Hz.Mehdi (ə.s)-ın peyğəmbərlik yolu ilə hidayətə çatacağını ifadə etmişdir
36. ÜÇÜNCÜ CİLD, 123-cü MƏKTUB
Bu məktub Nur Məhəmməd Təhari üçün yazılmışdır. Allah Təalaya iki yolla qovuşa biləcəyini bildirilmişdir.
Bismillahir-rəhmanir-rahim. Allah Təalaya həmd olsun və Onun seçdiyi, sevdiyi qullarına salam olsun! İnsanı Allah Təalaya iki yol qovuşdurar: Birincisi, peyğəmbərlərin yaxınlığı kimi olan PEYĞƏMBƏRLİK YOLUDUR ki, insanı əsl həqiqətə çatdırar. Peyğəmbərlər “aleyhimüssalavatü vəttəslimat” və onların səhabələri bu yolla qovuşmuşdular. Ümmətlərindən səhabə olmayanlar arasından istədiklərini də bu yola qovuşmaqla şərəfləndirərlər. Lakin bunların sayı çox azdır. Bu yolda hər hansı bir vasitə və ya vasitəçi yoxdur. Yəni Allaha qovuşduqdan, çatdıqdan sonra birbaşa Allahdan feyz (elm, irfan, ruzi, nemət) alarlar. Bunu da vasitəçi olmadan, arada pərdə olmadan əldə edərlər.
İkinci yol VİLAYƏT yoludur. Allahın sirr, elm verdiyi kimsələrdir, hansı ki, aralarında həm təmiz, pak, əsilli-soylu, həm də avam insanlar ola bilər, bütün Övliyalar həmişə bu yoldan qovuşmuşdular. Bu yol, təriqət yoludur. Övliyanın cəzbələri də bu yolun meyarlarındandır. Bu yoldan qovuşanlar bir-birlərinə vasitə və pərdə olarlar. Bu yolda qovuşanların öndəri, ən üstün olanı və o birilərə vasitə olanı həzrəti Əli Mürtəzadır “kərrəməllahu təala vecheh-ül-kərim”dir. Bu yolda gələn feyzlərin qaynağı odur. Rəsulullahdan “aleyhi və əla əlihissəlatü vəssələm” gələn feyzlər, bacarıqlar həmişə onun vasitəsi ilə gəlir.
Elə sanıram ki, həzrəti Əli, dünyaya gəlmədən əvvəl də bu mövqedə idi. Vəfat etdikdən sonra da bu yolda hər Vəliyə gələn feyzlər, hidayətlər yenə onun vasitəsi ilə gəlir. Çünki özü, bu yolun ən yüksək nöqtəsindədir. Bu mövqenin sahibi Odur. Həzrəti Əli “radiAllahu Təala ənh” vəfat etdikdən sonra, ondan yayılan feyzlər həzrəti Həsən və sonra həzrəti Hüseyn vasitəsi ilə gəldi. Daha sonra on iki imamdan sağ olanları da vasitə oldular. Bunlardan sonra gələn Övliyaya feyzlər bu on iki imam vasitəsi ilə gəldi. Allahın elmini ehsan etdiyi təmiz, pak insanlara da bu cür nəsib oldu. Əbdülqadir Gilani “quddisə sirruh”, Vəli olana qədər həmişə belə idi. Sonra bu da bu vəzifəyə qovuşdu.
Ondan sonrakı qütblərə (Allahın, sirlərindən ehsan etdiyi kəslər) və nücəbaya (təmiz soylu insanlara) və bütün Övliyalara on iki imamdan “kaddəs Allah təala əsrarəhümülaziz” vasitəsi ilə gəldi. Başqa heç bir Vəli bu mövqeyə qovuşa bilmədi. Ona görə ki, əvvəlki Vəlilərin günəşləri batdı, amma “Bizim günəşimiz üfüq üzərində sonsuza qədər qalacaqdır” deyə buyurmuşdur. Hidayət, irşad bolluğunun axmasını günəş işıqlarının yayılmasına bənzətmişdir. Bolluğun kəsilməsinə, günəşin batması demişdir. Əbdülqadir Gilani həzrətlərinə on iki imamın vəzifələri verilmişdir. Rüşd (düzgün yola) və hidayətə vasitə olmuşdur. Qiyamətə qədər hər Vəliyə bərəkətlər (Allahın ehsanı) onun vasitəsi ilə gələcəkdir.
Sual: Mücəddid-i elfi sani (dövrün ehtiyacına görə dini cəhətdən yenilənmə işləri aparan) deyilən, hicrətin min ilindəki böyük Vəlinin gəlməsi ilə, Əbdülqadir Gilani həzrətlərinin bu vəzifəsi bitməyəcəkmi? Çünki Məktubatın ikinci cildinin dördüncü məktubunda Mücəddid-i elfi sani izah edilərkən, ikinci minillikərdə ümmətlərə gələn hər feyz Allahın istədiyi bəndəsinə ihsan etdiyi sirr, elm və s. həmişə mücəddid vasitəsi ilə gəlir, elə deyilmi?
Cavab: Mücəddid-i elfi sani bu vəzifəni Əbdülqadir Gilani həzrətlərinin vəkili etmişdir. Qəmər, günəşdən aldığı işıqları saçdığı kimi o da Gilani həzrətlərində bu feyzləri alaraq yayır.
Sual: MÜCƏDDİD ÜÇÜN BELƏ NECƏ DEYİLƏ BİLƏR? ÇÜNKİ, HƏZRƏTİ İSA “ƏLA NEBİYYİNA VƏ ƏLEYHİSSALATÜ VƏSSALAM” GÖYDƏN ENƏCƏK VƏ MÜCƏDDİD OLACAQDIR. HƏZRƏTİ MEHDİ DƏ “ALEYHİRRİDVAN” ÇIXACAQ VƏ MÜCƏDDİD OLACAQDIR. BU İNSANLARIN VERƏCƏKLƏRİ FEYZLƏR BAŞQASINDAN ALARAQ VERİLƏCƏK?
CAVAB: FEYZ ÜÇÜN VASİTƏ OLMAQ, YUXARIDA BİLDİRDİYİMİZ İKİ YOLDAN YALNIZ İKİNCİSİNDƏDİR. BİRİNCİ YOLDA, YƏNİ KURBİ PEYĞƏMBƏRLİK (Peyğəmbərliyə yaxın olan) DEYİLƏN YOLDA, BOLLUQ VƏ HİDAYƏT VASİTƏ İLƏ GƏLMƏZ. BU YOLDA YÜKSƏLƏN ARADA VASİTƏ VƏ PƏRDƏ OLMADAN ÇATAR. HEÇ KİMİN VASİTƏSİ OLMADAN BOLLUQLARA VƏ BƏRƏKƏTLƏRƏ QOVUŞAR. VASİTƏ OLMAQ VƏ PƏRDƏ OLMAQ, KURBİ VİLAYƏT DEYİLƏN YOLDADIR. BU İKİ YOLU BİR-BİRİNƏ QARIŞDIRMAMALIDIRLAR.
HƏZRƏTİ İSA “ƏLA NƏBİYYİNA VƏ ƏLEYHİSSALATÜ VƏSSALAM” VƏ HƏZRƏTİ MEHDİ “ƏLEYHİRRİDVAN”, PEYĞƏMBƏRLİK YOLU İLƏ ÇATARLAR. Şeyhayn, yəni həzrəti Əbu Bəkr ilə həzrəti Ömər “radiyallahu təala ənhumə” də, peyğəmbərlik yolu ilə qovuşmuşdular. RƏSULULLAHIN “ƏLEYHİ VƏ ƏLA ALİHİSSALATÜ VƏSSALAM” HİMAYƏSİ ALTINDADIRLAR VƏ ŞANLARI ÇOX YÜKSƏKDİR. (Seadet-i Ebediyye, Hüseyin Hilmi Işık, Səh. 919, 920)