Header

Hz. Mehdi (ə.s.)-ın rəngi, qırmızıya çalan ağ rəngdə olacaq

Aa4a

Ərəb irqinin dərisinin rəngi, Peyğəmbər (s.ə.v)-in olduğu kimi qırmızı ilə (əsmərlə) qarışıq ağdır.

Rəvayətlərdə Peyğəmbərimiz (s.ə.v)-in dəri rəngi belə bildirilir:

• Ənəs ibn Malik (r.ə) izah edir: “Peyğəmbər (s.ə.v) orta boylu idi; uzun da deyildi, qısa da deyildi; xoşagələn görünüşü vardı. Saçı isə nə buruq, nə də düz idi. Mübarək (İlahi xeyirin olduğu şey, bərəkətlənmiş, çoxalmış, xeyirli, uğurlu) üzlərinin rəngi isə nurani ağ idi”. (Et-Tirmizi İmam Ebu İ’sa Muhammed, Şemail-i Şerife, 2. cilt, Hilal Yayınları, Ankara, 1976, s. 7-8)

• Hz. Həsən (r.ə) nəql edir: “Rəsulullah (s.ə.v), yaradılışdan heybətli və möhtəşəm idi. Saçları nə buruq idi, nə də düz; əgər öz-özünə ikiyə ayrılmışdısa onları başının hər iki yanına salar, əksinə olanda özü ayırmazdı. Uzatdıqları təqdirdə saçları qulaqlarını keçərdi. Peyğəmbər əfəndimiz (s.ə.v)-in rəngi əzhərul-ləvn (çox ağ və parlaq rəng) idi, yəni nurani ağ idi. Alnı açıq idi. Qaşları hilal kimi gur… Boynu saf mərmərdən meydana gələn heykəllərin boynu kimi gümüş aydınlığında idi. Bədəninin bütün üzvləri bir-biri ilə uyğun olub yaraşıqlı vücuda sahib idi…” (Et-Tirmizi İmam Ebu İ’sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara,1976, s. 18-22-23)

• Ənəs ibn Malik (r.ə) izah edir:

“Rəsulullahın boyu nə çox uzun, nə də çox qısa idi. Bədəni də nə dümağ, nə də tünd əsmər idi. …” (Sünen-i Tirmizi Tercümesi, Çeviren: Osman Zeki Mollamehmetoğlu, Yunus Emre Yayınevi, İstanbul, 4.cilt, s.201)

• “Peyğəmbərimiz (s.ə.v) ağa çalan çəhrayı qarışıq rəngdə idi. Gözləri qara, kirpikləri sıx və uzun idi.” (Hz. Ali (ra), G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, s. 519/4)

• Ənəs ibn Malik hz. Peyğəmbər (s.ə.v)-in rəngi haqqında belə dedi: Ağ idi. Lakin ağı əsmərə çalırdı. (İbni Kesir, Şemail’ür- Resul, s. 28)

42

Hz. Peyğəmbər (s.ə.v)-in dərisinin rəngi qırmızıya çalan ağ rəng idi. Lakin bədəninin görünən hissələri günəş, külək kimi faktorlarla əsmərə çalırdı. Rəvayətlərdən hz. Mehdi (ə.s)-ın dərisinin rənginin də Peyğəmbər (s.ə.v)-lə eyni rəngdə olacağı aydın olur.

Rəvayətlərdə hz. Mehdi (ə.s)-ın dəri rənginin də bu şəkildə olduğu bildirilir.

• Hz. Mehdi (ə.s)-ın rəngi ərəbi idi (İbn Hacer El Mekki; El-Kavlü’l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar, s. 15-75)

• Hz. Mehdi (ə.s)-ın rəngi ərəbidir. (Kıyamet Alametleri, 163)

• (Hz. Mehdi (ə.s)-ın) Rəngi ərəb rəngidir. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 24)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313