Hz. Mehdi (ə.s)-ın mübarizəsi və qarşılaşacağı çətinliklər
Peyğəmbər əfəndimiz (s.ə.v)-in hədislərində bildirdiyinə əsasən axırzaman əxlaqi degenerasiyanın, aclıq və yoxsulluğun artacağı, anarxiya, terror, qarışıqlıq və qarşıdurmalara görə insanlığın həyatını qorxu və narahatlıq içində yaşayacağı bir dövrdür.
Dünya səviyyəsində cinayətlərin, intiharların və qırğınların olduqca artdığı, saxtakarlığın, fırıldaqçılığın, ədalətsizliyin hökm sürdüyü bir zamandır.
Axırzamanda bütün haramlar halal sayılacaq, dünya səviyyəsində hər cür azğınlıq açıq şəkildə tətbiq olunacaqdır. İnsanlar Quran əxlaqından mümkün qədər uzaqlaşacaq, bunun nəticəsində də sevgisizliyin, mərhəmətsizliyin və eqoizmin hakim olduğu bir dünya yaranacaqdır.
Allah açıq şəkildə inkar ediləcək (Allahı tənzih edirik) və insanları Allah inancından uzaqlaşdıra bilmək üçün ateizm, materializm və darvinizm kimi azğın ideologiyalar elmi araşdırma kimi göstəriləcəkdir. Dünyada iman edən insanlar çox az sayda olacaq və inanclarına görə böyük bir zülm, təzyiq və əziyyətə məruz qalacaqdırlar.
Bəli, hz. Mehdi (ə.s) belə çətin zamanda ortaya çıxacaq və fikri mübarizəsini belə bir mühitdə davam etdirəcəkdir. Axırzamanın bu çətin şərtlərində hz. Mehdi (ə.s) da keçmişdə göndərilən bütün peyğəmbərlər kimi böhtanlara məruz qalacaq, bir-birindən fərqli əziyyət və çətinliklərlə imtahan olunacaq, inkar edənlərin qurduqları tələlərə sinə gərəcəkdir. Hz. Mehdi (ə.s)-ın bu mübarizəsini digər peyğəmbərlərin dövrlərindən fərqləndirən isə axırzamanda degenerasiyanın və dinsizliyin, tarixdə görülməmiş şəkildə geniş olması və bütün dünya səviyyəsində yaşanmasıdır. Buna baxmayaraq inkar edənlərin çirkin və küfr dolu sistemi, bütün dünya səviyyəsində Allahın icazəsi ilə məğlub olacaqdır. Dünyadakı əxlaqi pozğunluq nə qədər geniş dairədə və dinsizliyin hz. Mehdi (ə.s) qarşısındakı təzyiqi nə qədər şiddətli olsa da, -Allahın izni ilə- heç nə hz. Mehdi (ə.s)-ın haqq mübarizəsində qalibiyyətinə maneə ola bilməyəcəkdir.
Axırzamanın iki mübarək və qiymətli şəxsi hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) Allahın izni ilə bu azğın düşüncəni tamamilə ortadan qaldıracaq və İslam əxlaqının bütün dünyaya hakim edilməsinə vəsilə olacaqlar. Allahın icazəsi ilə Rəbbimizin bu gözəl vədi, yaşadığımız bu əsrdə reallaşacaqdır.
Allah Quranın “Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir. (Nisa surəsi, 141) ayəsi ilə, möminlərə qurulan tələlərin, göstərilən təzyiqlərin əsla müvəffəqiyyətli olmayacağını bildirmişdir.
Allahın izni ilə, hz. İsa (ə.s) yenidən yer üzünə gələrkən və hz. Mehdi (ə.s) ortaya çıxarkən saleh möminlər bu mübarək insanlara dəstək olacaqlar və sayları nə qədər az olsa da Quran əxlaqını bütün yer üzünə bərqərar edəcəkdirlər.
I HİSSƏ
HZ. MEHDİ (Ə.S)-IN MÜBARİZƏ DÖVRLƏRİ
Hz. Mehdi (ə.s) mübarizəsinə neçə yaşlarında başlayacaq?
Hz. Mehdi (ə.s)-ın mübarizəsini davam etdirəcəyi yerlər
Hz. Mehdi (ə.s)-ın İstanbul dövrü
Hz. Mehdi (ə.s)-a Məkkədə beyət ediləcəyi dövr
Hz. Mehdi (ə.s)-ın Qüds dövrü
Hz. Mehdi (ə.s)-ın Roma dövrü
Hz. Mehdi (ə.s)-ın mübarizəsi nə vaxta qədər davam edəcək?
II HİSSƏ
HZ. MEHDİ (Ə.S) MÜBARİZƏSİNDƏ AĞLIN İXTİYARINI QALDIRACAQ FÖVQƏLADƏ XÜSUSİYYƏTLƏRLƏ DEYİL, İMANI, AĞLI, VİCDANI VƏ GÖZƏL ƏXLAQI VƏSİLƏSİ İLƏ QALİB GƏLƏCƏK.
III HİSSƏ
HZ. MEHDİ (Ə.S) MÜBARİZƏSİNİ TARİXİN ƏN ÇƏTİN DÖVRÜ OLAN AXIRZAMANIN ŞİDDƏTLİ VAXTLARINDA APARACAQDIR.
Tarix boyu hər dövrdə bütün elçilərə və saleh möminlərə qarşı amansız mübarizə olmuşdur.
Hz. Mehdi (ə.s)-ın qarşısındakı mənfi güclər dövrün axırzaman olmasına görə Hz. Mehdi (ə.s)-a qarşı tarixin ən çətin mübarizəsini aparacaqlar.
Axırzamandakı dinsizliyin şiddətinə görə Hz. Mehdi (ə.s) əvvəl fikri mübarizəsini gizli şəkildə davam etdirəcək
Yanında çox az sayda adamın olması, böyük əksəriyyətin ona qarşı çıxması Hz. Mehdi (ə.s)-ın mübarizəsini daha çox qiymətləndirəcək.
IV HİSSƏ
HZ. MEHDİ (Ə.S)-IN MÜBARİZƏ İLLƏRİNDƏ QARŞILAŞACAĞI ÇƏTİNLİK VƏ İMTAHANLAR
Hz. Mehdi (ə.s)-a haqsız və əsassız böhtanlar atılacaqdır.
Hz. Mehdi (ə.s)-ın təbliğini təsirsizləşdirmək üçün cürbəcür tələlər qurulacaqdır.
Hz. Mehdi (ə.s) cürbəcür təzyiq və əziyyətlərlə qarşılaşacaqdır.
Hz. Mehdi (ə.s)-a təziq göstərmək, dayandırmaq və mane olmaq üçün psixoloji təsir göstərməyə çalışacaqlar.
Hz. Mehdi (ə.s)-ı izləyəcək, təzyiq altına almaq istəyəcəklər.
Hz. Mehdi (ə.s)-a müxtəlif sui-qəsdlər təşkil ediləcək və öldürülməklə təhdid ediləcəkdir.
Hz. Mehdi (ə.s) həyatının müxtəlif dövrlərində həbs ediləcəkdir.
Peyğəmbərimiz (s.ə.v) Hz. Mehdi (ə.s)-ın həbs edilməsini Hz. Yusif (ə.s)-a bənzətmişdir.
Hz. Mehdi (ə.s)-ın həm əli, həm də ayağı ayrı-ayrılıqda zəncirlənəcəkdir.
Hz. Mehdi (ə.s)-ın boynuna bir lövhə asılacaqdır.
Hz. Mehdi (ə.s) İlə birlikdə köməkçiləri də mənəvi təyziq və zülm görəcəkdir.
V HİSSƏ
HZ. MEHDİ (Ə.S)-A QARŞI MÜBARİZƏ APARAN MƏNFİ QÜVVƏLƏR
Hz. Mehdi (ə.s), ateizm, materializm və darvinizm kimi dinsiz fəlsəfələri müdafiə edən batil düşüncəni ortadan qaldırmaq üçün fikri mübarizə aparacaqdır.
Hz. Mehdi (ə.s)-ın dəccal ilə olan mücadiləsi
Hz. Mehdi (ə.s)-ın axırzaman münafiqləri ilə olan mübarizəsi dildə aliməm deyən xurafatçı din xadimləri Hz. Mehdi (ə.s)-a Qarşı çıxacaq və ona qarşı mübarizə aparacaqlar.
VI HİSSƏ
MEHDİ (Ə.S) ÇOX QƏRARLI OLACAQ: QARŞISINA ÇIXAN HEÇ BİR ÇƏTİNLİK ONU MÜBARİZƏSİNDƏN ÇƏKİNDİRƏ BİLMƏYƏCƏKDİR.
HZ. MEHDİ (Ə.S)-IN ƏLEYHİNƏ OLAN BÜTÜN FƏALİYYƏTLƏR HZ. MEHDİ (Ə.S)-IN GƏLİŞİNƏ VƏ EDƏCƏYİ İŞLƏRƏ XİDMƏT EDİR