkar edənlərə qarşı bu nəhəng əsərlərlə fikri bir mübarizə aparacağı bildirilmişdir:

Mən əsfarla (böyük kitablarla) mübarizə etmədikcə dünya getməz (qiyamət qopmaz) … Onlarla fikri mübarizə etmək üçün Allah yolunda döyüşən, laimin levmindən (yəni başqasını pisləyən dedi-qodudan, qınayanın qınamasından) möminlərin seçilmişlərindən olan Hicaz əhli yola çıxacaq və KONSTANTİNOPOL İLƏ RUMİ (ROMANI) TƏSBEH VƏ TƏKBİRLƏ FƏTH EDƏCƏKLƏR … O şəhərin divarları bir-bir yıxılacaq… “ (İbni Mace ve Hakim)

Yenə İmam Sadiqdən (r.ə) və bir hədisi-şərifdə də rəvayət olunur ki, Hz. Mehdi (ə.s)-ın üzərində qızılı-zərli möhür olan kitablarıyla böyük bir təbliğ fəaliyyəti göstərəcəkdir.

İmam Sadiq deyir: “Qaim (Hz. Mehdi (ə.s.)) müəyyən bir geyim geyindiyində Peyğəmbərin (s.ə.v) qızıl möhürlə möhürlənmiş məktubunun (kitabının) möhürünü çıxardaraq (qapağını açaraq) insanlara yüksək səslə oxuyacaq.”
(Bihar’ül Envar, 52-ci cild, s.326)

Əgər bu məntiq əsas götürülsə idi, Ustadın özündən əvvəl gələn Əbdülqadir Gilani Həzrətlərinin, İmam Rəbbani Həzrətlərinin, Mövlana Xəlil-i Bağdadi Həzrətlərinin və özünün bu üç vəzifəni bir-bir yerinə yetirmək surətiylə Axırzamanın böyük Mehdisini meydana gətirdiklərini risalələrdə ifadə etmiş olardı. Halbuki, tam əksinə, Ustad Axırzamanın böyük Mehdisi zühur etdiyində onun artıq vəfat etmiş olacağını, hz. Mehdi (ə.s) və tələbələrini qəbrindən seyr edib Allaha şükür edəcəyini ifadə etmişdir:

… AXIRZAMANDA, HƏYATIN GENİŞ DAİRƏSİNDƏ, ƏSL SAHİBLƏRİ, YƏNİ, MEHDİ VƏ ŞAGİRDLƏRİ CƏNABI HAQQIN İZNİ İLƏ GƏLƏR, O DAİRƏNİ GENİŞLƏNDİRƏR VƏ O TOXUMLAR SÜNBÜLLƏNƏR. BİZLƏR DƏ QƏBRİMİZDƏ SEYR EDİB ALLAHA ŞÜKÜR EDƏRİK.
(Kastamonu Lahikası, səh. 72, Tarihçe-i Hayat, səh. 258, Hizmet Rehberi, səh. 267, Sikke-i Tasdik-i Gaybi, səh. 153)

Yenə hz. Mehdi (ə.s.) üçün özündən sonrakı bir dövrdə zühur edəcəyini bildirən onlarla ifadəsi risalələrdə yer alır.

3 (2)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313