Hörmətli Adnan Oktarın yeni şərhləri (16 Dekabr 2012; 13:00)
Namaz gimnastika kimi olarmı? Allaha qiyam edirsən, mələklər də qiyam edirlər. Allaha qarşı hörmət, təşəkkürünü ifadə edirsən. Ruku edirsən, orada qürurunu qəbul etmirsən, belini əyib Allaha qulluğunu ifadə edirsən, gimnastika ilə nə əlaqəsi var? Səcdədə Cənab Allaha əyilirsən. Bəziləri deyir ki; “İdman cəhətdən də faydası olur”. İdmanla nə əlaqəsi var? Gün ərzində yerə bir şey düşür, götürür, qalxır, hərəkət edirsən. İnsan gün ərzində yüzlərlə hərəkət edir. Namazın idmanla, gimnastika ilə də əlaqəsi yoxdur. Orada təvazökarlığını göstərirsən. Allaha təşəkkür etmiş olursan. Sənə biri yaxşılıq etsə, məsələn, biri sənə qələm hədiyyə etdi.
Təşəkkür edərsən. Sonra gətirdi sənə saat, paltar hədiyyə etdi. Təşəkkür etməyib dinməmək məntiqsiz hərəkət olar. Təşəkkür etdikdə insan rahatlayar, elə deyilmi? Allahın nemətlərini hər gün görürsən. HƏR GÜN ALLAHI ZİKR ETMƏK, HƏR GÜN ALLAHA TƏŞƏKKÜR ETMƏK ÜRƏYİ RAHATLADAR. BU BİR SEVGİ NÜMAYİŞİDİR. “Ya Rəbbim, sənə təşəkkür edirəm” deyir. Sabahısı gün yenə təşəkkür edirsən. ALLAH SƏNƏ NEMƏT VERMƏKDƏN BEZMƏZ. SƏN DƏ ALLAHA TƏŞƏKKÜR ETMƏKDƏN BEZMƏMƏLİSƏN. ALLAH SƏNİ SEVMƏKDƏN BEZMƏZ, SƏN DƏ ALLAHI SEVMƏKDƏN BEZMƏMƏLİSƏN.
Allaha hər gün təşəkkür etmək çox gözəldir. Namaz çox böyük bir nemətdir. Namaz gözəllikdir. Namaz rahatlıqdır. NAMAZ ALLAHA TƏŞƏKKÜR, SEVGİ NÜMAYİŞİDİR. Gözəl qoxunu sevirsən, gözəl qoxudan bezirsənmi? Allahdan bezilərmi? Allaha təşəkkürdən, sevgidən bezilərmi? Sevgilidən bezilərmi? Namaz şərtdir. Namaz müsəlmanın ayrılmaz parçasıdır. NAMAZ MÜSƏLMANDAN QOPA BİLMƏZ. MÜSƏLMANLA NAMAZ BİTİŞİKDİR, BİRLİKDƏ NƏFƏS ALIB VERMƏK KİMİ, ÜRƏK ATIŞI KİMİDİR. Allaha təşəkkür etmədən yaşamaq olarmı? Namaz Allaha sevginin ifadəsi, təşəkkürün ifadəsidir.
Fussilət surəsi, 10-cu ayə:
O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi və ruzi istəyənlər üçün orada yer əhlinin ruzisini tam dörd gündə yerbəyer etdi.
“O, yerin üstündə möhkəm dayanan dağlar yerləşdirdi”. Dağlar, böyük binalar, sarsılmaz böyük göydələnlər, hamısını Allah yaradır. Sırf dağlara işarə etmir. Dağlar deyərkən yüksək olan, daşdan, betondan, torpaqdan olan hər şey nəzərdə tutulur. Xüsusilə, göydələnlər. “Onu bərəkətli etdi”. Ticarət, əkinçilik, heyvandarlıq hamısı nəzərdə tutulur.
Fussilət surəsi, 11-ci ayə:
Sonra O, duman halında olan göyə tərəf yönəlib ona və yerə: “İstəyərək və ya istəməyərək gəlin!” dedi. Onlar: “Könüllü olaraq (itaət edərək) gəldik!” dedilər.
Cənab Allah: “Sonra, duman halında olan göyə tərəf yönəlib ona və yerə dedi ki: “İstəyərək və ya istəməyərək gəlin”. İkisi də: “İstəyərək gəldik” dedilər.” İndi ayələri təfərrüatlı şəkildə araşdırsaq ayələrdə bəzi hadisələrin şifrəli, bağlı işarələr olduğunu görürük. 11-ci ayə və 11 Sentyabr. “Sonra, duman halında olan göyə yönəldi…”. Hər yer duman, elə deyilmi? Əkiz qüllələrin çökməsi zamanı ağlasığmaz tüstü buludu və toz buludu hər yeri bürümüşdü.
Baxın, ayədə deyir ki; “beləcə ona və yerə dedi ki: “İstəyərək və ya istəməyərək gəlin”. İkisi də: “İki qüllə də, “İstəyərək” itaət edərək “gəldik” dedilər”. Hara? Yerə. Allah “Gəlin” dediyi halda qüllələrin ikisi də aşağı endi. İkisi də bir dağ idi, qum kimi əridilər. Başqa bir ayədə Allah “O gün dağların qum kimi əridiyini görərsən” deyir, elə deyilmi? Orada da iki binanın əriməsi möcüzədir. Böyük göydələn görülmüş bir şey deyil. Bu hadisə ilk dəfə idi ki, oldu. Yəni o şəkildə bir binanın əriməsi, göydələnin əriməsi heç olmamışdı.
Zuxruf surəsi, 52-ci ayə:
Yoxsa mən bu aciz və hardasa sözünü belə aydın başa sala bilməyən adamdan daha xeyirli deyiləmmi?
Firon: “Yoxsa mən bundan daha xeyirli deyiləmmi” ―Mehdi (ə.s)-a qarşı olanlar həmişə özlərinin daha xeyirli, daha mübarək, daha alim olduğunu söyləyəcəklər. “Bu aciz və hardasa sözünü belə aydın başa sala bilməyən”. Yəni “Ayə oxuya bilmir, Quran oxuya bilmir, bir şey söyləyə bilmir” tərzində Mehdi (ə.s)-a da eyni rəftarlar göstərəcəklər. “Bu aciz” deyə xitab edir, yəni alim, məşhur deyil. Sadə bir insandır. Bu səbəbdən o Mehdi ola bilməz deyir. Firon da o dövrdə hz.Musa (ə.s) üçün “yazıq bir insan” deyirdi, peyğəmbər olacaq bir insan olmadığını deyirdi, haşa.
Zuxruf surəsi, 53-cü ayə:
“(Əgər o, doğrudan da, peyğəmbərdirsə) onun üstünə qızıl bilərziklər atılmalı və onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiq edən) mələklər gəlməli deyildimi?!”
Mələk görünməz, ağlın ixtiyarı qalxar. Yəni mələk “bu Mehdi (ə.s)-dır” desə onsuz da vəhy olmuş olur. Bu zaman ağlın ixtiyarını qaldırar. O zaman Mehdi (ə.s) mehdiliyini bilməz, Mehdiyə aid hədislərin də bir mənası qalmaz. Çünki Mehdi (ə.s)-a bu mehdidir deyirsə, Mehdi (ə.s) onu eşidər və mən Mehdi (ə.s) deyiləm deyə bilməz. Əks halda mələyin dediklərini inkar etmiş olar. Ətrafındakı kəslər də Mehdi olduğuna inanmaq məcburiyyətində olar, fərz olmuş olar.