Prof. Dr. Hüseyn Xatəmi: Hz. Mehdi İstanbuldan çıxacaq
Prof. Dr. Hüseyn Xatəmi, Iğdırda təşkil olunan mehdiyyət haqqında olan yığıncaqda, İslam aləmini, peyğəmbərimiz (s.ə.v)-in səhih (doğru) hədislərinə və Quran ayələrinin işarə olunan mənalarına əsasən hz. Mehdi (ə.s)-ın 5 il ərzində İstanbuldan açıq şəkildə ortaya çıxacağını müjdələmişdi.
Hörmətli Xatəmi çıxışlarında bunları dedi:
“Bu gün İslam ölkələri güclü deyil. Hz. Mehdi gələcək və İSLAMI QARŞILAŞDIĞI ZÜLMLƏRDƏN QURTARACAQ… İSTANBULDA ORTAYA çıxacaq. Peyğəmbərimiz bunu bildiyindən hz. Eyyubu, İstanbula Mehdiyə bələdçilik etsin deyə göndərmişdir. HZ. MEHDİ 5 İL SONRA GƏLƏCƏK. Əlamətləri artıq çıxmışdır. Allah bu gəlişi görməyi mənə nəsib edər inşaAllah. Ümidinizi kəsməyin, Allah dünyanı sevgi üzərinə yaratmışdır.”
Göründüyü kimi hörmətli Xatəmi;
* Dəccaliyyətin İslam dünyası üzərindəki təzyiqinin və əsarətinin hz. Mehdi (ə.s) vəsiləsiylə sona çatacağını,
* Hz. Mehdi (ə.s)-ın İstanbulda fəaliyyət göstərəcəyini,
* Allahın izni ilə 2015–ci illərdə mehdiyyətin çox güclü və ictimai olaraq ortaya çıxacağını,
* Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi (ə.s)-ın gəlişiylə əlaqədar xəbər verdiyi yüzlərlə əlamətin bu əsrdə ortaya çıxdığını və bunun hz. Mehdi (ə.s)-ın bu əsrdə gəlişinin açıq isbatı olduğunu,
* Hz. Mehdi (ə.s)-ın sevgi və sülhsevər insan olacağını, yer üzünə sevgini hakim edəcəyini demişdir.
Hörmətli Xatəmi ifadə etdiyi bu məlumatların hamısı Muhbiri-Sadiq (yəni, sözünə etibar olunan, həmişə düz danışan, eyni zamanda peyğəmbərimizin adlarındandır ) olan peyğəmbərimiz (s.ə.v)-in 1400 il bundan əvvəl xəbər verdiyi məlumatlarıdır. Mövzuyla əlaqədar hədislərin bəziləri bu şəkildədir. (Mövzu ilə əlaqədar, daha ətraflı məlumat üçün aşağıdakı sayta baxa bilərsiz: www.hazretimehdi.com )
Timetürk, 01 Ağustos 2010 Rasthaber.com, 03 Ağustos 2010 |
Hz. Mehdi (ə.s) hicri 1400-cü ildə vəzifəyə başlayacaq
Peyğəmbərimiz (s.ə.v)-dən belə rəvayət edilmişdir:
- “İnsanlar 1400-cü ildə hz. Mehdi (ə.s)-ın yanında toplanacaqlar.” (Risaletül Huruc-ül Mehdi, səh.108)
Bədiüzzaman həzrətləri də hicri 1400-cü illərdə mehdiyyətin dövrü olduğunu müjdələmişdir:
DÜNYANIN GƏLƏCƏYİNDƏ 1400 İL SONRA GƏLƏCƏK OLAN BİR HƏQİQƏTİ əsrlərində yaxın olduğunu zənn etmişlər (qeyd etmişdilər). (Sözlər, səh. 318)
Əgər şəddəli “lamlar” və “mimlər” iki dəfə sayılsa BUNDAN BİR ƏSR SONRA ZÜLMƏTİ DAĞIDACAQ ŞƏXSLƏR İSƏ, HƏZRƏTİ MEHDİ (Ə.S)-IN ŞAGİRDLƏRİ (TƏLƏBƏLƏRİ) ola bilər. (Şualar, səh. 605)
Hz. Mehdi (ə.s) vəsiləsiylə bütün təzyiqlərə və zülmlərə son qoyulacaq.
Hz. Mehdi (ə.s) ilə müjdələnin. O Qureyşdən və Əhli Beytimdən bir şəxsdir. O, insanların ixtilaf və ictimai sarsıntılar içində olduqları bir dövrdə çıxacaq. O (HZ. MEHDİ (Ə.S)) YER ÜZÜNÜ, ÖZÜNDƏN ƏVVƏL ZÜLM VƏ TƏZYİQLƏRLƏ DOLDURULDUĞU KİMİ, ƏDALƏT VƏ MƏRHƏMƏTLƏ DOLDURACAQ. (Hz. Ebu Said el Hudri (r.ə.) / Ramuz El-Ehadis 1-ci cilt, səh. 7, No-7) Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 13))
Dünyada tək bir gün qalsa belə (qiyamət qopmadan) Allah o günü uzadacaq, adı adıma, atasının adı da atamın adına bənzəyən, ƏHLİ BEYTİMDƏN MÜTLƏQ BİRİ (HZ. MEHDİ (Ə.S)) GƏLƏCƏK, ZÜLM VƏ HAQSIZLIQLA DOLU OLAN DÜNYANI ƏDALƏT VƏ MƏRHƏMƏTLƏ DOLDURACAQ. (Ebu Davud ve Tirmizi / Büyük Hadis Külliyatı, Rudani 5-ci cilt, səh. 365)
Hz. Mehdi (ə.s) İstanbulu fəth edəcək, peyğəmbərimiz (s.ə.v)-ə aid müqəddəs əmanətlərin olduğu İstanbuldan çıxacaq
Hz. peyğəmbər (s.ə.v) belə buyurmuşdur: “Təsbih və təkbir gətirərək Konstantinopolu (mənəvi) fəth edəcək.” O zamana qədər əldə edə bilmədiyiniz qənimət mallarına qovuşacaqsınız.” (İbn- Mace, Fiten, c. səh. 35)
Əlamətlərə gəlincə, Allah rəsulu (s.ə.v)-in köynəyi, qılıncı, bayrağı tapılacaq. O bayraq ki, Peyğəmbər (s.ə.v)-in vəfatından sonra bu günə qədər heç açılmamışdır. Hz. Mehdinin (ə.s)-ın zühuruna qədər də açılmayacaq. (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, Kıyamet Alametleri, s. 164)
Hz. Mehdi (ə.s) dövründə sülh olacaq, bir damla qan da axıdılmayacaq.
Zülmlə dolu olan dünyanı, ədalətlə dolduracaq. Ədaləti elə olacaq ki, hətta yuxuda olan bir kəs belə oyandırılmayacaq və bir damla qan belə axıdılmayacaq. Dünya, sanki Əsri Səadət dövrünə geri dönər. (Nuaym b. Hammad, K. Fiten vr. 77b; Suyuti, c. II, səh. 77; El Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 29)
Sağlam fikirlə, nüfuzla, son dayanacaq yeri bilərək onu (Hz. Mehdiyə (ə.s)) qəbul edəcəklər, inanacaqlar. Hz. Mehdi (ə.s) o qədər mərhəmətli olacaq ki, dövründə heç bir kəs nə yuxusundan oyandırılacaq, nə də bir kəsin burnu qanayacaq. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 42)
Hicri 1400-cü ilin mehdiyyət dövrü olduğu, hz. Mehdi (ə.s)-ın İstanbuldan çıxacağı, İslam aləminin onun mənəvi öndərliyi altında birləşəcəyi, onun vəsiləsiylə İslam əxlaqının bütün dünyaya hakim olacağı və bütün haqsızlıqların, zülmlərin, ağrıların sona çataraq qızıl bir dövr yaşanacağına dair peyğəmbərimiz (s.ə.v)-in yüzlərlə hədisləri var. Burada verilən nümunələr hədislərin çox az bir qismidir. Buna baxmayaraq, vicdanıyla hərəkət edən biri üçün nə qədər əhəmiyyətli və mübarək bir dövrdə olduğumuzu anlaması üçün kifayətdir.